Return   Facebook   Zip File

1

BİSMİ RƏBBİNƏL ƏLİYUL ƏLA.

UCALAR UCASI RƏBBİMİZİN ADİYLA.

2

Bu bölmə yerdə və göylərdə mövcud olanlardan büsbütün əl çəkməyincə insanın irfan dənizi sahillərinə yetişə bilməyəcəyini anladır. Ey yer üzünün insanları! Ruhlarınızı təmizləyin. Təmizləyin ki, Tanrının sizin üçün müəyyən etdiyi məqama yetişib, Bəyan Göylərində qurduğu qubbəyə girə biləsiniz.

3

Bu bölmənin mahiyyəti budur: iman yolunda addımlayıb və iqan (yəqinlik) qədəhindən içmək istəyənlər qəlblərini və özlərini dünyanın bütün maddi şeylərindən təmizləməlidirlər, yəni qulaqlarını onun-bunun sözlərindən və qəlblərini boş şübhələrdən, ruhlarını aldadıcı maddi parıltılardan, gözlərini mənasız şeylərə baxmaqdan uzaq tutmalıdırlar. Onlar Tanrıya təvəkkül edib ətəyindən yapışaraq, Onun yolunda addımlamalıdırlar. Bu təqdirdə onlar Tanrının Elm və İdrak Günəşinin şüaları ilə işıqlanmağa layiq sayılar və Gözəgörünməyənin sonsuz baxışlarını əks etdirmiş olarlar. Başqa cür də ola bilməz. Çünki əgər hər hansı bir insan haqqın möminlərinin əməllərini, ya danışıqlarını haqqı tanımaq üçün tərəzi kimi qəbul etsə, o heç bir vaxt izzət sahibi olan Rəbbi tanımaq Cənnətinə girə bilməz. Birlik Sultanının elm-hikmət çeşmələrinə yetişə bilməz və ölümsüzlük məqamlarına ayaq basa bilməz. Tanrıya yaxınlaşmaq şərabından, riza nemətindən pay ala bilməz.

4

Keçmişə bir nəzər salın: xeyli alim və avam adamlar Birlik Sultanının müqəddəs şəxslərdə Zühur etməsini nə qədər arzulamışlar. Belə ki, hər zaman, hər an onların qulaqları səsdə olaraq, böyük bir istəklə gözləyərək diləmişlər: «İlahi, nə olaydı, rəhmət yelin əsməyə başlayaydı, vəd olunmuş Camalın görünməyən otaqdan çıxıb, Zühur meydanına qədəm qoyaydı», - deyə keçə-gündüz yalvarıb-yaxarardılar. Lakin elə ki, inayət qapıları açılıb, kərəm buludları göy üzünü tutar və görünməz Günəş qüdrət üfüqlərindən görünərdi, bu zaman gözləyənlər dərhal Ona qarşı çıxardılar. Onun, yəni Tanrının ziyarətindən üz çevirərdilər. Bütün bunlar Səmavi Kitabların hamısında təfsilatı ilə yazılmışdır.

5

İndi bir az düşünün: xalqın bu qədər həsrətlə gözləməsindən sonra belə dönük çıxmasının səbəbi iə idi? Onların Tanrıya qarşı hücumu elə idi ki, onu təsvir etməkdə dil, yaxud qələm aciz idi. Allah tərəfindən göndərilən elə bir Peyğəmbər və Rəsul olmayıb ki, insanlar Ona qarşı etiraz edib, güclü müqavimət göstərməsinlər. Necə ki buyurur: «Vay bu bəndələrin halına! Onlara heç bir Peyğəmbər gəlməyib ki, ona istehza etməsinlər»! [1] Başqa bir yerdə də buyrulduğu kimi: «...Hər ümmət öz Peyğəmbərləri ilə mübarizə aparıb və həqqi batil etməyə cəhd göstərib».[2]

6

Beləliklə, Allahın Qüdrət buludlarından və Tanrının İzzət səmasından nazil olan Kəlmələr Bəndələrin saya biləcəyindən daha çoxdur və ağıl, göz sahiblərinə «Hud» surəsini oxumaq kifayətdir. Bu mübarək surənin ayələrini ürəyinizdə oxuyub bir azca düşünün və heç bir hissə qapılmadan onun əsl mahiyyətini qavramağa çalışın ki, Peyğəmbərlərin heyrət doğuran əməlləri ilə tanış olasınız və pis fikirli bəndələrin bu Peyğəmbərləri necə rədd və təkzib edən sözlərini xatırlayasınız. Belə olsa, insan ruhunu nəfs və qəflət məskənindən Allahın mərifət və birlik yuvasına uçura bilərsiniz. Bəli, belə etməklə Zülcəlalın sonsuz hikmətinin qaynağından dərk edə-edə içər və Onun əbədi İdrak Ağacının meyvələrindən bol-bol yeyərsiniz. Beləliklə, sonsuzluq və müqəddəslik göylərindən enən süfrədən təmiz ürəklər üçün müəyyən olunmuş pay budur!

7

Peyğəmbərlərə rəva görülən cəfaları və xalqın Onlara qarşı irəli sürdüyü etirazların səbəbini öyrənmiş olsanız, çox şey bilərsiiiz və öz dininizdə, Tanrı Əmrində daha dərin bir qənaət, daha köklü bir iman sahibi olarsınız. Xalqın Peyğəmbərlərə qarşı etirazını nə qədər çox görsəniz, onda öz dininizdə və əqidənizdə bir o qədər möhkəm olarsınız. Bunları sübut etmək üçün keçmiş Peyğəmbərlərə aid bəzi əhvalatları burada qısaca xatırlamaq istəyirik. Məlum olduğu kimi, keçən əsrlərdə Peyğəmbərlərə xalq tərəfindən o qədər əzab-əziyyət verilib ki, qələm onları yazmaqda xəcalət çəkir. Bəlkə, bu halda zəmanəmizdə alim və cahillər tərəfindən qaldırılmış ziddiyyətlər və etirazlar qarşısında bəzi adamlar sarsıntıya uğramaz, onların yəqinlik (qənaət) və inamı daha da artar.

8

Nəbilərdən biri olmuş Nuh 950 il müddətində öz qövmünə yalvardı, onları əmniyyət və sülh vadisinə çağırdı, heç kəs onun çağırışını qəbul etmədi. Onun müqəddəs şəxsiyyətinə qarşı edilən əziyyətlər gündən-günə şiddətlənirdi. Bu hal o dərəcəyə çatmışdı ki, heç kim Onun bu qədər cəfalardan sonra sağ qalacağını ehtimal etmirdi. O, istehzalara məruz qaldı və bir çox kinayə oxlarına hədəf oldu. Necə ki buyurulur: «Ümmətinin əyan-əşrafı yanından ötüb-getdikcə onu məsxərəyə qoyurdular. Nuh onlara deyirdi: «Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi, siz bizi məsxərəyə qoyduğunuz kimi, məsxərəyə qoyacağıq»[3]. Nuh bu minval ilə bir xeyli zaman öz məsləkdaşlarına təyin olunmuş vaxtda bir neçə dəfə zəfər vəd etdi. Vaxt yetişəndə isə İlahi Vəd baş tutmadı. Bu da ona səbəb oldu ki, Onun az olan əshabələrindən bəziləri Ondan üz çevirərək ətrafından uzaqlaşdılar. Məşhur kitabların çoxunda yazılanlar buna sübutdur. Yəqin ki, bu kitabları Siz diqqətlə oxumusunuz. Oxumamısınızsa, şübhəsiz, oxuyacaqsınız. Nəticədə, bu kitablarda və rəvayətlərdə göstərildiyi kimi, Onun tərəfdarlarından 40 və ya 72 nəfər Onunla qaldı. Nəhayət, kitabların yazdığına və rəvayətlərə görə, Nuh artıq dözə bilməyərək: “Ey Rəbbim! Yer üzərində bir nəfər belə kafir qoyma!”[4] - deyə bir fəryad qopardı.

9

İndi Siz bir an bu adamların inadcıllığı üzərində düşünün. Bu adamlar nə üçün bu müddət ərzində belə e’tiraz edərək Ondan uzaqlaşdılar? Nədən bu insanlar rədd və inkar göynəyini atıb, qəbul və iman əbasını geymədilər və nə hikmətlə Tanrı Vədləri həyata keçmədi və bir neçə mömin Ondan üz çevirmişdi? Bu barədə çox dərin düşünmək lazımdır. Təki, görünməz şeylərin sirlərinə vaqif olasınız. Həqiqət bağçasının mənəvi ətirlərini qoxulayasınız və aydınlığın qaranlıqdan, doğrunun əyridən, haqqın batildən, hidayətin zəlalətdən, xoşbəxtliyin bədbəxtlikdən və gülün tikandan fərqləndirilməsi üçün Tanrının insanları imtahana çəkdiyini aydın görüb anlaya biləsiniz. Necə ki buyurur: «Əlif, Lam, Mim» «İnsanlar (möminlər) yalnız: «İman gətirdik!» - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?»[5].

10

Nuhdan sonra Hudun camalının nuru bu maddi aləmin üfüqündən parladı. Hud, deyilənlərə görə, 700 il müddətində xalqı Zülcamalın (Allah) Yaxınlıq Cənnətinə dəvət elədi. Bu müddət ərzində saya gəlməz bəlalar Onun üzərinə tünd yağışlar kimi yağdı. Dəvət artdıqca inkar da artdı, səy çoxaldıqca qarşıdurma da şiddətləndi: «...Kafirlərin küfrü onların ancaq ziyanını artırar!»[6]

11

Ondan sonra Salehin mübarək şəxsi mənəvi aləmin görünməz Cənnətindən peyda oldu. O da xalqı Allaha yaxın olmaq üçün şəriətə dəvət etdi. O, yüz ildən artıq bir müddətdə xalqı Tanrının buyurduğu şeyləri etməyə və qadağan etdiyi şeylərdən çəkinməyə çağırdı. Lakin onun bütün səyləri, nəsihətləri nəticəsiz qaldı. Belə vəziyyət qarşısında qalan Saleh bir neçə dəfə xalqdan uzaqlaşaraq tənha bir guşədə yaşadı. O Camali-Əzəlin xalqı Allahın Mədinəsinə dəvətdən başqa məqsədi yox idi. O dedi: «Ey çamaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir Tanrınız yoxdur»[7]. Buyurulduğu kimi, bir az sonra da: «Onlar dedilər: Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiklərinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barəsində şəkk-şübhə içindəyik»[8], - buyurulmuşdur. Bütün bunlar bir fayda vermədi və nəhayət, fəryadla onların hamısı cəhənnəm oduna qaytarıldı.

12

Ondan sonra Tanrının Dostu olan İbrahimin[9] gözəl camalı örtük arxasından göründü, yəni hidayət bayrağı dalğalandı. O, yer üzündəki insanları möminlik işığına dəvət etdi. O nə qədər nəsihət verdisə də onlarda qısqanclıq və qəflətdən başqa bir şey əldə edə bilmədi. Lakin yalnız o adamlar dünyəvi şeylərdən uzaqlaşdılar ki, inam qanadlarıyla uçaraq xalqın dərk etmədiyi məqama ucaldılar. Atəş rəvayəti sona yetdikdən sonra, bütün risalə və kitablarda yazıldığı kimi, Tanrının insanlar arasındakı bu çırağını — Həzrət İbrahimi məmləkətdən çıxartdılar.

13

Onun dövrü bitdikdən sonra Musanın növbəsi gəldi. Və O Həzrət Əmr Əsasıyla, Allahı tanımaq işığı ilə, Allahın Şövkət və Qüdrət əjdahasıyla Onun məhəbbət dağından, Nur Sinası tərəfindən Zühur meydanında zahir oldu. O, bütün yer üzündəkiləri ölümsüz həyat Səltənətinə və Vəfa Ağacı meyvələrinə çağırdı. Şübhəsiz ki, Firon ilə qövmünün necə Ona qarşı çıxdıqlarını və müşriklərin şəkk-şübhə daşı atdıqları barədə eşitmisiniz. Nəhayət, Firon və qövmü o qədər azğınlaşdılar ki, Tanrının bu Ağacının atəşini saxtalıq və üzüdönüklük suyu ilə söndürməyə qalxdılar. Fəqət onlar İlahi Hikmət atəşinin maddi su ilə və İlahi Qüdrət işığının şiddətli küləklər ilə söndürülməyəcəyi həqiqətindən xəbərsiz idilər. Xeyr, əksinə, bu kimi hallarda su atəşin alovlanmasına və külək işığın şölələnməsinə səbəb olur. Kəskin bir göz ilə baxıb, Tanrı rizasının yolu ilə getsəniz, bunun belə olduğunu görərsiniz. Bu münasibətlə Ulu Tanrının Özü həbibinə - Həzrət Məhəmmədə nazil etdiyi Kitabda anlatdığı kimi, Firon ailəsinə mənsub bir mömin nə qədər gözəl demişdir: «Firon ailəsindən olub, imanını gizli saxlayan bir kişi dedi: «Məgər siz bir adamı: «Rəbbim Allahdır!» - deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq - aşkar möcüzələr gətirmişdir. Əgər o yalan deyirsə, yalnız öz əleyhinədir; yox əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddini aşanı və yalançını doğru yola müvəffəq etməz»[10]. Nəhayət, zülmdə o qədər irəli getdilər ki, bu mömini yaman işkəncələrlə şəhid etdilər. Tanrının Lənəti zalım qövmün üzərinə olsun.

14

İndi bu işlər barədə düşünün. Bu qarşıdurmanı doğuran səbəblər nə idi? Həqiqi Tanrı Zühurunun Dünya xalqları içərisindən seçilmiş Peyğəmbərləri, bütün Səmavi Kitablarda yazıldığı kimi, Özlərindən sonra bir başqa Peyğəmbərin də gələcəyini insanlara xəbər verib, Onların əlamətlərini də bildirdiyi halda, bu kimi etirazlar və çəkişmələr nədən olub? Onda nə üçün insanların gələcəyi müjdələnən Müqəddəs Məzhərlərin gözlənilməsinə və Müqəddəs Kitablarda Onların əlamətlərinin göstərilməsinə baxmayaraq, bütün dövrlərdə Tanrı Peyğəmbərlərinə və Nəbilərinə belə təcavüzlər, təzyiqlər və zülmlər edilməkdə idi? Neçə ki buyrulmuşdur: «...Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn Peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də Onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz»[11]

15

Düşününüz, insanların belə davranmasına səbəb nə idi? Zülcəlalın Çamalını əks etdirən bu Tanrı Elçilərinə nə üçün belə münasibət bəslənirdi? Burası həqiqətdir ki, o dövrlərdə insanların haqdan üz çevirməsinə və haqqa göz yummasına səbəb nə idisə, indi də bəndələrii qəflətinə səbəb odur. Desək ki, Tanrının dəlilləri tam və mükəmməl deyildi və insanlar da bu səbəbdən etiraz edirdi, onda bu açıq bir küfr olardı. Necə ola bilər ki, Tanrı xalqı doğru yola yönəltmək üçün Öz qulları arasından birisini seçir və ona kifayət qədər tam sübutlar vermir və eyni zamanda insanları Ona inanmadıqları üçün cəzalandırır. Çünki Allahın Kərəmi, fəzli Məzhərləri göndərmək vasitəsilə yaranmışlara çatdırılıb. Bir an belə olmamışdır ki, rəhmət yağmurları Onun inayət buludundan yağmamış olsun. İnsanların belə çirkin davranışlarına səbəb təkəbbür və qürür vadisində addımlamaları, qəriblik çöllərində azmaları, öz xülya və uydurmalarına tabe olmaları və öz üləmalarından eşitdiklərini həqiqət sanmalarıdır. Onların əsas qayğısı etiraz etmək, yeganə arzusu həqiqətə göz yummaqdır. Dərk edən hər bir adama məlumdur ki, insanlar həqiqət Günəşi Məzhərinin hər bir zühuru zamanı öz gözlərini, qulaqlarını və qəlblərini hər gördüklərindən, eşitdiklərindən və duyduqlarından təmizləmiş olsaydılar, Tanrı Camalından və Qüdsiyyət Zühurunun vüsalından məhrum olmazdılar. Nə etmək olar ki, bu cür adamlar Tanrının dəlillərini öz bilgiləri və din xadimlərindən aldıqları bilgilərlə eyni tərəziyə qoyduqda və Tanrı dəlillərinin öz məhdud ağıllarına uyğun gəlmədiyini görəndo bu cür yaramaz hərəkətlərə yol verirdilər.

16

Bütün tarix boyu insanların əbədi qurtuluş dənizinin sahillərinə çatmasına əngəl törədənlər zamanın din alimləri olmuşlar. Xalqı idarə etmək cilovu bu sinfin əlində olmuşdur. Onların bəziləri ya hakimiyyət hərisliyindən, ya biliksizlik üzündən xalqı daim haqdan uzaq saxlamışlar. Onların izni və fitvaları ilə Tanrının hər bir Peyğəmbəri şəhidlik şərbətini içərək uca İzzət Üfüqünə uçmuşdur. Varlıq Sultanlarına və Məqsud Cövhərlərinə zamanın hökmdarları və əsrin din xadimləri tərəfindən nə zülmlər edilməmişdir? Bu adamlar əbədi səadəti bu bir neçə günlük fani həyata fəda etmişlər. Belə ki, onların gözləri Sevgilinin Üzündə parlayan nuru görməmiş, qulaqları Arzu Quşunun Məlahətlə ötməsini eşitməmişdir. Bu səbəbdən bütün Səmavi Kitablarda zamanın alimlərindən bəhs edilmişdir. Və O deyir: «Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda, nə üçün inkar edirsiniz?»[12] və «Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?»[13] Buyurduğu kimi, başqa bir yerdə də: «De ki, «Ey kitab əhli! Siz haqqa şahid olduğunuz halda, nə üçün iman gətirən şəxsləri Allahın yolundan geri döndərməyə çalışırsınız?»[14] - buyurulmuşdur. Aydındır ki, xalqı düzgün yoldan azdıran «kitab əhli» o zamanın ruhaniləridir və Tanrının Gözü ilə baxarsınızsa, onların əməllərinə bir çox ayə və hədislər də yazıldığını görmüş olarsınız.

17

İndi də İlahi baxışınızı Rəbbani bilik üfüqlərinə dikib, Tanrının nazil etdiyi kamil kəlamlar haqqında bir az düşününüz ki, çəlal pərdəsi arxasında və fəzl otağı içərisində gizli saxlanılan bütün ruhani hikmət sirləri sizə açıqlansın. İnsanların bütün eti-razları və mübahisələri onların idrakındakı və düşüncələrindəki çatışmamazlıqdan irəli gəlmişdir. Məsələn: haqq Camalını əks etdirənlər (yəni Peyğəmbərlər) gələcək Zühurun əlamətlərində buyurduqları bəyanatı dərk edə bilmədilər və Onun həqiqətini anlamadılar. Belə olanda fəsad bayraqları qaldırılmış, fitnə ələmləri sancılmışdır. Burası bəllidir ki, əbədi bülbüllərin nəğmələrini və Mənəvi Göyərçinlərin kəlamlarını əzəli Şəxsiyyətlərdən başqa, heç kəs dərk edə bilməz. Zülm Qibtisi[15] Ədl Sibtisinin[16] şərabından məhrumdur. Kafir Firon Musanın Nurundan xəbərsizdi. Necə ki buyurulur: «Quranın ayələrinin mənasını Allahdan və ən bilikli alimlərdən başqa heç kəs bilməz.»[17] Buna baxmayaraq insanlar Kitabın həqiqi şərhini ilk mənbələrdən əxz etmir, Allahdan uzaq olanlardan soruşurdular.

18

Məsələn, Musanın dövrü bitib, İsanın Nuru ruhun dan yerindən dünyanı işıqlandıranda yəhudilər bir ağızdan etiraz edərək deyirdilər ki, Tövratda gələcəyi haqqında xəbər verilən Şəxs Tövratın qanunlarını müdafiə etməli və həyata keçirməlidir. Halbuki, bu Nasiri əhli olan cavan özünü Məsih adlandırıb Musanın ən böyük hökmlərindən olan şənbə və boşanma hökmlərini ləğv etmişdi. Tövratda yazılan, yəhudilərin gözlədiyi əlamətlər hələ həyata keçməyib. Allahın Nur doğuşları və Müqəddəs Məzhərləri Musadan sonra nə qədər Zühur ediblər. Buna baxmayaraq, hələ də yəhudilər öz nəfs pərdələri, şeytani xəyalları ilə gözləyirlər ki, dərk olunan əlamətlərlə xəyal etdikləri şəxs nə vaxt zahir olaçaqdır? Beləliklə, Allah onları günahlarına görə belə yaxalamış, onlardan iman ruhunu belə almış, onları Cəhənnəmin odu ilə belə cəzalandırmışdır. Onun da yeganə səbəbi budur ki, onlar Tövratda yazılan Zühurun əlamətlərini anlamamışlar. Bu millət əlamətlərdən bəhs edən sözlərin həqiqi mənalarını qavraya bilmədiyindən və bu əlamətlər zahirən baş vermədiyindən İsanın Camalını tanımaqdan məhrum qaldı və Allahın hüzuruna yetişə bilmədi. Və Onun gəlişini bu günə qədər də gözləməkdə davam edir. Bütün hümmətlər qədim zamanlardan bəri bu cür uydurma düşüncələrə qapılaraq özlərini təmizlik və müqəddəslik bulaqlarından axan şəffaf sulardan məhrum etmişlər.

19

Bu sirləri örtən örtüyü qaldıraraq, Biz dostlardan birinin naminə nazil olan lövhələrdə keçmiş Nəbilərə aid bəzi sözlərin mənasını Hicaz (ərəb) dilinin gözəl nəğmələrilə yazmışdıq. İndi də Biz zati-alinizin xahişinə cavab olaraq bu səhifələrdə həmin ayələri İraq ləhcəsinin (fars dilinin) lətif ahəngi ilə təkrarlayırıq. Bəlkə, bu yolla uzaqlıq çöllərində susuz gəzənlər yaxınlıq dənizinə yol tapar, ayrılıq çöllərində yol azanlar yaxınlıq və Vüslət Çadırına yönələrlər. Beləliklə, yolu azdıran buludlar dağılsın, cahanı nurlandıran hidayət günəşi can üfüqündən doğsun! Allaha küvənərək Ondan imdad diləyirəm ki, bu qələmdən insanların ruhlarını dirildəcək şey axsın və hər bir kəs qəflət yatağından qalxaraq, Birlik Bağçasında Tanrının iznilə qüdrət əli tərəfindən əkilmiş Cənnət Ağacının üzərindəki yarpaqların xışıltısını duysun.

20

İdrak sahibi olanlara aydın və məlumdur ki, İsa məhəbbətinin atəşi yəhudi məhdudiyyətinin pərdələrini yandırıb. Onun hökmü müəyyən dərəcədə xalqı cəlb etdi. Bir gün həzrət İsa bəzi əshabələrinə ayrılıq sözünü xatırlatdı və şövq atəşini alovlandırdı və buyurdu ki, mən gedirəm və yenə gələcəyəm. Başqa bir münasibətlə də: «Mən gedirəm və Məndən sonra bir başqası gələcəkdir, Mənim söylədiklərimi tamamlayacaqdır»,-dedi. Bu iki söz həqiqətdə bir sözdür. Birlik Məzhərlərinə Tanrı gözüylə baxmış olsanız, bunun belə olduğuna sağlam inam hasil edərsiniz.

21

Əgər mənəviyyat gözüylə baxılsa, həqiqətən Xatəmin əhdində (həzrəti Məhəmməd) İsanın həm Kitabı, həm də Əmri sübut oldu. Ad bəhsinə gəlincə Həzrətin Özü: «İsa Mənəm», - buyurmuşdur. O, İsanın əsərlərini və yazılarını da təsdiq edərək, onların Tanrıdan gəldiyini bəyan etmişdir. Bu mənada nə Onların Özləri, nə də yazıları arasında fərq görülmür. Çünki hər ikisi Allahın əmri üçün qiyam edib, və hər ikisi Tanrının zikrini söyləyib və hər ikisinin Kitabı eyni ilahi Əmrin buyurduqlarını bildirəndir. Belə ki İsa Peyğəmbər Özü: «Mən gedirəm və yenə gələcəyəm», - buyurmuşdur. Günəşin özü bu xüsusda bir örnəkdir. Bu günün Günəşi: «Mən dünənin Günəşiyəm»,- deyirsə, doğru söyləmiş olur. Zamanın ardıcıllığını fikrində tutub deyərsə ki, Mən dünənin Günəşi deyiləm, yenə doğru söyləmiş olar. Günlər də onun kimidir. Bütün günlərin eyni gündən başqa bir şey olmadığı iddia edilirsə, bu iddia yerində və doğrudur. Yox əgər deyilsə ki, onlar bir-birindən adına və necəliyinə görə fərqlənir, bu da doğrudur. Görürsünüz ki, günlər eyni gündən başqa bir şey olmamaqla bərabər, hər bir günün özünə görə ayrı bir adı, başqa bir vəsfi, ayrı bir xüsusiyyəti vardır ki, başqalarında bu tapılmaz. Müqəddəs Məzhərlər arasındakı ayrılıq, başqalıq və birlik məqamlarını da eyni izah və qaydaya görə anlayınız. Belə ki, o adlar və sifətlər yaradıcısının birlik və başqalıq məqamlarıyla bağlı sözlərindəki gizli mənaları dərk edib, işin həqiqətinə vaqif olsanız, Əzəli Camalın nə səbəbdən müxtəlif sıralarda başqa-başqa ad və ünvan almaqda olduğu haqqındakı sualınıza tam bir cavab tapa bilərsiniz.

22

Sonradan İsanın əsabələri və şagirdləri Qayıdış və Zühurun əlamətlərinin nələr olduğunu və bu hadisələrin nə zaman baş verəcəyini Ondan soruşdular. Eyni sualı müxtəlif hallarda bir neçə dəfə O misilsiz Camala verdilər. Həzrət İsa hər dəfə Qayıdış və Zühurun yeni əlamətini bəyan edirdi. Bu barədə dörd «İncil»də yazılmışdır.

23

Mən məzlum müxtəlif münasibətlərlə əlamətlərə dair İsanın verdiyi cavablardan birini Tanrı rizası üçün burada anladaraq, Müqəddəs Ağacın xəzinəsində gizlədilmiş nemətləri Tanrı qullarına açmaq istərdim. Belə ki, fani bəndələr Əbədiyyət Meyvəsindən məhrum olmasınlar və Zülcəlal Həzrətlərinin Dar-üs-Salam deyilən Baqdad şəhərində axıtdığı Əbədiyyət Suyundan bir neçə damcıya qovuşa bilsinlər. Biz bununçün nə mükafat, nə də təşəkkür gözləyirik: «Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz Sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik»[18]. Haqqında bəhs edilən bu yemək aydın ruhu və təmiz qəlbi olanları əbədi həyata qovuşduran bir yeməkdir. Bu yemək: «Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et...»[19], ayəsində göstərilən yeməkdir. Bu qida heç bir vaxt buna layiq olanlardan əsirgənilməz və əsla tükənməz. Bu qida hər zaman Mərhəmət Ağacında bitir və bütün fəsillərdə rəhmət və ədalət Göylərindən enir. Necə ki buyrulur: «Pak kəlmə pak ağac kimidir ki, onun kökü sabitdir, budaqları göyə çəkilib, meyvəsini heç zaman əsirgəməz»[20].

24

Yazıq o kəsdir ki, özünü bu gözəl hədiyyədən uzaq tutar, bu daimi nemətdən və bu əbədi həyatdan məhrum qalar. İndi o bu mənəvi nemətin qədrini bilməlidir ki, bəlkə, həqiqət Günəşinin heyrətedici lütfləri sayəsində ölmüş cəsədlər təzə bir həyat tapa və solmuş ruhlar hüdudsuz ruhun təsiri ilə yenidən dirilə. Ey Qardaşım! Can bədəndə ikən Əbədiyyət Qədəhlərindən dadmağa çalış, çünki çan mehi hər zaman Canan Şəhərindən əsməz, Bəyan Nəhrləri daima axmaz, Cənnət qapıları daima açıq qalmaz. Gün gələr, Cənnət Bülbülləri bu bağçadan çıxıb İlahi yuvalara gedər. O zaman Bülbülün nəğməsini eşidə bilməzsən və gülün Camalını görə bilməzsən. Bu halda Əbədiyyət Göyərçinin eşq və həvəslə ötməkdə və Tanrı baharı yer üzünü gözəllikləri ilə bəzəməkdə ikən bu fürsəti qənimət bilərək qəlbinin qulağını Onun nəğmələrini dinləməkdən məhrum etmə. Budur Mənim öyüd-nəsihətim Sizlərə və Allahın sevdiklərinə. İstəyən qəbul edər, istəməyən rədd edər. Tanrının görülüb müşahidə edilən şeylərə ehtiyacı yoxdur.

25

Budur İncil bağçasında sonrakı Zühurun əlamətlərini lətif bir səslə tərənnüm eyləyən Məryəm oğlu İsanın sözləri! Matveyə aid edilən birinci Kitabda yazıldığına görə, öz Gələcək Zühurunun əlamətlərinin nə olduğu sualına İsa belə cavab vermişdir: «O qaranlıq günlərdən dərhal sonra günəş qaralaçaq, ay öz işığını verməyəcək, ulduzlar Göydən düşəcək, Yerin qüvvəti sarsılacaqdır... O zaman İnsan Oğlunun əlaməti göydə görünəcək; o vaxt yer üzünün bütün qəbilələri ahnalə edəcəklər və İnsan Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyinigörəcəklər. Və O Öz Mələklərini gur səsli şeypur ilə göndərəcək.» Bu ibarənin farsça[21]tərcüməsi belədir: Zülm və bəla bütün insanlara gəldikdən sonra günəş öz nurunu saçmayacaq, yəni qaralacaq, ay öz işığını verməyəcək, göy ulduzları yer üzünə düşəcək və yerin dirəkləri sarsılacaq. O zaman insan oğlunun əlamətləri göydə görünəcək, yəni gələcəyi vəd olunan Zatın və varlıq cövhərlərinin Camalı bu əlamətlərdən sonra görünməzlik səltənətindən görünən aləmə gələcəkdir. Buyrulur ki, o anda yer üzündə olan bütün qəbilələr fəryad və fəqan edəcəklər və xalq o Tanrı Birliyi Camalının bulud üzərində Qüdrət, Əzəmət və böyük Comərdliklə göydən gəldiyini görəcəklər, o vaxt O Öz mələklərini böyük şeypur səsilə göndərəcəkdir. Lukaya, Marka və Yühənnaya aid edilən o biri üç Kitabda (İncil) da eyni ibarələr vardır. Ərəbcə lövhələrdə bunların geniş bəhsi verildiyindən onları burada təkrarlamadıq; yalnız onlardan birini anlatmaqla məhdudlaşdıq.

26

Xristian alimləri bu sözlərin həqiqi mənalarını və bu kəlmələrdə ifadə edilən rəmzləri anlamayıb, zahiri mənalarını əsas kötürdüklərindən Məhəmməd feyzinin şəriətindən və Əhməd fəzlinin buludundan məhrum olmuşdular. Digər tərəfdən xristian icması içərisindəki cahil xalq da öz din alimlərinə baxıb Cəlal Sultanının Camalını ziyarətdən məhrum qalmışdır. Belə ki, Əhməd Günəşinin Zühurunda, yəni həzrət Məhəmmədin Zühurunda belə əlamətlər meydana gəlmədi. Beləliklə, əsrlər və dövrlər gəlib keçdi. O Ruh Cövhəri Özü Əbədi Səltənət yerinə döndü. Bir daha ruhani bir şəxs Allahın Sur şeypurunu üfülədi və ölü nəfslər qəflət qəbirlərindən, azmış yollarından hidayət məhəlləsinə gəldilər. O tayfalar vədə verilmiş əlamətlərin nə vaxt zahir olacağını hələ də gözləyir ki, onun yolunda canlarını, mallarını fəda etsinlər. Başqa ümmətlər də belə bir yanlış, şübhəli düşüncələrlə Allahın tükənməyən rəhmət Çeşmələrindən məhrum olub öz xəyalları ilə məşğuldurlar.

27

Bu cümlədən başqa İncildə bir də bu ayə var: «Göy və yer dağılar, amma Mənim sözlərim yox olmaz»[22]. Buna görə də İncil əhli İncil şəriətinin heç bir zaman məhv olmayacağını söyləyir. Bu cəhətdən «İncil» əhli deyirdi ki, «İncil»in hökmü heç vaxt batil olmayacaq və nə zaman başqa bir şəxs «İncil»də olan əlamətlərlə gəlsə, gərək bütün aləmdə yayılıb həmişəlik olana qədər o dinin hökmünü icra edə. Bu onların təməl etiqadlarındandır. Və onların tam qənaətinə görə bir Kimsə «İncil»də yazılmış bütün vəd olunmuş əlamətlərlə Zühur etsə və «İncil»in hökmlərindən hər hansı birinə əks çıxsa, onlar belə bir Kimsəni tanımamalı, bəlkə də, Onu kafir elan etməli, məsxərəyə qoymalıdırlar. Necə ki Məhəmməd Günəşinin doğuşunda da belə oldu. İndi əgər Allahın Müqəddəs Kitablarında yazılan bu kəlmələrin mənasını hər Zühurda o Zühur sahibindən soruşsaydılar, mütləq ki, Allahın Zühuruna və hikmətli elm sirlərinə vaqif olardılar.

28

İndi bu bənddə Mən bu kəlamların mənasını bir qədər aydınlaşdıracağam. Ta ki idrak və göz sahibləri onun mənasından, Allahın Məzhərlərinin buyurduqlarında olan işarələrə vaqif olaraq sifət, ad dənizinin kəlmələrinin heybətindən məhrum qalmayıb, Allahın zatının təcəllisi olan Çıraqlarından hicablanmasınlar.

29

Buyurulduğu kimi, «O günlərin sıxıntısından dərhal sonra» sözlərinə gəldikdə isə, bu o zamana işarədir ki, insanlara zülm və təzyiq ediləcək, həqiqət Günəşinin izləri və hikmət Ağacının meyvələri insanlar arasında yox olacaq, xalqın cilovu cahil və nadanların əlinə düşəcək, insanın yaranmasında əsas qayəni təşkil edən birlik və Tanrını tanımaq qapıları qapanacaq, elm şübhəyə çevriləcək və hidayət əxlaqsızlığa yer verəcək. Necə ki bu hal bu gün baş verir; hər bir zümrənin cilovu bir cahilin əlinə düşmüş, cilovunu əllərində tutanlar xalqı istədikləri kimi idarə edirlər. Onların arasında Məbuddan ad, Məqsuddan isə bir ləfz qalmışdır. Xudbinlik və hərislik küləkləri o dərəcədə hakim kəsilmişdi ki, daxillərindəki ağıl (idrak) və vicdan işığı sönmüşdür. Halbuki, Tanrı qapıları, Rəbbami qüdrət ilə açılmış el işığı və müqəddəslik mərhəməti bütün yaradılmışların cövhərlərini çox işıqlandırıb və ruhlandıraraq doğru yola yönəltmişdir. Belə ki hər şeydə bir elm qapısı açılmış, hər zərrədə Günəşin izləri izhar edilmişdir. Dünyanı bürüyən bütün bu elm təzahürlərinə baxmayaraq, bilik qapısını hələ qapalı bilir və mərhəmət yağmurlarını hələ kəsilmiş sayırlar. Onlar elmin sağlam ipini buraxıb, zənnə qapılmışlar. Anlaşılan bilik və biliyin qapısına binadan etibar etməmişlər: O bilik qapısının zühuru haqqında belə düşünməmişlər, çünki zənn və xəyalda çörək qapısı görmüşlər, elm Məzhərinin uğrunda isə canları fəda etməkdən başqa bir yol yoxdur. Ona görə də təbii ki, onlar birincidən möhkəm yapışmış, ikincidən isə uzaq qaçmışlar. Tanrı hökmünün tək bir hökm olduğuna ürəklərində etiraf etdikləri halda hər tərəfdən bir hökm və hər məhəllədən bir əmr gəlir. İki adam eyni qanun haqtında bir razılığa gələ bilmir, çünki onlar öz nəfslərindən başqa bir ilahi axtarmırlar, xəta yolundan başqa bir yol seçmək istəmirlər. Rəhbərlik, onların fikrincə, əldə edilə biləcək ən böyük qayə, təkəbbür və qürur isə istək, arzuların ən yüksək nailiyyətidir. Onlar öz hiylələrini Rəbbani təqdirlərdən üstün tutmuş, təslim və itaətkarlığı rədd edərək, tədbir və riyakarlıqla məşğul olmuşlar. Onlar şövkətlərinə bir əksiklik və izzətlərinə bir xələl gəlməsi qorxusuyla bütün imkanlarını toplayaraq vəziyyətlərini mühafizə etməyə çalışırlar. Tanrı mərifətilə sürmələnib işıqlanmış bir gözlə ətrafa baxılsa, bir dəstə yırtıcı heyvanın birləşərək insan leşləri üzərinə daraşdığı görünər.

30

İndi hansı təzyiq və sıxıntı bu deyilənlərdən daha böyükdür: həqiqəti arayıb Tanrını tanımaq istəyən bir kimsənin bunun üçün harasa gedə bilməyəcəyindən və onu kimsədən soruşa bilməyəcəyindən daha yaman bir sıxıntı ola bilərmi? Fikirlərin bir-birinə uyğun olmadığından və yolların bir-birindən ayrıldığını görən belə bir şəxs çaşıb qalır. Bu təzyiq və sıxıntı hər Tanrı Zühurunun əlamətlərindəndir. Bunlar baş vermədikdə həqiqət Günəşi doğa bilməz. Bunun üçündür ki, bütün rəvayətlərdə və hədislərdə bu şeylər, yəni küfrün dünya üzünü bürüyəcəyi və bəşəriyyətin qaranlıqda boğulacağı və buna bənzər şeylər söylənilmişdir. Hədislərin məşhurluğu və arzumun qısa olmasını nəzərə alaraq həmin hədislərin mətnlərindəm burada misal gətirməkdən çəkindim.

31

Əgər insanlar öz xəyallarıyla bu daralmanı dünyanın daralması və ya buna bənzər bir şey kimi təsəvvür edirlərsə, bu heç vaxt baş verməyəcək və onlar lazım gələndə deməli olacaqlar ki, bu şərt yerinə yetirilməmişdir. Necə ki, onlar bu barədə demişlər və indi də deyirlər. Qısası, «darlıq» dedikdə İlahi Biliyin darlığı və İlahi kəlamların dərk edilməməsi nəzərdə tutulur. Günəşin[23] və Günəşi əks etdirən Aynaların batması zamanı insanlar, dediyimiz kimi, darlıq və çətinlik içərisinə düşərək kimə tərəf yönələcəklərini bilmirlər. Buna görə biz sənə bu kəlamların mənasını dərk etmək imkanı verir və Müdriklik sirrini sənə açırıq ki, onun mənasından xəbərdar olasan, İdrak və Müdriklik piyaləsindən içənlərdən biri olasan. Ona görə hədislərin mənasını öyrədir, hikmətin sirlərindən səni xəbərdar edirik ki, məqsədinin nə olduğunu bilib, elm və irfan qədəhindən içənlərə qoşulasan.

32

«Günəş qaralaçaq, Ay işığını verməyəcək, ulduzlar göydən düşəcəklər» kəlamı haqqında Peyğəmbərlərin sözlərində olan «Günəş» və ya «Ay» təbirlərindən məqsəd heç də göydəki Günəş və Ay deyildir. Əksinə, Peyğəmbərlər bu təbirlərə bir çox mənalar vermişlər. Mənalar yerinə görə müxtəlifdir. Məsələn, günəşin bir mənası əzəli doğuşdan yüksələrək bütün varlıqlar üzərinə işıq və hərarət saçan həqiqət Günəşidir. Bu həqiqət Günəşləri Tanrının sifətləri və isimləri aləmindəki Külli Məzhərlərdir. Necə ki Göy, Günəş həqiqi Məbudun Əmrilə meyvələr, ağaclar, rənglər, minerallar və sair kimi mövcud aləmdə olan maddi şeylərin inkişafını mümkün edirsə, eləcə də birlik ağacları, təklik meyvələri, təcrid yarpaqları, elm və iqan çiçəkləri, hikmət və bəyan reyhanları da Mənəvi Günəşin sayəsində inkişaf edir. Bunun üçündür ki, bu Günəşlər doğanda dünya yeniləşir, əbədi həyat suları axır, ehsan dənizi dalğalanır, mərhəmət buludları göy üzünü örtür, comərdlik yelləri bütün varlıqlar üzərində əsir. Bu İlahi Günəşlərin hərarət və mənəvi atəşindən dünya təməlində Tanrı Sevgisi hərarəti hasil olur. Bu mücərrəd ruhların inayəti ilədir ki, əbədi həyat ruhu ölülərin cəsədlərinə üflənir. Göydəki günəş əslində bu mənəvi Günəşin Əzəmət və Camalını əks etdirən işarədən başqa bir şey deyildir. Bu Günəş şəriki, bənzəri və rəqibi olmayan bir Günəşdir. Bütün varlıq bu Günəşlə mövcuddur. Bütün varlıq Onun feyzindən meydana gəlir və hər şey Ondan çıxır və yenə Onun əmr xəzinəsinə dönür. Bütün yaranmışlar Ondan başlamış və yenə Onun hökm dəfinələrinə dönmüşdür.

33

Eşitmiş və eşitməkdə olduğunuz kimi, bu mənəvi Günəşlərə bəzi ad və sifətlərin təyin edilməsi zəif, naqis ağılların dərk etməsi məqsədilə Onlar haqqında bir fikir vermək üçündür. Yoxsa Onlar hər isimdən uca və hər vəsfdən ali olmuş və olmaqda davam edəcəkdir. İsim özü Onların müqəddəs sahəsinə yol tapa bilməz, sifət cövhəri Onların İzzət Səltənətinə ayaq basa bilməz. Nə mümkündür ki, Tanrının dostları öz nəfslərindən başqa bir şey vasitəsilə vəsf edə bilsin və nə də mümkündür ki, Ulu Tanrının Peyğəmbərləri özlərindən başqa bir şeylə tanına bilsin. Onlar qulların hər vəsfindən üstün, hər anlağından ucadırlar.

34

Günəş təbiri İsmət əhlinin sözlərində Tanrı Peyğəmbərlərinin bu nurlu birlik örnəkləri üçün çox tətbiq edilmişdir. Həmin təbirlər içərisində «Nütba» duasında yazılmış aşağıdakı sözlər: «Haradadır doğan günəşlər? Hara getdi nurlu aylar? Necə oldu parıldayan ulduzlar?» - deyilir. Demək ki, Günəş, Ay və Ulduz təbirlərində məqsəd ilk öncə nəbilər, vəlilər, onların dostları və əsabələridir. Görünən və görünməyən aləmlər bunlardakı elm və irfan nuru ilə aydınlanır.

35

Başqa bir anlamda da bu təbirlərdən məqsəd sonrakı Zühur zamanında yaşayıb, xalqın din cilovunu əllərində saxlayan əvvəlki Zühur üləmalarıdır. Bunlar həqiqət Günəşinin sonrakı Zühurunda o Günəşin işığı ilə nurlanırlarsa, Tanrı yanında məqbul olub işıqlanacaqlar, əks təqdirdə yol göstərən olsalar da, onlar nurlarını itirmiş hesab olunacaqlar. Çünki küfr və iman, hidayət və dəlalət, xoşbəxtlik və bədbəxtlik, nur və zülmət kimi vəsflər Tanrı Günəşinin təsdiqinə bağlıdır. Qiyamət günündə həqiqi irfan qaynağı tərəfindən hər hansı bir din xadimi haqqında iman hökmü verilərsə, elm, riza, nur və imam vəsfləri o alim haqqında doğru olur. Əks təqdirdə ona cəhalət, mənfilik, küfr və zülm damğası vurulur.

36

Göy günəşinin doğması ilə bərabər ulduz işığının ortalıqdan silindiyini hər göz sahibi görür və bilir. Onun kimi də Şəmse-həqiqət və Mənəvi Günəşin doğması nəticəsində zahiri elm, hikmət və irfan günəşi yox olur və qaralır.

37

«Günəş» Təbirinin din alimlərinə tətbiq edilməsi onların tutmuş olduqları yüksək məqam və şan-şöhrətlərinə görədir. Əgər onlar Tanrı Günəşinin ifadəçilərinə çevrilirlərsə, onda onlar yüksəlmiş günəşlər hesab olunurlar. Əks təqdirdə onlar Siccin[24] günəşlərindən sayılırlar. Necə ki, buyurulur: «Günəş və Ay cəhənnəmlikdir»[25]. Bu ayədə adı çəkilən «Günəş» və «Ay»dan məqsədin nə olduğunu hər halda bilirsiniz və bunu söyləməyə gərək ki, ehtiyac olmasın. Bu cür Günəş və Ayın ünsüründən olan, yəni haqdan üz çevirən hər kəs, həqiqətən də, Cəhənnəmdən gəlmiş və yenə ora qayıdacaqdır.

38

İndi, ey sual edən, Urvatil-Visxadan[26] yapışmalıyıq ki, zəlalətin qaranlıq gecəsindən çıxıb, hidayətin işıqlı sabahına dönək, mənfinin kölgəsindən qaçıb, müsbətin kölgəsinə girək, Cəhənnəmin atəşindən qurtulub, İlahi Camalın nuru ilə işıqlanaq. Bununla biz sizlərə İdrak Ağacının meyvələrindən nemət veririk ki, Tanrı hikməti Cənnətində sevinc və səadət ilə oturanlar zümrəsindən ola biləsiniz.

39

Başqa bir anlamda «Günəş», «ay» və «ulduz» təbirlərindən məqsəd namaz və oruc kimi hər bir şəriət sistemində mövcud qanunlar və təlimlərdir. Namaz və oruc Məhəmmədin Camalı bu dünyadan köçdükdən sonra Quran şəriətindəki bütün ehkamların ən böyüyü və ən sağlamı kimi qəbul edilmişdir. Bunun belə olduğuna bir çox hədislər və salnamələr şəhadət edir. Hamıya yaxşı məlum olduqlarına görə, onların burada anladılmasına ehtiyac yoxdur. Bəli, namaz hökmü hər bir dövrdə təsdiq edilmiş və ümumiliklə icra edilmişdir. Bunun belə olduğuna Məhəmməd Günəşindən yayılan işıqlar şahiddir.

40

Yazılı və şifahi hədislər namaz hökmünün hər dövrdə göydən nazil olduğunu isbat etmiş və onun hər bir dövrdə zamanın tələbinə cavab verəcək qədər dəyişdirildiyini göstərmişdir. Hər bir əvvəlki Tanrı Zühurunun təsbit və təsis etdiyi sağlam və parlaq adət və təlimlərin sonrakı Zühurda ləğv edildiyindən onlara rəmzi olaraq «Günəş» və «Ay» adları verilmişdir. «Kimin əməlinin o birisinin əməlindən gözəl olduğunu demək olar»[27]

41

«Oruc ziyadır, namaz nur» hədisində buyrulduğu kimi, hədislərdə də oruc və namaza «Günəş» və «Ay» deyilir. Bir gün bir yerdə oturmuşdum. Tanınmış bir din alimi yanıma gəldi, bir münasibətlə bu hədisdən söz açaraq «Oruc bədəndə hərarət yaratdığı üçün Günəşin ziyasına, gecə namazı isə sərinlik verdiyi üçün Ayın nuruna bənzədilmişdir», - dedi. Mən dərk etdim ki, zavallının Məna Dənizindən bir damla belə nəsibi olmamış. O, Rəbb hikməti Sidrəsinin (ağac) atəşindən bir qığılçım belə əldə etməmişdir. Bir müddət sonra böyük bir nəzakətlə: «Zati-alinizin bu hədisə verdiyi məna dillərdə və ağızlarda deyilir. Bu hədisin başqa bir mənası da ola bilər», -dedim. O bizdən soruşdu: «O nə ola bilər?» Biz cavab verdik: «Peyğəmbərlərin möhürü və Allahın Elçilərindən ən görkəmlisi olan Məhəmməd, Quranda nazil olmuş dini səmaya bənzətmişdir. Bu bənzətmənin səbəbi onun yüksəkliyi, ucalığı və bütün dinləri əhatə etməsidir. Çünki göylərdə iki ziya verən, yəni Günəş və Ay deyilən iki nurlu cisim başlıca hesab edilir. İslam səmadır, Oruc onun Günəşi, namaz isə onun Ayıdır.

42

Xülasə, Tanrı Məzhərlərinin rəmzi sözlərindəki məqsəd budur. Beləliklə, Günəş və Ay təbirlərinii yuxarıda qeyd edilənlərə tətbiqi müqəddəs ayə və yazılı hədislərdə vəsf və təsbit edilmişdir. «Günəşin qaralıb, Ayın öz işığını verməməsi və ulduzların göydən düşməsi», - sözlərinin mənası din alimlərinin doğru yolu buraxıb, əyri yollara düşmələri və şəriət hökmələrinin tətbiq və icra edilməsindən yayınmalarıdır. Bütün bunlar Tanrı məzhəri tərəfindən rəmzi bir ifadə ilə əvvəlcədən xəbər verilmişdir. «Fəqət ən ləzzətli şərab qədəhindən ancaq möminlər içər.»[28]

43

Heç şübhə yoxdur, əvvəlki Zühurun Səmasını bəzəyən təlim, ehkam, əmr və qadağanlar, «Ay» və «Günəş» ki, o zamanın insanlarını ziyalandırmışdı, sonrakı Zühurda qaralır, yəni hökmsüz və təsirsiz olur. İndi fikir verin, əgər «İncil» ümməti «Günəş» və «Ay» təbirlərinin mənasını dərk edib, tərslik və inadlarından əl çəgərək bu barədə İdrak Tanrısının Məzhərlərindən məlumat alsaydılar, bu təbirlərdəki məqsədi, şübhəsiz ki, anlayar və indi olduğu kimi iztirab və ehtiras zülməti içində qərq olmazdılar. Lakin onların biliyi İdrak Qaynağından olmadığı üçün küfr və dəlalətin qorxunç vadisində məhv olmuşlar. Və hələ də bütün əlamətlərin görünmüş olduğundan, vəd olunan Günəşin doğduğundan, əvvəlki bilik və ehkam Günəşi ilə Ayının artıq qaralıb batmış olduğundan xəbərləri belə yoxdur.

44

İndi «elm-əl-yəqin»[29] gözü ilə, «eyn-əl-yəqin»[30] qanadları ilə «həqq-əl-yəqin»[31] yoluna ayaq bas və söylə: «Ey Allah, onları burax ki, düşdükləri bataqlıqda ilişib qalsınlar»[32]. Bu zaman sən əsabələr sırasına daxil olarsan ki, növbəti ayədə buyurulur: «Rəbbimiz Allahdır», - deyərək, dayanıb durmuş kəslərə mələklər nazil olaçaq.»[33] Beləliklə, bütün sirləri öz gözlərinlə görəsən.

45

«Ey qardaşım, Ruh addımını at ki, sən qəriblik və ayrılıq çöllərini bir göz qırpımında keçib, yaxınlıq və vüsal cənnətinə girəsən və bir nəfəsdə səmavi ruhlara qoşulasan. Sən insan addımları ilə heç vaxt bu sonsuz məsafəni keçə bilməz və məqsədinə qovuşa bilməzsən. Salam olsun o kəsə ki, həqiqətə çatmaq üçün həqiqət işığını özünə bələdçi tutar və həqiqi İdrak sahilində, əmr görpüsü üzərində Tanrının adıyla durar.»

46

və Məqriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik»[34] ayəsinin mənası budur: haqqında danışılan Günəşlərdə doğma və batma (doğuş və batış) yerləri vardır. Təfsirçi alimlər bu «Günəş»lərin rəmzi mənasını dərk edə bilmədikləri üçün bu ayənin təfsirində aciz qalmışlar. Bəziləri Günəşin kuya hər gün müxtəlif nöqtədən doğduğunu zənn etdiyi üçün «şərqlər» və «qərblər» istilahları cəmdə işlənmişdir. Digər bir qisim təfsirçilərə görə isə bu ayədə ilin dörd fəsli nəzərdə tutulur. Çünki ilin hər fəslində Günəş müəyyən nöqtədən çıxdığı və digərində batdığı üçündür ki, «şərqlər» və «qərblər» deyilmişdir. Onların biliklərinin nə qədər səthi olduğunu bundan anlamaq olar. Bununla bərabər onlar bu bilgi cövhərlərində və hikmət örnəklərində nə qədər qüsur və cəfənglər olduğunu israr edirlər.

47

Qiyamət gününün əlamətlərindən olan «Göy Parçalanması» təbirinin mənasını da bu açıq, kəskin və birmənalı izahatların işığı altında anlamağa çalışınız. Buyurulur: «Göy parçalanaçağı zaman»[35]. Buradakı «Göy» təbirindən məqsəd din səmasıdır. Din səması hər Zühurda yüksəlir və ondan sonrakı Zühurda parçalanır, yəni batil və hökmsüz olur. Tanrıya and olsun ki, anlayanlar üçün o «Göy»lərin parçalanması, gözlə gördüyümüz göylərin parçalanmasından daha mühüm hadisədir. Bir qədər düşünün: uzun müddət hakim olmuş bir dinin içində böyümüş və inkişaf etmiş cəmiyyətdə hamı bu dinin gözəl ehkamları ilə yetişmiş, öz ata və babalarından yalnız onun adını eşitmiş, beləliklə də, gözlər yalnız onun nüfuzunu görmüş, qulaqlar yalnız onun hökmlərini eşitmişdir. Elə bu zaman bir nəfər çıxıb bütün bunları Tanrı Qüvvəti və Qüdrəti ilə bir-birindən ayırır, hətta hər şeyi rədd və məhv edir. İndi düşünün: bumu daha böyükdür, yoxsa bu zavallıların «göy parçalanması» təbirindən anladıqları hadisələrmi?

48

Sonra isə bu Tanrı Simalarının çəkdikləri zəhməti və həyatlarındakı acılığı gözləriniz önünə gətirin. Onlar necə də tək başlarına, heç bir maddi yardım olmadan, bütün bu müxalifət dünyasına qarşı Tanrı Əmrini həyata keçirirdilər. O müqəddəs, inçə duyğulu və çox dəyərli varlıqlara nə qədər işkəncə verilsə də, onlar var qüvvələri ilə səbir göstərir və bütün üstünlüklərə malik olduqları halda hər bəlaya qatlaşırdılar.

49

«Ərzin dəyişməsi» təbirini də eyni vəchlə anlamağa çalış. Bil ki, rəhmət buludu hər hansı bir qəlbin üzərinə lətif bir yağış çiləsə, o qəlb mərifət və hikmət yerinə çevrilər. Onların könül baqçalarında hansı birlik reyhanları bitməz? Onların nurlu sinələrində neçə həqiqi birlik və müdriklik çiçəkləri yetişmişdir. Onların qəlbləri dəyişməmiş qalsaydı, necə ola bilərdi ki, bir hərf belə öyrənməyən, müəllim üzü görməyən, məktəbə ayaq basmayan insanlar heç kimin dərk edə bilmədiyi sözləri ifadə etsinlər və hamını heyrətə gətirən bilik nümayiş etdirsinlər. Sanki Onlar Əbədi Bilik Torpağından yaranmış və İlahi Müdriklik Suyu ilə yoğrulmuşlar. Ona görə də deyilmişdir: «Elm elə bir nurdur ki, Tanrı onu istədiyi adamın qəlbinə salar». Əsasən məqbul olan elm də budur. Bu elə bir elmdir ki, həmişə və indi də dəyərləndirilir. İnsanların bəzən bir-birindən oğurladıqları və başqaları qarşısında onunla öyündükləri pərdələnmiş və qaranlıq zehnin məhsulu olan elm elm deyil.

50

Nə olaydı, insan tərəfindən yaradılmış məhrumiyyətlər və qaranlıq düşüncələrin hamısı zehinlərdən silinəydi. Onlar həqiqi elm və mərifətin günəşi ilə nurlanar və İlahi hikmətin sirlərini anlayaydılar. İndi bax, əgər bu yaranmışın bəhrəsiz torpağı dəyişməmiş qalsaydı, Tanrı Birliyinin sirləri onda necə Zühur edər və Tanrı mahiyyəti necə aşkar olardı? Bunun üçün də buyrulmuşdur: «Bir gün yer başqa bir yerlə əvəz olunaçaq»[36].

51

Zühurun sirləri üzərində dərin düşünsəniz, bu gün bu maddi ərzdə də Varlıq Sultanının comərdlik mehi ilə dəyişikliyini müşahidə edərsiniz.

52

İndi bu ayənin mənasını anlamağa çalışın: «...Qiyamət güiü yer bütünlüklə Onun ovcunun içində olacaq və Onun sağ əli ilə büküləcəkdir. Allah müşriklərin xəyal etdikləri sifətlərdən tamamilə uzaq və ucadır.» İndi bir az insaflı olmaq lazımdır. Əgər məqsəd bu insanların anladığı gimi olsa, bundan nə gimi fayda ola bilər? Bundan başqa, insan gözünün görə bildiyi hec bir əl bu işləri bacara bilməz, bacarmadığı üçün də belə bir Tanrı zatına aid bir əl ola bilməz. Əksinə, belə bir şeyin ola biləcəyini ehtnmal etmək yalnız küfr və iftiradır. Əgər Qiyamət günündə bü işləri icra etməyə Tanrı Məzhərlərinin məmur olaçağı söylənilirsə, bunlar da həqiqətə uyğun deyil və faydasızdır. «Ərz» təbirindən məqsəd elm və mərifət ərzi, «göylər» təbirindən məqsəd isə Din Göyləridir. Görün ki, bundai əvvəl yayılan elm və mərifət ərzi indi neçə qüdrət və iqtidar ovcunun içinə yerləşib; qəlblərdə necə də təzə və misilsiz bir ərz yayılmışdır, necə yeii-yeni, tər reyhanlar və çiçəklər, əzəmətli və möhtəşəm ağaclar aydın könüllərdə bitmişdir.

53

Həmçinin, baxınız, bundan öncə yüksələn dinlərin göyləri, Onun Qüdrətli sağ əli toplanmış Bəyan Göyü Tanrının Əmri ilə necə yüksəlmmş və bu yeni-yeni əmrlərin günəşi, ayı və ulduzları ilə necə də bəzənmişdir?! Tanrı kəlamlarındakı sirlər üzərindən pərdə götürüldü və onlar açıqlandı ki, Məna Sabahının aydınlığını dərk edib, qorxu və tərəddüd lampalarını təvəkkül və Allahdan başqa hər şeydən əl üzmək qüvvəti ilə söndürərək, könül hücrəsində yeni bir ilahi elmin və yəqinliyin işığını yandırasan.

54

Əmr qaynaqlarından sızan bütün bu işarələr və gizli eyhamlardan gələn məqsəd insanları imtahana çəkməkdir. Buna yuxarıda da işarə etmişdik. Belə bir imtahan nəticəsiidə təmiz və nurlu qəlblərin torpağı, bəhrəsiz və fani qəlblərin torpaqlarından ayırd edilir. Bu, Tanrının hər zaman insanlar arasında olan qanunlarındandır. Müqəddəs Kitabda yazılanlar da bunun belə olduğuna sübutdur.

55

Həmçinin Qiblə haqqındakı ayədə Məhəmməd Nübuvvətinin Günəşi Bədha[37] məşriqindən Yasribə[38] keçənə qədər hər dəfə namaz qılarkən Qüdsdəki mübarək məbədə yenəlirdi. Yəhudilər burada xatırlanmasını münasib bilmədiyimiz və sezü uzatmaqdan başqa bir şeyə yaramayan bir çox nalayiq sözlər söyləmişlər. Yəhudilərin bu nalayiq sözlərini duyan Həzrət Peyğəmbər çox kədərləmmiş, təfəkkür və heyrət dəryasına dalaraq gözlərini səmaya qaldırmışdı. Cəbrayıl göylərdən enərək bu ayəni oxudu: «Biz sənin üzünün gəyə tərəf çevrildiyini görürük, ona görə də sən razı olduğun qibləni təyin edirik.»[39] Bir gün Həzrət Peyğəmbər bir neçə əsabələri ilə birlikdə günorta namazını qılırdı. Namazın iki rükətini qılmışdı ki, Cəbrayıl enərək: «İndi üzünü Məscidülhərama (Kəbəyə) tərəf çevir!»[40] - dedi. Elə həmin namaz vaxtında Peyğəmbər üzünü Qüdsdəki mübarək məbəddən döndərərək Kəbəyə tərəf çevirdi. Bunu görən əsabələri dərhal elə sarsıntı və həyəcan keçirdilər ki, onlardan çoxu namazlarını pozub geri qayıtdılar. Bu bəndələri sınaqdan keçirmək üçün edildi. Yoxsa həqiqi Sultan qibləni heç də dəyişdirməyə bilərdi, o dövrdə də Qüds Məbədini qibləlikdə saxlayar və bu qəbul donunu ondan çəkib geri almazdı.

56

Musadan sonra Davud və İsa kimi nəbilərin və Musa ilə Məhəmmədin Zühurları arasında gələn bir çox başqa Peyğəmbərlərin dövrlərində qiblə əsla dəyişməmişdir. Aləmlərin Rəbbi tərəfindən gələn bütün bu Elçilərə xalqı daim həmin tərəfə yönəltmək əmri buyrulmuşdur. Əslində, həqiqi Sultana görə, bütün yerlər birdir. Vahid olmayan bir yer varsa, o da Məzhərlərin Zühuru sırasına müəyyən bir məqsədə təhsis olunandır. Necə ki buyrulur: «Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz, Allahın üzü ordadır»[41]. Həqiqət belədirsə, insanları hürküdüb qorxudacaq və əsabələr arasında sarsıntı və həyəcan doğuracaq bir dəyişməyə nədən lüzum görüldü? Bəli, bütün insanları belə hürküdəcək şeylər, hər kəsin Tanrı məhəki ilə imtahana çəkilməsidir. Bu yolla doğru yalandan ayırd edilmiş olur. Bu münasibətlə xalqın arasında ixtilafdan sonra: «İstədiyin qibləni Sənə təyin etdik, bilək ki, kim Allahın Rəsuluna tabe olur və kim Ondan üz çevirir...»[42] - deyə buyrulmuşdur. Yəni biz kimlərin sənin arxanca gedəcəyini və kimlərin dönük çıxacağını, başqa sözlə kimlərin arxa çevirib, namazı pozub, fərarilik və itaətdən imtina edəcəyini bilmək üçün Qüds Məbədi qibləsini dəyişdirdik: «Vəhşi eşşəklər kimi, O eşşəklər ki, aslandan hürküb qaçar»[43].

57

Bu ifadələr haqqında bir az düşünmüş olsanız, məna və açıq ifadə qapılarını açılmış, ondakı elm və sirləri örtüksüz və pərdəsiz görərsiniz. Bu şeylər xalqı tərbiyə edib. Çünki O həqiqət Padşahının daim Öz mahiyyəti ilə bütün yaranmışların Onu dərk etməsinə ehtiyacı yoxdur. O, əbədi olaraq Öz Mövcudluğu ilə bütün yaranmışların ibadətlərindən yüksəkdir. Öz zənginlik üfüqündən bir yel əsdirməklə kainata zənginlik donu geyindirə bilər. Onun comərdlik dənizinin tək bir damlası bütün varlığı əbədi həyata qovuşdurur. Lakin qayə haqqın batildən və günəşin kölgədən ayırd edilməsidir. Bunun üçün Ulu Rəbbin şan-şöhrət Səltənətindən hər vaxt imtahan yağışı bir leysan halında yağmaqdadır.

58

Keçmiş Peyğəmbərlər və Onların Zühurları haqqında bir az düşünülərsə, insanların qarşılaşdığı bir çox çətinliklər aradan qalxar. Onlar elə asanlıqla bu Peyğəmbərlərin tutmuş olduqları yolları bilmiş və dərk etmiş olarlar ki, onların nəfs və arzularına zidd olan söz və işlərdən pərdə kötürülər, bütün pərdələri irfan ağacının atəşi yandırar, əmin-amanlıq və yəqinlik taxtına əyləşərlər. Məsələn «Kitab» sahibi böyük Peyğəmbərlərdən biri olan İmran oğlu Musanı gözünüz önünə gətirin. Musa əmrini açıqlamaqdan əvvəl bir gün bazardankeçərkən iki nəfərin savaşdığını görür. Onlardan biri Musadan kömək istəyir. Müqəddəs Kitabda yazıldığı kimi, Musa işə qarışır və həmin adamın rəqibini öldürür. Həmin hadisənin təfsilatına varmış olsaq, söz uzanar, nəticə gecikər. Hadisə haqqında xəbər bütün şəhərə yayılır və Kitabda yazıldığı kimi, Musanın canına qorxu düşür. Nəhayət, Musa: «Ya Musa! Camaat səni öldürmək barəsində məsləhət-məşvərət edirlər...»[44] - xəbərini alınca şəhərdən çıxıb Mədyən tərəfə gedib orada Şüeybin xidmətində olur. Geri qayıdarkən Sinay çölündəki Müqəddəs Vadiyə daxil olub, «nə Şərqə və nə Qərbə» mənsub olan Ağacdan Birlik Sultanının təcəllisini müşahidə edir. Orada O, Rəbbin yanan Atəşindən gələn ruhlandırıcı nidanı eşidir. Fironun adamlarının düzgün yola yönəlməsinə çalışır ki, beləliklə, onları xudbinlik və ehtiraslar vadisindən qurtararaq, ruhlarını könül açan səhralara yetişdirsin və düzgün yola çıxarsın. Və İnqita Səlsəbilindən[45] bütün yaranmışları uzaqlıq heyrətindən yaxınlıq Dar-əs-Salamına[46] çatdırsın. Musa Fironun evinə çatanda və Allah tərəfindən Əmr olunan şeyi ona bildirəndə, Firon ədəb dairəsindən çıxaraq ona: «Adam öldürüb, kafir olan sən deyilsənmi?» -dedi. Fironun Musaya bu cür müraciət etdiyini Əzəmətli Tanrı Quranda belə anladır: «Axırda elədiyini də elədin, kafirlərdən birisən.» Musa dedi: «Mən onu edərkən cahillərdən idim və sizdən qorxub qaçdım, sonra Rəbbim mənə əmr elədi və Peyğəmbər seçdi»[47].

59

İndi Tanrının öz qullarını çəkdiyi sınaqları və Onun ağıla sığışmaz imtahanları haqqında düşünün. Allah insanlar arasında adam öldürməklə tanınmış və ayədə yazıldığı kimi, bu günahını etiraf etmiş, aləm nəzərində otuz ilə yaxın bir müddət Fironun sarayında yetişmiş və onun çörəyini yeyərək böyümüş bir adamı seçərək, xalqın hidayətindən ötrü səmavi yüksək bir vəzifəni ona etibar etmişdir. Halbuki hər şeyə qadir olan Sultan xalqı hürküdüb uzaqlaşdıracaq bir adla şöhrətlənməməsi üçün Musanın adam öldürməsinin qarşısını asanlıqla ala bilərdi.

60

Məryəmin vəziyyətini də göz önünə gətirin. Bu gözəl səmavi varlıq vəziyyətinin çıxılmızlığı qarşısında özünə ölüm arzulayacaq bir dərəcəyə kəlib çatmışdı. Mübarək ayədə yazıldığı kimi, İsa dünyaya gəldikdən sonra: «Kaş ki mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə uiudulub getmiş olaydım!»[48] - deyə fəryad etmişdi. Tanrıya and olsun ki, bu sözləri eşidənin ciyəri əriyər, ruhu inlər. Bu kədər, iztirab və qüssə düşmənlərin tənəsindən, kafir və şəkkakların lənətlərindən irəli gəlirdi. Bircə düşünün; Məryəm ətrafındakılara nə desin? Onlara necə anlatsın ki, atası məlum olmayan bu uşağın atası Müqəddəs Ruhdur? Onunçun da Məryəm o əbədi bakirəlik rəmzi olan uşağı qucağına alıb evinə döndü. Xalq onu görcək: «Ey harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!»[49] -deyə qınamağa başladılar.

61

İndi bu böyük imtahana və çətin sınağa baxınız. Hər şey bir yana, xalq arasında atasızlığı ilə tanınmış bir kimsəyə Tanrı tərəfindən Peyğəmbərlik verilir, yerdə, göydə olanlar üçün Tanrı hüccəti seçilir.

62

İndi görün ki, Zühur Məzhərlərinin işləri Varlıq Sultanı bəndələrinin nəfsləri və istəkləri ilə fərqlidir. Bu sirlərin mahiyyətinə nüfuz etsən, o Vahid Sevgilinin məqsədini anlarsan. O Şövkətli Padşahın sözlərinin və işlərinin bir-birinin eyni olduğunu görərsən. Belə ki Onun işlərində görülən hər şey, Onun kəlamlarında da gerülür və Onun kəlamlarında görülən hər şey Onun işlərində də görülür. Bunun üçün də bu kəlamlar və işlər zahirdə günah yolu ilə gedənlər üçün yandırıcı cəhənnəm atəşi və batində haqq yolu ilə gedənlər üçün rəhmətdir. Öz qəlbinin gözü ilə görən hər bir kəs, şübhəsiz, dərk edəcək ki, Allahın İradə Göylərindən açılan kəlamlar ilahi Qüvvət Səltənətindən gələn əməllərlə eyniyyət təşkil edir.

63

İndi. ey qardaşım, bu dövrdə bu kimi hadisələr Zühur edərsə və belə macəralarla qarşılaşarlarsa, əcəba, insanlar onda nə edərdilər? And olsun Varlığın Mürəbbisinə və Kəlamları göndərənə ki, insanlar dərhal sorğu-sualsız Onu kafir elan edər və qətlinə fitva verərlər. İstənilən qədər İsanın Müqəddəs Ruhdan meydana gəldiyi və Musanın İlahi Qüvvə tərəfindən tapşırıq almış olduğu söylənilsin, kim buna qulaq verər. Yüz min kərə hayqırsan ki, atasız bir Uşağa Peyğəmbərlik verilmiş və ya bir qatil Yanan Ağacın Alovundan «Mən Tanrıyam» xəbərini gətirmiş, bu, bir kimsənin qulağına girməz.

64

Əgər insaf gözü açılarsa, bütün bu işlərdən, bütün izahatlardan aydın olar ki, bizim günlərdə də bu cür təsadüflər Zühur etməkdədir. Baxmayaraq ki, bu Zühurda belə işlər vaqe olmayıb, lakin rədd edilmişlərin uydurmalarına etibar edən adamlar dünyada Ona qarşı misli görünməmiş əzablı ittihamlara və kəskin tə’qiblərə səbəb olur.

65

Uca Tanrı! Söz bura çatanda ruhani ətirli bir yel Allahın Səhəri tərəfdən və Əzəliyyət Səbası şəhərindən əsdi. Onun nəfəsi cana təzə bir müjdə verdi, ruha ölçüsüz bir sevinc bəxş etdi. O hər şeyi təzələdi, tanış olmayan Dostdan saysız-hesabsız, qiymətsiz hədiyyələr gətirdi. Mədh libası onun əyninə çox dar gəlir və Kəlamların Donu Onun nurani boyuna görə çox qısa olur. O, söz söyləmədən məna sirlərini açar və ağız açmadan İlahi Kəlamlarının sirləriii açıqlayar, uzaqlıq və ayrılıq budağındakı bülbüllərə nalə və fəqan dərsi verər, eşq və aşiqlik yolunun incəliklərini və könülvermə rəmzlərini öyrədər. Yaxınlıq və Vüsal Cənnətinin bəzi güllərinə dilbərlik rəsmini və işvəkarlıq yolunu təlqin edər. O, eşq baqçasının gəlinciklərinə həqiqət sirlərini bildirir və gizli incəliklərini könüllərdə əmanət buraxır, həqiqətdə, Onun verdiyi inayətə Müqəddəs Ruh Özü belə həsəd aparır. O, bir damlaya dəniz dalğaları vermiş, bir zərrəyə günəş parıltıları bağışlamışdır. Mərhəmət elə bir dərəcəyə çatmışdır ki, pislik böcəyi müşk qoxusuna göz dikmiş, yarasa gün işığı qarşısında keçib oturmaq cəsarətini özündə tapmışdır. O, ölülərə həyat ruhu üfüləyərək, onları cəsəd qəbirlərindən çıxarmış, cahilləri elm kürsüsünə oturtmuş, zalımları ədalət Taxtına yüksəltmişdir.

66

Varlıq aləmi bütün bu inayətlərlə doludur. Görək, görünməz aləmdən yağan bu mərhəmətin nəticəsi bu torpaq aləmində nə zaman görünəcək; taqətdən düşmüş susuzlar nə vaxt Sevgilinin fərəhləndiriçi Kövsərinə qovuşacaq, uzaqlıq və yoxluq səhralarında gəzib dolaşanlar Sevgilinin yaxınlıq və varlıq Otağına nə zaman yetişəcəkdir? Görək hansı qəlblərin torpağında bu müqəddəs dənələr cücərəcək? Görək kimlərin ruh bağçalarında görünməz aləmin həqiqət çiçəkləri açacaq? Qısası, Eşq Sidri Sevgi Sinasında elə yanıb alışmışdır ki, Bəyan suları ilə belə söndürülə bilməyəcək. İndi, ey Qardaşım, ruh şamını qəlb lampasında hikmət yağı ilə yandır və ağıl şüşəsi ilə onu qoru. Elə olmasın ki, müşriklərin nəfəsi onu söndürüb, işıq verməkdən məhrum etsin. Bəyan Səmasının üfüqünü hikmət və İrfan günəşinin nurları ilə belə işıqlandırdıq ki, bununla sənin qəlbinə sakitlik gətirək və sən də iqan (yəqinlik) qanadlarında Rəhman Rəblərinin Sevgisi havasında uçanların cərkəsinə daxil olasan.

67

«O zaman insan oğlunun əlaməti göydə görünər», - sözlərinə gəldikdə isə O, bununla demək istəyir ki, Tanrı təlimlərinin günəşi qaralanda, qurulu ehkamların ulduzları düşəndə insanların mürəbbisi olan bilik ayı işıq verməyəndə, hidayət və qurtuluş bayraqları başı aşağı olanda, doğruluq və yaxşılıq sabahı qaranlıqlara bürünəndə, o zaman insan oğlunun əlaməti göydə görünəcəkdir. «Göy» deyəndə Ədalət Göylərinin Günəşi görünüb, hidayət Gəmisi Ululuq Dənizi üzərində üzməyə başlamazdan əvvəl göydə gözlə görünən bir ulduz parlayaraq göy Sakinlərinə Uca Günəşin Zühurunu müjdələyəcək. Eyni zamanda gözlə görünməyən göydə də bir ulduz parlayaraq həqiqi və nurlu ilk sabahın Zühurunu yer üzü sakinlərinə müjdələyəcəkdir. Ümumən qəbul olunduğu kimi, gözlə görünən və görünməyən göylərdəki bu iki əlamət Allah Peyğəmbərlərinin hər birinin Zühurundan bir az əvvəl görünür və onu elan edir.

68

Tanrı dostu İbrahimi xatırlayaq. İbrahimin Zühurundan qabaq Nəmrud bir yuxu görür, kahinləri çağırır. Kahinlər göydə bir ulduzun doğduğunu söyləyirlər. Həmçinin, yerdə də bir adam ortaya çıxaraq xalqa İbrahimin Zühuru müjdəsini verir.

69

Ondan sonra Tanrı ilə danışan Kəlimullah Musanın hekayəsi kəlir. O zamanın kahinləri fironun yanına gələrək: «Göydə bir ulduz doğdu. Bu hadisə sənin və qövmünün müqəddəratını əlində tutacaq bir uşağın ana bətninə düşdüyünə dəlalət edir», - dedilər. Eyni zamanda hikmət sahibi bir alim çıxaraq gecələr İsrail övladlarına muştuluq verir, yaxın vaxtlarda xoş bir hadisənin olacağını bildirir, onlara təsəlli verərək cəsarətləndirir. Müqəddəs Kitablarda yazılanlar bunlara sübutdur. Təfsilatına varmış olsaq, bu risalə kitaba çevrilər. Bundan başqa, keçmiş hadisələr haqqında hekayələri burada nəql etmək niyyətində deyilik. Tanrı şahidinizdir ki, bu anlatma sizə bəslədiyim dərin bir Sevginin əlamətidir. Bəlkə, bu vasitə ilə yer üzünün yoxsulları zənginlik dənizinin sahillərinə, bir qisim cahil İlahi Bilik dəryasına yol tapar və ya həqiqi biliyə susamış olanlar İlahi hikmət Səlsəbilindən pay götürə bilərlər. Əks halda mən, Tanrı qulu keçmişə aid belə sözlərlə məşğul olmağı böyük günah və yanlış sayıram.

70

Eyni tərzdə İsanın Zühuru saatı yaxınlaşdıqca, Göydə İsa ulduzunun göründüyünü öyrənən bir neçə Kahin o ulduzu axtarıb taparaq onun dalınca Herod krallığının mərkəzi olan şəhərə gəlirlər. O zamanlar bütün o torpaqlar bu adamın hakimiyyəti altında idi.

71

Məcuslar: «Haradadı, O yeni doğulmuş yəhudeya Padşahı? Çünki onun ulduzunu şərqdə gördük və Ona səcdə etmək üçün gəldik», - dedilər. Məcuslar arayıb soruşaraq, uşağın Yəhudiyyənin Beytl-Lehm[50] şəhərində doğulmuş olduğunu öyrəndilər. Bu, gözə görünən göydəki Zühurun əlaməti idi. Gözə görünməyən elm və məna göyündəki əlamət isə Zəgəriyyə oğlu Yəhya idi. Həzrət Yəhya xalqa İsanın Zühuru müjdəsini verirdi. Necə ki buyurulur: «Allah Yəhyanın gəlməsini sənə müjdə verir ki, Kəlmə (İsa) Allah tərəfindən gələn (tayfanın) ağası, nəfsinə hakim olan bir Peyğəmbərdir»[51], - buradakı «Kəlmə»də məqsəd Zühuru Yəhya tərəfindən müjdələnən həzrət İsadır. Yühənna, səmavi lövhələrdə yazılı olduğu kimi, Yahud çöldə yüyürərək: «Tövbə edin, çünki Göylərin Padşahlığı yaxınlaşıb», - deyə səslənirdi. Yühənna deyəndə Yəhya nəzərdə tutulur.

72

Həmçinin eyni ilə Məhəmməd Camalının zühurundan qabaq gözlə görünən göydə əlamətlər göründü. Bu ruhi işarələr dörd nəfər idi ki, onlar da ardıcıl olaraq yer üzündəki insanlara İlahi Günəşin doğacağını müjdələyirdilər. Sonralar Salman adını alan Ruzbeh onlara xidmət etmək şərəfinə nail oldu. Onlardan hər biri ölməzdən əvvəl Ruzbehi o birinin yanına göndərirdi. Nəhayət, (Salman) dördüncünün yanına gəldi. Dördüncü öləcəyini hiss edəndə Ruzbehə: «Ey Ruzbeh! Məni kəfənləyib torpağa verdikdən sonra qalx Hicaza ket; Məhəmmədin Günəşi orada doğaçaq. O Həzrətin Camalını görmək şərəfiiə nail olacağın üçün nə qədər də xoşbəxtsən» - demişdir.

73

Nəhayət, illər və əsrlər bir-birini ötərək iş bu Yeni və Uca Əmrə gəlib çatdı. Onun da ulduzunun göydə görünəcəyini bir çox münəccimlər xəbər vermişdilər. Beləcə, yerdə Əhməd[52], Kazım[53] (qəbirləri nurla dolsun) adları ilə tanınan iki parlaq nur meydana gəlmişdir.

74

Birlik Aynalarından hər birinin Zühurundan əvvəl biri bu görünən göydə və o biri görünməz göydə olmaqla iki əlamət parladığını bütün bu izahlarımızdan anlamısınız. Görünən göydəki parıltı yeni bir ulduzun doğmasıdır. Elm Günəşinin, hikmət Ayının, Bəyan və Məna ulduzlarının olduğu görünməz göydəki parıltı isə kamil insanın Zühurudur. Hər Tanrı Zühurundan əvvəl bu dünyada kamil bir insan meydana gələrək İlahiyyat Günəşi və Əhədiyyət Ayı ilə üz-üzə gələcəg insanları hazırlar.

75

Buyrulur: «O zaman yer üzünün bütün qəbilələri ah-nalə edəcək və insan oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcəklər.» Bu rəmzi ifadənin mənası belədir. O zaman insanlar Tanrı Günəşi Camalının, Bilik Ayının və İlahi hikmət ulduzlarının yoxluğundan kədərlənib ağlayacaqlar. Onda onlar buludlar üzərində göydən enən, Vəd olunan doğuşun Sevimli Camalını görəcəklər. Yəni O Tanrı Camalı Rəbbin İradə Göylərindən bir insan şəklində görünəcək. «Göy» təbiri ucalıq və yüksəkliyə işarədir. Çüiki O, Müqəddəs Məşriqlərin va Əzəli Zühurların göründüyü yerdir. Bu Peyğəmbərlər ana bətnindən çıxıb kəlirlərsə də, həqiqətdə Əmr Göylərindən enirlər. Onlar yer üzərində yaşayırlar, amma Məna məqamlarına dayaqlanırlar. Onlar insanlar arasında gəzsələr də, Yaxınlıq Göylərində uçurlar. Onlar ayaq tərpətmədən Ruh Diyarına səyahət edirlər. Onlar qanad açmadan Tanrı Birliyi zirvələrinə uçar, bir nəfəsə ucsuz-bucaqsız kainatın şərqini və qərbini gəzərlər. Onlar hər an görünən və görünməz Mələkut aləmini seyr edərlər. Onlar «layəşqələhu şənun ən şə’nin»[54] ərşində oturublar. Və «Kullə yomen huvə fişə»nin[55] kürsüsündə sakindirlər. Aşağıda: Onlar Əbədiyyət Sultanının hər şeyə hakim qüdrəti və Ulu Padşahın hər şeydən yüksək iradəsi ilə göndərilmişlər. «Göydən enmək» sözlərinin mənası budur.

76

«Göy» kəlməsi İlahi Günəşlərin sözlərində: Əmr Göyü, İradə Göyü, İrfan Göyü, İqan Göyü, Kəlam Göyü, Zühur Göyü, Sirlər Göyü və s. bu kimi bir çox müxtəlif mənalarda işlənir. «Köy» kəlməsindən yerinə görə ançaq Tanrı Birliyi sirlərinə vaqif olanlardan, əzəl şərabını içənlərdən başqa heç kəs bir şey anlaya bilməz. Məsələn: «Vədə verildiyi kimi, sizin ruziniz göydədi»[56] - buyrulur. Halbuki ruzi yerdə bitir. Eləcə də «isimlər (adlar) göydən enir» kəlamı kimi. Halbuki isimlər (adlar) dildə yaranır. Qəlb aynasını qərəz tozundan azacıq təmizləyə bilsən, Tanrının sözlərindəki rəmzi mənaları hər bir Zühurda anlayıb həqiqi bilik sirlərinə vaqif olarsan. Lakin insanlar arasında yayılmış elm pərdələrini Allahdan başqasından əlini üzmək atəşi ilə yandırmasan həqiqi elmin aydın sabahına qovuşa bilməzsən.

77

Elm iki qismə ayrılır: İlahi Elm və Şeytani Elm. Bunlardan birincisi həqiqi Sultanın İlhamından, ikincisi isə qara ruhların xəyallarından doğar. Birincinin yaradıcısı Xaliq həzrətləri, ikincinin yaradıcısı isə Nəfsani təlqinlərdir. Onu bəyan edən «Allahdan qorx və Allah səni öyrədən»dir; bunu bəyan edən isə «Elm ən böyük pərdədir» həqiqətini qəbul edir. O Ağacın meyvələri Səbir, Şövq, İrfan və Məhəbbətdir. Bu biri ağacın meyvələri isə Qürur, Təkəbbür və Uydurmadır. Zülməti bütün dünyanı bürüyən bu elmlər Allah tərəfindən buyrulan bəyanlara müxalifdir. Bu ağac günah və şəhvətdən başqa, bir meyvə verməz, düşmənçilik və qısqanclıqdan qeyri bir şey doğurmaz. Onun meyvəsi öldürücü zəhər, kölgəsi yandırıcı atəşdir. Bu sözü söyləyən nə gözəl söyləmişdir: «Nəfsi-həvanın ətəyindən yapış, həyanı burax, zahid nə qədər əllamə olsa belə, onun yoluyla getmə».

78

Qəlb insanların dediyi boş sözlərdən və bütün yer üzünün bağlılıqlarından təmizlənməlidir ki, Rəbbani ilhamın gizli mənasını dərk edə bilsin. İlahi elm sirlərinin xəzinəsinə çevrilə bilsin. Bu səbəbdən: «İşıqlı yolla gedib. Al Dirəyin iziylə addımlayan kəs insanların sahib olduğu bütün şeylərdən azad olmazsa, öz məskəninə heç zaman yetişə bilməz», - deyilmişdir. Bu yolda yolçuluq etmək istəyənlər üçün ilk və əsas şərt budur. Yaxşı düşün və dərk et ki, gözlərindəki pərdə götürülsün və bu sözlərdəki həqiqətə vaqif olasan.

79

Bütün bu deyilənlər yalnız bizim məqsədimizi təsdiqləməyə xidmət etsə də, əsas məqsəddən çox uzaq düşdük. Tanrıya and olsun! Nə qədər müxtəsər demək istəsək də qələmimizin cilovunu saxlaya bilmirik. Bütün dediklərimizə baxmayaraq, qəlb sədəfində gnzli qalmış nə qədər saysız-hesabsız incilər var. İlahi hikmət hücrələrində kimsənin əli belə toxunmadığı daha neçə məna huriləri var.» Onlara (hurilərə) heç bir inscip toxunmayıb.»[57] Bütün bu söylənənlərə baxmayaraq, sanki məqsədin nə bir hərfi, nə də mövzu ilə əlaqəsi olan bir işarə belə aydınlaşdırılmadı. Ziyarət ehramına girib, qəlb istəyi Kəbəyə çatacaq və dilsiz-qulaqsız İlahi Kəlam sirlərini eşidib anlayacaq (mömin bəndə) bir məhrəm axtarıcı nə zaman tapılacaq?

80

Haqqıida danışılan ayədəki «Göy»dən məqsədin nə olduğunu bu açıq və sağlam izahlardan bilib anladınız. Və buyurur: «İnsan oğlu göy buludları üzərində enəcəkdir», «Bulud»dan məqsəd insanların nəfse-həvasına zidd olan işlərdir. Ayədə belə deyilir: «hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn Peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini də öldürdünüz»...[58] Ehkamların başqalaşması, şəriətlərin dəyişməsi, geniş yayılmış adət və ayinlərin aradan çıxması, təhsil görməmiş möminlərin mədrəsə hücrələrində dirsək çürüdən dini inkar edən alimləri ötüb keçməsi kimi hallar bir mənada «Bulud»dur. Əzəli Camalın yemə-içmə, fəqirlik, zənginlik, izzət-zillət, uyuma-oyanma kimi bəşəri məhdudiyyətlər ilə fani bir insan şəklində Zühur eyləməsi də «Bulud»dur. Bir sözlə, insanları şəkk və şübhəyə salıb haqqa yönəlməkdən yayındıran hər şey «Bulud»dur. Bütün bu pərdələrə rəmzi bir ifadə ilə «Bulud» deyilmişdir.

81

Bütün yer üzündə yaşayanların elm və İdrak Göylərini yaran bulud əslində budur. Necə ki buyrulur: «Bir gün Göy buludla parçalanar...»[59] Bulud insanın gözünə bu Göydəki Günəşi görməkdə mane olduğu kimi, bü söylənilən şeylər də xalqın həqiqi günəşi görüb tanımasına maneçilik eylər. Necə ki Kitabda kafirlərin diliylə buyrulmuşdur: «Müşriklər dedilər: «Bu necə Peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəlqi qorxudan bir mələk göndərilmir?»[60] Göründüyü kimi, Peyğəmbərlər zahiri fəqirlik, dünyəvi dərd, aclıq və xəstəlik kimi bu maddi aləmə məxsus olan hallara mübtəla idilər. Müqəddəslik heykəllərinin digər insanlar kimi belə hallara məruz qaldıqlarını görən xalq şəkk və şübhəyə düşür, sıxıntı və çaşqınlıq içərisində qalır və öz-özünə: «Bu necə olur ki, kimsə Tanrı tərəfindən gəldiyini, bütün yer üzərində yaşayanlara qalib oldutunu, «sən olmasaydın fələkləri yaratmazdım», - sözlərindən göründüyü kimi, xilqətin səbəbi özü olduğunu iddia etsin və sonra bu kimi çüzi şeylərə mübtəla olsun?» - deyirdilər. Hər Peyğəmbərin və Onun əsabələrinin fəqirlik və zillət kimi necə bəlalara mübtəla olması, Onlara iman gətirənlərin başlarının şəhər-şəhər ərməqan olaraq necə göndərildiyi, Onların qarşısında necə maneələr yaradıldığı barədə eşitməmiş olmazsınız. Onlardan hər biri din düşmənlərinin əlində elə əzab-əziyyətə düçar olurdular ki, onlara qarşı istənilən hərəkətlər edilirdi.

82

Məlumdur ki, hər bir Zühurda baş verən dəyişmələr bəşərin irfan gözüylə İlahi Məşriqdən görünüb, parlayan Tanrı Günəşi arasına qara bir bulud kimi girib, o Günəşi pərdələr. İllərcə ataların və babaların getdikləri yolla gedib, bağlı olduqları şəriətin qaydaları ilə bağlı olan insanlar bir gün içərilərindən özləri kimi bəşəri məhdudiyyətlərlə onlara bərabər olan bir şəxsin ortaya atılaraq, əsrlər boyu kölgəsində böyüdükləri bir qisim şəri hökmləri ortadan qaldırdığını görür və eşidirsə, təbiidir ki, bu hal dönüklük Səlsəbilindən dadmamış və Tanrı Mərifəti Kövsərindən içməmiş olanlar üçün bir pərdə və ya bir buluddur. Bu cür adamlar belə şeylər eşidən kimi o Günəşdən elə pərdələnirlər ki, Onu sorğu-sualsız kafir elan edərək, qətlinə fitva verirlər. Belə şeylərin tarix boyunca baş verdiyini eşitmiş və indiki zamanda da müşahidə etmiş olarsınız.

83

Bu halda var kücümüzlə çalışmalıyıq ki, Tanrının görünməz yardımı ilə, bu qaranlıq pərdələr, Tanrının bu imtahan buludları Nurlu Camalı görməyimizə və Onu yenə Onun Özüylə tanımağımıza mane olmasın. Əgər Onun həqiqətinə bir sübut istəyəcək olsaq, tək bir sübut ilə kifayətlənməliyik ki, bütün feyzləri kölgədə buraxan sonsuz feyzə qovuşa bilək. Yoxsa hər gün yeni bir həvəsə düşər, etiraza qalxar və öz boş xəyallarımıza sadiq qalarıq.

84

Sübhanallah! Bu şeylər bundan əvvəl bir çox incə eyhamlarla və qeyri-adi rəmzi işarələrlə xalqın şüuruna işləyib, Zühur günündə dənizlər dənizinin coşqun dalğalarından məhrum olmasınlar deyə xəbər verildiyi halda, indi biz nələrin şahidi oluruq. Bu hala aşağıdakı ayədə göründüyü kimi, «Quran»da da toxunulmuişdur. Necə ki buyurulur: «Yoxsa onlar bulud kölgəsində Allahın gəlməsini gözləmirlər?»[61] Allah Kəlamının hərfi mənasından möhkəm yapışan bəzi zahiri alimlər bu ayəni özlərinin təxəyyülündən doğmuş qiyamət gününün işarələrindən biri hesab edirlər. Baxmayaraq ki, eynilə belə hallar öz əksini səmavi Kitabların əksəriyyətində tapmış və gələcək Zühurun əlamətləri ilə bağlı bütün mətnlərdə qeydə alınmışdır.

85

Və yenə buyrulur: «Bir gün göy aşkar bir buludla tutular və duman insanları bürüyər. Bu, şiddətli bir əzabdır.»[62] Rəbbül-İzzət həzrətləri pisniyyət insanların arzularıia zidd olai bu halları məhək daşı və mizan kimi təqdirləndirərək, öz qullarını onunla sınağa çəkir ki, xoşbəxt bədbəxtdən, mömin kafirdən seçilsin. Ciddi fikir ayrılıqları təsbit edilmiş ənənələrin və adətlərin ləğvi, ortadan qalxmamasına var kücü ilə çalışan dar fikirli insanlar adı çəkilən ayədə «duman» rəmzi təbiri ilə ifadə edilmişdir. Hansı duman bütün millətləri soran, onlar üçün böyük bir işgənçə halını alan və bütün qeyrətlərinə baxmayaraq, onların yaxasını buraxmayan bu dumandan böyük ola bilər? Onlarda bu daxili yanma atəşi o qədər küclüdür ki, onlar hər an yeni əzablara düçar olurlar. Çünki bu yeni Tanrı Əmrinin və Uca Tanrı Səltənətinin bütün dünyaya yayıldığını və gündən-günə irəlilədiyini hər dəfə eşitdikdə onların ürəklərindəki atəş bir daha alovlanır. Onun əsabələrinin Allahın inayəti ilə gündən-günə artan qüdrətini, sədaqətini və mətanətini gördükcə, onların qəlblərini titrədən qorxu daha da dərinləşir. Həmd olsun Allaha! Onun Kəlamının qüdrəti bu günlərdə o qədər artıb ki, düşmənlər ağızlarını belə açmaq iqtidarında deyildirlər. Bu kimilər Dostun yolunda yüz min canları olsa, sevə-sevə fəda etməyə hazır duran Tanrı Dostlarından biri ilə üz-üzə gələndə qorxularından iman izhar eylər, tək qalanda isə söyüş söyüb lənətləyərlər. Necə ki buyrulmuşdur: «Onlar Sizinlə görüşdükləri zaman: «Biz də inandıq», - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Məhəmməd!) De ki: «Açığınızdan ölün!» Əlbəttə, Allah ürəklərdə olanları biləndir»[63].

86

Tezliklə Tanrı Qüdrətinin bayraqlarını bütün məmləkətlərdə dalqalanan görəcək, qələbə və səltənətinin əlamətlərini bütün dünyada müşahidə edəcəksən. Qısası, bir çox din xadimləri bu ayələrin mənalarını anlamayaraq, Qiyamət Gününün mahiyyətini dərk etməmiş və şüursuz olaraq hər şeyi öz uydurduqları Qiyamət əlamətlərinə təfsir etmişlər. Bircə Allah şahiddir ki, bir az bəsirətləri olsa, bu iki ayədəki rəmzi ifadədən bütün anlatmaq istədiyimizi anlayıb, Rəhmanın inayətiylə parıldayan İqan Səhərinə qovuşacaqlar. Bəha Sidrəsinin budaqları üzərində Ölümsüzlük Göyərçini sənin üçün belə tərənnüm etmişdir ki, Tanrının izni ilə elm və hikmət yollarının yolçularından olasan. Buyrulur: «Mələklərini göndərəcək...».

87

«Mələklər» dedikdə, ruh qüvvəsi sayəsində bəşəri sifətləri Tanrı Məhəbbəti atəşi ilə yandırıb, Allin[64] və Kərrubinn[65] sifətləri ilə vəsf olunan şəxslərdir. Belə ki, Həzrət Sadiq[66] Kərrubinnlərin vəsfində: «Ərşin arxasında bizim bir bölük şiələrimizdəndirlər», - buyurub. «Ərşin arxasında» ifadəsində çox daxili və xarici mə’nalar nəzərdə tutulsa da, bir mənada ona işarə edilir ki, həqiqi şiələr mövcud deyildir. Necə ki başqa bir münasibətlə də: «Mömin Kibriti-əhmər[67] kimidir, - deyərək dinləyicilərin birindən, - sən heç Kibriti-əhmər deyilən şey görmüsənmi?» - deyə soruşmuşdur. Baxınız, sadə izahatdan daha bəlaqətli olan bu rəmzi ifadə necə də göstərir ki, həqiqi mömin mövcud deyildir. Budur, Sadiqin müddəası. Baxınız, bir çox adamlar var ki, iman rayihəsini almayan, imanın varlığı və yoxluğu haqqında ağızdan çıxacaq tək bir sözə bağlı olanları kafir adlandırmaqdan çəkinməmişlər.

88

Müqəddəs varlıqlar bəşəri məhdudiyyətlərdən təmizlənərək ruhani keyfiyyətlərlə yaradılmış və müqəddəslərin vəsflərilə vəsflənmiş olduqlarından onlara mələk adı verilmişdir. Hər sözü ən aydın mətnlərlə, ən inandırıcı sübut və dəlillərlə izah edilən bu ayələrin mənası belədir.

89

Çünki İsa ümmətləri (xristianlar) bu sözlərdəki gizli mənanı anlamadıqlarından və eyni zamanda göstərilən əlamətlərin onların özlərinin və din üləmalarının anladığı şəkildə zühur etmədiyindən o gündən bu günə kimi müqəddəs Tanrı Məzhərlərinin doğruluğunu qəbul etməkdən imtina etmişlər; bütün Müqəddəs feyzlərdən məhrum qalmışlar; müqəddəs Kəlamların gözəlliklərindən pərdələnmişlər. Bu Qiyamət Günündə onların vəziyyəti belədir. Onlar, hətta dərk edə bilməyiblər ki, Tanrı Zühurunun əlamətləri təsbit olunmuş hədislərin mətnlərinə uyğun şəkildə bu maddi aləmdə görünəcək olsa, kimsə cəsarətlənib nəyəsə inkar və etiraz etməyə imkan tapmayacaq, yaxşı pisdən, günahkar mömindən ayırd ediləcək. Ədalətli ol; əgər «İncil»də Peyğəmbərlik haqqındakı yazılar həyata keçsəydi, mələklər Məryəm oğlu İsa ilə birlikdə bu maddi göydən buludlar üzərində yerə enəcək olsaydı, kimin həqiqəti təkzib etməyə cəsarəti çatardı? Əksinə, bu təqdirdə yer üzü sakinləri, həqiqəti rədd və qəbul etmək kənara qalsın, ağız açıb bir tək söz söyləyə bilməyəcək dərəcədə dəhşətə gələrdilər. Bu xəbərlərdəki həqiqi mənanı anlamadıqlarından bir qisim xristian din alimi Həzrət Məhəmməd ilə mübahisəyə girişərək öz etirazlarını bu sözlərlə bildirdilər: «Nə üçün onun özü ilə birlikdə xəlqi qorxudan bir mələk göndərilmir?»[68]

90

Bu səbəbdəndir ki, hər əsrdə və dövrdə bu çür ixtilaf və etirazlar insanlar arasında əskik olmamışdır. Xalq həmişə bu cür mənasız söhbətlərlə başını qataraq, boş yerə etiraz edərək soruşmuşdur: «Nə üçün bu və ya digər əlamət görünmədi?» İnsanlar bu cür xəstəliklərə ona görə tutulurdular ki, onlar yaşadıqları dövrün din alimlərinin dediklərindən möhkəm yapışır, Birlik Cövhərlərini və ya İlahi Şəxsləri tanıyıb təkzib etməyi öz alimlərinin qəbuluna bağlayırdılar. Bu üləmalar da öz xudbin arzuları içərisində batdıqlarından və bəzi keçici və təmənnalı işlər gördüklərindən bu əbədi Günəşləri öz elm və idrak ölçülərinə müxalif, öz yol və mühakimlərinə zidd hesab etmişlər. Bu qəbil alimlər Tanrı Kəlamını, Birlik hərflərindəki kəlam və hədisləri hərfi mənada şərh etdikləri üçün özlərini və xalqları Tanrının fəzli və Rəhmət yağmurundan məhrum etmişlər. Bununla bərabər onlar məşhur: «Doğrudan da, Bizim sözümüz çətindən çətindir» - hədisinin düzgünlüyünü iqrar və etiraf etmişlər. Başqa bir münasibətlə də: «Bizim əmrimiz çətin, çox çətin əmrdir. Onu ancaq Tanrıya yaxın duran Mələklər ilə Tanrı tərəfindən göndərilən Peyğəmbərlər və ya qəlbi Tanrının imtahanından keçmiş olan bəndələr daşıya bilər», - deyə buyrulmuşdur. Bu din başçıları özləri də bilirlər ki, göstərilən bu üç şərtdən heç biri onlara şamil edilə bilməz. Birinci iki şərt açıq-aydın onlar üçün məlumdur. Üçüncüyə gəldikdə isə onlar heç bir zaman Tanrı imtahanlarından ağ üzlə çıxmamışlar. Tanrının Məhək daşı görünəndə onlar nə qədər qeyri-həqiqi olduqlarını göstərmişdilər.

91

Ey ulu Tanrı! Bu hədisin doğruluğunu qəbul etmələrinə baxmayaraq, bu Din alimləri hələ də şəriət məsələlərinə şübhə ilə yanaşdıqları və onlar haqqında mübahisə etdikləri halda, ilahiyyatla bağlı məsələlərin incəliklərinin və müqəddəs kəlmələrdəki əsaslı sirlərin şərhçiləri olmaq iddiasındadırlar. Onlar inamla təsdiq edirlər ki, Qayimin[69] Zühur etməsinin əlamətlərindən biri olan filan hədis həqiqətə çevrilmədi və eyni zamanda onlar özləri, hətta bu hədislərin məna qoxusunu dərk etməyə müvəffəq olmamışlar və hələ də dərk etmirlər ki, əvvəldən deyilən bütün əlamətlər zahir olmuş, Əmr Siratı (körpüsü) qurulmuş və möminlər onun üzərindən şimşək kimi keçməkdədirlər. Bu səfeh din alimləri isə hələ də əlamət gözləməkdədirlər. Onlara söylə: «Ey cahillər! Sizdən əvvəlkilər gözlədikləri kimi, siz də gözləyin görək nə olur»

92

Onlardan Məhəmməd Günəşinin doğuşu haqqında xəbər verən, lakin hərfi mənada heç biri həyata keçməyən əlamətlər haqqında soruşulsa və onlara deyilsə ki, nə üçün siz xristianların və başqa dinə mənsub olan xalqların sübut və dəlillərini rədd edib, onları kafir adlandırırsınız? Onlar nə cavab verəcəklərini bilməyib belə deyəcəklər: «Bu Kitablar təhrif olunmuşlar və Onlar heç vaxt Allah tərəfindən nazil olunmayıb». Halbuki, bu ayədəki sözlər onun Tanrı tərəfindən göndərildiyinə şəhadət edir. Bu ayənin mənası «Quran»da da eynidir. Nə olaydı anlayanlardan olaydınız. Doğru söyləyirəm, onlar bütün bu müddət ərzində təhrif deyəndə nəyin nəzərdə tutulduğunu dərk etməmişlər.

93

Bəli, göydən nazil olan ayələrdə və Məhəmməd Günəşi Aynalarının sözlərində «yüksək mövqe tutanların təhrifləri» və təkəbbürlülərin dəyişdirmələri haqqında qeyd edilmişdir. Lakin belə parçalar xüsusi hallara aiddir. İbn Suriya hekayəsi də bu qəbildəndir: Bir gün Xeybər əhli zina işlətmiş evli kişi ilə evli qadına tətbiq ediləcək çəzanı Firqan nöqtəsindən[70] soruşurlar. O: «Belə adamların cəzası Tanrının hökmünə görə daşlanıb öldürülməkdir», -cavabını verir. Onlar: «Tövratda belə bir hökm yoxdur», - deyə inkar edirlər. Həzrət Məhəmməd: «Alimləriniz arasında kimi səlahiyyətli söz söyləyə bilən sayır və sözünə etimad edirsiniz?» - deyə soruşur. «İbn Suriyanı», - yəhudilər cavab verirlər. Həzrət Məhəmməd onu yanına çağıraraq: «Sizin üçün dənizi yaran, üzərinizə Manna yağdıran, Sizə buluddan kölgəlik yapan, Sizi Firon və onun qövmündən qurtaran və Sizi bütün insanlardan üstün tutan Tanrıya and verirəm, söylə: «Musanın zina işlətmiş evli bir kişi ilə evli bir qadın haqqında tətbiq ediləcək hökmü nədir?» İbn Suriya: «Ya Məhəmməd! Daşlanıb öldürülməkdir», - cavabını verir. Həzrət soruşur: «Onda nə üçün bu hökm yəhudilər arasında tətbiq edilmir və icradan çıxarılıb?» Suriya Oğlu cavab verir: «Novuxodonəsr Yerusəlimi yandırıb, yəhudiləri qətlə yetirəndə yer üzündə çox az sayda yəhudi qalmışdı. Mövcud yəhudilərin azlığını və əmaliqələrin[71] çoxluğunu göz önündə tutan zamanın üləmaları bir yerə cəm olub, məşvərət etdilər ki, Tanrının bu hökmü tətbiq və icra edilmiş olsa, Novuxodonəsirin əlindən qurtulanlar da bu hökmə əsasən məhv olacaq. Buna görə də onlar ölüm hökmünü tamamilə ləğv etməyi zəruri bildilər.» Bu zaman Cəbrayıl Onun nurlu qəlbinə bu sözlərlə ilham verdi: «Onlar «Allah kəlamlarının» mənasını və məqamını təhrif edirlər.»[72]

94

Bu, haqqında söhbət gedən müəyyən yerlərdən biridir. Burada təhrifdən məqsəd bu səfeh və zavallıların anladıqları kimi deyildir. Hətta onlardan bəziləri yəhudi və xristian alimlərinin Həzrət Məhəmmədin şəxsiyyətinə aid olan ayələri kitabdan silib, yerinə əksinə yazdıqlarını iddia edirlər. Bu son dərəcə əsassız və mənasız iddiadır. Bir Kitaba inanan, onu Tanrıdan bilmiş olan bir şəxs onda təhriflərə yol verilməsini heç təsəvvürünə sığışdırarmı? Bundan başqa, «Tövrat» dünyanın hər yerində mövcud idi, yalnız Məkkə və Mədinəyə münhəsir deyildi ki, onun mətnində nəsə dəyişdirilib təhrif oluna bilsin. Xeyr, təhrif dedikdə bu gün bütün Fürqan alimlərinin məşğul olduğu şeylər nəzərdə tutulur. Nəzərdə tutulur ki, Kitabı öz meyl və arzularına görə anlayıb təfsir edirlər. Həzrət Məhəmmədin zamanındakı yəhudilər «Tövrat»da Onun Zühuruna dəlalət eyləyən ayələri öz arzularına görə təfsir edib, Onun bəyanına razı olmadıqlarından onların haqqında təhrifçi hökmü çıxarılmışdır. Bu gün Fürqan hümməti də Zühurun əlamətləri ilə bağlı «Quran» ayələrini öz meyl və arzularına görə təfsir etməklə eyni təhrifə yol verirlər.

95

Başqa bir yerdə də belə buyrulur: «Onlardan bir tayfa Allahın Kəlamını dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edir.»[73] Bu ayə Tanrı Kəlamlarını deyil, Kəlamlardakı mənaların təhrifə uğradıqlarını göstərir. Bunun belə olduğunu, yuxarıdakı ayə göstərdiyi kimi, həqiqəti duyanlar dərk edir.

96

Və yenə başqa bir yerdə büyrulur: «Vay o şəxslərin halına ki, öz əlləri ilə kitab yazıb, sonra bir az pul almaqdan ötrü: «Bu, Allah tərəfindəndir - deyirlər»[74]. Bu ayə yəhudi din üləma və rəhbərləri haqqında nazil olmuşdur. Bu din xadimləri varlılar təbəqəsini razı salmaq, öz mənfəətlərini təmin etmək, içlərindəki nifrət və küfrlərini biruzə vermək üçün Həzrət Məhəmmədi rədd edən bir neçə sənəd tərtib etmiş və burada söylənilməsi caiz olmayan bəzi dəlillərə istinad edərək bu dəlillərin «Tövrat»ın səhifələrindən çıxarıldığı iddiasında olmuşlar.

97

Eyni şeyə bu gün də şahidik. Əsrimizin bir qisim cahil din xadimləri heyranlıq doğuran bu yeni Təlimi inkar etmək məqsədilə bir çox yazılar qələmə almış və öz uydurduqlarını Kitabın ayələrinə və həqiqi Anlayış Sahiblərinin sözlərinə uyğun olduğunu sanmışlar.

98

Bu şeyləri anlatmaqda məqsəd və qayəmiz odur ki, əgər onlar deyərlərsə ki, «İncil»də iqtibas etdiyimiz bu əlamətlər təhrif olunub və bu xüsusda bir qisim ayə və hədislərdən misal gətirərək onları rədd edirlər, bilməlisiniz ki, belə bir iddia ağ yalan və sırf iftiradır. Bəli, anlatdığımız mənada «təhrif» bəzi müəyyən hədislərdə mövcuddur. Biz onların bəzilərini xatırlatdıq ki, sübutlar gətirək və hər bir bəsirətli adama anladaq ki, hətta bəzi savadsız Müqəddəs adamlar elmlərə vaqifdirlər ki, bir qisim bədxah etiraz edənlər filan ayənin mətninin təhrif olunduğu haqqında mübahisə etməsin və eyham vurmasınlar ki, biz bu kimi şeyləri məlumatsızlığımız üzündən mübahisə mövzusuna çevirmişik. Və sonra unutmayaq ki. təhrifə dəlalət eləyən ayələrin çoxu yəhudilər haqqında nazil olmuşdur. Nə olaydı «Quran» bilgisi adalarında araşdırmalar aparaydınız.

99

Biz həmçinin bir sıra səfeh adamların təsdiq etdiyini eşitmişik ki, göydən nazil olmuş «İncil»in əsl mətni xristianlar arasında mövcud deyil və o, göyə çəkilmişdir. Onlar necə də yolverilməz günah işlətmişlər. Belə söyləməklə Cəlil və Əziz Yaradana qarşı böyük bir haqsızlıq etmiş olurlar. İsa Camalının Günəşi öz qövmünün gözlərindən qeyb olaraq dördüncü göyə yüksəldikdən sonra xalq arasındakı ən böyük dəlil olan Kitab aradan götürüldüyü təqdirdə, insanlar İsanın zamanından Məhəmməd Günəşinin doğuşuna qədər hidayətsiz qalmış olmazdılarmı? Bu müddət ərzində İsa ümməti hansı əməllərə sahib olacaqdı? Nədən yapışacaqdı? Bu cür özbaşına büraxılmış insanlar həqiqi intiqam alanın intiqamına necə məruz qala bilərdilər? Özbaşına buraxılmış belə insanlar Mənəvi Padşahın əzabına və cəzalarına necə hədəf seçilə bilərdilər? Hər şey bir yana, bu təqdirdə Fəyyazın feyzinin kəsilməsi və Varlıq Sultanının Rəhmət qapılarının qapanması gərək olardı. Belə bəndələrin Onun haqqında bu cür şübhə etməklərinə görə Tanrıya pənah aparırıq. O, onların irfanlarından çox ucadır.

100

Əziz dost! Bu əzəli sübh çağındaki: «Allah göylərin və yerin nurudur»[75], -ayəsinin ziyası aləmi bürüyübdür və «Allah öz nurunu tamamlamaq istər»[76] - sözünə görə ismət və hifz çadırı ucalıbdır. «Hər şeyin mələkutu Onun ovcundadır»[77], -fitvasına əsasən Allahın qüdrət əli bütün yer üzündə yaşayanlara doğru uzandığı bir halda, qalxıb himmət qurşağını bərk sıxmalı və bəlkə, belə etməklə Allahın inayət və kəramətilə o müqəddəs «Biz həqiqətən Allahdanıq» şəhrinə çatar və o uca «Biz ona qayıdarıq» məskənlərində yer tutarıq. İnşaallah, könül gözünü bu fani dünyanın işarələrindən təmizləyərək bitməz-tükənməz irfan mərtəbələrini dərk edərsiz və haqqın varlığını isbat etmək üçün dəlil və sübut axtarmağa ehtiyac olmadığı halda, onu aşkar görərsiz.

101

Ey sual edən dost! Əgər ruhun müqəddəs səltənəti havasında uçarsansa, haqqı hər şeyin üstündə aşkar görərsən. O qədər aşkar ki, Ondan başqası gözlərinə görünməz. «Allah var idi və Onunla birlikdə heç bir şey yox idi.» Bu məqam elə izah edilmişdir ki, Onun həqiqiliyinin heç sübut və ya dəlilinə ehtiyac yoxdur. Əgər həqiqətin müqəddəs fəzasında dolaşan bir kimsəsənsə, görəcəksən ki, hər şey Onun tanınması işığında tanınır. O isə ancaq özü-özü ilə tanınıb və tanınacaq. Əgər dəlil diyarında oturan bir kimsəsənsə, Onun özünün buyurduğu ilə kifayətlən: «Məgər sənə nazil etdiyimiz kitab onlara kifayət etmirmi?»[78] Bu, Onun Özünün təyin etdiyi bir sübut olub, Ondan daha böyük bir sübut yoxdur və olmayacaqdır. Bu sübut Onun Özüdür, kəlamıdır və həqiqətinin dəlilidir.

102

İndi Bəyan əhlindən və onlar arasındakı bütün ariflərdən, filosoflardan, alimlərdən və şahidlərdən bir ricam var: kitabdakı Tanrı vəsiyyətlərini unutmayıb, gözlərini daima Əmrin Mahiyyətinə tutsunlar, elə olmasın ki, O Cövhərlər Cövhərinin, O həqiqətlər həqiqətinin, O Nurlar Nurunun Zühurunda Kitabın bəzi cümlələrindən yapışıb, «Quran» dövründə başa gələn şeyləri Onun da başına gətirməsinlər. Çünki O İlahi Sultan, Öz bədii kəlməsilə Bəyan vq Bəyan əhlinin ruhlarını almağa və tək bir hərf ilə onların nəfse-həva məzarlarından çıxarılıb, əbədi həyat bağışlanmasına qadirdir Diqtətli olunuz, xatirinizdə saxlayınız ki, hər şeyin sonu Ona iman gətirmək, Onun zamanını dərk etmək və Onun Liqasına qovuşmaqdır: «Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildi. Yaxşı əməl sahibi əslində Allaha, Axirət gününə iman gətirəndir.»[79] Qulaq asın, ey Bəyan əhli! Biz sizə haqq ilə vəsiyyət edirik ki Tanrının günlərində bütün bəşəriyyət üzərinə uzanan kölgənin altında, bəlkə də, sığınacaq tapa biləsiniz.

1

Əgər bütün göylərdə və yerlərdə bir kimsə Allahın Kunəşinə və Məzhərinə itaət etməsə belə, onsuz da Allah hakimdir O, yer üzünün yaranmışlarına möhtac deyil. Allah Əmrinin sirlərini və hikmət cövhərlərini sənə anladırıq ki, sənn başqa, hər şeydən əllərini üzərək insanların görə bilmədiyi göylərdə uça biləsən.

2

Bu bölmənin cövhəri zəka sahiblərinə və müqəddəs aynalara aşkar etməkdir ki, həqiqət günəşləri və birlik aynaları hər zaman Allahın gözə görünməyən çadırlarından bütün yaranmışları tərbiyə etmək və aləm əhlinə bəxşiş yetirmək üçün qüdrətlə və səltənətlə bu aləmdə zühur edirlər. Çünki bu gizli cövhərlər, sirli və qeybli xəzinələr «Allah istədiyini eylər və dilədiyi kimi hökm verər» ayəsinin zühur etdiyi yerlərdir.

3

Həqiqi bilik və aydın fikir sahiblərinə məlumdur ki, görünməz Tanrı və tək olan Zat bu dünyaya gəlməkdən, görünməkdən, yüksəlməkdən daxil və xaric olmaqdan münəzzəhdir. O, hər vəsf edənin vəsfindən və dərk edənin idrakından ucadır. O, hər zaman öz Zatında gizli olmuş və həmişə də öz varlığında bütün gözlərdən gizli qalacaqdır. «Gözlər onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir və hər şeydən xəbərdardır».[1] Onun ilə yaratdıqları arasında heç bir birbaşa əlaqə, bağlılıq, ayrılıq, yaxınlıq, uzaqlıq mümkün deyildir. Zira, göylərdə və yerdə nə varsa, hamısı Onun ağzından çıxan bir kəlmə ilə vücuda gəlmiş və İlk Arzu olan İradəsilə varlıq mütləq yoxluqdan bu Aləmə addım atmışdır.

4

Sübhanallah! Hətta yaratdıqları ilə Onun kəlməsi arasında belə heç bir əlaqə və yaxınlıq olmamış və olmayacaqdır. «Allah sizi öz nəfsindən çəkindirir»[2], - ayəsi bu həqiqətin açıq təsdiqidir və «Allah var idi və Onun yanında heç nə yox idi» sözləri buna aydın sübutdur. Ona görə bütün Peyğəmbərlər, vəlilər, alimlər, ariflər və filosoflar o Cövhərlər Cövhərini lazımi qədər tanımadıqlarını və o həqiqi Tanrını tanımaqda aciz olduqlarını etiraf etmişlər.

5

Allahın əzəli Zatını tanımaq qapıları bütün yaranmışların uzünə bağlıdır, bu cəhətdən Allahın geniş mərhəmətinin səbəbindən Onun Rəhməti bütün şeyləri bürüyüb. O: «Mənim rəhmətim bütün şeylərin üzərindədir», - deyə Nurani Müqəddəs Cövhərləri insan cildində ruh aləmindən xalqın arasına göndərir ki, Onlar əzəli olan Allahın Zatından və qədim olan Allahdan bəhs etsinlər. Bu Müqəddəs Aynalar və Allahın Mətlələrinin[3] hamısı o Varlıq Günəşindən və Məqsədlərin Cövhərindən hekayət edirlər. Məsələn, onların elmi Onun Elmindəndir, onların güçü Onun Kücündəndir, onların səltənətləri Onun Səltənətindəndir, onların gözəllikləri Onun Gözəlliyindəndir, onların zühurları Onun Zühurundandır. Onlar Tanrı Elmlərinin xəzinəsi, İlahi hikmətin mədəni, sonsuz feyzin qaynağı, hədsiz Mərhəmət və Əbədiyyət Günəşinin Doğuş yeridir. Necə ki buyrulur: «Sənin ilə onlar arasında bir fərq yoxdur. Fərq odur ki, onlar Sənin qulların və yaratdıqlarındır». «Mən Oyam və O da Məndir» hədisinin mənası da budur.

6

Bu iddiamızı təsdiq edən mahiyyətdə bir çox hədislər də vardır. Fəqət mən sözü uzatmaq istəmədiyimdən onları burada xatırlamaqdan vaz keçdim. Bəlkə, bundan başqa göylərdə və yerdə hər nə varsa, hamısı Tanrı sifətlərinin və isimlərinin göründüyü yerlərdir. Belə ki, hər bir zərrədə həqiqət Günəşinin təcəllisi mövcuddur. Guya, görünən aləmdəki bu təcəlli olmasaydı, heç bir şey varlıq donunu geyməkdə öyünməz və mövcudiyyat şərəfi ilə şərəflənməzdi. Nə qədər elm günəşləri bir zərrənin içərisində gizlənmişdir və nə qədər hikmət dənizləri bir qətrədə pünhandır?! Bütün varlıqlar içərisində insandır ki, layiq olduğu belə bir don və şərəflə digərlərindən seçilib. Belə ki Tanrının bütün sifətləri və isimləri insan oğlunda ən Yüksək və mükəmməl dərəcədə büruzə verilir. Bu isim və sifətlərin hamısı Ona aiddir. Bunun üçün deyilmişdir: «İnsan Mənim sirrim və Mən onun sirriyəm». Bu çox incə və gözəl mövzuya aid ayələr bütün Səmavi Kitablarda və İlahi Səhifələrdə yazılmışdır: «Biz Öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik»[4], - deyildiyi kimi, bir başqa yerdə də: «Sizin özünüzdə də əlamətlər vardır, görmürsünüzmü?»[5] və yenə başqa yerdə də: «O adamlardan olmayın ki, Allahı unudaraq özlərini də unutdular»[6], -buyrulmuşdur. Bu münasibətlə Bəqa (əbədiyyət) Sultanı (Uca göy otağındakıların canı Ona qurban) belə buyurmuşdur: «Özünü tanıyan Rəbbini tanımış olur».

7

Möhtərəm dostum! Tanrıya and olsun ki, bu sözlər üzərində bir az düşünmüş olsan, tanrının hikmət qapılarını və sonsuz elm çeşmələrini qarşında açılmış görərsən.

8

Göründüyü kimi, hər şeyin Tanrı isim və sifətlərini əks etdirməsi bu izahatdan anlaşılır. Hər şey öz istedadına görə Tanrını tanıdır və Ona dəlalət edir. Belə ki Tanrı isim və sifətlərinin təcəllisi görünən və görünməyən bütün şeylərə sirayət etmişdir. Bunun üçündür ki: «Səndən başqa bir Zühur varmı ki, Sənin tərəfindən və Sənin göndərdiyin olmamış ola? Kor olsun səni görməyən göz»! - buyurmuşdur, yenə Bəqa Sultanı deyir: «heç bir şey görmədim ki, Tanrı onun içində, önündə və ya sonunda olmasın», - Kumeylin rəvayət etdiyi hədisdə də belə deyilir: «Əzəl səhərindən bir işıq parladı; Onun əsərləri Birlik vücudlarının iliyinə işlədi». İnsan yaranmışların ən şərəflisi və ən mükəmməlidir; böyük, möhtəşəm Allahdan hekayət edən yaranmışlardandır. İnsanlar içərisində ən mükəmməli, ən üstünü, ən gözəli isə həqiqət Günəşini əks etdirənlər, yəni peyğəmbərlərdir. Bəlkə, digərləri Onların iradəsi ilə mövcud olub, Onların hədsiz mərhəmətilə hərəkət etməkdədirlər. «Sən olmasaydın, Ya Məhəmməd, fələkləri yaratmazdım». Oiların Müqəddəs Vücudu önündə hər şey heçə dönür və unudulur. Onların sözləri başqalarının sözlərindən müqəddəsdir və Onların vəsfləri başqalarından yüksəkdir. Bu Qüdsiyyət heykəlləri Əzəliyyət Sultanının sönməz əzəmət nurunu əks etdirən nlk aynalardır ki, bunlar o Görünməzlər Görünməzindən söz açırlar. Allahın bütün bu adları, sifətləri, elmi, qüdrəti, səltənəti, əzəməti, rəhməti, hikməti, izzəti, comərdliyi və kərəmi bu peyğəmbərlərin zühuru vasitəsilə insanlara çatdırılıb.

9

Bu sifətlər heç zaman peyğəmbərlərin birinə məxsus olub, digərindən əsirgənməyibdir. Xeyr, əksinə, Tanrı ilə yaxın bütün Peyğəmbərlər və müqəddəs seçilmişlər bu sifətlərlə vəsflənmiş və bu isimlərlə isimlənmişlər. Ancaq bu da var ki. bəziləri digərlərinə görə zühurca daha şiddətli, daha nurludurlar. Necə ki buyrulmuşdur: «Bu peyğəmbərləri fəzilət baxımından bir-birindən üstün tutduq.»[7] İndi açıqca anlaşıldı ki, Allahın bütün bu adları və sifətlərinin zühur və biruz yerləri Peyğəmbərlər və onların vəliləridirlər. Bəzən onların zahirində bu sifətlər görünməsə də onları bu sifətlərdən ayırmaq olmaz. Əgər bu dünyada Peyğəmbərlər zahiri səltənətə çatmasalar da, Allahın səltənət, əzəmətdən ibarət sifətləri onların hamısına layiqdir. Bunun belə olduğu hər görən göz sahibinə aydındır. Dəlil və isbata ehtiyac yoxdur.

10

Bəli, bu insanlar müqəddəs kəlmələrin təfsirini ilahi biliklərin saf və büllur çeşmələrindən almayıb, şübhə və qəflət vadisində susuz və zəifləmiş halda dolaşaraq dənizin dadlı sularına arxa çevirib, acı, duzlu suların ətrafında toplanmaqdadırlar. Əbədiyyət Göyərçini onların halını belə anladır: «Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır».[8]

11

Yəni bu o deməkdmr ki, Onlar düzgün qurtuluş yolunu görəndə onunla getməz və ona üz çevirməzlər, amma batil, üsyan və zəlalət (azğınlıq) yolunu görəndə elə hesab edərlər ki, haqq yolunu tapıblar. Belə batilə yönəlib, haqqa arxa çevirmələri, belə bir zəlalətə düşmələri onlar üçün bir cəzadır, çünki onlar Bizim ayələrimizi qəbul etməmişlər. Məsələn, bu ali və heyranlıq doğuran zühurdan göründüyü kimi, saysız-hesabsız ayələr qüdrət və rəhmət göylərindən endiyi halda, hamı onlara arxa çevirmiş, o kəlmələrdən heç nə anlamayanların sözlərinə qulaq asmışlar. Bu səbəbdəndir ki, buna bənzər açıq məsələlərə şübhə ilə yanaşmış və öz gözlərini Tanrının elm cənnətindən və İlahi hikmət bağçalarından məhrum etmişlər.

12

İndi yenə də bu məsələ ilə əlaqədar bəhsimizə qayıdaq. Soruşmuşdunuz ki, Qayimin səltənətlə zahir olacağı islam səmasının Parlaq Ulduzlarına aid hədislərdə bildirildiyi halda, nə üçün bu səltənətdən bir əlamət görünmədi? Və bu xəbərlərin əksinə olaraq, nə üçün Onun dostları və əshabələri xalqın əlində cəfaya məruz qaldılar və hələ də böyük bir zillət və acizlik içərisində ömür sürməkdədirlər? Bəli, Kitablarda Qayimin səltənəti haqqında yazılı olan şeylər doğrudur. Ona şəkk və şübhə də yoxdur. Lakin o elə bir səltənət və hakimiyyət deyil ki, hər kəs onu dərk edə bilə. Bundan başqa bütün keçmiş peyğəmbərlər öz müqəddəs kitablarında onlardan sonrakı Zühuru xəbər verərək Onun da səltənətlə zahir olacağını bildirmişdilər. Tanrı məzhərinin səltənətlə zahir olacağı xəbəri Qayimə məxsus və münhəsir deyildir. Bu səltənət hökmü və ona aid olan adlar, sifətlər bütün keçmiş və gələcək məzhərlərə də aiddir. Onlar, anlatdığımız kimi, Allahın görünməyən sifətlərinə məzhər və Onun sirlərinin doğuş yerləridir.

13

Bu səltənətdən məqsəd Qayimin bütün yaranmışları əhatə etmiş qüdrətindən ibarətdir ki, istər bu aləmdə zahir ola, ya olmaya. Bu da Onun öz iradəsindən asılıdır. Lakin cənabınız bilir ki, keçmiş kitablardakı sultanlıq, zənginlik, həyat, ölüm, həşir və nəşir təbirləri heç də bugünkü nəslin anladığı kimi deyildir. Xeyr, səltənət təbirinin ifadə etdiyi məna həqiqət Günəşinin hər bir zühuru zamanı o zühur məzhərinin zatında mövcud olub, Onun tərəfindən icra edilən səltənət, daxili dərketmədir. O, bütün yer və göy sakinlərini bürüyər və sonra zamanın, durumun və xalqın qabiliyyət və istedadına görə bu zahiri aləmdə də təcəlli edər. Necə ki Rəsul həzrətlərinin Səltənəti indi insanlar üçün çox aydın bir məsələdir. Dəvətə başladığı ilk zamanlar onun başına nələr gəldiyini bilnrsiniz. Zamanın küfr və zəlalət yolunu tutmuş üləmaları və onların tərəfdarları bu mahiyyət Cövhərinin - ən saf və müqəddəs varlığın başına nə oyunlar qalmadı ki, açmasınlar? Onun keçdiyi yollara nə qədər çör-çöp və tikanlar tökürdülər? Məlumdur ki, bu cəfaları rəva görənlər öz şər və şeytani gümanlarına uyğun olaraq O Əzəliyyət heykəlinə əziyyət verməklə böyük bir savab iş gördüklərinə və bu hərəkətlərinin özləri üçün bir qurtuluş vəsiləsi olduğuna inanırdılar. Çünki əsrin bütün din alimləri və onların sırasından Abdulla Übey, Əbu Amir Rahib, Kəəb ibn Əşrəf və Nəzir ibn Hariz Onu təkzib etmiş və dəli adı vermişlər. Onlar Ona qarşı elə ittihamlar irəli sürmüşlər ki, mən xəcalət çəkirəm, qələm onu yazmaqda, kağız isə onu qəbul etməkdə acizdir. Bu kimi ittihamlar xalqın Həzrətə əzab verməsinə səbəb oldu. Məlumdur ki, zamanın üləmaları hər hansı bir kəsi qəbul etməyib qovanda və iman əhlindən saymayanda, O kimsənin başına nələr gələcəyini çox əla bilirsiniz; Məgər Mən Bəndənin də başına eyni işlər gəlmədimi və hamı da buna şahid olmadımı?

14

Bu səbəbdən Həzrət Məhəmməd buyurmuşdur: «Heç bir Peyğəmbərə mənə verilən əziyyət qədər əziyyət verilməmişdir». Ona qarşı yönəldilən ittihamlar və rəva görülən zülmlər hamısı Quranda yazılmışdır. Oraya müraciət ediniz ki, əmrin mahiyyətini öyrənə biləsiniz. Vəziyyət o Həzrət üçün o qədər ağırlaşmışdı ki, heç kim nə Onunla və nə də Onun əshabələri ilə danışmağa çürət edə bilmirdi. Onunla əlaqə saxlayan hər bir şəxs Onun düşmənlərinin ciddi təqibinə məruz qalırdı.

15

Burada yalnız bir ayə misal gətirəcəyəm. Bəsirət gözü ilə baxsan, ömrün boyu O Həzrətin məzlumiyyətinə acıyıb ağlayarsan. Bu ayə Həzrətin şiddətli bəlaya və xalqın etirazına düçar olduğu zaman narahat, pəjmürdə halında meydana gəldi. O zaman Cəbrayıl Tanrı yanındakı Sidrət-Ül-Müntəhadan enərək bu ayəni oxudu: «Onların üz döndərməsi sənə ağır kəlirsə, yerdə bir lağım qazıb və ya bir nərdivan tapıb göyə çıxmaqdan başqa bir əlacın yoxdur».[9] Bu ayənin mənası o deməkdir ki, yəni çarə yoxdur, yerin altına girib gizlənməsən və ya nərdivan qoyub göylərə qalxmasan, Sənin üçün onların əlindən qurtuluş yoxdur.

16

Görün, dünya bu gün necə də dəyişib! O Həzrətin adına təzim edən nə qədər padşahlar var! Onun kölgəsində sığınıb, Onunla iftixar edən neçə millət və məmləkət var! Onun müqəddəs ismi minbərlərdə və minarələrdə böyük bir təzim və ucalıqla çəkilir. Hətta yer üzündə Onun Dinini qəbul etməyən və hələ də küfr köynəyini dəyişməmiş olan hökmdarlar belə, Onun böyüklüyünü və ululuğunu təsdiq və etiraf etməkdədirlər. Müşahidə etdiyin zahiri səltənət budur! Bu zahiri səltənət bütün nəbilərə ya sağlıqlarında, ya da həqiqi yurda köçdükdən sonra qabaqcadan müəyyən edilmişdir. Bugünkü müşahidən bunu təsdiq edir. Fəqət bu təbirdə iəzərdə tutulan əsl səltənət daim nəbilərin çevrəsinə dolanar, daim Onlardadır və Onlardan heç zaman ayrılmaz. O, bütün göylərdə və yerdə olanları əhatə edən daxili səltənətdir.

17

O Tanrı birliyi Günəşində görünən Səltənətdən bir nümunə göstərirəm. Onun aydınlıq ilə qaranlığı, yaxşı ilə pisi, mömin ilə kafiri tək bir ayə vasitəsilə bir-birindən necə ayırdığı barədə eşitməmisinizmi? «Həşir», «nəşir». «hesab», «kitab» və sair bu kimi qiyamət əlamətlərini bildirən şeylər o tək bir ayənin enməsi ilə aydınlaşdı. Bu ayə eyni zamanda yaxşılar üçün mərhəmət, yəni o ayəni eşidənlər üçün; «Rəbbimiz! Eşitdik və itaət etdik»; facirlər[10] üçün, yəni ayəni eşidərkən: «Eşitdik və üsyan etdik», - deyənlər üçün cəza idi və mömini kafirdən, atanı oğuldan ayıran Tanrı qılıncı idi. Necə ki görübsünüz, iman gətirənlərlə inkaredənlər bir-birlərinin canını və malını almaq qəsdində oldular. Neçə-neçə ata oğlundan üz çevirdi və neçə-neçə aşiq məşuqəsindən üzaq düşdü? Bu necə kəskin qılıncdır ki, bütün münasibətləri kəsir? O biri yandan Onui sözlərindəki birləşdirici qüdrəti də göz önünə gətirin. Aralarında illərlə «nəfs» şeytanı tərəfindən kin və düşmənçilik toxumu səpilmiş olan insanlar, bu yeni Zühura iman gətirmək sayəsində eyni atanın belindən gəlmiş qardaşlar kimi qaynayıb-qarışaraq bir kütlə təşkil etmişdir. Hər şeyi rədd edib, Ondan yapışan, ayələrinə inanan, izzət əllərinin süzdüyü fəzl şərabını içən şəxslərin qəlblərini Allah belə birləişdirir. Və sonra əqidələri, məzhəbləri və xasiyyətləri ayrı olan insanlar var ki, bu Tanrı Cənnətinin nəsimi və müqəddəs baharı sayəsində yeni bir birlik donu keymiş və təzə bir təklik şərabı içmişlər.

18

Məşhur: «Qurd ilə quzu birlikdə yeyib içəcəklər», — hədisinin mənası budur. İndi bu cahillərin anlamazlıqlarına baxın. Onlar keçmiş ümmətlər kimi hələ də bu heyvanların bir süfrə ətrafında toplanacağı zamanı gözləməkdədirlər. Əslində, budur Xalqın səviyyəsi. Onlar, sanki, insaf şərabından heç içməmişlər, ədalət yoluna əsla ayaq basmamışlar. Bundan başqa, belə bir şey dünyada baş vermiş olsaydı belə, əcəba onun nə faydası olardı? Bu kimilərin vəsfində nə gözəl buyrulmuşdur: «Qəlbləri var, fəqət anlamazlar, gözləri var, fəqət görməzlər».[11]

19

Və sonra diqqət veriniz: iradə göyündən enən o bir tək ayə ilə millətlərin hesabı necə çəkilmişdir? Hər kəs onün doğruluğunu təsdiq edib ona iman gətirsə, onun yaxşı əməlləri, pis əməllərinə qalib gəlmiş, bütün günahları bağışlanmış olar. «Onun hesab alması sürətlidir», - sözləri Onun haqqında belə doğru çıxar və Tanrı pis əməlləri yaxşı əməllərə belə dəyişdirər. Nə olaydı, siz elm üfüqlərində hikmət nəfsiylə bunları dərindən düşünüb araşdıraydınız. Hər kim sevgi qədəhindən içdisə, əbədi feyz dəryasından və rəhmət buludlarından pay aldı və beləliklə, ölümsüz bir iman həyatına qovuşdu. O biri yandan hər kim qəbul etmədisə, daimi ölümə məhkum oldu. Kitablarda yazılmış «Ölüm» və «Həyat» təbirlərində məqsəd iman ölümü və iman həyatıdır. Bu mənanın anlaşılmaması üzündən insanlar hamılıqla hər bir zühurda etiraza qalxmış, hidayət Günəşinin işığı altında doğru yola getməkdən keri qalmış, Əzəli Tanrı Camalına tabe olmaqdan qaçmışlar.

20

Belə ki Məhəmməd çırağı Əhmədin məşəlində parlayan zaman xalqa «həşir» və «nəşir», «həyat» və «ölüm» hökmü verildi. Buna görə ona qarşı müxalifət bayraqları qaldırıldı, istehza qapıları açıldı. Necə ki. Ruh-ül Əmin[12] müşriklərin dilindən xəbər vermişdir: «Əgər desən ki, «siz öləndən sonra həqiqətən diriləcəksiniz,» - kafir olanlar: «Bu açıq-aşkar sehrdən başqa bir şey deyildir,» - deyə cavab verərlər».[13] Başqa bir yerdə də belə buyrulmuşdur: «Əgər təəccüblənirsənsə, təəccüblüsü onların: «biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?» - söyləməsidir».[14] Bu səbəbdəndir ki, başqa bir yerdə onlara qəzəblə belə buyrulur: «Məgər Biz ilk yaradılmışdan acizmi qaldıq ki, onlar yenə yaradılmışlar barəsində şəkk –şübhə içindədirlər?»[15].

21

Məlum olduğu kimi, təfsirçi və zahir görən üləmalar Allahın kəlmələrinin mənasını dərk etməyib və əsl məqsədi qavramadıqlarından nəhv qaydalarıla dəlil gətirib belə demişlər: «İza» keçmiş feldən əvvəl gələrsə, ondan gələcək fel mənası anlaşılar.» «İza»sız nazil olan kəlmələrdə çaşıb qaldılar. Məsələn, belə buyurmuşlar: «Sur çalındı. Bu gün əzab günüdür, hər kəs öz yol göstərəni və şahidi ilə hazır olmalıdır».[16] Bu kimi misallarda onlar ya «iza» sözünü fərz etmişlər, ya da sübut etməyə çalışmışlar ki, Qiyamət Günü labüd bir hadisə olduğundan O, gələcək zaman yox, keçmiş zaman feli ilə ifadə edilmişdir. Diqqət yetirin, onlar nə qədər kor və cahildirlər ki, Məhəmmədə vəhy gəlməsini açıq-aşkar bildirən bu şeypurun çalınmasını dərk etmirlər, bu sur ilə üflənən Tanrı Ruhundan özlərini məhrum edirlər və Onun qullarından biri olan İsrafilin şeypur çalmasını gözləyirlər. Halbuki, Qiyamət Gününün Mələyi olan İsrafilin və ona bənzərlərin varlığı O həzrətin ağzından çıxan bir kəlmə ilə xəlq olmuşdur. «Söylə, Sizin üçün yaxşı olanı sizin üçün pis olanla dəyişərsinizmi? Səhvən dəyişmişsinizsə, siz nə qədər uduzmuş qövmsünüz».

22

Şeypur dedikdə, Məhəmməd zühurunu xəbər verən şeypur səsidir ki, bütün kainatda səslənmiş, Qiyamət isə Onun şəxsən qalxıb, Allah əmrini elan etməsidir. O, cəsəd qəbirlərində ölü yatan bütün qafillərə yeni bir iman donu geydirmiş, onlara təzə və gözəl bir həyat bəxş etdirmişdir. Bu cəhətdən idi ki, Tanrı Birliyi Camalı «dirilmə», «məşhər», «cənnət», «cəhənnəm» və «qiyamət» sirlərini açmaq istəyəndə, vəhy Cəbrayılı bu ayəni gətirdi: «...Onlar başlarını bulayıb: «Bu nə vaxt olacaqdır?» - deyə soruşacaqlar. De ki: «Bəlkə də, bu yaxın zamanda.»[17] Diqqətlə düşünülərsə, bu bir tək ayənin verdiyi məna insanlar üçün kifayət edər.

23

Sübhanallah! Necə də qəribədir ki, o qövm haqq yolundan bu qədər azmışdır. Qiyamət O Həzrətin qiyamı ilə qopmuş və Onun əlamətləri, işıqları aləmi bürümüş olduğu halda, yenə də bu qövm özündə ona istehza etmək cürətini tapmış, zamanın üləmalarının öz batil xəyalları ilə yonduqları bütlərə sarılaraq Rəbbani inayət Günəşindən və Sübhani Rəhmət yağmurlarından qafil qalmışdır. Bəli, pislik böcəyi qüdsiyyət qoxusu ala bilməz, yarasa aləmi aydınladan gün işığında dayana bilməz.

24

Belə şeylər hər dövrdə haqq məzhərinin zühuru zamanı baş vermişdir. İsa bir yerdə: «Yenidən doğulmalısınız» və başqa bir yerdə də: «Bir kəs sudan və ruhdan doğulmayıbsa, Allahın mələkutuna girə bilməz: bədəndən doğulan bədəndir, ruhdan doğulan ruh», - deyə buyurur. Yəni Tanrı mə’rifəti suyundan və İsanın müqəddəs ruhundan pay alıb dirilməyən bir kəs Rəbbin mələkutuna girməyə layiq deyildir. Çünki cəsəddən görünən və doğulan hər şey cəsəddir, ruhdan, İsanın nəfəsindən doğulan isə ruhdur. Bir sözlə, hər bir zühurda müqəddəs məzhərin ruh və nəfəsi ilə doğulub dirilənlər haqqında həyat, yenidən canlanma, Tanrı sevgisi cənnətinə girmə hökmü verilir. Bu qəbildən olmayanlar haqqında isə ölüm, qəflət, küfr və Tanrı qəzəbi cəhənnəminə girmə hökmü nəzərdə tutulur. Bütün müqəddəs kitabları, lövhləri və səhifələri araşdırsanız, görəcəksiniz ki, Tanrı mərifəti şərabını içməyənlər, dövrün Ruh-ül-Qüdsündən feyz almayanlar haqqında ölüm, cəhənnəmlik, kor, qəlbsiz və qulaqsız deyilmişdir. Öncə deyildiyi kimi: «Qəlbləri var, fəqət anlamazlar».[18]

25

«İncil»in bir başqa yerində yazıldığına görə, bir gün havarilərdən biri İsanın yanına gələrək atasının öldüyünü xəbər verdi və onun dəfninə getmək üçün Ondan içazə istədi. Dünyadan əlini üzən Cövhər: Qoy ölülər ölülərini dəfn etsinlər», - cavabını verdi.

26

Başqa bir misalda verildiyi kimi, bir gün iki nəfər kufəli Əli Əmirəl möminin yanına gəldi. Biri öz evini satmaq, o biri də həmin evi almaq istəyirdi. Onlar belə razılaşmışdılar ki, bu alqı-satqı haqqında müqavilə Həzrət Əlinin hüzurunda və onun iştirakı ilə imzalansın. Tanrı əmrinin Məzhəri katibinə dönərək: «Yaz, - dedi, - ölünün biri bir başqa ölüdən bir ev satın aldı. Bu evin dörd sərhəddi var: biri məzar, ikincisi ləhət, üçüncüsü Sirat, dördüncüsü isə cənnət ya cəhənnəmə uzanır». İndi əgər bu iki kişi Əlinin dirildici şeypuru ilə Dirilərək Onun sevgisi sayəsində qəflət məzarından qalxmış olsaydı, haqlarında belə ölüm hökmü verilməzdi.

27

Heç bir əsr və dövrdə nəbilərin və vəlilərin «həyat», «məşhər» və «qiyamət» təbirlərində nəzərdə tutduqları mənalar bu rəmzi kəlmələrin dəlalət etdiyi ruhani mənalardan başqa bir şey olmamışdır. Həzrətin yuxarıdakı sözləri üzərində bir azca düşünülərsə, «ləhət», «məzar», «Sirat», «cənnət», «çəhənnəm» tə’birlərində nələri nəzərdə tutduğu gün kimi aydın görünər, amma nə çarя ki, xalq nəfs ləhətinə bürünmüş və qəflət məzarına kömülmüşdür. Xülasə, Tanrı mərifətinin büllur bulağından bir qurtum içmiş olsanız, gerçək həyatın çisim həyatı olmayıb, ruh hяyatı olduğunu anlayarsınız. Çünki cisim həyatında insanlar və heyvanlar müştərəkdirlər. O biri həyat isə iman dənizindən içib, iqan meyvəsindən dadmış olan nurani qəlb sahiblərinə məxsusdur. Bu həyat ölüm nə olduğunu bilməz. Bu əbədi həyatdan sonra ölüm ola bilməz. Necə ki deyilmişdir: «Mö’min hər iki dünyada diridir».

28

Əgər həyatda məqsəd bu bildiyimiz dünya həyatıdırsa, ölüm keç-tez labüddür. Bütün müqəddəs kitabların yazıları da bu ali həqiqəti və bu uca sözü təsdiq edir. Şəhidlərin seyyidi Həmzə ilə Əbu Cəhl haqqında enən bu ayə bu xüsusda açıq bir sübut və parlaq bir dəlildir: «Ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçüi özünə bir nur verdiyimiz adam zülmət içində qalıb oradan çıxa bilməyən şəxs kimi ola bilərmi?».[19] Bu ayə Həmzənin iman donu keyib Əbu Cəhlin küfr və inkaretmə mövqeyində durduğu bir zamanda İradə Səmasından nazil olmuşdu. Görürsünüz ki, ulular ulusu, Qüdrət Qaynağı və böyüklər böyüyü Tanrılıq çeşməsi tərəfindəi Həmzə haqqında ölümündən sonra həyat hökmü verildiyi halda, Əbu Cəhl haqqında tam əksinə olaraq əbədi lənət hökmü verilmişdir. Buna görə də müşriklərin qəlbində küfr atəşi şölələnir və müxalifət havası dalqalanırdı. «Həmzə iə zaman öldü? Nə vaxt dirildi? Belə bir həyat ona hansı saatda bəxş olundu?» - deyə bağırırdılar. Onlar bu ülvi bəyanatı dərk etmədiklərindən və mə’na kövsərindən bir azca da olsa onlara verilməsini zikr əhlindən xahiş etmədiklərindən ötrü bu cür fəsadlar aləmi bürüdü.

29

Bu gün sən görürsən ki, bu məna Günəşinin mövcudiyyətinə baxmayaraq, ali və adi olan hər kəs necə də çidd-cəhdlə bu zülmət həşəratlarından və şeytan məzhərlərindən möhkəm yapışır və öz müşkül məsələləri barədə daim onlardan soruşurlar. Onlar da biliksizlik üzündən öz mövqelərinə zərər gətirməyəcək cavablar verirlər. Aydındır ki, əbədiyyət müşkünü qoxulamayan və ətirli çiçəklərlə bəzənmiş çənnətə ayaq basmamış olan bu pislik böcəyi necə ola bilər ki. məstedici gözəl bir qoxunu başqalarına duydura bilsin. Bu kimilərin hal və davranışları dünya qurulandan bəri belə olmuş və bundan sonra da belə olacaqdır. Şeytanın məzhərlərinə arxa çevirib, Allahın tərəfinə üz tutanlar Onun əsərlərinə nail olarlar. Allah öz zühurunun gününə aid hökmü izzət qələmi ilə, izzət otağının arxasında gizli lövh üzərinə belə yazmış və təsbit etmişdir. Bu sözlərə diqqət edib onların daxili və zahiri mənaları haqqında yaxşıca düşünsəniz, bu gün insanlar ilə Qiyamət gününün tanınması arasında aşılmaz bir əngəl təşkil edən müşkül məsələləri həll edər və artıq sual vermək ehtiyacını duymazsınız. Ümidvarıq ki. inşaallah Tanrı mərhəməti dənizinin sahilindən su içməmiş geri dönməyəcəksiniz və Məqsudun əbədi istək hərəmindən qismətsiz qayıtmayacaqsınız. Görək səy və cəhdləriniz nə nəticə verəcək?

30

Xülasə, bu həqiqətləri izah etməkdə məqsəd o padşahlar padşahının səltənətini göstərmək idi. İndi insaf et, düşün ki, bir söz və kəlmə ilə belə bir səltənət və qələbə əldə etmək böyükdür, yoxsa öz təbəəsinə, yoxsul xalqa qarşı göstərdikləri şəfqət və köməkliyinə baxmayaraq, bir müddət ancaq zahirdə hörmət, sədaqət, fəqət daxildə nifrət və düşmənçilik hiss oyadan sultanların səltənətimi? Bu səltənət tək bir kəlmə ilə dünyanı fəth etmiş, yeni bir həyat vermiş, həqiqi bir varlıq ehsan etmişdir. Torpaqla Rəblərin Rəbbi müqayisə edilə bilərmi? Necə müqayisə edilə bilər ki, O səltənətin müqəddəs meydanına gedən bütün yolları bağlıdır. Yaxşı diqqət edilərsə, onun dərgahındakı xidmətçilərin bütün yaranmışlara səltənət etdikləri görünər.

31

Bu, batini səltənətin ancaq bir mənasıdır ki, biz onu Xalqın ad və qabiliyyətinə görə xatırlatdıq. O Varlıq Nöqtəsinin, O İlahi Simanın daha elə səltənətləri var ki, nə mən məzlum onları açmağa qadirəm, nə də bu xalq onları anlamağa layiqdir. Tanrı insanların öz səltənətinin vəsfi üçün söylədikləri sözlərdən münəzzehdir. Çox münəzzeh! Hər dediklərindən ucadır. Çox uca!

32

Zati-alinizə bir sual verim: səltənət dedikdə, onu zahiri mənada - yer üzündə hakimiyyət və dünyəvi hökmranlıq kimi başa düşsək, görərik ki, bu maddi və mənəvi səltənət düşmənlərin, Allah rizasıyla hərəkət etməyənlərin əlindədir. Onlar Onun əmr buyurduğu şeyləri rədd ediblər, Onun dostları daim düşmənlərinin əlində əzab çəkməkdədirlər. Bütün bunlar gün kimi aşkar həqiqətlərdir.

33

Bu halda, ey tələb edən və soruşan, bil ki, Zahiri səltənət haqqın və Onun dostlarının yanında heç bir zaman mötəbər olmamış və olmayacaqdır. Əgər məqsəd Zahiri qələbə və qüdrət olmuş olsa, böyük çətinliklərlə qarşılaşarsınız... Məsələn bu: «Bizim əskərlərimizin qələbəsi labüddür»[20] və yenə buyurur: «İstəyirlər ki, öz ağızları ilə Allahın nurunu söndürsünlər. Allah isə, kafirlərin xoşuna kəlməsə də, ancaq öz nurunu tamamlamaq istər»[21]. Bundan başqa buyurulur: «O hər şeyin üstündə qalibdir», - Quranın böyük bir hissəsi bu kəlamları sübut edir.

34

Və əgər məqsəd bu mənfur məxluqların dediyi kimidirsə, Onlar üçün bu müqəddəs sözləri və əzəli əlamətləri inkar etməkdən başqa çarə qalmır, çünki bu dünyada Əli oğlu Hüseyndən daha uca və Tanrıya daha yaxın bir əskər ola bilməz. Həqiqətən, Onun yer üzündə bənzəri və bərabəri yoxdur. «O olmasaydı, bu aləmdə Onun kimisi olmazd». Bununla bərabər, aqibətin nə olduğunu eşitmisiniz. «Lənət olsun zalımlara».

35

Bu ayə zahiri anlamına görə, heç bir Tanrı dostu və ya əskəri haqqında doğru ola bilməz, çünki O həzrətin Tanrı əsgəri olması kün kimi aşkar və aydın idi. Bununla bərabər, O, məqlubiyyət və məzlumiyyətlə Kərbəla çölündə şəhadət şərbətini içmişdi. Həmçinin bir də bu ayəni xatırlayınız: «İstəyirlər ki, öz ağızları ilə Allahın nurunu söndürsünlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər».[22] Bu ayə zahiri mənasına görə təfsir edilərsə, həqiqətdə baş vermiş hadisələrlə uyğun gəlməz. Belə ki, Tanrı Nurları və Allahın məş’əlləri zahiri baxımdan daim söndürülmüş və daim üflənmişlər. Bu təqdirdə qələbə haradan əldə oluna bilər? Buyurulduğu kimi: «Allah öz nürunu tamamlayar», - sözlərinin mə’nası nədir? Və sonra «öz nuru» nə deməkdir? Bildiyiniz kimi, bütün Tanrı Nurları müşriklərin əlinə düşərək, təhlükəsiz bir yer və rahatlıq verəcək bir qurtum şərbət tapa bilməmişlər. O Nurların məzlumluğu elə idi ki, hər kəs onlara istədiyini edə bilirdi. Çəkdikləri bütün cəfalar başqaları tərəfindən sayılıb və dərk olunub. Bununla bərabər, necə ola bilər ki, bu xalq İlahi sözləri və Müqəddəs ayələri izah etməyin öhdəsindən gələ bilsin?

36

Qısası, məqsəd onların anladığı kimi deyildir. Əksinə, qələbə, qüdrət və hökmranlıq dedikdə başqa bir məqam və başqa bir məna nəzərdə tutulur. Məsələn, Həzrət Hüseynin torpağa sızan qanındakı qələbəsinə baxınız. Torpaq bu qandakı ucalıq və güçün bir əlaməti olaraq insanların cisimlərinə və ruhlarına necə təsir göstərmişdir? Belə ki şəfa tapmaq amalı ilə onun bir zərrəsinə toxunan xəstələr şəfa tapdı. Əmlakının qorunması üçün o təmiz torpaqdan bir ovuc tam və sağlam bir inamla evində saxlayanların bütün malları salamat qaldı. Bunlar o qanın zahiri təsirləridir. Batini təsirlərindən bəhs edəcək olsam, «Torpağı Rəblərin Rəbbi bildi və dindən döndü», - deyərlər.

37

Belə ki bir Həzrət Hüseynin son dərəcə zillət içərisində şəhid olduğunu, ona yardım əlini uzadacaq və ya onu yuyub kəfənləyəcək bir kimsənin olmamasını gözünüz önünə gətirin, bir də indi dünyanın ən uzaq yerlərindən onun şəhid düşdüyü torpağa üz tutmaq üçün uzun səfərlərə qatlanan dəstə-dəstə insanları düşünün. Budur əslində Rəbbani şövkət və əzəmət!

38

Bu şeylər Hüseynin şəhadətindən sonra baş verdiyi üçün «Ona nə faydası ola bilər», - deyə düşünməyin. O, daima diridir. Tanrının Diriliyi ilə diridir. O, səmavi izzət taxtında və ilahi Vəslət Sidrəsində oturmaqdadır. Bu Varlıq Cövhərləri fədakarlığın örnəkləridir. Onlar can, mal, nəfs və ruh deməyib, hər şeylərini sevgilinin yolunda fəda etmiş və fəda edəcəklər. Onların durduğu mərtəbədən heç bir üstün mərtəbə ola bilməz. Aşiqlər məşuğun xoşbəxtliyindən başqa bir şey düşünməzlər. Sevgili ilə üz-üzə görüşməkdən qeyri bir şey istəməzlər.

39

Şəhidliyin sirrlərindən və onun nəticələrindən bir az bəhs etmək istəsək, bu səhifələr kifayət etməz, onların mənası tükənməz. Ümid edirik ki, inşaallah, rəhmət nəsimi əsər və varlıq ağacı Tanrı baharının lütfü ilə yeni bir dona bürünər, beləliklə, biz Tanrı hikməti sirlərini anlar və onun iiayəti ilə başqa hər şeyi bilib tanımaqdan ehtiyacsız olarıq. Bu məqama adı-sanı bəlli olmayan bir neçə nəfərdən başqa, kimsənin indiyə qədər çatdığını görən olmamışdır. Görək bundan belə Tanrı rizası nə təyin edəcəg və qəza pərdəsiiin arxasında nələr təcəlli edəcək? Sənə Tanrı gözəlliglərinin əmrini belə anladır, Firdovs Cənnətinin nəğmələrini belə oxuyuruq ki, elm məhəllələrinə yetişib, bilik meyvələrindən faydalanasan. Bunu yəqin bilin ki, Ululuq Günəşləri yerdə yaşasalar da, Onlar eyni zamanda ən yüksək taxtın üstündə əyləşirlər. Ciblərində, necə deyərlər, bir qara quruş olmasa da, özləri tükənməz sərvət içində ücürlər. Düşmənlərindən təhqirlər eşidərkən qüdrətin və səltənətin sağ tərəfində yer almışlar. Zahirən tam zillət içərisində qıvrılarkən səltənət və iqtidar kürsüsünün üzərindo durmuşlar.

40

Beləcə, bir gün Məryəm oğlu İsa Kürsüyə oturub, Ruh-ül-Qüdsün ilhamlarını tərənnüm edir və belə deyirdn: «Ey insanlar! Mənim yeyəcəyim - yerin bitirdiyi otdur. Mən aclığımı onunla öldürürəm. Mənim yatağım - yer üzüdür. Mənim çırağım –gecələr ay işığıdır. Mənim miniyim - ayaqlarımdır. Yer üzündə məndən daha zəngin birisi varmı?» Tanrıya and olsun! Yüz min zənginlik bu yoxsulluğun başına təvaf edər. Yüz min izzət mələkutu bu zillətin qarşısında əyilər. Bu məna dənizinnn tək bir damlasına nail olsan, bu dünyadan və onda olan hər şeydən vaz keçərsən. Atəş quşu kimi bu işıqlı çırağın dəvrəsində sevə-sevə can verərsən.

41

Buna bənzər başqa bir şey Həzrəti Sadiqdən rəvayət edilir. Bir gün əshabələrdən biri Ona öz yoxsulluğundan şikayət edir. O Əzəli Camal: «Sən zənginsən, zənginlik şərabını içənlərdənsən», -buyurur. Yazıq Həzrətin sezündən çaşaraq «Mənim bir quruşum yoxdur. Mən necə zəngin ola bilərəm?» Həzrət: «Səndə bizim sevgimiz yoxdurmu?» - deyə soruşur. Adam: «Ona nə şübhə ola bilər? Ey Allah Peyğəmbərinin övladı?» - deyə cavab verir. Həzrət soruşur: Bunu min qızıla satarsanmı?» Adam: «Onu bütün dünyaya və dünyada olana dəyişmərəm», - deyir. O halda, Həzrət Sadiq buyurur: «Səndə belə dünyaya dəyişilməyəcək xəzinə var ikən, necə yoxsul olursan?»

42

Bu mənfur məxluqların böyük əhəmiyyət verdiyi fəqirlik və zənginlik, zillət və izzət, səltənət və qüdrət və s. O Müqöddəs Sarayda heç bir əhəmiyyət kəsb etməz. Necə ki buyrulur: «Ey insanlar! Sizlər Allaha möhtacsınız, Allah isə ezü özlüyündə zəngindir.»[23] Deməli, «zənginlik» deyəndə Allaha münasibətdə zəngin olmaq, «fəqirlik» deyəndə isə Allaha nisbət fəqir olmaq nəzərdə tutulur.

43

Və yenə bir gün bəzi yəhudilər Məryəm oğlu İsanın ətrafına toplaşaraq Onun ağzından özünün Məsih və Peyğəmbər olduğunu etiraf etməsini eşitmək, sonra buna əsaslanaraq onu kafir elan etməg və edamına qərar vermək istəyirdilər. O Məna göylərinin Günəşini bu məqsədlə qurulan bir məclisə gətirdilər. Pilats ilə Qiyafanın[24] da iştirak etdiyi bu məclisə bütün yəhudi din xadimləri də gəlmişdi. Qiyafa zamanın ən böyük din rəhbəri idi. Eyni zamanda O məclisə bir dəstə üləma və tamaşa, istehza etmək, əzab verməkdən ötrü bir dəstə adam da yığışmışdı. Məclisdə İsanın ağzından etiraf eşitmək üçün çox çalışdılar. Fəqət Həzrət bütün suallar qarşısında susur, heç bir cavab vermirdi. Nəhayət, bir məl’un yerindən qalxaraq, onun qarşısında dikəlir və ona and verərək soruşur: «Mənəm Tanrının Məsihi! Mələm Padşahlar Padşahı! Mənəm Kitab Sahibi! Mənəm Səbt gününü rədd edən!» - deyön sən deyilsənmi?» Onda İsa başını qaldıraraq buyurur: «Görmürsənmi ki, insan oğlu qüdrət və qüvvətin sağında oturubdur?». Halbuki, İsanın əlində hər hansı bir qüdrət vasitəsi mövcud olduğu görünmürdü. Ondakı iqtidar bütün göylərdə və yerdə olanları əhatə edən batini bir qüdrət idi. Ona bu sözü söylədikdən sonra olunan rəftardan danışmaq istəmirəm. Nəhayət, bir çox əziyyətlərdən sonra Onu öldürməyə təşəbbüs göstərdilər. Bu vəziyyət qarşısında O Həzrət dördünçü göyə qalxmaq məcburiyyətində qaldı.

44

Və yenə Luka İncilində anladıldığına görə, bir gün İsa iflic olub yatağa düşmüş bir yəhudinin yanından keçirdi. Xəstə İsanı görüb Onu tanıdı və Ondan imdad dilədi. İsa ona: «Qalx yatağından, Sənin günahların bağışlandı», -dedi. Orada olan bir neçə yəhudi: «Allahdan başqa bir kimsənin günah bağışlaması mümkündürmü?» - deyə etiraz səslərini qaldırdı. Ona görə Məsih onlara tərəf dönərək söylədi: «Hansı daha asandır? İflicə «günahların bağışlandı», —deməkmi? Yoxsa: «Qalx, yatağını yığışdır və gəz» deməkmi? Belə dedim, biləsiniz ki, İnsan oğlunun yer üzündə günahları bağışlamaq qüdrəti vardır.» Tanrı dostlarındakı həqiqi səltənət və iqtidar budur! Təkrar-təkrar qeyd etdiyimiz və müxtəlif mənbələrdən misal gətirdiyimiz bu şeylərdən məqsəd sizin üçün Tanrı seçilmişlərinin sözlərindəki eyhamların mənalarını açmaqdır ki, sizin bəzi sözlər üzündən ayaqlarınız sürüşüb büdrəməsin və iztiraba düşməyəsiniz.

45

Beləcə inamlı addımlarla haqq-ül-yəqin Siratından keçərik. Belə etsək, bəlkə, rizvan nəsimi Tanrının qəbul baqçalarından əsər və bu faniləri əbədi mələkuta yetişdirər. Bəlkə də, hədislərdə və ayələrdə zikr olunan səltənət və ona bənzər sözlərin mənalarına arif olmaq imkanı taparsınız. Bundan başqa, çox əla bilirsiniz ki, Məhəmmədin Camalına etiraz üçün yəhudilər ilə xristianlar nələrə əl atırdılarsa, bu gün də Quran ümməti Bəyan Nöqtəsinə[25] (Əmr mələkutunda olanların hamısının canı ona fəda olsun) etirazın eyni mövqeyində dururlar. Görürsünüz ki, bu ağılsızlar fərqinə varmadan bundan əvvəl yəhudilərin söylədiklərini söyləməkdədirlər. Əvvəlcə onlar haqqında söylənilmiş bu sözlər nə gözəl və düzgün deyilmişdir: «...Onları burax ki, düşdükləri bataqlıqda ilişib qalsınlar».[26] «Və Canına and olsun ki, onlar məstlikləri içində sərkərdandılar».[27]

46

O vaxt ki, o Gözəgörünməz Əzəliyyət Məhəmməd Günəşini elm və məna üfüqündən doğdurdu, yəhudi din alimlərinin ona qarşı etdikləri etirazlardan biri bu olmuşdur: «Musadan sonra peyğəmbər kəlməyəcəkdir». Bəli, Müqəddəs kitablarda İlahi bir Simanın gələcəyi haqqında xəbər verilmişdir. Fəqət O, Musanın şəriətini qəbul edib, Millətin xeyrinə çalışmalıdır ki, Onun təşəbbüsü ilə Tövrat şəriəti bütün dünyaya yayılmış olsun. Buna görə idi ki, zəlalət və uzaqlıq çölündə qalanların dilindən O Əhədiyyət Sultanı belə buyurur: «Yəhudilər dedilər: «Allahın əli bağlıdır. Bu sözləri dediklərinə görə əlləri bağlandı. Onlara lənət olundu. Şübhəsiz ki, Allahın əli açıqdır»[28]. «Allahın əli onların əllərinin üstündədir.»[29]

47

Təfsir alimləri bu ayənin enmə səbəblərini müxtəlif yollarla izah edirlər. Fəqət əsl məqsədə baxınız. O deyir: «Yəhudilər nə qədər də yanlış təsəvvürdədirlər. Həqiqi Sultan Musanı yaradıb ona peyğəmbərlik donunu keydirdikdən sonra əlləri bağlanaraq Musadan sonra artıq elçi göndərmək qüdrətini itirmişdir.» Onların bu çəfəngiyyatına diqqət ediniz. Onlar elm və irfan yolundan nə qədər uzaqdadırlar. Görün, bu gün də bu insanlar nə qədər cəfəng işlərlə məşğuldurlar. Min ildən artıq bir zamandan bəri bu ayəni oxuyur və şüursuz bir şəkildə yəhudilərə etiraz edirlər. Yəhudilərin inandığına özləri də kizli-aşkar inanıb, onların dediyini təkrar etməkdə olduqlarının fərqinə varmırlar. Bəli, onlar da yəhudilər kimi: «Bütün Tanrı Zühurları sona yetib, Tanrının rəhmət qapıları bağlanmışdır; bundan sonra Müqəddəs mənəvi Məşriqlərdən bir Günəş daha doğmayacaq və Müqəddəs Əbədiyyət Dənizi artıq bir daha dalqalanmayacaq. Rəbbin gözəgörünməz çadırlarından yeni bir Tanrı elçisi çıxıb gəlməyəcək» - deyirlər. Budur bu böcəklərin idrak dərəcəsi! Onlar Allahın ağıl və idraka sığmayan, qət olmayan vüsətli rəhmətinin və feyzinin tükənməsini rəva görürlər. Onlar hər tərəfdən zülm qurşağına qurşanaraq, çox cidd-cəhd göstərmişlər ki, Sidrənin atəşini öz zənnlərinin acı suları ilə söndürsünlər. Onlar Tanrı qüdrəti şüşəsinin Əhədiyyət Çırağını küləklərə qarşı qoyduğundan bixəbərdirlər. Əsas məqsəddən qalıb, Tanrı əmrinin özündən və ruhundan pərdələnmiş olmaları onlar üçün kafi bir zillətdir. Bu tayfa əsl Məqsəddən məhrum olub, Allahın Əmr Kövhərinin lətifliyindən pərdələnmişlər. Allahın öz bəndələrinə qismət etdiyi ən yüksək feyz öz Liqası və irfanıdır ki, bütün bəşəriyyətə vəd verilibdir. Bu, Allahın bəndələrə olan ən böyük feyzi, ən xalis fəzlidir ki, onların heç biri buna yetişməmiş və şərafət onlara nəsib olmamışdır. Bu böyük həqiqətə, yüksək mövzuya aid nə qədər çox ayə var. Buna baxmayaraq, onlar bu açıq ifadə olunan həqiqəti inkarlayıb, ayəni öz meyl və arzularına görə təfsir etmişlər. Necə ki buyurulur: «Allahın ayələrinə və onun Liqasına kafir olanlar mənim rəhmətimdən məhrumdurlar. Onları şiddətli əzab gözləyir».[30] «O adamlar ki, öz Allahları ilə görüşməyi düşünürlər, onlar Onun tərəfinə qayıdacaqlar».[31] «Allah ilə mülaqat edəcəklərini düşünən kimsələr, belə dedilər: «Dəfələrlə kiçik tayfa böyük tayfaya qalib olub.»[32] «Hər kəs Allah Liqasına ümid edərsə, saleh əməl sahibi ola bilər!»[33] Yenə buyururlar: «Allah öz əmrini tədbir və ayələrini təfsir etməkdə məqsədi budur ki, Siz öz Allahınızın liqasına inanasınız».[34]

48

Allahla görüşməyə dəlalət edən səmavi Kitablarda nazil olan bü ayələri inkar etməklə, onlar uca və işıqlı məqamlardan məhrum qalmışlar. Bəziləri «Görüş» deyəndə Allahın qiyamətdəki təcəllisinin nəzərdə tutulduğunu demişlər. Bu heç vaxt belə ola bilməz. Çünki təcəllidə məqsəd ümumi təcəllidirsə, bu təcəlli bütün şeylərdə mövcuddur. Əslində, əvvəl də izah etmiş olduğumuz kimi, bütün şeylər o həqiqi Sultanın təcəllisinin məzhərləridirlər. Təcəlli sahibinii parlaq günəşinin əlamətləri varlıqların aynalarında əks olunmaqdadır. İnsan mənəvi gözünü açarsa, həqiqi Padşahın təcəllisini əks etdirməyən heç bir şeyin mövcud olmadığını görər. Bəli, görürsünüz ki, bütün varlıqlar və yaranmışlar o mənəvi Nurun zühurunu bildirir. Müşahidə edirsiniz ki, Allahın cənnət qapıları bütün şeylərin üzünə açıqdır, bütün istəyənlərin hikmət və mərifət şəhərlərinə daxil olmaları, elm və qüdrət bağlarına yetişmələri üçün açıqdır. Mənəvi pərilər hər bağçanın kəlmə otaqlarında lətif bəzənərək əyləşiblər. Quran ayələrinin çoxu buna dəlalət edir: «Elə bir şey yoxdur ki, allaha təzim edib, Ona şükür etməsin»[35] - ayəsi buna bir tutarlı sübut və «Biz hər şeyi sayıb, yazmışıq»,[36] - ayəsi buna həqiqi dəlildir. İndi əgər Allah ilə görüş bu təcəlli deməkdirsə, onda bütün insanlar zatən O bənzərsiz Sultanın əbədi üzünü görməklə şərəflənmişlər. Onda bu görüş nə üçün tək bir qiyamət günü ilə məhdudlaşıbdır?

49

Yox əgər «Görüş» dedikdə, bir qisim sufilərin təbirincə desək, «Feyzi Əqdəs», yəni Allahın Xüsusi Təcəllisi başa düşülürsə, bu da ağlabatan şey deyil, çünki bu təcəlli zatın özündədirsə, bunun əzəldən bəri ancaq Tanrı elmində olduğu aşkardır. Bu məqamın doğruluğu fərz olunsa da, belə bir görüş hər hansı bir kimsəyə müyəssər olacaq bir məzhəriyyət deyildir. Çünki bu rütbə Tanrının gözəgörünməz Zatındadır, kimsənin əli Ona yetişə bilməz; Yol bağlıdır, aramaq fay-dasızdır. Məhdudların və pərdələnmişlərin, hətta Allaha yaxın adamların belə könülləri bu məqama qədər uça bilməz və ağılları bunu dərk edə bilməz.

50

Əgər desələr ki, bu, Allahın ikinci təcəllisidir ki, Müqəddəs feyzə yozulur, bu, mütləq cismani aləmdədir. O məqam isə Nəbilərə və Vəlilərə məxsusdur. Çünki varlıq aləmində onlardan daha böyük və daha ulu bir şey yoxdur. Bunun belə olduğu hamılıqla qəbul və təsdiq olunur. Nəbilər və Vəlilər bütün əzəli sifətlərin və ilahi isimlərin təcəssümü və məzhəridirlər, Tanrı işığını əks etdirən aynalardırlar. Onlarla bağlı nə varsa, həqiqətən, aşkar və gizli Tanrıya aiddir. Hər şeyin əzəli olan Tanrını tanımaq, Ona yetişmək üçün həqiqət Günəşindən çıxan bu Müqəddəs Varlıqları tanımaq və onlara yetişməkdən başqa yol yoxdur. Bu Müqəddəs Nurların Liqası eyni ilə Allahın Liqasıdır. Onların elmindən Allahın elmi, onların üzündən Allahın üzü, onların əvvəlliyi, axırlığı, zahirliyi və batinliyindən Allahın əvvəlliyi, axırlığı, zahirliyi və batinliyi sabit olur. Buyururlar: «Əvvəl də, axır da, zahir də, batin də Odur».[37] Digər yüksək sifətlər və uca isimlər də bunun kimidir. Bu görüş yalnız qiyamət günü, Allahın Külli-Məzhərinin zühuru zamanında müyəssər olur. Ona görə də, hər kim zühur zamanı bu parlaq və yenilməz dərəcədə uca olan Nurları və işıq saçan Günəşləri tapırsa, Tanrının Liqasına[38] müşərrəf olur və həyat şəhərinə yetişir.

51

Qiyamət haqqında bütün Müqəddəs Kitablarda yazılmış və bütün insanlara xəbər verilmişdir. Görün, bu gündən daha əziz, daha böyük və daha müəzzən bir gün təsəvvür olunarmı? Yazıq deyilmi ki, bir insan belə bir günü əldən qaçırsın, bu gündə Rəhmanın tərəfindən leysan yağmuru kimi yağan nemətlərdən məhrum qalsın? Necə olur ki, insan, bu gündən daha böyük bir gün və həmin Əmrdən daha şanlı bir əmr olmadığı bu qədər sağlam dəlillərlə isbat edildikdən sonra, qalxır və eyhamçıların eyhamına, şübhə edənlərin şübhələrinə uyaraq belə bir inayətdən nəsibsiz qalır? Bəli, necə olur ki, ağlı başında olanlar üçün heç bir bəhanə və irfan əhli üçün heç bir qaçmaq yeri buraxmayan belə qüvvətli dəlillərdən sonra insan onların sözlərinə qulaq verir? Əcəba, onlar məşhur «Qayım qiyam eyləyəndə Qiyamət qopar,» - rəvayətini eşitməyiblərmi? Həmçinin, o yol-göstərən imamlar və Sönməz Nurlar: «Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə gəlməsini közləmirlər?»[39], - ayəsini Qiyamətdə baş verən işlərdən bilib və Onu Qayimin zühuruna təfsir etmirlər?

52

İndi, ey qardaşım! Qiyamətin mənasını belə anla və qulağını rədd edilmiş adamların sözlərinə qapa! Mənəviyyat aləminə ayaq basmalı olsan, bu gündən daha böyük bir gün və bu Qiyamətdən daha böyük bir Qiyamət təsəvvür edilməyəcəyini görərsən. Bu günün tək bir yaxşı əməli yüz min illərin əməllərinə bərabərdir. Nə deyim, belə bir müqayisə üçün Tanrıdan əvf dilərəm. Çünki bu Gündə belə gözöl bir əməlin mükafatı ölçüyə kəlməyəcək qədər böyükdür. Bu böcəklər Qiyamətin və liqanın mənasını anlamadıqlarından Onun feyzindən büsbütün pərdələnmişlər. Düşünməyirlər ki, elmdən və o yolda çəkilən zəhmətlərdən məqsəd bu məqama yetişmək və bu məqamı tanımaqdır. Bu, belə olduğu halda, onlar elmin mahiyyətinə və nəyi bilmək lazım olduğuna göz yumaraq, bir an belə durmadan maddi təlimlə məşğuldurlar. Onlar sanki ilahi elm dənizinin damcısını dadmamışlar, Rəhmani buluddan yağan yağmurlardan bir damla belə içməmişlər.

53

İndi diqqət yetir, haqqın zühur etdiyi gündə, liqa şərəfi ilə müşərrəf olmayan və haqq məzhərini tanımaq iftixarı ilə öyünməyən (min il bu maddi və məhdud elmləri əldə etmiş də olsa) belə bir kimsəyə alim deyərlərmi? Məlumdur ki, belə bir adama elm sahibi demək olmaz. Əgər bir şəxs elmdən bir hərf belə oxumamış olsa, lakin Allah Məzhərini tanısa, O, Rəbbani Alimlərdən sayılır. Belə bir adam elmin çıxıla biləcək ən yüksək zirvəsinə çıxmış və təlimin ən son məqamını fəth etmişdir.

54

Bu rütbə Zühur Gününün əlamətlərindən biridir. Necə ki buyrulmuşdur: «Yüksəklərinizi alçaq, alçaqlarınızı yüksək edəcəyik». Quranda da belə deyilir: «Biz də o yerdə zəif düşüb əzilənlərə bol nemət vermək, onları rəhbər etmək, öz mülkümüzə varis etmək... istəyirik»[40]. Bu gün neçə-neçə alim var ki, haqdan üz çevirmiş olduqlarından, cəhalətin ən aşağı səviyyəsinə düşərək, adları böyüklər və alimlər dəftərindən silinmişdir. Bu gün neçə cahil sayılan var ki, haqqa yönəlmiş olduqlarından ən uca elm üfüqünə yüksələrək adları qüdrət qələmi ilə elm lövhələrinə yazılmışdır: «Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır»[41]. Odur ki, deyilib: «Hər şey sübuta yetiriləndən sonra dəlil axtarmaq nalayiq işdir, hər şey məlum olandan sonra araşdırma aparmaq məzəmmətə layiqdir». Söylə: «Ey ərzin sakinləri, alov içində yanan bir kənc intəhasız ruh çöllərində qaçaraq: «Tanrının çırağı yandı», - deyə Sizlərə müjdə verir, nur pərdələri altında kizlənməklə bərabər İraq torpağında Qüdsiyyət üfüqündən parlayan Əmrinə Sizləri çağırır.»

55

Ey Mənim dostum! Quranın məna göylərində bir az uçsan və orada yayılmış Tanrı irfanı ərzində gəzinsən, bir çox elm qapılarının sənin üzünə açılmış olduğunu görərsən. O zaman bu qənaətə gələrsən ki, bugünkü gündə insanların əbədiyyət dənizinin sahillərinə çatmasına əngəl törədən bu şeylər Fürqan nöqtəsinin Zühurunda o zamanın insanlarının O Günəşi görüb tanımaqlarına maneçilik törədən o şeylərin tamamilə eynidir. Beləcə bir azacıq uçub gəzsən, «Dönüş» və «Besət» təbirlərinin sirlərinə vaqif olaraq, yəqinlik və mötəbərlik hücrələrində qərar tutarsan.

56

Günlərin bir günü O bənzərsiz Camalın münkirlərindən bir neçəsi Allahın əbədi məbədgahından və Kəbədən məhrum olan bir dəstə ona istehza ilə: «Allah bizə əhd edib ki, hər Peyğəmbər göydən od gətirib öz qurbanlığını yandırmasa, biz ona iman gətirməməliyik»[42] - dedilər. Yəni Habil və Qabil möcüzəsini izhar etməyən hər hansı bir rəsula iman gətirməyəcəyimiz xüsusunda Allahın bizimlə şərti vardır. Yəni Tanrı elçisi olmaq iddiasında bir kəs bir qurban kəsməli və göydən bir atəş yenərək o qurbanı yandırmalıdır. Bu Habil hekayəsini, yəqin ki, kitablarda oxumuşsunuz. Bunun üçün həzrət Məhəmməd onlara: «Məndən əvvəl də peyğəmbərlər sizə açıq-aşkar möcüzələrlə və dediyiniz qurbanlarla kəlmişdilər. Əgər sözünüz doğrudursa, bəs nə üçün onları öldürdünüz?»[43] - buyurdu. İndi insaf ediniz, Məhəmmədin çağdaşları minlərcə il əvvəlki Adəmin və nəbilərin zamanlarında necə ola bilərdilər? Buna baxmayaraq, Həzrət Məhəmməd Habilin və ya başqa peyğəmbərlərin öldürülməsində öz zamanındakı insanları günahlandırmışdır. İkisindən biri: (bu fikrə düşdüyüm üçün Allah günahımdan keçsin) ya Həzrət yalnış sözlər söyləmiş və istehza etmişdir, ya da onun zamanındakı pisniyyət insanlar Tanrı nəbiləri və elçilərinə qarşı çıxaraq, öcəşərək onları şəhidlik dərəcəsinə çatdırmışların tayıdırlar.

57

Bu izah haqqında yaxşı düşünün ki, irfanın xoş nəsimi Rəhmanın yurdundan əsməyə başlayaraq ruhunuzu Cananın irfanı bağçasına yetişdirsin. Qafillər bu dərin ideyalarla zəngin sözlərin mənalarını anlamadıqlarından və verilən cavabı da soruşulan suala uyğun hesab etmədiklərindən o Elm və Əql cövhərinə biliksizlik və divanəlik nisbəti vermişdilər.

58

Bunun kimi başqa bir ayədə də Məhəmməd öz zəmanəsinin insanlarına qarşı çıxaraq: «Onlar bundan əvvəl Allaha iman gətirməyənlərə etiraz edirdilər, lakin yeni gələn Peyğəmbərə özləri kafir oldular. Allah kafirlərə lənət eləsin»[44] - deyə buyurur. Yəni haqq yolunda kafirlərlə çəkişib, müharibə edən və Tanrı Əmrinin zəfərini istəyən bu kəslər onların özlərinin tanımış olduqları birisi gələndə onu inkar edirlər. Allah kafirlərə lənət eləsin! Bu ayədən anlaşılır ki, Həzrəti Məhəmmədin zamanındakı insanlar əvvəlki peyğəmbərlərin zamanında yaşayıb, onlar tərəfindən təbliq edilən Tanrı şəriətini yaymaq və Tanrı Əmrini bəyan etmək üçün mücadilə və müharibələrdə olmuş insanların eynidir. Halbuki İsanın və Musanın zamanlarında yaşamış olan insanlar Məhəmmədin zamanında yaşamış insanlar deyildi. Onların əvvəlcə bilib tanıdıqları kimsə - Tövrat sahibi Musa və İncil sahibi İsa idi. Bu təqdirdə nədən Məhəmməd: «Tanımış olduqları kimsə - İsa və Musa gələndə onları inkar etdilər», - buyurur. O Həzrət göz görə-görə başqa bir isim, yəni Məhəmməd ismini daşıyaraq, başqa bir şəhərdən çıxmamışdımı? Başqa bir dildə danışmırdımı? Bununla bərabər , ayənin doğruluğu necə müəyyən edilə bilər və necə doğru-dürüst anlaşıla bilər?

59

İndi Quranın özündə bu qədər açıq bildirilən «dönüş» təbirinin mənasının nə olduğunu anlamağa çalışınız? İndi nə buyurursunuz? Əgər: «Həzrət Məhəmməd özündən əvvəlki nəbilərin dönüşü idi,» - deyirsinizsə, onun əshabələrinin də, eyni ayədən anlaşıldığı kimi, öncəki əshabələr olduğunu qəbul etmək məcburiyyətində qalarsınız. Yox əgər bu həqiqət inkar edilərsə, onda siz ən böyük sübut kimi tanınan Allahın insanlara göndərdiyi Quranın hökmünə müxalif çıxmış olarsınız. İndi İlahi Cövhər Məzhərlərinin zühuru zamanındakı «dönüş», «yenidən dirilmə» və «məhşərdə toplanma» hədislərini də belə anla. Belə anla ki, müqəddəs ruhların saf və nurlu cəsədlərdə dönüb keri gəldiklərini bu cismani gözlərinlə görəsən. Belə anla ki, cəhalət tozlarını və nəfs qarasını Tanrı Elmi Çeşməsindən axan rəhmət suları ilə təmizləyəsən. Beləcə, Allahın qüvvəti, Sübhanın Hidayəti və Tanrının nurlu çırağı sayəsində Hidayət sabahını zəlalət axşamından ayırd etmək və bu ikisinin arasındakı fərqi görmək imkanını əldə etmiş olursan.

60

Bundan başqa, bilirsiniz ki, Tanrı əmanətinin Daşıyıcıları bu maddi aləmdə yeni bir Əmr və yeni bir Çağırış ilə zahir olurlar. Bu Səmavi Ərş Quşlarının hamısı Tanrı İradəsi Səmasından enib, Onun rəfedilməz Əmrini elan etdiklərindən tək bir nəfs, tök bir şəxs hökmündədirlər, çünki hamısı eyni Tanrı sevgisi Qədəhindən içər, eyni Tohid Ağacının meyvələrindən yeyərlər. Bu haqq Məzhərlərinin iki məqamı vardır: bunlardan birisi tam bir ayrılıq və fərdilik məqamıdır. Bu məqamda onları eyni isimlə isimləndirmək və eyni vəsf ilə vəsfləndirmək yanlış olmaz. Necə ki: «.. Biz peyğəmbərlər arasında fərq qoymuruq»[45] -buyrulmuşdur, çünki onların hər biri və hamısı xalqı Tanrı birliyinə çağırır, insanlara feyz Kövsəri və tükənməz fəzl müjdəsi verirlər. Hamısı peyğəmbərlik donunu keyər, kərəm əbası daşıyarlar. Bunun üçündür ki, Fürqan nöqtəsi:[46] «Bütün Peyğəmbərlər mənəm», - buyurmuşdur. Və yenə: «Mənəm İlk Adəm və Nuh və Musa və İsa», - demişdir. Eyni şeyi həzrət Əli də söyləmişdir. Təcrid məzhərlərinin birliyinə dəlalət edən buna bənzər sözlər Əzəli Bəyanat məcralarından və Tanrı Elm xəzinələrindən çox eşidilmiş və Müqəddəs kitablar yaradılmışdır. Bu Simalar hökm məzhərləri və Əmr şəfəqləridir. Tanrı Əmri çoxluq pərdələrindən, parçalanmaq və bölünmək kimi əlavələrdən münəzzəhdir. Bunun üçündür ki: «Biz bir hökmdən başqa bir şey buyurmamışıq»,[47] - deyilmişdir. Əmrlər bir və eyni olanda əmrlərin məzhərləri də bir və eyni olmalıdır. Yəqinlik Məş’əlləri olan din İmamlarının: «İlkimiz Məhəmməd, sonumuz Məhəmməd, ortamız Məhəmməddir», -sözləri də bunu təsdiq edir.

61

Çox yaxşı bilirsiniz ki, bütün nəbilər Tanrı əmrinin müxtəlif paltarlarda görünən heykəlləridir. Diqqətlə baxsanız, hamısını eyni bağçada oturan, eyni havada uçan, eyni yerdə duran, eyni sözü söyləyən və eyni buyuruğu buyuran görərsiniz. Budur varlıq cövhərlərinin və saya, ölçüyə gəlməz günəşlərin birliyi! Bu halda bu Müqəddəs Məzhərlərdən hər hansı biri: «Mən bütün nəbilərin dönüşüyəm», - deyirsə, doğru söyləmiş olur. Eynilə hər sonrakı zühurda bir əvvəlki zühurun dönüş həqiqiliyi müəyyən edilmiş hadisədir. Peyğəmbərlərin dönüb keri kəlməsi ayə və hədislərə uyğun olaraq müəyyən edilmişsə, əshabələrin də dönüşü sübut edilmişdir, Bu qayıdış o qədər aydındır ki, onu göstərmək üçün heç bir dəlil-sübuta ehtiyac yoxdur. Məsələn, peyğəmbərlərdən biri Nuhdur. Nuh Peyğəmbər kimi göndərilib, Tanrı Əmrini bəyan etmək üçün ayağa qalxanda Ona iman gətirib, Onun əmrini qəbul edən hər bir kəs, həqiqətən, yeni bir həyata qovuşdu. Bu kimsələr haqqında «Yeni bir həyata nail oldu və yeni bir ruh ilə canlandı», - demək doğru olar, çünki onlar Tanrıya inanıb Peyğəmbəri tanımazdan qabaq mal-dövlət, arvad-uşaq, yeyib-içmək və bu kimi dünyəvi işlərə mehrini salmışdılar. Belə ki, gecə-gündüz düşündükləri və qayqısına qaldıqları şey - var-dövlət toplamaq, özləri üçün rahat və səfalı həyat təmin etmək idi. Bunlar bir yana, bu kimsələr iman dənizinin dirilik sularından içməzdən əvvəl ata və babalarının təyin etdiyi məhdudiyyət çərçivəsi ilə kifayətlənir və onların getdiyi yol ilə gedirdilər. O dərəcədə ki, öldürülmələrinə razı olar, lakin adət və ənənələrindən birinə belə toxunulmasını qəbul etməzlərdi. Necə ki bütün millət: «Biz atalarımızı bir din üzərində gördük və onların ardınca kedirik” - dedi.[48]

62

Fəqət həmin bu insanlar bütün bu kök atmış ayinlərə, inamlara və özlərinin möhkəm bağlı olduğu adət-ənənələrə baxmayaraq, iman şərabını iqan qədəhindən Tanrı Məzhəri əllərindən içərkən birdən-birə başqalaşırdılar. O dərəcədə başqalaşır, elə bir vəziyyətə çatırdılar ki, Tanrıdan başqa hər şeydən - öz arvad-uşaqlarından, mal-dövlətlərindən, hətta canlarından və imanlarından belə keçirdilər. Onlar elə İlahi Həsrət və müqəddəs bir həyəcan hissi keçirirdilər ki, iradələri əldən gedir, dünya və dünya ilə bağlı hər bir şey saman çöpü kimi gözlərinə görünürdü. Belə adamlar haqqında «yenidən yaradılış» və «dönüb geri gəlmə» deyilən hökmlər doğru olmazmı? Və sonra bunu da unutmayaq ki, bu kimilər Tanrının yeni inayətinə qovuşmazdan qabaq min bir tədbir və hiyləyə əl ataraq hər tövrlə təhlükədən canlarını qorumağa çalışırdılar. Can qorxusundan bir tikandan belə çəkinir, öz kölgələrindən qorxurdular. Sonra iman şərəfi ilə şərəflənib, inayət iftixarı ilə öyünürdülərsə, Onun yolunda yüz min canı sevə-sevə fəda edər bir hala gəlirdilər. Nə deyim, hətta can qəfəsi onların təmiz ruhlarına dar gəlir, ondan qurtulmaq yolları axtarırdılar. Bu Tanrı əsgərlərindən hər biri özündə düşmən toplusuna qarşı insanlarla eyni olsaydı, heç onlardan bəşəri davranışlara müxalif və dünyəvi istəklərə əks olan bu kimi işlər çıxardımı?

63

Məlumdur ki, Allah tərəfindən dəyişdirmələr və təqyirlər olmasaydı, o şəxslərin misilsiz əməllərindən və əsərlərindən bunlar zahir olmazdı və gözə görünməzdi. Bu, gün kimi açıq bir həqiqətdir. Belə ki, Onların iztirabları təskinliklə, şübhələri yəqinliklə, qorxuları cürətlə əvəz olunmazdı. Budur bir göz qırpımında insan ruhunu dəyişdirən Tanrı iksiri!

64

Məsələn, Mis cövhərini göz önünə gətirin. Bu cövhər öz mədənində qurumaqdan qorunarsa, yetmiş il ərzində qızıla çevrilər. Hərçənd, bəzilərinə görə mis özü əslində qızıl olub, lakin qurumaq xəstəliyinə görə ona çevrilə bilməmişdir.

65

Hər nə isə, həqiqi iksir mis cövhərini bir göz qırpımında qızıllıq dərəcəsinə çatdırır və yetmiş illik mərhələni bir anda arxada buraxır. Belə bir qızıla sonradan «misdir», - və ya «qızıllıq dərəcəsinə çatmamışdır», - deyilə bilərmi? Necə deyilə bilər ki, ortada qızılın keyfiyyətlərini misdən ayırd edəcək bir məhək daşı var.

66

Onun kimi də bu insanlar Tanrı iksiri vasitəsilə bir anda torpaq dünyasını aşaraq, qüdsiyyət aləmlərinə ayaq basar, tək bir addımla bu məhdud məkanda Tanrının məkansız aləminə yetişərlər. Çalış ki, bu iksirə qovuşasan, çünki bu iksir bir anda bilməməzlik məğribini elm məşriqinə çatdırır. O, kecənin qatı qaranlığını səhərin Nuruna qovuşdurur, zənn çöllərində gəzib-dolaşan uzağı yaxınlıq çeşməsinə yönəldər, fani heykəlləri baqi Cənnətə döndərər. İndi əgər bu qızıla mis deyilə bilərsə, bu kimsələr üçün də, haqlı olaraq, «imandan əvvəlki kimsələrdir» deyilə bilər.

67

Ey qardaş, «yenidən yaradılmışlar» və «yenidən dönüb gəlmə»nin sirləri bu kafi və yetərli izahlarla, örtüksüz, pərdəsiz gözlərin önünə sərilmişdir. Ümid edirəm, görünməz Tanrının yardımı ilə köhnə libasını üstündən atar, əsla köhnəlməyən yeni libası geyməyə müvəffəq olarsan.

68

Ona görə, hər sonrakı zühurda bütün yer üzü sakinlərindən əvvəl Allaha iman gətirən, irfanın təmiz sularını Tanrı birliyi camalının əlindən şərbət içənlər və bu yolla imanın, iqanın və irfanın zirvəsinə yüksələnlər, ad, vəziyyət, əməl, söz və rütbə etibarilə qabaqkı zühurda eyni vəchlə fərqlənmişlərin «dönüş»ü sayılırlar, çünki öncəkilərdən zühura gələn şeylər məsələn, ad, əməl və söz baxımından sonrakılardan da eynilə zühura gəlmişlər. Qızılgülü kötürün, o, Şərqdə və yaxud Qərbdə açmasına baxmayaraq, onun bir adı vardır ki, o da qızılgüldür. Belə halda bu, qızılkül kolunun və qızılgülün özünün zahiri quruluşuna görə yox, onun qoxu və ətrinə görədir.

69

İndi baxışlarını dünyəvi məhdudiyyətlərdən təmizlə ki, onların hamısının tək bir Ad daşıdığını, tək bir İşin şərhini güddüyünü, tək bir Zatı əks etdirdiyini, tək bir həqiqət göstərdiyini görəsən və Allah kəlmələrinin dönüşünün sirlərini bu kəlmələrlə açıldığını dərk edəsən. Bir anlıqa Məhəmmədin zühuru zamanı onun əshabələrinin davranışı haqqında düşünün. Görün, onlar necə də Məhəmmədin həyatverici nəfəsi ilə şöhrətpərəstlik çirkabından təmizlənmiş, nəfsani arzularından qurtularaq Onun özündən savayı hər şeydən uzaqlaşmışdılar. Onlar yer üzündə yaşayanların hamısından əvvəl eynən Allahın liqası olan Məhəmmədin liqasının şərəfinə nail olmuş, dünya ilə olan bütün əlaqələrini kəsmişlər. Necə ki eşidibsən, O zülcəlalın məzhərinə öz canlarını asanlıqla və həvəslə fəda etmişlər. Eyni səbatı, istiqaməti və dünyadan əl götürmələri indi də eynilə Bəyan Nöqtəsinin əshabələrində müşahidə edin. Gördüyünüz kimi, rəblər Rəbbinin heyranedici kəraməti sayəsində əzəmətli inqita (dünyadan əl götürmək) bayrağını şan və şərəfin əlçatmaz zirvələrinə qaldırmışlar. Bu Nurlar tək bir çıraqdan zahir olmuşdular, bu meyvələr tək bir ağacın meyvələridir. Həqiqətdə bunlar arasında nə bir fərq, nə də bir Dəyişiklik görünür. Bütün bunlar Tanrının fəzlidir ki, kimi istəyir onu da öz mərhəməti ilə mükafatlandırır. İnşaallah, inkar diyarını buraxıb, qəbul dəryasına yönələrik ki, ziddiyyətli ünsürlərdən təmizlənmiş bir göz ilə birləşmə və ayrılma, tövhid və təfriq, təhdid və təcrid aləmlərinə baxa bilək və bunun sayəsində Tanrı sözlərinin üfüqündəki gizli mənaların dərinliklərinə dala bilək.

70

Bu izahatdan belə anlaşılır ki, bir Peyğəmbər ən son zamanda zühur etsə və əvvəlki peyğəmbər gətirən hökmləri gətirsə, demək ona — yeni peyğəmbərə eynən əvvəl gələn peyğəmbər demək olar. Çünki o sonuncu peyğəmbər əvvəlki peyğəmbərin gətirdiyi əmrləri gətirmişdir. Bunui üçündür ki, Bəyan nöqtəsi — Ondan başqa hamının canı Ona qurban olsun — Tanrının birlik Günəşlərini bu göy günəşinə bənzətmişdir. Onun buyurduğu kimi, bu göy günəşi bidayəti olmayan bir bidayətdən nəhayəti olmayan bir nəhayətə qədər doğsa, bütün bu doğan günəşlər eyni günəşdir. Bu günəş ilk günəşin elə özüdür deyilərsə, doğru söylənmiş olar. Yox əgər bu günəş ilk doğulan günəşin «dönüşü»dür deyilərsə, bu da doğru olar. Bu izaha görə bidayətdəki İlahi Sima haqqında «sonluq» vəsfi doğru olacağı kimi onun əksi də doğru olar. Çünki sondakı İlahi Sima ilə başlanqıcdakı Tanrı Camalı eynən onu bəyan etmişlər.

71

Bu məsələ elm və yəqinlik şərabı içənlərə bu qədər açıq olduğu halda, neçə-neçə insan onun mənasını dərk etməyə qadir olmadığından «Peyğəmbərlərin möhürü» sözlərilə pərdələnərək həqiqətə yetişməyib və beləliklə, bütün Tanrı feyzlərindən məhrum olmuşdur. Məhəmməd özü: «Bütün Peyğəmbərlər mənəm», — deyə elan etməmişdirmi? Biz artıq qeyd etdiyimiz kimi O: «Adəm, Nuh, Musa və İsa hamısı Mənəm!» - deməmişdirmi? «İlk Adəm Mənəm», - deyən Məhəmmədin — O əzəli Camalın: «Son Adəm Mənəm», - deməsinə nə mane olur? Necə ki həzrət Məhəmməd özünü Nəbilərin ilki olan Adəm saymışdır, O Tanrı Çamalını nəbilərin sonu saymaq da mümkündür. O Həzrətin haqqında nəbilərin ilki olmaq doğrudursa, nəbilərin sonu olmaq da doğru olar.

72

Bütün bəşəriyyət bu Zühurda, bu məsələ ilə imtahana çəkilmişdir. Baxınız, neçə-neçə insan bu sözü bəhanə edərək, o sözü söyləyənə arxa çevirmişdir. Bilmirik, bu qövm haqq-taalanın «əvvəlliyi» və «axırlığı» təbirlərindən nə anlar? «Əvvəllik» və «axırlıq» deyiləndə bu maddi aləmin əvvəlliyi və axırlığı nəzərdə tutulubsa, hal-hazırdakı maddi quruluş hələ sona yetməmişkən əhədiyyət zatı üçün axırlıq necə doğru olar? Xeyr, işin doğrusu, bu məqamda «əvvəllik» demək «axırlıq» deməkdir və «axırlıq» demək «əvvəllik» deməkdir.

73

«Başlanğıcsız», «başlanğıcda», «son» istilahları görünən və görünməyən şeylərin mürəbbisi üçün doğru olduğu kimi, Onun məzhərləri üçün də doğru olur. Onlar eyni zamanda «ilk» və «son»durlar. Onlar «ilklik» kürsüsündə oturarkən «sonluq» taxtında da otururlar. Kəskin baxışlı bir göz dərhal görər ki, «ilk» və «son», «zahir» və «batin», «başlanğıc» və «son» bu müqəddəs Zatların, bu mücərrəd Ruhların, bu ilahi nəfslərin elə özləridir. Əgər O Müqəddəs «Tanrı var idi və Onunla birlikdə heç bir şey yox idi», - fəzasında uçmuş olsan, bu adların o müqəddəs meydanda əsla mövcud olmadığını, tamamilə unudulduğunu görərsən. Onda sənin gözlərin artıq bu örtüklərlə, bu sözlərlə və eyhamlarla pərdələnməz. Bu məqam nə qədər yüksək və ülvi bir məqamdır ki, Cəbrayıl belə oraya bələdçisiz yol tapa bilməz və Qüdsiyyət Quşu oraya görünməzin yardımı olmadan qanad açıb uça bilməz.

74

İndi Əli Əmir əl Möminin: «Eyhamlara uymadan cəlal pərdələrindən azad olmaq», - kəlamı ilə nə demək istəmiş olduğunu anlamağa çalış. Bu «cəlal pərdələri» arasında Tanrı zühuru zamanında yaşayan din alimləri və üləmaları da vardır. Onlar dərk etməmək və rəhbərlik etmək hərislikləri üzündən Tanrı Əmrinə boyun əyməyib və hətta ilahi Nəğmələri eşitməsinlər deyə qulaq belə verməyiblər: «Onlar barmaqlarını qulaqlarına tıxarlar».[49] Xalq isə Tanrını buraxıb, bu yalançı din alimlərini və üləmalarını özlərinə vəli tutub - bu çürük dirəklərə söykəndiyindən onların rədd və ya qəbulunu gözləyirlər. Çünki onların doğrunu əyridən ayırd edəcək öz gözləri, qulaqları və qəlbləri yoxdur.

75

Bütün nəbilər, seçilmişlər və vəlilər insanlara Tanrı adından daima öz gözləri ilə görüb, öz qulaqları ilə eşitmələrini əmr buyurmuşdurlar. Lakin buna baxmayaraq, bu xalq peyğəmbərlərin öyüdlərinə qulaq asmayıb, öz din xadimlərinin ardınca getmiş və kedəcəklər. Əgər, alim libası keyməmiş bir miskinin və fəqirin biri çıxıb: «Ey qövmüm! Peyğəmbərlərə tabe olun![50] - demiş olsa, Onlar heyrətə gələrək: «Bütün bu alimlər və fazillər tutduqları bu uca mövqe və məqam ilə, malik olduqları bu əzəmət və təmtəraq ilə doğrunu əyridən ayırd edə bilmədilər, sən və sənin kimilərmi ayırd edəcəklərmi?» - deyə cavab verərlər. Əgər say çoxluğu və alim libası biliyi və həqiqəti ölçməkdə bir meyar olsaydı, bu baxımdan, şübhəsiz, indikilərdən çox-çox əvvəl yaşamış xalqlar daha üstün, daha dəyərli hesab edilərdilər, çünki bugünkülər heç zaman onlardan say, əzəmət və qüdrət etibarilə üstün olmamışlar.

76

Qüdsiyyət məzhərlərinin zühuru zamanı xalqın haqq yolunu tutmasına mane olanlar daima dövrün üləmaları olmuşlar. Bu bütün səmavi Kitablarda və Risalələrdə olduğu kimi açıq və bəlli bir hadisədir. Elə bir peyğəmbər kəlməmişdir ki, din alimlərinin nifrətinə, inkarına, rədd və lənətinə hədəf olmasın. «Keçmişdə və gələcəkdə etdikləri əməllərin nəticəsində Allah onları cəzalandırar.» İndi siz söyləyiniz, hansı «Cəlal örtüyü» bu haqdan azan heykəllərdən daha böyükdür? Allaha and olsun ki, onu kəşf etmək ən böyük işlərdən və o pərdələri yırtmaq ən böyük əməllərdən hesab olunur. Ey Ruh topluluğu! Allah bizlərə və sizlərə kömək olsun, belə ki, Müstəqasın zamanında buna müvəffəq olub, Onun günlərində Tanrı ilə görüşdən pərdələnməyəsiniz.

77

Həmçinin «Xatəmənəbi»ni (sonuncu peyğəmbəri) və ona oxşar kəlmələri aydınlaşdırmaq ən böyük maneələrdir ki, bu böcəklərin yanında onları kəşf etmək ən böyük işlərdən biridir. Hamısı bu məhdud örtüklərlə — «Cəlal pərdələri» ilə həqiqətdən məhrum qalıblar. Onlar Göylər quşunun[51] bu sirri ifadə edən: «Mən Peyğəmbərlər möhürü — Abdullah oğlu Məhəmmədin qızı min Fatimə ilə evləndim», - nəğməsini eşitməmişlərmi? Baxınız, Tanrının elm qəsrlərində hələ açılmamış nə qədər sirr var. Onun əl dəyilməmiş xəzinələrində nə qədər gizli elm cavahiratı var. Öz-özlüyündə yəqin et ki, Onun yaratmasının başlanğıcı, sonu olmayıb və olmayacaqdır. Onun iradəsinin fəzası ifadə çərçivəsinə sığmayacaq dərəcədə yüksək, xəyal quşunun aşa bilməyəcəyi dərəcədə genişdir. Onun təqdirləri hər hansı bir kimsənin qavramayacağı qədər böyükdür. Onun xəlq etməsi lap əvvəllərdən olub və axıradək də olacaqdır. Onun «başlanqıcı» təsəvvür edilməyən Camalının məzhərləri «sonsuz son»a qədər mövcud olacaqdır. Bunun üçün də yaxşı düşün və bütün bu müqəddəs Simalar haqqında bunun varid olduğunu gör.

78

Həmçinin əzəli Tanrının Camalı olan Əli oğlu Hüseynin Salmana oxuduğu belə bir səmavi kəlamını xatırla: «Mən arasındakı fasilə əlli min il olan min Adəm ilə birlikdə idim. Onlardan hər birinə atamın vəli oldüğunu bildirdim». Bunu dedikdən sonra bəzi təfsilata kirişir və sonunda buyurur: «Mən indiyə qədər Tanrı yolunda min cihadda iştirak etmişəm ki, onlardan da ən kiçiyi və əhəmiyyətsizi atamın kafirlərə qarşı vuruşmuş olduğu Xeybər davasıdır». Sən bu iki hədisdən «son»un, «dönüş»ün, «bidayətsiz və nəhayətsiz xilqət»in sirlərini dərk et.

79

Sevgili dostum, ilahi kəlam insan qulağının onu eşitmək və yaxud insan əqlinin onun sirrini dərk etmək cəhdlərindən sonsuz dərəcədə yüksəkdir. Varlıq qarışqası Məbudun sarayına necə ayaq basa bilər? Bununla bərabər, bəzi zəif düşüncəli adamlar mənasını anlamadıqlarından bu çətin sözləri inkar edib, bu və buna bənzər hədislərin doğruluğundan şübhəyə düşürdülər. Bəli, bunları yalnız həqiqi anlayış sahibləri doğru-dürüst anlarlar. De: O elə bir Sondur ki, Onun üçün bütün kainatda hər hansı bir son və elə bir başlanqıcdır ki, Onun üçün bütün yaradılış aləmində hər hansı bir başlanqıc yoxdur. Bu halda, ey yer üzünün sakinləri, Nəhayətin təcəllilərini Başlanmıcın zühurlarında görün!

80

Nə qəribədir ki, bu qövm bir tərəfdən onların meyl və marağına uyğun gəldiyi üçün Quranın ayələrindən və iqan əhlinin sözlərindən yapışır, digər tərəfdən isə onların xudpəsənd arzularına zidd olduğu üçün onları rədd edir: «Siz kitabın bir qisminə inanıb, digər qismini inkar edirsiniz?»[52] Anlamadığınız şey haqqında necə hökm verirsiniz? Məsələn, Aləmlərin Rəbbi öz Müqəddəs Kitabında: «Məhəmməd Allahın rəsulu və nəbilərin sonuncusudur»,[53] -deyə Xatəmlikdən söz açdıqdan sonra Xalqa Allah liqasına yetişməyi vəd etmişdir. Belə ki kitabda o daimi Padşahın liqasına dəlalət edən ayələr yazılmışdır ki, bunlardan bir neçəsi əvvəldə qeyd olunmuşdur. Bircə, tək Tanrı şahidimdir, Quranda heç bir şey yoxdur ki, ona liqa məsələsinə verilən əhəmiyyət qədər əhəmiyyət verilmiş və ya onun qədər açıq-aydın yazılmış olsun. Nə xoşbəxtdir o kəs ki, şahid olduğu kimi, Ondan əksər insanların üz çevirdiyi bir dövrdə Ona qovuşmuşdur.

81

Kitabda açıq-aydın yazıldığı kimi, Qiyamət günündə liqa qəti bir hökmdür ki, əvvəlinci hökmü qəbul edib, ikincisindən üz çevirmişlər. Liqa hökmünün qiyamət gününə məxsusluğu kitabda dəlillərlə qeyd olunmuşdur. Qiyamətdə məqsəd onun məzhərinin zühur etməsi, liqada məqsəd isə onun məzhərinin Camalının liqasıdır. Çünki: «Gözlər onu dərg etməz. O, gözləri dərk edər».[54] Bütün bu dəlil-sübutlu məsələlərə və açıq izahlara baxmayaraq, onlar şüursuzcasına «xətm» təbirindən yapışaraq Onun liqası günündə tamamilə «xətm» və «başlanqıc»dan məhrum olmuşlar. «Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlı qalmazdı. Lakin Allah onlara müəyyən müddət möhlət verər».[55] Bütün bunlar bir yana qalsın, əgər bu insanlar «Tanrı dilədiyini edər və istədiyi kimi hökm edər» çeşməsinin dadlı suyundan bir az içmiş olsalar, Tanrı əmrinin mərkəzlərinə yersiz etirazlar etməzdilər. Əmr, söz və əməl Onun qüdrət ovucu içərisindədir. Hər şey Onun qüdrət ovucunda əsirdir. Onun üçün hər şey asan və mümkündür. O, istədiyini edəndir və dilədiyini həyata keçirəndir. Hər kəs «niyə» və «nə üçün» desə küfr etmiş olar. Əgər bu bəndələr gördükləri fəna işlərin azacıq fərqinə varsalar, dərhal məhv olarlar və öz əllərilə özlərini son və həqiqi məsləkləri olan cəhənnəmin atəşlərinə atarlar. Əcəba, onlar: «Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz...»[56], ayəsini eşitməyiblərmi? Bu sözlərin işığı altında onlar necə özlərində cəsarət tapıb, Onu suala tutar və boş sözlər söyləməklə məqrur olarlar?

82

Sübhanallah! İnsanlardakı nadanlıq və düşüncəsizlik elədir ki, onlar üzlərini öz fikir və arzularına yönəltmişlər, Allahtaalanın bilik və diləyinə arxa çevirmişlər.

83

Bir az insaf ediniz, əgər insanlar bu incə sözlərə və bu müqəddəs əlamətlərin həqiqiliyinə inanaraq Tanrını «istədiyini edər» kimi tanısaydılar, bu boş istehzaları necə ağızlarına alar və onlardan yapışardılar? Əksinə, o zaman Onun buyurduğunu bütün varlıqlarıyla qəbul və təsdiq edərdilər. Allaha and olsun, əgər Qabaqcadan təyii olunmuşlar və mahiyyəti dərk edilə bilməyən hikmətlər olmasaydı, yer özü bütün bu insanları çoxdan udub məhv edərdi. Fəqət O onlara bəlli bir günə qədər möhlət verəcək.

84

Fürqan nöqqəsinin[57] zühurundan 1280 il keçmişdir. Bu müddət ərzində bütün bu həşəratlar hər sabah heç də mənasını anlamadan Quran oxumuşlar. Onlar bu müqəddəs mövzuların və Əbədi Qüdrət Məzhərlərinin həqiqiliyini açıq-aydın sübut edən ayələri dönə-dönə oxusalar da, mənalarını dərk etməmişlər. Bütün bu müddət ərzində onlar bunu da anlamamışlar ki, hər bir dövrdə Səmavi Kitabları və Müqəddəs yazıları oxumaqda məqsəd onlardakı mənanı anlayıb sirlərinə nüfuz etməkdir, yoxsa anlamadan heç bir fayda əldə edilə bilməz.

85

Məsələn, bir gün məna dənizinə möhtac bu fəqirin yanına birisi gəldi. Onunla söhbət əsasında Qiyamət günü, Həşir, Nəşir və Hesab əlamətlərindən söz açıldı. Həmin adam: «Bu yeni zühurda necə olur ki, heç kimin xəbəri olmadan xalqdan hesab tələb olunur?» - deyə təkidlə soruşdu. Ona səviyyəsinə uyğun olaraq bəzi elmi və fəlsəfi həqiqətləri anlatdım və «Ömrün boyu Quran oxumuş olduğun halda, heç «O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır»,[58] - ayəsinə gözün sataşmayıbmı? Məgər anlamadın ki, həmin bu ayənin özündə göstərildiyi və sübut edildiyi kimi sorğu dil və sözlər vasitəsilə edilməyəcəkdir? Bunun belə olduğunu o ayədən dərhal sonra gələn «Günahkarlar üzlərindən tanınacaq, alınlarından və ayaqlarından tutulub yaxalanacaqlar»,[59] -ayəsində təsdiq edildiyini görmədinizmi?» - dedim.

86

Beləliklə, insanların hesabı, eləcə simalarına baxılaraq aparılır və buna əsasən də onların imanı və küfrü haqqında hökm verilir. İnsanların kafirliyi, möminliyi və günahlılığı bu tərzdə təzahür edir. Bu gün doğru yoldan azmış olanların doğru yolu tutmuş olanlardan simaca nə qədər fərqli olduğu nəzərə çarpan dərəcədə aydındır. İnsanlar Tanrı xatiri üçün və Tanrı rizasını qazanmaq arzusu ilə Kitabın ayələrinə dərindən diqqət yetirsələr, bütün axtardıqlarını orada tapmış olarlar. Belə ki bu zühurda kiçik-böyük bütün olub keçənləri nə varsa - (Tanrı isim və sifətlərinə Məzhər olanların öz yurdlarını tərk etmələrinə, millətin və dövlətin haqqa arxa çevirib göz yummasına, Küll məzhərin gəlib məlum məmləkətdə yerləşməsinə çatana qədər) onun ayələrindən açıq və ya üstüörtülü şəkildə görüb anlarlar. Fəqət bunu ancaq həqiqi düşünənlər anlayıb dərk edərlər.

87

Sözümü bundan qabaq Məhəmmədə nazil olan bu ayələri xatırlatmaqla bitirəcəyəm ki, ətraf onlardan saçan müşk qoxusuyla ətirlənmiş olsun və bunun sayəsində insanlar müqəddəs və nurlu Tanrı Cönnətinə yol tapsınlar. Buyurur və Onun buyurduğu həqiqətdir: «Allah Baqdad evinə çağırır və istədiyinə düzgün yol göstərir».[60] «Onlar üçün Darəssəlam Allahın yanıdır. Allah onların gördüyü işləri himayə edəndir»[61], ta ki, Allahın fəzl və inayəti bütün dünyanı bürüsün, şükür olsun Aləmlərin Rəbbinə!»

88

Biz hər məsələni müxtəlif şəkillərdə təkrar-təkrar izah etdik. Məqsəd hər səviyyədəki insanların qabiliyyət və idraklarına görə bunlardan istifadə edə bilmələridir. Belə ki bir kəs hər hansı bir məsələ haqqındakı izahı başa düşmürsə, yenə o məsələyə aid başqa çür izahdan məqsədi dərk edib, aydınlanmaq imkanı əldə edir ki, öz seçdiyi yolu tapsın.

89

Tanrıya and olsun! Yer üzərində yaşayan bu Göyərçin ötmədən başqa saysız-hesabsız nəğmələr oxuya bilər və onlardan başqa onun külli miqdarda sirləri, sinəsində gizləyən başqa sözləri var. Onun səslənmiş kəlamları haqqında hər bir qeyd bu vaxta qədər deyilmişlərdən ölçüyəgəlməz dərəcədə yüksəkdədir və bu Qələmdən axıb gələn hər şeydən şərəflidir. Məna gəlinlərinin pərdəsiz ruhani qəsrlərdən zühur meydanına qədəm qoymalarını Allah nə vaxt istəyəcək? Onun izni olmadan heç bir şey ola bilməz. Onun qüdrəti olmadan heç bir küc tab gətirə bilməz. Və Ondan başqa Tanrı yoxdur. Əmr və yaratma Ona məxsusdur. Hər şey Onun Əmrini elan edir. Hər şey Onun ruhunun sirləri barəsində danışır.

90

Əvvəlki səhifələrdə Tanrı məşriqlərindən doğulub parlayan günəşlərin iki cür məqamı olduğunu və onlardan birinin birlik məqamı, təklik mərtəbəsi olduğunu söyləmişdik. Əvvəlcə də demişdik: «Onların arasında heç bir fərq qoymadıq.»[62] O birisi isə ayrılıq məqamıdır ki, yaradılış aləmi və o aləmin məhdudiyyətləri ilə bağlıdır. Bu baxımdan Tanrı məzhərlərinin ayrı bir fərdiyyəti, ayrı bir əmri, əvvəlcədən müəyyən edilmiş başqa bir təzahürü və xüsusi məhdudiyyətləri vardır. Necə ki onlardan hər birinin ayrı bir ismi, ayrı bir vəsfi vardır. Hər biri ayrı bir əmr ilə göndərilmiş, hər birinə yeni bir şəriət yaratmaq vəzifəsi həvalə edilmişdir. Necə ki buyrulur: «Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və ona Ruh-ül-Qüdslə kömək etdik»[63].

91

Bu Tanrı elmi qaynaqlarından bir-birinə bənzəməyən söz və kəlamların axması mərtəbə və məqam fərqi ilə izah olunur. Yoxsa İlahi hikmət sirlərindən xəbərdar olanların gözlərində onların bütün kəlamları əslində bir həqiqətin ifadələridir. Xalqın böyük bir qismi anlatdığımız məqamlara vaqif olmadığından əsasən bir olan bu ilahi şəxslərin sözlərindəki müxtəliflik qarşısında çaşıb qalmaqdadırlar.

92

Bir sözlə, bütün bu sözlər arasındakı ixtilaflar məqamlardakı ixtilaflardan irəli gəlir. Bu, ilk əvvəl məlum olan bir keyfiyyətdir. Beləcə, bu Varlıq Cövhərləri əsasən bir və eyni olmaları baxımından Rəbblik, Tanrılıq, Mütləq Təklik vəsfləri ilə vəsfləndirilirlər, çünki Onların hamısı Tanrı zühuru taxtında oturur, Tanrı kürsüsündə əyləşirlər. Yəni Tanrının zühuru Onların zühurlarıyla, Tanrının gözəlliyi Onların Camalı ilə görünür. Beləcə, bu həqiqət heykəllərindən Rəbblik nəğmələri duyulur.

93

İkinci məqamın, yəni ayrılıq, fərqlilik, məhdudluq kimi dünya işləri və münasibətləri məqamının işığı altında baxanda Onların mütləq bir qulluq, tam bir fanilik və yoxsulluq içərisində olduqları görülür. Necə ki buyurulur: «Mən Allahın quluyam, mən də sizin kimi bir insanam»[64].

94

İndi sən təkzibedilməz, tam aydın izahlara baxaraq soruşduğun sualların cavabını dərk etməyə çalış ki, Tanrı dinində öz yerini möhkəmlədəsən, Onun Peyğəmbərlərinin və seçilmişlərinin sözlərindəki müxtəliflik qarşısında çaşıb qalmayasan.

95

Tanrının bütün məzhərlərindən hər hansı biri: «Mən Tanrıyam», - deyərsə, doğru söyləmiş olar, buna şübhə yoxdur. Çünki dəfələrlə göstərilmişdir ki, Allahın zühuru, adı və sifətləri bu dünyada Onların zühuru, Onların sifətləri və isimləri ilə təzahür edir. Biz bunu dəfələrlə isbat etdik. Onun üçün: «Atdığın zaman sən atmadın, Allah atdı»[65]. «Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar»[66]. Əgər onlardan hər hansı biri: «Mən Tanrı elçisiyəm» - deyərsə bu da doğrudur. Ona şəkk və şübhə yoxdur. Necə ki buyurulur: «Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsuludur»[67]. Bu baxımdan onların hamısı o həqiqi Sultanın və Əzəli Varlığın elçiləridir. Əgər onların hamısı: «Mən nəbilərin xətm edəniyəm», - deyərsə bu da doğrudur. Bunda şəkk və şübhəyə əsla yer yoxdur. Çünki Onlar tək bir şəxs, tək bir zat, tək bir ruh, tək bir bədən, tək bir əmr hökmündədirlər. Hamısı O həqiqi Ruhlar ruhunun və O Əzəli Cövhərlər Cövhörinin ilkinliyinə və sonluğuna, əvvəlliyinə və axırlığına, zahirliyinə və batinliyinə məzhərdirlər. Və əgər onlar: «Biz Tanrının qullarıyıq», - buyurarlarsa, bu da mübahisə doğurmayan açıq bir həqiqətdir. Çünki onlar ən yüksək qulluq vəziyyətində zühur etmişlər. Elə bir qulluq ki, bu heç kimə müyəssər olmur. Beləliklə, bu varlıq cövhərləri Allahın müqəddəs dənizində üzdükləri vaxtda və həqiqi Sultanın yanına çatdıqları zaman «Rəblik» və «İlahiyyat» kəlmələri ilə zahir olurlar. Yaxşı diqqət edilərsə, belə bir vəziyyətdə Onların mütləq varlıq və sırf Baqiliklə üzləşərkən öz-özlərini heçin heçi və faninin fanisi saydıqları görünür. Onlar sanki öz-özlərini yoxun yoxu bilirlər və o sarayda olmalarını belə Tanrıya ortaq çıxmaq kimi sayarlar. Çünki orada ən xəfif bir pıçıltı belə müstəqil varlıq iddiasına dəlalət etdiyi üçün həmin saraya yetişənlərin gözündə belə bir fikrə düşməyin özü belə bağışlanılmaz bir xətadır, səhvdir. Nə qədər böyük günah olardı ki, həmin hüzurda başqa bir şeyin adı çəkilsin, könül, dil, fikir və ruh Sevgilinin zikrindən başqa bir şey ilə məşğul olsun, göz Onun gözəlliyindən başqa bir şeyə baxsın və ya qulaq Onun nəğməsindən başqa bir nəğməni dinləsin, ayaq Onun yolundan başqa bir yolda addımlasın.

96

Bu gün də Tanrının nəsimi əsmiş, Onun ruhu dünyanı bürümüşdür. Qələm yazmaqdan, dil söyləməkdən kəsilmişdir.

97

Bu məqama görə onlar Rəblik və ona bənzər şeylər və Tanrı elçiliyi məqamına görə elçilik iddiasında olmuşlar. Hər bir məqamda o məqamın tələbinə uyğun sözlər söyləmişlər. Əmr aləmindən xilqət aləminə və rəblik aləmlərindən maddi varlıq aləmlərinə qədər hamısını öz adlarına çıxmışlar. Bunun üçün Tanrılıq, Rəblik, Elçilik, Vəlilik, İmamlıq, Qulluq və sairəyə dair hər nə buyurur, hər nə söylərlərsə, hamısı doğrudur, şəksiz-şübhəsiz doğrudur. Buna əsasən, hər kəs iddiamıza dəlil olaraq, irad etdiyimiz sözlər üzərində yaxşıca düşünməlidir ki, görünməz Tanrının bu dünyada görünən müqəddəs məzhərləri tərəfindən söylənilən sözlərdəki müxtəliflik qarşısında çaşaraq iztirab keçirməsinlər.

98

Həqiqət Günəşlərinin sözləri üzərində yaxşı düşünülməlidir. Anlaşılmayan cəhətlər olarsa, Elm Xəzinəsinin Mötəbərlərindən soruşulmalıdır ki, onlar da həmin cəhətlərin mənasını şərh edərək sirrini açsınlar. Heç kəs müqəddəs sözləri öz naqis əqlinə uyğun təfsir etməməlidir ki, öz meyl və istəklərinə zidd gördükdə onların həqiqiliyini inkar etsinlər. Elm və fəzilət kürsüsünə oturub, cəhaləti elm, zülmü ədalət adlandıran bu əsrin alim və fəqihləri əgər özlərinin uydurma sözlərini o həqiqi Günəşdən soruşsalar və kitabdan anladıqlarını kənara qoysalar, yəqin ki, O elm Mədənlərinə «elmsiz» adı verməzlər.

99

Məsələn, Varlıq Seyyidindən (Məhəmməddən) Hillalar haqqında soruşulanda O, Tanrının əmri ilə: «Bunlar insanların istifadəsi üçün vaxt ölçüləridir»[68], -cavabını vermişdi. Bunu eşidənlər onu cahillikdə ittiham etmişlər.

100

Və yenə Ruh surəsindəki bir ayədə də: «Səndən ruh haqqında soruşsalar, de ki, Ruh Rəbbimin əmrindəndir»[69], - buyrulmuşdur. Bu cavabı eşidənlərin hamısı dərhal: «Ruhun nə olduğunu bilməyən bir cahil özünü ilahiyyat elminin bilicisi sayır», - deyə hay-küy qoparmışlar. Bu gün zamanın üləması Məhəmmədin adı və ismi ilə iftixar edib, ata-babalarının da Ona iman gətirmiş olduqlarını bildiklərindən, təqlid yoluyla onun dediyini olduğu kimi qəbul etməkdədirlər. Baxınız, bu gün üləmalar bu kimi suallara belə cavablar eşitmiş olsalar, dərhal rədd edib, keçmişdə söylənilənləri eynilə təkrar edərlər. Necə ki etmişdilər. Onlar düşünməzlər ki, O Varlıq Cövhərləri bütün bu uydurma elmlərdən, bütün bu dedi-qodulardan münəzzehdirlər və hər bir idrakdan çox yüksəkdə dururlar. Bütün bu elmlər o elmin yanında sırf yalandır. Bütün bu anlayışlar o anlayışın yanında açıq bir iftiradır. Xeyr, əksinə elm dediyin bu Tanrı hikməti İlahi elm mədənlərindən çıxan bilik (elm) incisidir. «Elm tək bir nöqtədir: onu cahillər çoxaltmışlar», - kəlamı ildiamıza bir dəlil və «Elm nurdur ki, Allah onu istədiyinin qəlbinə salar», - hədisi bir sübutdur.

101

Bu insanlar elmin mənasını anlamadıqlarından və onların cahilliyindən irəli gələn bir neçə uydurma fikirlərinə elm adı vermiş olduqlarından Elmlərin qaynağına gördüyünüz və eşitdiyiniz şəkildə zərbə vurmaqdan çəkinməmişlər.

102

Məsələn, elm və irfanı ilə məşhur olan və qövmünün görkəmli rəhbərlərindən hesab edilən bir adam[70] yazdığı bir kitabda həqiqi elm sahiblərini pisləmiş və onlara qara yaxmışdır. Bu hala onun kitabının hər səhifəsində açıq və ya eyham şəklində rast gəlmək olar. Onun haqqında çox tez-tez eşitdiyimizdən bəzi kitablarını oxumaq fikrinə düşdük. Hərçənd, biz heç vaxt başqalarının yazılarını diqqətlə araşdırmaq niyyətində olmamışıq, fəqət bəzi adamların bu şəxs haqqındakı fikrimi öyrənmək istədiklərindən onun kitablarını bir az araşdırıb, maraqlananlara bilik və anlayışla cavab verməyə ehtiyac duydum. Onun ərəbcə yazıları əlimə keçmədi. Bir gün birisi kəlib bu şəxsin «İrşad ül-Avam»[71] adlı əsərinin şəhərdə tapıla biləcəyini xəbər verdi. Kitabın adından təkəbbür və qürur hiss olunurdu. O, xalqı elm və mərifətdən uzaq bir kütlə, özünü isə alim zənn edirdi. Həqiqətdə isə onun xudpəsəndlik və ehtiras yolu ilə getdiyi, cəhalət və korluq içərisində üzdüyü kitabın adından da açıq-aydın görünürdü. O sanki, «Bilik — dərk edilə bilən hər şey, güç və qüdrət isə yaradılan hər şey deməkdir», - hədisini heç eşitməmişdir. Buna baxmayaraq, kitabı tapdıraraq bir neçə gün özümdə saxladım. Deyəsən, cəmi iki dəfə açıb bu kitaba baxdım, ikinci dəfə təsadüfən gözüm Məhəmməd haqqında olan «Merac» hekayətinə sataşdı. Orada onun haqqında deyilirdi: «Sən olmasaydın fələkləri yaratmazdım». Baxdım ki, O orada merac sirrinin dərk edilməsi üçün özünün əhəmiyyətli hesab etdiyi iyirmidən çox elmin adını sadalamışdır. Biz onun dediklərindən belə nəticə çıxartdıq ki, əgər bir adam bu elmlərin hamısını dərindən bilməsə, Merac adlanan bu uca keyfiyyəti heç zaman əsaslı surətdə dərk edə bilməz. Onun sadaladığı elmlər arasında fəlsəfi mücərrədliklər, kimyagərlik elmi var idi. O bütün bu fani və rədd edilmiş elmləri Tanrı elminin müqəddəs və əbədi sirlərinin açarı hesab edirdi.

103

Sübhanallah, Onun idrak səviyyəsi budur. Və görün ki, O, Əbədi Tanrı Elminin Timsallarına nə qədər böhtanlar yağdırmışdır. Necə də gözəl və doğru deyilmişdir: «Sən yeddinci qat xəzisinəsinə vahid həqiqi Tanrının təyin etdiyi xəzinədarların üzlərinə böhtanlarmı yağdırırsan?» - heç bir bəsirət və mərifət əhli, heç bir elm və əql sahibi indiyə qədər bu kimi cəfəng sözlərin mahiyyətinə nüfuz etməmişdir. Hər bir dərin duyumlu ürək sahibinə aydındır ki, bu sayaq elmlər vahid Gerçək Allah yanında həmişə rədd edilmiş və edilir. Necə ola bilər ki, həqiqi elm sahibinin gözlərində bu qədər ikrah hissi doğuran bu elmlər sahəsindəki bilik «Merac» sirlərinin dərk edilməsində əhəmiyyətli hesab edilsin, bir halda ki, merac sahibinin Özü bu məhdud və qaranlıq elmlərin bir hərfinin belə yükünü daşımamış və heç vaxt Onun aydın qəlbi bu kimi eyhamlarla bulaşmamışdır. Necə də gözəl deyilmişdir: «Bütün insan bilikləri axsaq uzunqulağın belində gedər, həqiqət isə ruzikarın qanadları üzərində ox kimi uçar». Tanrıya and olsun! Meracın sirlərini bilmək və ya bu dənizin qoynunda gizli irfanın damlasını içmək istəyənlər, ilk əvvəl, əgər özlərində varsa, könül aynalarını örtən bu kimi elmlərin tozlarından təmizlənməlidirlər ki, bu sirrin işığı onların könül aynalarında əks olunsun.

104

Bu ilahi elmlər dənizinə dalmış və Rəbbani Hikmət gəmisində oturmuş olanlar bu kimi elmlərin tədrisini yasaq edirlər. Həmd olsun Allaha! Onların aydın sinələri bu kimi elmlərin çirkabından təmizlənmiş və bu cür pərdələrdən azad edilmişdir. Biz pərdələrin ən qalını olan bu pərdələri Sevgilinin sevgi atəşi ilə, «pərdələrin ən ağırı elm pərdəsidir» kəlamı ilə yandırdıq və başqa bir çadır qurduq. Bununla da fəxr edirik ki, həmd olsun Allaha, biz «şöhrət pərdələr»ini Sevgilinin camalı atəşində yandırdıq. Biz insan qəlbindən, dünyanın Arzusu və şöhrəti olan Ondan başqa, hər şeyi çıxarıb atdıq. Biz yalnız Onun Birliyinə sadiqik və Onun şəfəq saçan nurundan başqa heç bir şeyi dərk etməyə çalışmırıq.

105

Biz görəndə ki, onun bir məqsədi insanların bütün bu elmlərdən xəbərdar olduqlarını inandırmaqdır, həddindən artıq təəccübləndik. Allaha and içirəm ki, İlahi elm bağçalarından ən xəfif yel belə onun səmtinə əsməmiş, o, Tanrı Hikməti sirlərinin birini belə açmamışdır. Onun özünə elmin həqiqi mənası izah edilərsə, dərhal canını dəhşət bürüyər, varlığı təməlindən sarsılar. Bütün bu mənasız bəyanatlarına baxmayaraq, onun iddiaları cəfəngliyin son həddini nə qədər də ötüb keçmişdir.

106

Sübhanallah! Onun ətrafında toplanan və şəxsiyyətinə sədaqət göstərən bu insanları görmək bizdə necə də böyük təəcçüb doğurur. Onlar fani torpaqla kifayətlənərək Rəblər Rəbbindən üz çevirir, bülbülün nəğməsini və Gülün camalını rədd edərək, qarğa səsinə və quzğun üzünə məftun olublar. Adam bu kitabı diqqətlə oxuyanda dilə gətirilməsi mümkün olmayan daha nə qədər səhv nəticələrlə qarşılaşır. Qələm bunları yazarsa və ya vaxt bunlara sərf edilərsə, hər ikisi yazıq olar. Əldə bir məhək daşı olsaydı, doğru əyridən, aydınlıq qaranlıqdan, günəş kölgədən dərhal ayırd edilərdi.

107

Bu adamın: «bilirəm», - deyə iddia etdiyi elmlərdən biri də kimyagərlikdir. Çox istərdim ki, hər hansı bir padşah və iqtidar mövqeyində durmuş bir kimsə quru sözlər aləmindən ibarət olan bu iddianın tətbiq sahəsində isbatını ondan tələb etsin və sonra bu kimi elmləri əsla bilmək iddiasında olmayan və onları elm, cəhalət ölçüsü kimi tanımayan bu savadsız Qulu bu xüsusda mübahisəyə çağırsın, çağırsın ki, kimin doğru, kimin yalan söylədiyi bəlli olsun. Fəqət nə fayda ki, bu zamanın insanlarından gördüyüm ancaq mizraq yarası, daddığım ancaq zəhər şərbətidir. Boynumda hələ də dəmir zəncirin yeri və bütün bədənimdə işkəncə izləri var.

108

Bu adamdakı elm və cəhalətin, irfan və iqanın mahiyyəti haqqında heç bir şeyin üstündən sükutla keçilməmiş olan kitabda baxınız nə buyrulmuşdur: «Zəqqum ağacı[72] Əsimin[73] yeyəcəyidir»[74]. Bu ayədən sonra araya başqa sözlər girir və nəhayət: «Dad bunu, çünki sən əziz və kərimsən»[75] - buyurulur. Baxınız, onun əhvalı o Möhkəm Kitabda necə də açıq-aydın bildirilmişdir. Unutmayın ki, bu adam kitabında uydurma bir təvazökarlıq göstərərək, özü üçün Əsim — günahkar demişdir. Allahın kitabında «Əsim» — xalq içərisində «əziz», «adı Kərim»-dir.

109

«Yaşdan quruya qədər hər nə varsa, Allahın kitabında yazılıb»[76], - bu ayə haqqında yaxşı düşünün ki, Onun mənası sizin qəlb lövhənizə həkk olunsun. Bütün bunlara baxmayaraq, əksəriyyət ona sədaqət göstərmiş, elm və ədalət Musasını rədd edib, cəhalət Samirisindən[77] yapışmışlar. Onlar Əbədiyyət göylərində parlayan Mənəvi Günəşə arxa çevirib, onu heç saymışlar.

110

Ey Qardaşım! Rəbbani elm İnciləri ancaq Tanrı mədənindən əldə edilir. Mənəvi Reyhanın ətri ancaq həqiqət bağçasından qoxulanır. Əhədiyyət elmlərinin çiçəkləri ancaq saf ürəklilərin yurdunda bitər: «Pak torpaq və ya şəhər Allahın izni ilə bitki bitirər, xəbis torpaq isə heç nə bitirməz.»[78]

111

Belə ki: «Vahid Allah göyərçininin nəğmələrini onun əhlindən başqa, bir adam dərk edə bilməz», - fikri anlaşıldığından hər kəs Allahın müşkül məsələlərini və çətin işarələrini nurlu qəlb sahiblərindən, Allah sirrini bilənlərdən soruşmalıdır. Bu zaman müşkül məsələlər zahiri elmin köməyi ilə yox, Allahın fəziləti və yardımı ilə həll olunar. «Əgər (bunu) bilmirsinizsə, kitab əhlindən soruşun.»[79]

112

Lakin, ey qardaşım, mücahid bir şəxs əbədiyyət Sultanını tanımaq yoluna qədər qoymaq istəsə, əvvəlcə Allahın qeybi — sirlərinin təcəlli və zühur yeri olan öz qəlbini bütün kəsb edilmiş elmlərin qara tozlarından və şeytani məzhərlərin işarələrindən təmizləməlidir. O, Əbədi Sevgilinin məhəbbət kürsüsü və taxtı olan sinəsini torpaq və suya aid xəyali, kölgədən başqa bir şey olmayan hər şeydən paklamalıdır. Elə etməlidir ki, qəlbində ədavət və sevgidən heç bir əsər qalmasın. Ola bilər ki, məhəbbət onu kor-koranə səhvə aparsın və nifrət onu bilməyə-bilməyə doğrudan uzaqlaşdırsın. Bu gün, gördüyünüz kimi, insanların çoxu bu iki şeyin ucbatından əbədi Simaya laqeyd qalmışlar. İlahi sirlər Mücəssəmələrindən uzaqlaşmış, azmışlıq və unutqanlıq çöllərində başçısız qoyun sürüsü kimi dolaşmaqdadırlar. Həqiqət axtarmağa çıxmış bir kəs, hər an haqqa təvəkkül etməli, xalqdan uzaqlaşmalı, torpaq aləmindən əl çəkməli, Rəblər Rəbbinə bel bağlamalı, öz qəlbinin lövhəsindən qürur və şöhrətpərəstlik izlərini yuyub təmizləməlidir. O, özünü başqalarından üstün tütmayıb fəxr etməməli, səbirli, təmkinli və dözümlü olmalı, faydasız söz söyləməgdən çəkinməlidir. Çünki dil için-için yanan bir atəşdir, söz çoxluğu isə öldürücü bir zəhərdir. Maddi atəş vücudu yandırar. Dilin atəşi isə ruhu və ürəyi məhv edər. Birincinin təsiri ancaq qısa bir müddət çəkər, ikincinin izləri isə əsrlərcə qalar.

113

Həqiqət axtarışına çıxan bir kəs başqasının qeybətini qılmağı yolundan azma kimi qiymətləndirməli, özünü onun mənfi təsirindən qorumalıdır. Çünki qeybət könül işığını söndürür, ruh həyatına son qoyur. O, aza qane olmalı, çox istəməkdən çəkinməli, maddi şeylərdən əl çəkənlərlə yoldaşlığı qənimət saymalı, təkəbbürlü insanlardan uzaq qalmağı ne’mət bilməli, səhərlər ibadətlə məşğul olmalı, var gücü ilə Sevgiliyə can atmalı, laqeydliyi Sevgi və Tanrı zikri ilə yandırmalı, Tanrıdan başqa hər şeyin yanından şimşək kimi ötüb keçməli, yoxsullara yardım etməli, məhrumlardan mərhəmət və kəraməti əsirgəməməli, insan və Bəyan əhlindən başqa, dilsiz heyvanlara da mehriban münasibət bəsləməlidir. O, Canandan can əsirgəməməli, xalqın qınağından qorxub haqdan uzaqlaşmamalı, özü üçün məqbul olmayanı başqasına rəva bilməməli, yerinə yetirə bilməyəcəyi sözü verməməli, şər adamlarla yoldaşlıqdan qaçmalı və onların günahlarının bağışlanması üçün dua etməlidir. O, günahkarların günahlarını bağışlamalı, onlara həqarətlə baxmamalıdır, çünki heç kəsin aqibəti məlum deyil. Dəfələrlə elə olur ki, hər hansı bir günahkar ölüm yatağında iman səadətinə nail olur, ölümsüzlük şərbətini içib, Yüksək ruhlar aləminə qovuşur. Və çox vaxt elə də olur ki, itaət və iman dairəsindən heç zaman çıxmamış bir kəs ruhunun yüksələcəyi bir zamanda başqalaşaraq cəhənnəmin dibinə düşür. Bu inandırıcı və sanballı kəlamları həqiqət yolu yolçusuna izah etməkdə məqsədimiz Tanrıdan başqa hər şeyin fani və Məbuddan qeyri hər şeyin heçliyini bildirməkdir.

114

Bu şərtlər Ucaların sifətlərindən və ruhanilərin səciyyələrindəndir ki, həqiqət axtarışına çıxıb, Müsbət Elm Yolunda gedənlər qarşısında qoyulan şərtlər haqqında danışarkən qeyd edilmişdir. Yalnız bu təməl şərtləri yerinə yetirən səmimi axtarıcı haqqında «mücahid» təbiri işlənə bilər. «Bizim uğrumuzda cihad edənləri»...[80] - ayəsində olduğu kimi şərti yerinə yetirənlər «Əlbəttə ki, onlara yolumuzu göstərəcəyik»[81], - müjdəsi ilə müjdələnəcəklər.

115

Yalnız arayıcının qəlbində axtarış, ciddi araşdırma, güclü istək, zövq, şövq, eşq, heyranlıq və sevgi çırağı yanan zaman məhəbbət nəsimi Əhədiyyət yönündən onun tərəfinə əsər, elə o zaman şəkk və şübhə dağılar, elm və yəqinlik işığı onun bütün varlığını bürüyər. O anda Ruhun şad xəbərlərini gətirən Mənəvi Müjdəçi nurlu sabah kimi Tanrı şəhərindən öz şəfəqlərini saçaraq qəlbi, nəfsi və ruhu mərifət şeypuru ilə qəflət yuxusundan oyadar. Tanrının Ruh-ül-Qüdsünün aşıb daşan mərhəmət və kəraməti ilə axtarana elə bir yeni həyat bəxş edərlər ki, O, artıq özünü yeni bir göz, yeni bir qulaq, təzə bir ürək, ruh sahibi kimi görər. Bu durumda O, kainatın açıq əlamətlərini görüb, ruhun gizli sirlərinə nüfuz edər. Yeni bir ilahi göz ilə ətrafına baxarkən, hər bir zərrədə eynil-yəqin, haqqəlyəqin və nurulyəqin mərtəbələrinə aparan bir qapının açılmış olduğunu müşahidə edər. O bu halı ilə bütün şeylərdə Tanrı təcəllisinin sirlərini və Səmədani zühurun əlamətlərini kəşf edər.

116

Tanrıya and olsun ki, hidayət yolu ilə gedib, Tanrı qorxusu nərdivanlarına çıxan hər bir kəs bu uca yerə çatarkən, həqiqi Tanrının ətrini min fərsənglik[82] bir məsafədən duyar, bütün şeylərin məşriqindən Hidayət sübhünün Nurunu görər, hər zərrə və hər əşya Onu Sevdiyinin və axtardığının yanına aparıb çıxarar. O, gün işığını kölgədən ayırd etdiyi kimi, doğrunu da əyridən ayırd edə bilər. Məsələn, O, dünya Qərbinin ən ucqar nöqtəsində yaşamış olsa da, dünya Şərqinin ucqar nöqtəsindən əsib gələn mehin gətirdiyi xoş Tanrı qoxusunu dərhal sezər və duyar. Həmçinin, incini daşdan fərqləndirə bilən bir zərgər, yazı payızdan və istini soyuqdan ayırd edə bilən bir adam kimi, o, Tanrının bütün əlamətlərini, heyranedici sözlərini, böyük işlərini və gözəl əməllərini insanların iş və əməllərindən ayırd edə bilər. Can dünyəvi zökəmdən təmizlənərsə, Cananın nəfəsini, əlbəttə ki, ta uzaqlardan duyar və Onun ətrinin köməyi ilə İqan şəhərinə çatar və ora daxil olar. O, ruhani şəhərdə Sübhan həzrətlərinin hikmət sirlərini müşahidə eylər, bütün gizli təlimlərin sirlərini o Şəhərdə çiçəkləyən ağacların yarpaqlarının xışıltısından dərk edər, Rəblər Rəbbinin təsbih və tərifini O Şəhərin torpağından həm daxili, həm xarici qulaq ilə eşidər. O şəhərdə İsim və Sifətlər Sultanının əmri ilə mövcud olan o zühurun əlamət və təcəllilərinin təsirindən danışmaqla bitməz. Orada su içmədən susuzluq sönər, Allah məhəbbətinin hərarəti atəşsiz daha da artar. Hər bir bitkidə Tanrının dərkedilməz mənəvi hikmətləri görünər, hər bir gül budağında böyük bir eşq və şövq ilə ötən minlərlə bülbülün nəğməsi eşidilər. Onun bədii lalələrində Musanın Atəşinin sirri görünər. Onun müqəddəs nəsimlərindən İsanın Ruhülqüds ətirləri duyular. Burada insana qızılsız zənginlik bağışlanar, fənaya (yoxluqsuza) əbədilik əta edilər. Onun hər yarpağında bir nemət gizlənib və hər bir otağı yüz min hikmətlə doludur.

117

Tanrı iradəsini arayıb öyrənmək üçün cani-dildən çalışan, Tanrıdan başqa hər şeydən tamamilə münəzzeh olmuş kəslər O Şəhərə elə alışarlar ki, artıq oradan bir anlıqa belə ayrılmağı ağıllarına belə gətirməzlər. Onlar əsl dəlilləri o məclisin sünbül gülündən eşidər və aydın sübutları onun Gülünün gözəlliyindən və Bülbülünün nəğməsindən alar. Bu şəhər təxminən hər min ildə bir dəfə yeniləşər və yenidən cilvələnər.

118

Ona görə də, ey mənim dostum, elə çalışmalıyıq ki, O Şəhərə yetişə bilək və Tanrının inayəti, rəbbin kəraməti ilə «cəlal pərdələr»ini kəşf edək. Çalışaq ki, tam şücaətlə bu solmuş canımızı yeni Cananın uğrunda fəda edə bilək. Bizləri bu inayətə qovuşdurduğu üçün göz yaşları tökərək Ona yüz min dəfə yalvaraq. Bu Şəhər hər bir dövrdə Tanrı Kitablarıdır. Bu şəhər, məsələn: Musanın dövründə «Tövrat», İsanın zamanında «İncil», Tanrı Elçisi Məhəmmədin vaxtında «Quran» və bu əsrdə isə «Bəyan»dır. Bu Şəhər Tanrının Göndərəcəyi Kimsəyə nazil olacaq Kitabdır ki, həmin kitabın əvvəlki zühurlarda endirilmiş bütün Kitablarla əlaqəsi olacaq və O onların arasında ən yüksək mövqe tutacaq. Bu şəhərlərdə əvvəlcədən müəyyən edilmiş bol-bol mənəvi qidalar və əbədi nemətlər qərarlaşdırılmışdır. Onların bəxş etdikləri nemət ruhani qida və Tanrının əbədi mərhəmətidir. Onlar təcrid əhlinə Tovhid neməti ehsan eylər, zavallılara xoşbəxtlik, cəhalət çölündə avara gəzib dolaşanlara isə elm qədəhi bəxşiş verərlər. Bütün göylərdə və yerdə olanlar üçün təyin oluna bilən Hidayət, inayət, elm, mərifət, iman və iqanın hamısı bu şəhərlərin xəzinələrində toplanıb gizli saxlanılmaqdadır.

119

Məsələn, «Quran» Məhəmməd hümməti üçün fətholunmaz bir qala idi. Hər kim Onun zamanında Ora girə bildisə, demək, şeytanların oxlarından, müxaliflərin mizraqlarından, müşriklərin pıçıltılarından və ruhgəmirici şübhələrdən qorunmuşdur. Hər kəs oradakı Tanrı Ağacının əbədi, gözəl hikmət meyvələrindən pay almış, irfan dənizinin korlanmayan sularından içmiş, Tovhid sirlərinin şərabından dadmışdır.

120

Adı çəkilən hümmətin Məhəmməd din və şəriəti ilə bağlı bütün ehtiyacları o parlaq Rizvan içərisində açıq-aydın dərc və təyin edilmişdir. «Quran» Məhəmməddən sonra onun ümməti üçün daimi bir dəlildir. Ona görə ki, Onun hökmü danılmazdır və onun vədi dəyişməzdir. Və hamı bu kitabın qanunlarına, «60-cı ildə»[83] baş verəcək yeni Zühura qədər tabe olmalıdır. Bu Kitab o Kitabdır ki, arayıcıları Sevgilinin Rizvanına müşayiət edər, mühacirləri, haqqı axtarma yoluna düşənləri Allahın yaxınlıq qəsrinə çatdırar, Bu kitab sağlam bir dəlil, ulu bir sübutdur. Onun xariçində qalan bütün rəvayətlər, kitablar və hədislər bu şərafətdən məhrumdur, çünki bu hədislərin və onları söyləyənlərin varlığı və dedikləri bu kitabın mətnlərində sübut və təsdiq edilmişdir. Bundan başqa bu hədislərdə çoxlu ixtilaflar və saysız-hesabsız şübhələr də var.

121

Belə ki Məhəmməd öz Risaləsinin sonuna yaxın: «Sizə iki mötəbər sübut qoyub gedirəm: Tanrının kitabı və mənim Ailəm», - deyə buyurmuşdur. Hərçənd bir çox hədislər Risalə Qaynağından və Hidayət Mədənindən çıxmışdır. O, qiyamət gününə qədər insanları doğru yola aparacaq ən böyük vasitə, ən sağlam dəlil kimi ancaq və ancaq Kitabı göstərmişdir.

122

İndi insaflı bir göz, saf bir ürək və təmiz bir ruh ilə baxınız ki, doğruluğu həm ümumi, həm də fərd tərəfindən qəbul edilən Tanrı kitabında insanlar üçün Hidayət mizanı olaraq, nəyin təyin olunduğunu görüb fərqini biləsiniz. Bu sübutdan möhkəm yapışaraq mən, siz, yer üzünün bütün insanları bu cür təyin buyurulan Hidayət məşəlinin işığı altında həqiqəti yalandan, doğru yolu əyri yoldan seçməliyik. Çünki sübut iki şeylə məhdüdlaşdırılmışdır: Kitab və Ailə. İndi Ailə qalmadığına görə yeganə sübut Kitabdır.

123

Kitabın əvvəlində: «Əlif, Lam, Mim. Şəkk-şübhə yoxdur ki, bu, Allah tərəfindən göndərilən və müttəqilərə doğru yol göstərən Kitabdır»[84] buyurulmuşdur. Surənin əvvəlində gələn ayrı-ayrı deyilən hərflərdə Tanrı sirləri gizlənir. Bu hərflərin sədəflərində Tanrı birliyi inciləri saxlanılır. Macal olmadığından biz indi burada onların üzərində dayanmayacağıq. Zahirən ayənin başındakı hərflər göstərir ki, həzrəti Məhəmmədin özünə xitabən Allah tərəfindən: «Ey Məhəmməd! Tanrı birliyi göyündən enmiş olan bu kitaba şəkk-şübhə yoxdur. Onda pəhrizkarlar üçün Hidayət vardır», - buyurulmuşdur. Baxınız, bütün yerdə və göydə olanlar üçün təyin və qərar buyurduğu hidayət vasitəsi bu kitabın özüdür. O İlahi varlıq, O Dərkedilməz Cövhər Özü şəhadət etmişdir ki, şəkk və şübhədən uzaq olan bu kitab Qiyamət gününə qədər bütün bəşəriyyətə doğru yol göstərəcəkdir. İndi sizdən soruşuruq: doğruluğuna Allahın şəhadət etdiyi, haqq olduğuna hökm verdiyi bu Mötəbər dəlil haqqında şəkk və şübhəyə düşülməsi insafa sığarmı? Ürfan zirvəsinə çatmağa, hidayətə səbəb olan bir əmrdən xalqın üz çevirməsi, başqa bir şey tələb etməsi və boş sözlərlə şübhəyə düşməsi insaflı bir hərəkətdirmi? Nə qədər boş yerə demək olar ki, «filankəs belə dedi», «filan şey olmadı». Əgər Tanrı Kitabından başqa bir şey və başqa bir hadisə insanlar üçün hidayət vəsiləsi təşkil etmiş olsaydı, yuxarıda göstərilən ayədə bu barədə deyilməzdimi?

124

Xülasə, yuxarıda verilən ayədə göstərildiyi kimi, bizim borcumuz Tanrının inkaredilməz əmrindən və əvvəlcədən müəyyən etdiyi təqdirindən qaçmamaqdır. Biz eyni zamanda Bədii Əmrin müqədas və ecazkar Kitablarını təsdiq etməliyik. Əks təqdirdə, biz bu Kitabları qəbul etməsək, həmin müqəddəs ayə də inkar olunmalıdır. Aydındır ki, «Quran»ı qəbul etməyənlər ondan əvvəl gələn Kitabları da qəbul etməmişlər. Bu, haqqında bəhs olunan ayənin zahiri mənasından çıxır. Ayədəki gizli mənaları açıqlayıb, ondakı sirləri ortaya çıxarmış olsaq, buna bütün bir əbədiyyət kifayət etməyəcəyi kimi, kainat da tab Gətirə bilməyəcəkdir. Bu dediklərimizin doğruluğuna Allah özü şahiddir.

125

Və yenə başqa bir yerdə: «Əgər bəndəmizə nazil etdiyimiz kitaba şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər sizin iddianız doğrudursa, Allahdan savayı bütün şahidlərinizi bu işdə köməyə çağırın”[85] – buyurur. Bu tərcümə ayədən anlaşılan zahiri mənaya görədir. Ayənin zahiri tərcüməsi belədir: «Əgər bəndəm Məhəmmədə nazil etdiyim Ayəyə sizin şəkk-şübhəniz varsa, buna oxşar bir surə gətirin və doğrusunuzsa, öz şahidlərinizi - bu surəni gətirməkdə sizə kömək edəcək üləmaları göstərin». Baxınız, Ayənin şanı nə qədər uca və qəddi nə dərəcədə böyükdür ki, Tanrı öz qəti dəlilini, kamil sübutunu, qahir qüdrətini və nafiz iradəsini onunla tamamlamışdır. Əbədiyyət Sultanı Öz Kitabındakı ayələri Onun həqiqətini sübut edən hər şeydən üstün və bənzərsiz tutmuşdur. Bu müqəddəs ayələrin parıltısı bütün sübut və dəlillərlə müqayisədə Günəş kimidir, qalanları isə ulduzların parıltısı kimidir. Adını çəkdiyimiz həmin Ayə (bəndələr arasında) həqiqi sultan tərəfindən parlayan nur kimi sabit və dəlildir. Heç bir mənsəb ona çata bilməz, heç bir şey ondan irəli keçə bilməz. O, Tanrı incilərinin və sirlərinin xəzinəsidir. Odur Davamlı kəndir, Odur qırılmaz ip, Odur qopmaz qulp, Odur sönməz nur. Allahın maarif şəriəti Onun tərəfindən axar, Əbədi varlığın kamil hikmətinin atəşi Ondan alovlanar. Bu atəş eyni zamanda iki təsir hasilə gətirən bir atəşdir: Dostlarda sevgi atəşi, düşmənlərdə qəflət soyuqluğu.

126

Ey dost! Tanrının buyurduğunu inkar etməyək. Onun sübut deyə təyin buyurduğuyla razı olaq. Ona baş əyək. Xülasə, bu ayənin nümayiş etdirdiyi sübut vö dəlil elə bir qüvvəyə malikdir ki, mən əlilin başqa bir dəlil gətirib şərh etməyə heç bir imkanı olmaz. Tanrı həqiqəti Söylər, Doğru yola yönəldən Odur. O, bütün qullardan qüvvətlidir, əzizdir və gözəldir. Və yenə buyurur:

127

«Bunlar Allahın ayələridir. Biz onları sənə bildiririk. Bəs onlar Allahın kəlamına və ayələrinə inanmadıqdan sonra hansı kəlama inanırlar?»[86] Bu ayənin anlamına diqqət etmiş olsan, yer üzündə Peyğəmbərlərdən daha mükəmməl bir Məzhər və ayələrdən daha böyük, ulu dəlilin ortaya çıxmamış olduğunu anlarsan. Bu, vahid Allahdan nazil olan ayədir ki, sənə buyururuq: «Siz Allahın zühurundan başqa nazil olan ayələrin hansına iman gətirirsiniz?»[87]. Əgər bu ayənin işarəsini bilsən, anlarsan ki, peyğəmbərlərdən daha böyük bir kimsə, Allahın nazil olunmuş ayələrindən daha böyük dəlil yoxdur.

128

Başqa bir yerdə belə buyurulur: «Vay o günahkar şəkkakın halına ki, Allahın ayələri ona oxunan zaman təkəbbürlülük edir, sanki bunları eşitmir. Belə bir adama Allahın yandıran əzabını müjdə ver.»[88] Yəni Allahın iradə səmasından nazil olan ayəni eşidib, özünü eşitməməzliyə vuran şəkkak şəxsə dərdli əzabın müjdəsini ver. İnsanlar Rəblərinin ayələri üzərində yaxşı düşünmüş olsalar, dərk edərlər ki, tək bu ayənin mənası göylərdə və yerdə olanlara kifayət edər. Necə ki bu gün görüb eşidirsiniz. Birisi qalxıb Tanrı ayələrini oxuyarsa, kimlərsə ona əhəmiyyət verməz. Sanki onlar üçün ən dəyərsiz şey Tanrı ayələridir. Halbuki ayədən daha böyük bir şey mövcud olmamış və olmayacaqdır. “Ey qafillər, bu gün sizlər sizlərdən əvvəlki babalarınızın fikirlərini deyirsiniz. Əgər babalarınız inkar ağacının meyvələrindən istifadə ediblərsə, siz də edirsiniz. Çox keçməz ki, cəhənnəm atəşi içərisində babalarınıza qatılarsınız. Onların məskəni cəhənnəmdir, Zalimlərin məskəni nə yaman bir məskəndir».

129

Və başqa bir yerdə buyurur: «O, ayələrimizdən bir şey öyrənib bildiyi zaman lağa qoyur. Məhz belələri şiddətli bir əzaba düçar olacaqlar.»[89] Onların istehza etdikləri cümlələrdən biri bu idi: «Başqa bir möcüzə və dəlil gətirin», - deyirdilər. Birisi: «Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir!»[90] və bir başqası: “Əgər bu Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır»[91], - demişdir. Necə Musanın zamanındakı yəhudilər səmavi yeməkləri soğan və sarımsaq kimi pis şeylərə dəyişmişdilərsə, bu qövm də göydən enən ayələri özlərinin pis və çirkin zəndləri ilə əvəz etmək istəyirdilər. Bu gün də eyni şeyi görürsən: Mənəvi qida İlahi rəhmət səmasından və Sübhani Kərəm buludundan yağarkən, könül bağçasında həyat dənizləri kainatı yaradanın əmri ilə dalğalanıb axarkən bu insanlar köpəklər kimi leş ətrafına toplanır və duzlu gölün acı suları ilə kifayətlənirlər. Sübhanallah! Sübut edilmişin bayrağı havada dalğalandıqdan sonra dəlil axtaran, məlumun günəşi göydə göründükdən sonra eyhamlardan yapışan bu adamların hərəkətlərini görəndə dəhşətə gəlirsən. Onların bu hərəkəti işığını isbat üçün günəşdən sübut, bərəkətini isbat üçün bahar yağmurundan dəlil istəməyə bənzər. Günəşin sübutu — bütün dünyanı aydınladan işıqdır. Bahar yağmurunun dəlili —aləmə yeni bir don geydirən səxavətidir. Bəli, korun günəşdən hiss etdiyi ancaq bir istilikdir. Bəhrəsiz torpağın leysan yağışından aldığı pay bir heçdir. Kafir «Quran»da yazıdan başqa bir şey tapmazsa, buna təəccüb etmə. Çünki korun günəşdə tapdığı ancaq bir istilikdir.

130

Və yenə başqa bir yerdə buyurulur: «Ayələrimizi onlara açıq-aşkar söyləyən zaman onların dəlili: «Əgər doğru söyləyirsinizsə, atalarımızı dirildib gətirin görək» - ancaq bu idi»[92]. Allahın kamil və vüsətli mərhəmətindən bunların istədikləri dəlillərə baxın! Tək bir hərfi göylərin və yerin yaradılmasından daha böyük olan nəfs və arzu vadisini iman ruhu vasitəsi ilə dirildən bu ayələri istehza hədəfinə çevirərək: «Ata-babalarımızı məzardan çıxarıb, həyata qaytarın,» - demişlər. Bu qövmün haqqa arxa çevirməsi və təkəbbürlü görünməsi belə idi. Bu ayənin hər biri bütün bəşəriyyət üçün güclü bir sübut və böyük bir dəlildir. Tanrı ayələri üzərində yaxşı düşünsəniz, görərsiniz ki, hər biri bütün insanlığa kifayət edər. Yuxarıda göstərilən ayə içərisində sirr inciləri gizlənmişdir. Nə dərd olursa olsun, davası onda hazırdır.

131

«Kitab və ayə avam çamaat üçün bir sübut ola bilməz. Çünki onlar kitab və ayədən bir şey anlamazlar və dəyərlərini təqdir edə bilməzlər», -deyənlərin boş sözlərinə qulaq asmayın. Tanrının Şərq və Qərb üçün ən böyük sübutu «Quran»dır. Əgər xalqda «Quran»ı anlayacaq qabiliyyət tapılmazsa, ümum üçün necə sübut edilə bilər? Onların bu iddiasına görə heç kəsdən Tanrını tanımaq tələb edilə bilməz və buna heç luzum da yoxdur. Çünki Tanrını tanımaq Onun Kitabını tanımaqdan daha böyük bir şeydir. Kitabı anlamaqda aciz olan savadsız xalq O Kitab endirəni necə tanıya bilər?

132

Xülasə, bu son dərəcə mənasız və heç bir vəchlə qəbul edilməyəcək bir sözdür. Belə bir iddianın səbəbi təkəbbür və qürurdur. Məqsəd xalqı Tanrı rizası bağçalarından ayırıb, cilovunu əldə möhkəm saxlamaqdır. Bilirlər ki, bu savadsız adamlar Tanrı yanında haqqa arxa çevirmiş olan din alimlərindən daha çox məqbuldurlar. Tanrı sözlərini anlamaq və Mənəvi Göyərçinlərin dediklərini qavramaq üçün zahiri elmə lüzum yoxdur. Bu, tamamilə ürək təmizliyindən, nəfs sağlamlığından və ruh azadlığından asılıdır. Bu gün elə kəslər var ki, məktəb, mədrəsə üzü görmədikləri halda, elmin ən yüksək kürsüsündə oturmuşlar. Onların qəlb bağçaları Tanrı feyzi buludlarından yağan yaqmurlar sayəsində hikmət gülləri və irfan lalələri ilə bəzənmişdir. Böyük Bir Günəş işıqları ilə aydınlanan Bu Təmiz Ürəkləri Allah Xoşbəxt Etsin!

133

Və yenə: «Allahın ayələrini və onun hüzurunda durmağı inkar edən adamlar Allahın rəhmətindən məhrumdurlar, onları yandırıcı əzab gözləyir»,[93] — buyurulduğu kimi, başqa bir yerdə də: «Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi? - deyirdilər»[94] - yazılmışdır. Bu ayənin mənası aydındır. Baxınız, ayələrin enməsindən sonra onlar nə deyirdilər? Onlar Onu şair adlandırır, Tanrı ayələrinə gülərək söyləyirdilər: «Onun bu sözləri qədim zamanların nağıllarından başqa bir şey deyildir». Bununla onlar demək istəyirdilər ki, Məhəmməd keçmişdə söylənənləri bir yerə toplayıb, Onları Allahın Kəlamı adlandırmışdır.

134

Zəmanəmizdə də eşitmisiniz ki, bəzi insanlar eyni ittihamları irəli sürürlər: «O, bu sözləri keçmişdə deyilən sözlərdən toplamışdır», «Bu sözlər uydurma sözlərdir». Onların sözləri təkəbbürlülük və lovğalıq həddini aşmış, mövqe və vəziyyətləri zəifləmişdir.

135

Barələrində nəql etdiyimiz inkar və ittihamlardan sonra onlar etiraz edirlər. Müqəddəs kitablarımızda yazıldığı kimi, Musa və İsadan sonra Şəriəti ləğv etmək üçün bir müstəqil Peyğəmbər daha gəlməyəcək. Gələcək şəxs ancaq əvvəlki şəriəti tamamlamaq üçün təşrif buyuracaqdır. Buna görə bütün ilahi məsələləri ehtiva edən və rəhmani feyzlərin heç bir vaxt kəsilməyəcəyini bildirən bu ayə nazil olmuşdur: «And olsun ki, daha əvvəl Yusif sizə açıq-aşkar dəlillərlə gəlmişdi. Siz Onun gətirdiklərinə şəkk edib durdunuz. Nəhayət, Yusif vəfat etdikdə: «Allah ondan sonra əsla Peyğəmbər göndərəməyəcəkdir,» - dediniz. Allah həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar»[95]. Bu ayəni anlayıb yəqin ediniz ki, hər dövrdə o dövrün insanları Kitabın bir ayəsindən yapışaraq: «Artıq bundan sonra dünyaya heç bir peyğəmbər kəlməyəcəkdir»,-kimi boş sözlər söyləmişlər. Hətta «İncil»in yuxarıda haqqında danışdığımız ayəsindən möhkəm yapışan xristian din alimləri belə izah etməyə çalışmışlar ki, İncil şəriəti heç bir zaman ortadan çıxmayacaq və İncil şəriətini təsdiq etməyəcək heç bir müstəqil Peyğəmbər bu dünyaya gəlməyəcəkdir. Bir çox millətlər bu ruhi xəstəliyə mübtəladır.

136

Hətta göründüyü kimi, Quran ümməti qabaqkı ümmətlər kimi «Nəbilərin xətm edəni» sözləri üzündən həqiqəti görməmişlər. Bununla bərabər onlar özləri: «Onların izahını Allahdan başqa heç kəs bilməz. Bunları ancaq elmdə kamil olan adamlar dərk edərlər»[96], - ayəsinin mənasını təsdiqləyirlər. Elmlərdə qüvvətli olan Kimsə oiların arzularına azacıq zidd bir şey söyləmiş olsa, onlar kəskin surətdə ona qarşı çıxır və həyasızcasına onu inkar edirlər. Sən özün bütün bunları eşidib görmüsən. Bütün bunlar hər xalqın cilovunu əldə tutan din alimlərinin, yəni nəfsani arzularından başqa arzu tanımayan, qızılı məzhəb kimi tutan, elm pərdələri ilə pərdələnən və bu pərdələrin yaratdığı qaranlıq içərisində yolunu azmış kəslərin əlamətləridir. Hətta Varlıq Mövlası açıq-aydın buyurur: «Gördün ki, nəfsi özlərinə tanrı sayanları Allah elmdə yoldan azdırdı, qəlblərini, qulaqlarını bağladı, gözlərinin qabağına pərdə tutdu. Allahdan başqa onları düz yola kim çıxaracaq? Yenə onlar düşünmürlər?»[97]

137

Haqqın Camalından üz çevirib, öz təxəyyül və arzularından doğan elmdən yapışan və Tanrı Xəbərinə, Onun əmrinə etiraz edən din alimləridir: «De ki, o, çox böyük Xəbərdir. Siz ondan üz çevirirsiniz.»[98] Bu ayədə də baxınız: «Bu, ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır», - deyərlər»[99] və «Bu, uydurma və yalandan başqa bir şey deyildir», - söylərlər»[100].

138

Allahın müqəddəs nidasını və xoş səsini eşidin. Görün ki, Allah onun ayələrini inkar edənləri və müqəddəs kəlmələrini dananları işarə ilə necə qorxudur? O lütf və kərəm cövhəri yoxluq heykəllərini ölümsüzlük işlərinə yönəldib, həqiqi yoxsulları müqəddəs zənginlik şəriətinə yetişdirdiyi halda, kimisi Ona: «Bu, aləmlərin Rəbbinə iftira edən bir adamdır», kimisi: «Bu, xalqı din və iman yolundan döndərən bir kəsdir», - deyirdi. Bəziləri də ona dəlilik və sairə kimi şe ylər istinad edirdilər.

139

Belə ki bu gün də O Bəqa Cövhəri haqqında nələr söyləməmişlər? O İsmət Qaynağı və Mədəninə nələr və nə xətalar nisbət verməmişlər? Allah öz kitabında, Müqəddəs lövhələrində və bütün kəlmələrində ayələrindən üz çevirənləri qorxudub, onu tanıyanlara isə müjdələr verib. Bununla belə, Tanrının müqəddəs və bədii göyündən nazil olan ayələrdən bunlar nə qədər imtina ediblər? Halbuki gözlər belə bir fəzl görməmiş, qulaqlar belə bir inayət eşitməmişlər ki, ayələr leysan yağışları kimi Rəhmanın rəhmət buludlarından yağmaqdadır. Məqamlarının böyüklüyü və mərtəbələrinin ucalığı gün kimi aydın olan müstəqil Peyğəmbərlər hər biri bu gün hər kəsin gördüyü məhdud saylı ayələri əhatə edən yalnız bir Kitab ilə şərəflənmişlər. Bu günlərdə Rəhmanın rəhmət buludlarından yağan ayələrə gəlincə onlar o qədər çoxdur ki, hələ heç kim saymağa müvəffəq olmamışdır. Bu gün onlardan əldə olanlar iyirmi cildə sığar. Onlardan nə qədəri hələ də əlimizə gəlib çıxmamışdır. Nə qədəri oğurlanmış və müşriklərin əlinə düşmüşdür ki, onların da taleyi hələ heç kimə bəlli deyil.

140

Ey qardaşım! Biz gözlərimizi açıb, Onun kəlamları üzərində düşünməli və Tanrı məzhərlərinin kölgəsinə sığınmalıyıq ki, bəlkə, bunun sayəsində Kitabın qüsursuz nəsihətlərindən xəbərdar olaq. Müqəddəs Lövhələrin ehtiva etdiyi öyüdlərə diqqət yetirək, ayələri Endirənə etiraz etməkdən kənar duraq. Əmrinə candan təslim olaq, hökmünü ürəkdən və candan qəbul edək, inanaq. Bəli, bəlkə, bunların sayəsində onun rəhmətinin fəzasına girək və fəzlinin sahilində yaşayaq. O, qullarının günahlarını bağışlayıb, mərhəmət edəndir.

141

Və yenə buyurur: «De ki, ey kitab əhli! Niyə bizə pislik edirsiniz? Yəqin ona görə ki, biz Allaha, ondan nazil olanlara iman gətirmişik? Bilin, siz hamınız pis əməl sahibisiniz.»[101] Bu ayə məqsədimizi necə də açıq-aydın ifadə edir və ayənin sübutluq baxımından daşıdığı dəyəri nə gözəl nümayiş etdirir. Bu ayə kafirlərin müsəlmanlara əziyyət verib, onların təkfirdə günahlandırdıqları bir vaxtda nazil olmuşdur. Kafirlər Məhəmmədin əshabələrini Tanrıya küfr edib, yalançı bir sehrbaza inanmaqda suçlandırdılar. Onlar müsəlmanların vəziyyətinə hakimlik etmək dərəcədə qüvvətli olmadığı ilk vaxtlarda O Həzrətin dostlarına harada və nə zaman rast gəlirdilərsə, O Tanrıya yönəlmişləri təhqir edir və təzyiq göstərir, qovlayıb, dama basırdılar. Elə o vaxt bu ayə əhədiyyət göylərindən nazil oldu. Bu ayə aydın bir sübut, parlaq bir dəlil ehtiva edirdi. Bu ayə kafirlərə və müşriklərə Peyğəmbərin əshabələrinin belə demələrini öyrədirdi: «Nə üçün bizə zülm edirsiniz? Bizim Tanrıya, Məhəmməd Dili ilə enən ayələrə və ondan öncəki Peyğəmbərlərə enən ayələrə inanmaqdan başqa bir günahımızmı var?» Onlar bizə deməklə, Məhəmmədə və əvvəlki Peyğəmbərlərə nazil olmuş ayələrin hamısının Tanrı tərəfindən enmiş olduğunu bilib inandıqlarını və bundan başqa bir qüsurları olmadıqlarını anlatmaq istəyirdilər. Bu, Birlik Sultanının öz qullarına öyrətdiyi bir dəlildir.

142

Belə olduğu halda, Şərqi və Qərbi əhatə edən bu bədii ayələrdən üz çevirmək və sonra da möminlik iddiasında olmaq mümkündürmü? Əksinə, bu ayələri gətirən Kimsəyə iman etmək lazım deyilmi? Onun bilavasitə göstərdiyi dəlili göz önündə tutaraq, bu dəlilin doğruluğuna şəhadətdə olmayanları həqiqi mömin saymamaq mümkündürmü? Qətiyyən mümkün deyil. Heç ola bilərmi ki, O, Tanrı ayələrini qəbud və iqrar eyləmiş olanları öz rəhmətinin qapılarından qovsun və ya müsbət dəlillərə yapışmış olanları təhdid eyləsin. O, şübhəsiz ki, öz ayələri ilə həqqi təsbit edir. Əmrini öz sözləri ilə gerçəkləndirir. O, həqiqətən, Güçlüdür, Qüvvətlidir, darda qalanlara Yardımçıdır.

143

Və yenə buyurulur: «Əgər sənə kağız üzərində bir kitab nazil etsəydik və kafirlər əlləri ilə ona toxunmuş olsaydılar belə kafirlər yenə də: «Bu açıq-aydın bir sehrdir» -deyərdilər»[102]. Quran ayələrinin çoxu bu həqiqətə işarə edir. Uzunçuluq etməmək xatirinə bunlardan ancaq bir neçəsini misal gətirdim. Baxınız, Allah bütün kitablarda Peyğəmbərləri tanımaq üçün yalnız ayələri dəlil göstərib. Daha sonra başqa bir söz buyurub ki, siz ondan yapışasınız və ya üz çevirəsiniz? Allah onun ayələrini dananlara və istehza edənlərə cəhənnəm vəd veribdir!

144

İndi bir kəs heç bir kimsədən və ya heç bir məktəb və mədrəsədə dərs almamış olduğu halda, minlərcə ayə, xütbə, risalə və münacat ilə ortaya çıxarsa, hansı tutarlı dəlil irəli sürərək, onları rədd edənlərə haqq qazandıra bilər və özünü Allahın feyzindən məhrum edə bilər? Və buna nə cavab verərlər? Onlar: «Biz filan hədisə baxdıq və onun hərfi mənasını tapmadıq, buna görə də Tanrı məzhərlərinə etiraz etdik və beləliklə, Vahid Gerçək Tanrının şəriətindən uzaq qaldıq», -deyərək özlərinə haqq qazandıracaqlarmı? Məgər siz eşitməmişsiniz ki, Peyğəmbərlərdən bəzilərinə «Müstəqil Peyğəmbər» adının verilməsinin bir səbəbi də onlara kitab nazil olmasıdır. Bununla belə, cəhalət üzündən qəlblərə şübhə salan hər hansı bir kimsənin xalqı yoldan çıxarmaq, aldadıb qəflətdə saxlamaq, Allah yolundan azdırmaq, Tanrı günəşinin feyzindən məhrum etmək məqsədilə dediyi «əsrin şeytanı» adlanan kəlmələrilə Ondan (kitablar zahir olan şəxsdən) üz döndərmək mümkündürmü? Bütün bunlar bir yana, qəribədir, görəsən bir insan bu Müqəddəs şəxsdən və Rəhmanın kəlmələrindən uzaq durub, ona arxa çevirərsə, kimi qəbul edər və hansı tərəfə yönələr? Bəli, «hər kəsin yönəldiyi bir yer vardır»[103]. Biz sənə iki yolu göstərdik. Artıq sən bəyəndiyinlə get. Bu söz həqiqətin özüdür. Həqiqətin qeyrisi isə yolundan azmaqdır.

145

Bu əmrin doğruluğunu isbat edən dəlillərdən biri də budur: hər bir dövr və əsrdəki Görünməz Cövhər bəşər cildində görünərkən dünya və dünya işlərilə əlaqələri olmayan bəzi adsız-sansız kimsələr Peyğəmbərlik Günəşinin işığı ilə aydınlaşmışlar. Onlar Hidayət ayının nuruyla Hidayət tapmış, Tanrı Görüşü ilə Şərəflənmişlər. Bu səbəbdəndir ki, zamanın üləmaları və sərvət sahibləri bu kimilərə istehza ediblər. Necə ki Tanrı doğru yoldan azmışların dilindən buyurur: «Onun qövmündən kafir olan bir tayfa belə dedi: «Biz səni ancaq özümüz kimi insan sayırıq və sənə tabe olanlar hamısı əskik adamlardandırlar. Eyni zamanda sənin bizdən üstün olduğunu görmürük və səni yalançı hesab edirik»[104]. Bununla onlar demək istəyirdilər ki, millətin alimləri, varlıları, məhşur adamları və ziyalıları onlara inanmamışlar. Bu və buna bənzər dəlillər ilə, həqiqətən, başqa bir söz söyləməyən Məhəmmədin sözlərinin qeyri-səmimiliyini nümayiş etdirmək istəyirdilər.

146

Bu aşkar zühurda və ən böyük Səltənətdə doğru yolda olmuş, tanınmış alimlərdən, din xadimlərindən və məşhur fəqihlərdən böyük bir dəstə Tanrı vüslət və yaxınlığı qədəhindən içmişlər. Tanrının ən böyük inayətinə nail olmuşlar, dünyanı və onda olan hər şeyi Sevgilinin yolunda fəda etmişlər. Tərəddüddə qalmış və tam bir qənaətə gəlməmişlərin istiqamətinə, bəlkə də, kömək ola bilsin deyə bu seçilmiş şəxslərdən bəzilərinin adlarını aşağıda çəkirik.

147

Molla Hüseyn ki, zühur günəşinin doğuşunu qəbul etmişdir. (O olmasaydı Tanrı öz rəhmaniyyətinin taxtına oturmaz, Səmədaniyyətinin Kürsüsünə əyləşməzdi.) Ağa Seyid Yəhya ki, əsrinin təki və zamanının bircəçiyi idi.

Molla Məhəmməd Əli Zəncani

Molla Əli Bəstami

Molla Səid Barfüruşi

Nemətulla Mazandarani

Molla Yusif Ərdəbili

Molla Mehdi Xoyi

Seyid Hüseyn Turşizi

Molla Mehdi Kəndi

Molla Baqer (Molla Mehdi Kəndinin qardaşı)

Molla Əbdülxalıq Yəzdi

Molla Əli Bərəqani

və digərləri, dörd yüzə yaxın addır ki, Tanrının Məhfuz Lövhündə yazılmışdır.

148

Bütün bunlar Hidayət tapmışlar, zühur Günəşinin doğruluğunu qəbul və etiraf etmişlərdir. Onlardakı iman elə sarsılmaz bir iman idi ki, çoxları mal, mülk və qohum-əqrəbasından imtina edərək, Zülcəlalın arxasınca getmişdir. Onlar canı canana fəda etmiş, Onun yolunda varlarından, yoxlarından keçmişlər. Onların sinələri düşmənlərin oxlarına hədəf, başları müşriklərin nizələrinə bəzək olmuşdur. Heç bir torpaq qalmadı ki, bu mücərrəd ruhların qanını içməsin, heç bir qılınc olmadı ki, onların boğazlarını üzməmiş olsun. Onların tək əməlləri sözlərinin həqiqiliyinə sübutdur. Bu müqəddəs kimsələrin Dost yolunda dünyanı heyrətə salacaq şəkildə canlarını fəda etmələri bu günün insanları üçün kifayət deyilmi? Onların bu fədakar hərəkətləri dini dünya malına dəyişən, baqiliyi fanilikdən üstün tutan, Tanrı yaxınlığı Kövsərini Tanrı uzaqlığı çeşməsinin acı sularına dəyişən, xalqın malını ələ keçirməkdən başqa bir düşüncələri olmayan bir qisim insanların inkarlarına qarşı yetər bir şəhadət təşkil etmirmi? Necə ki görürsən, bütün bu münkirlər dünyanın aldadıcı, fani şöhrətpərəstliyinə uyaraq, Ucalar Ucası Rəbbin hüzurundan uzaq qalmışlar.

149

İnsaf ediniz: işləri sözlərinə və içləri zahirlərinə bu qədər uyğun olan, əməlləri ağılları çaşdıran, səbirləri və dözümlülükləri insanları heyrətə gətirən, zəhmət və məşəqqətləri hövsələ yırtan bu möminlərinmi şəhadəti, yoxsa nəfsani arzularla həsrət çəkməkdən başqa bir şeylə nəfəs almayan, gündüzlər ancaq qaranlıq dostu yarasalar kimi, fani dünya ilə məşğul olmaq üçün yastıqdan baş qaldıran, kecələr ancaq mənfur işləri həyata keçirmək məqsədi ilə durub dilənən, nəfsani tədbirə baş qoşub, ilahi təqdirə göz yuman, gündüzlər məişət dərdi ilə çırpınıb, kecələr şəhvani arzularını təmin etməklə vaxt keçirən bu münkirlərinmi şəhadəti məqbul və diqqətəlayiqdir? Bu dayaz düşüncəli kimsələrin tutduğu inkar yolunu seçib, haqq rizasını almaq üçün candan, maldan, addan, şandan və şöhrətdən keçən kimsələrin iman və qəbulunu bir yana atmağa hansı şəriət və qanunla haqq qazandırmaq olar?

150

Məgər əvvəllər Şəhidlər Seyidinin[105] əhvalatı ən böyük bir hadisə, Onun doğruluğuna ən böyük bir dəlil sayılmırdımı? Dünyada belə bir hadisənin baş vermədiyi, haqqın bu dərəcədə bir istiqamətdə zühur etdiyi söylənmirdimi? Bununla bərabər unutmayaq ki, onun həyatındakı bu əhvalat bir gün səhərdən günortayadək davam etmişdir. Bu müqəddəs nurlar isə on səkkiz il hər tərəfdən, onların üzərinə yağan bəla yağışlarına qəhrəmancasına tab gətirmişlər. Onlar necə də eşq və şövq ilə, necə də sevə-sevə Sübhanın yolunda canlarını qurban etdilər! Hamı bunun doğru olduğuna şəhadət verir. Buna baxmayaraq, bu Əmri necə kiçiltmək olar? Əmrlər belə çox qiymətli hadisələrin şahidi olmuşdurlarmı? Bu fədakar möminlərə Tanrı mücahidləri deyilməzsə, bəs onda kimlərə bu ad verilə bilər? Onların əldə etməyə çalışdıqları şey izzət, sərvət və mövqe idimi? Onların haqq rizasından başqa bir əməl və qayələri var idimi? Əgər bütün bu gözəl sübutlarına və ecazkar əməllərinə baxmayaraq, bu dostlar batildirlərsə, bəs onda kim özünün həqiqət rəmzi olmasını iddia etməyə layiqdir? Tanrıya and olsun ki, onların bu əməlləri, həqiqətən, bütün yer üzərində yaşayanlar üçün kafi bir sübut və yetərli bir dəlildir. Nə olaydı, insanlar Tanrı zühurunun sirləri haqqında düşünəydilər. «Zülm edənlər hara düşəcəklərini tezliklə biləcəklər.»[106]

151

Bundan başqa doğru ilə yalanın məhəki Kitabda təyin və təsbit edilmişdir. Hər iddia, tələb bu Tanrı məhəkinə vurulmalı və bununla doğru söyləyən yalan söyləyəndən ayrılmalıdır. Həmin məhək daşı bu ayədir: «Əgər siz doğru söyləyirsinizsə, onda ölümü arzulayın.»[107] Kitab mətninin şəhadət etdiyi doğruluq timsalı olan şəhidlər haqqında düşünün. Onların hamısı, bildiyiniz kimi, canlarını, mallarını, arvad və uşaqlarını, varlarını, yoxlarını fəda eyləyərək, Cənnətin ən uca köşklərinə uçmuşlar. Bu uca simaların və münəzzeh ruhların şərəfli Əmr haqqındakı şəhadətlərini qəbul edək, yoxsa qızıl xatirinə məzhəbindən keçən və məclisin yuxarı başında oturmaq üçün mövqeyindən əl çəkənlərin sözlərinə inanaq? Bu hansı insafa və hansı vicdana sığar? Baxmayaraq ki, onların mahiyyəti hamıya aydındır və hamı dünyadan yapışıb qalmaq istəyən bu münkirləri Tanrı dini yolunda, nəinki mal və canlarını, hətta özlərini, öz dünyəvi izzətlərinin bir zərrəsini belə fəda etmək istəməyənlər kimi tanımışdır.

152

İndi baxınız, Tanrı Məhək daşı Kitabın aydın mətninə əsasən doğrunu yalandan necə də ayırd etmişdir? Bununla bərabər, onlar bunu hələ də dərk etməmişlər və qəflət yuxusu içərisində zahiri var-dövlət və hakimiyyət əldə etməyə çalışırlar.

153

Ey insan oğlu! Ömründən çox günlər keçsə də, bu müddətdə şəkk-şübhəli nəfsinin istəyilə məşğul olubsan. Nə vaxtadək yatağında yatacaqsan? Günəş günorta zirvəsinə ucalıb. Yuxudan başını qaldır, bəlkə, Allah camalının nuru sənin üzünə düşə.

154

Fəqət diqqət et ki, yuxarıda haqqında danışdığımız alim və fəqihlərdən heç biri zahiri rəyasət mövqeyi tutmamışdır. Çünki rəyasət mövqeyinə keçib rəhbərlik edən şöhrət və iqtidar sahibi müasir alimlərin, Tanrının istədikləri müstəsna olmaqla, haqqa tabe olmaları mümkün deyildir. Belə bir şeyə, az bir istisna ilə, tarix şahid olmamışdır. «Bəndələrimdən şükür edəni azdır»[108]. Zamanın məşhur din alimlərinin vəziyyəti buna bir dəlildir. Əslində xalqın cilovunu əlində tutan bu kimi din biliciləri haqqa yönəlməkdən imtina etmiş, əksinə, böyük bir düşmənçilik və israrlı bir inkar ilə Tanrı işığını söndürməyə çalışmışlar. Elə düşmənçilik və inkar ilə ki, onları gözlər görməmiş və qulaqlar eşitməmişdir.

155

Həzrət Bab (hamının canı ona fəda olsun) hər bir şəhərin üləmasına xitabən bir namə yazaraq, onların etiraz və inkarını orada bir-bir təsvir etmişdir. «Ey bəsirət sahibləri! İbrət alın!»[109] Buna işarə etməkdə Onun məqsədi o idi ki, sonrakı Qiyamətdə Müstəqasın zühurunda bəyan əhli etiraza qalxaraq deməsin ki, Bəyan Dövründə din alimlərinin bir çoxu iman gətirmiş olduqları halda, nədən indiki zühurda bu baş vermir? Və Allah göstərməsin ki, onlar bu cəfəng fikirlərə uyub, Tanrı camalından məhrum olsunlar. Bəli, adları çəkilmiş bu din alimlərinin çoxu tanınmamış şəxslər idi. Onlar Allahın inayəti ilə dünyəvi rəyasətdən və bu dünyanın fani şöhrətpərəstliyindən tamamilə münəzzeh idilər. «Bu, Tanrının istədiyi şəxslərə göstərdiyi bir inayətdir».

156

Bütün dəlillər arasında günəş kimi parlayan dəlil və sübut da O əzəli Camalın Tanrı Əmrindəki sarsılmaz mətanətidir. Hərçənd çox cavan olmasına baxmayaraq, Onun elan etdiyi Təlim yer üzündəki bütün insanların böyük və kiçik, varlı, kasıb, əziz və zəlil, şah və rəiyyətin arzularına müxalif idi. O qalxdı və çəkinmədən bu Təlimi elan etdi, hamı eşitdi və bildi. Heç kimsədən qorxmayıb etina etmədi. Allahın əmri, Dönməz İradəsilə təsdiq edilməyən belə bir Təlim elan oluna bilərdimi? Tanrıya and olsun ki, belə bir şeyin təsəvvürü və təxəyyülü insanı əridib, dərhal yox etməyə kifayət edər. Bütün insanların ürəkləri tək bir insanın ürəyinə sığışdırılsa belə, bir insan bu dərəcədə mühüm bir işə əl atmaq cürət və cəsarətini özündə tapa bilməz. Belə bir kəs ancaq Tanrının izni ilə təşəbbüs göstərə bilər. Belə bir kəs ancaq və ancaq qəlbi rəhmanın fəzllərinə bağlı və Rəbbin inayətlərindən qidalanmış olduğu təqdirdə, təsəvvürü belə insanı dəhşətə gətirən bir işə cəsarət edə bilər. Əcəba, bu çürət və cəsarəti insanlar nəyə aid edirlər? Bundan əvvəlki Peyğəmbərlərə etdikləri kimi dəlilikmi istinad edirlər? Yoxsa onlar iddia irəli sürürlər ki, O bu işləri dünyəvi rəyasət və zahiri zənginlik bər-bəzəyinə nail olmaq üçün etmişdir.

157

Sübhanallah! O, «Qəyyum-ül-Əsma» adı verdiyi ilk kitabında əslində bütün kitabların aqibətinin şəhidlik olduğunu xəbər verir. Kitabın bir yerində buyurur: «Ey Allahın Vaqiəsi! Mən özümü tamamilə sənə fəda etdim. Sənin xatirinə söyülüb təhqir olunmağa razı oldum. Sənin məhəbbətin uğrunda öldürülməkdən başqa bir şey təmənna etmədim. Varlığına başlanqıc olmayan, daima himayəsinə sığınan O Ucalar Ucası Allah Mənim üçün kafi bir şahiddir.»

158

«Ha» hərfinin təfsirinə dair yazdığı başqa bir lövhdə şəhidlik təmənnasında olduğunu söyləyərək buyurur: «Qəlbimdə bir nida eşitdim ki, Hüseyn Əleyhissalam canını qurban etmiş olduğu kimi, Sən də Allah yolunda ən sevdiyin şeyi qurban et. Bu eşitdiyim sirrə nəzər salmasaydım, and olsun O Allaha ki, mənim ömrüm onun əlindədi, heç kimdə o Qüdrət yox idi məndən bir hərf ala bilsin, harda qaldı o şanı, rütbəsi olmayan və Allahın dərgahından qovulan bu əskik qullar?» Belə ki buyurur: «Hamı mənim səbirli və razı olmağımı, Allah yolunda canımı fəda etməyimi anlasın.»

159

Bu sözləri söyləyənin Tanrı yolundan başqa bir yol tutmaq və axtarmaq istəmiş olduğu iddia edilə bilərmi? Həmin bu ayədə bir mücərrədlik nəsimi gizlənmişdir ki, o, dünya üzərində əsməyə başlarsa, bütün varlıqlar canlarını fəda edərlər. Baxınız, bu insanlar nə qədər nadan və nə dərəcədə nankor olmuşlar ki, bütün bunlara göz yumaraq, qarınlarından müsəlman mallarının fəryadı ucalan bir neçə leşin arxasınca gedirlər. Lakin Qüdsiyyət doğumlarına qarşı necə də əsassız ittihamlar irəli sürürlər. Qiyamət günündə Tanrı liqasını inkar edib kafir olanların işlətdiyi əməlləri sənə belə anladırıq. Allah onları müşriklərin atəşi ilə cəzalandırmış, onlara o biri dünyada bədənlərini və ruhlarını qovuracaq şiddətli bir işgəncə hazırlamışdır. Onların bu aqibəti «Allah bir şeyə müktədir deyildir, Onun inayət əli bağlıdır», - demiş olmalarına görədir.

160

Əmrdə dönməzlik, bütövlük ən böyük dəlildir. Nəbilərin xətmi «İki ayə məni qocaltdı», - deməklə bir həqiqəti ifadə etmişdir. Bu ayələrin hər ikisi də: «Sənə əmr edildiyi kimi istiqamət et»[110] - ayəsində olduğu kimi, Əmrdə sarsılmadan durmaq haqqındadır.

161

Baxınız, O, Tanrı bağının bu Ağacında Gənçliyinin əvvəlindən Allah əmrini təbliq etmək üçün necə möhkəm durmuşdu? Bütün bəşəriyyət onu məhv etmək üçün qalxdı, lakin bacarmadı. Çox aydın və inkaredilməz məsələdir ki, bu Tuba ağacına rəva görülən cəfa şiddətləndikcə, Ondakı şövq və qeyrət o nisbətdə artmış, içində yanan eşq atəşi o nisbətdə alovlanmışdır. Və ən nəhayət, bilindiyi kimi, bu yolda can verərək, Uca Aləmlərə uçub getmişdir.

162

Bu zühurun doğruluğuna gətirilən dəlillərdən biri də Varlığı izhar edən və Məbudun Məzhəri olan bu zatın hər tərəfdə göstərdiyi qələbə və qüvvətdir. O əzəli Camal altmışıncı ildə Şirazda üzündəki örtüyü qaldırıb camalını göstərdikdən az bir vaxt sonra O Gövhərlər gövhərinin və Dənizlər Dənizinin qələbə, qüdrət, səltənət və iqtidarı işarə və əlamətlərlə hər yerdə özünü göstərdi. Belə ki hər şəhərdə O Tanrı Günəşinin əlamət, dəlil və işarələri aşkar oldu. Nə qədər saf və incə qəlblər o Əzəli Günəşdən hekayət etdilər və Allahın elm dənizindən çıxan nə qədər Elm damcısı bütün yaranmışları bürüdü. Hər bir şəhərdə ruhanilər və yüksək mənsəb sahibləri var qüvvələri ilə onlara mane olmağa və sıxışdırmağa çalışırdılar. Neçə-neçə müqəddəs ədalət cövhərini düşmənçilik, qısqanclıq, zalımlıqla məhv etmək istədilər. Parlaq ruhlu adamları zülmlə öldürdülər. Bütün bunlara baxmayaraq, bu mübarək şəxslər hər biri son nəfəslərinə qədər Tanrı zikri ilə məşğul olmuş, təvəkkül və itaətkarlıq havasında uçmuşlar. Həzrəti Bab bu adamların həyatını elə dəyişdirdi ki, Onun iradəsindən başqa heç nə axtarmadılar və Onun əmrindən sonra özlərinə heç bir şey seçmədilər, onların rizaları ancaq Onun rizası, onların düşüncələri ancaq Onun düşüncəsi oldu.

163

Bir az düşününüz, bu aləmdə daha başqa kimdə belə hədsiz qüdrət və geniş təsir kücü görünmüşdür? Bütün bu münəzzeh qəlblər və müqəddəs ruhlar Onun Əmrinə sevə-sevə riza göstərmiş, şikayət etmək əvəzinə, Allaha şükür etmişlər və bəla veriləndə itaətkarlıqdan başqa bir hərəkət etməmişlər. Sonra unutmayaq ki, bütün dünya onlara qarşı dərin bir kin bəsləyir, böyük bir düşmənçilik edirdi. Bu mənəvi müqəddəs simalara zülm və əziyyət verənlər bununla qurtuluşa və xoşbəxtliyə, əbədi rifah və səadətə yetişəcəklərinə inanırdılar. Adəmdən bəri dünyada belə dəhşətli hərc-mərclik və çaxnaşma görünübmü? Xalqın içərisində belə bir bəla zahir olubmu? Məruz qaldıqları bütün əzab-əziyyətlərlə, dözdükləri saysız-hesabsız lənətlərlə bərabər, onların təkfir[111] hədəfinə çevrildiyini gözünüz önünə gətirin. Sanki səbir deyilən şey onların davranışından aləmdə vücud tapmışdır. «Vəfa» kəlməsi onların əməlindən yaranmışdır.

164

Bu Əmrin böyüklüyünü və ondakı əzəməti dərk etmək istəyirsinizsə, mühüm əhəmiyyət kəsb edən bu hadisələr və əhvalatlar haqqında özlüyünüzdə düşünün. Düşünün ki, Rəhmanın inayəti ilə sizə inam ruhu üfülənsin və yəqinlik Taxtında bərqərar olub, istirahət edə biləsiniz. O bir olan Tanrı şahiddir ki, bura qədər anladılanlar və gətirilən dəlillər hamısı bir yana dursun, bir azca düşünmüş olsanız, görəcəksiniz ki, insanların bu mücərrədlik və itaətkarlıq meydanı qəhrəmanlarına qarşı söylədikləri lənətlər, nifrət və inkar həqiqətdə onların doğruluğuna ən qüvvətli bir dəlil və ən böyük bir sübutdur. Bütün insanların, istər alim olsun, fazil olsun, cahil olsun, etdikləri zidd hərəkətlər haqtında düşünsəniz, bu Əmrə dair səbatınız daha da artar və biliyiniz daha da dərinləşər. Çünki bu indiki zamanda olub itənlər əvvəlki Tanrı biliyi Elminin Mədənləri və Əzəli hikmətin Qaynaqları tərəfindən xəbər verilmişdir.

165

Hərçənd biz keçmişdə baş vermiş hadisələri təkrarlamaq istəməzdik, fəqət Sizə qarşı duyduğumuz məhəbbət bizi onların bir neçəsindən bəhs etməyə sövq edir. Əsasən bunları anlatmağa da lüzum yoxdur, çünki indiyə qədər anladılanlar bu dünyaya və bu dünyada olanlara kifayət edər. Əslində bütün kitablar və onların ehtiva etdiyi sirlər bu kiçik şərhdə bəyan edilmişdir, belə ki özlüyündə bir az fikirləşənlər Tanrı sözlərindəki bütün sirləri və Gerçək Sultandan zahir olan işləri bura qədər verdiyimiz izahatda öyrənə bilərlər. Ancaq bütün insanların səviyyəsi eyni olmadığından bir neçə hədisi bəyan etmək istərdik. Bəlkə onların bərəkəti ilə bəzi kəslərdə görünən sarsıntı yox olar, tərəddüd içərisində çabalayanlar inam qazanar və eyni zamanda Tanrının sübutu da yüksək və aşağı təbəqələrə mənsub hər kəs üçün tamam-kamal olar.

166

Hədislərdən biri budur: «Haqqın bayrağı görünəndə bütün Şərq və Qərb ona lənət edəcək». İnsanların pis işlərinin sirrini açmaq üçün bir az azadlıq şərabından içib, tənhalıq zirvəsinə yüksəlmək və «bir saatlıq təfəkkür yetmiş illik ibadətdən əfzəldir» kəlamını göz önündə tutmaq lazımdır. Bütün xalq haqqı sevib, tələb etdiyi təqdirdə, Onun zahir olduğu zaman həmin haqq əhlini nə üçün lənətləyirlər? Aydındır ki, buna səbəb insanların bağlı olduğu adət-ənənə, etiqad, əxlaq və ayinlərin dəyişdirilməsidir. Əks halda Rəhmanın Camalı insanlar arasında mövcud olan həmin bu qayda və adətləri təsdiq edərsə, bu kimi ixtilaf və fəsadların bu aləmdə baş verməsinə yer qalmaz. Adı çəkilən hədisi-Şərifin mənasını bu ayə təsdiq və sübut edir: «Bir gün bir dəvət edən sizi inkar etdiyiniz şeyə çağıracaq.»[112]

167

O vaxt ki, Əhədiyyət carçısı Müqəddəs pərdələrin arxasından insanları alışdıqları şeylərdən əl çəkməyə dəvət edər və bu dəvət insanların meyl və arzularına uyğun kəlməzsə, o zaman bu kimi acı imtahan və küclü çaxnaşmalar, hərc-mərclik baş verər. Qəribədir ki, xalq hər bir hərfinin həyata keçdiyi bu əsaslı hədislərə heç bir əhəmiyyət verməyərək, doğruluğu, əyriliyi bəlli bir neçə hədisi əldə əsas tutaraq: «Niyə bunlar baş vermədi?» - deyə soruşurlar. Halbuki onlar xəyallarına belə gətirmədikləri şeylərin hamısı həqiqət olmuşdur. Haqqın işarə və əlamətləri səmada gün kimi aydın olduğu halda, onlar cəhalət və səfehlik çölündə məqsədsiz və çaşqınlıq içərisində gəzib dolaşmaqdadırlar. Bir çox Quran ayələri və gerçəkliyinə şübhə olmayan rəvayətlər vardır ki, onların hamısı yeni bir şəriət və zühura, təzə bir əmrə dəlalət edər. Buna baxmayaraq, gələcəyi xəbər verilən zatın Quran şəriətini tətbiq və icra etməsini gözləməkdədirlər. Yəhudilərin və xristianların da gözlədikləri budur.

168

Yeni bir şəriətə və təzə bir Əmrə dəlalət edən rəvayətlər arasında «Nüdbə duası»nda olan bir neçə ifadə var: «Vaxtı gələndə fərz və sünnələri yenilməyəcək olan Kəs haradadır? Millət və şəriəti islah edəcək kəs haradadır?» «Ziyarət»də[113] də «Salam olsun yeni Haqqa» sözləri irad edilə bilər. Əbu Abdullahdan: «Mehdi nə edəcəkdir?» - deyə soruşanda, O, belə cavab vermişdir: «Tanrı elçisi Məhəmməd özündən əvvəlki quruluşu necə dağıtmışdısa, O da özündən öncəki quruluşu elə məhv edəcək».

169

Bu və buna bənzər rəvayətlərə baxmayaraq, hökmlərin dəyişdirilməyi haqqında olmazın dəlillər gətirirdilər. Düşünmürlər ki, hər zühurun məqsəd və qayəsi bəşər xasiyyətinin görünən və görünməyən şəkildə daxilən və zahirən dəyişib başqalaşmasıdır. Əgər dünyəvi işlərdə heç bir dəyişiklik olmazsa, külli Tanrı zühurları mənasız bir şey olar. «Avalim» adlı məşhur və mötəbər bir kitabda belə yazılır: «Haşim oğullarından yeni bir kitab və ehkam sahibi bir kənc zühur edəcəkdir. Onun düşmənlərindən çoxu din bilicilərindən olacaqdır». Eyni kitabın başqa bir yerində də Məhəmməd oğlu Sadiqin dediyi bu sözlər yazılmışdır: «Haşim oğullarından bir kənc peyda olub xalqın ona beyət etməsini əmr edəcəkdir. O, yeni bir kitab sahibi olacaq, xalqı ərəblərə ağır gələcək yeni bir kitaba dəvət edəcəkdir. Haqqında bir şey eşitmiş olsanız, dərhal onun yanına tələsin». Onlar din imamlarının və yəqinlik çıraqlarının tövsiyələrinə necə də gözəl riayət etdilər! «Haşim oğullarından bir kəncin ortaya atılaraq Xalqı yeni bir Tanrı kitabına və təzə bir Rəbbani şəriətə dəvət etdiyini eşidəndə dərhal onun yanına tələsin», - buyurulduğu halda, bu xalq O Varlıq şahının küfrünə və imandan uzaqlaşmış olduğuna hökm vermişdir. Bəli, O Həşimi Nurun və Sübhani zühurun yanına qaçıb getdilər, amma əldə qılınc və ürəkdə kin ilə. Və sonra baxınız, üləmaların düşmənçiliyi kitablarda nə qədər açıq şəkildə verilmişdir. Bütün bu açıq dəlilli və aydın anlamlı hədislərə baxmayaraq, insan oğlu irfan və bəyanın saf Cövhərinə arxa çevirərək zəlalət və üsyan heykəllərinə üz tutmuşlar. Xalq bütün bu doğru rəvayətləri və səmavi sözləri bir yana ataraq öz meyl və arzularına uyğun söz söyləməkdədir. Həqiqət özü bu güruhun meyl və arzularına zidd söz söylədimi? Dərhal onu küfrdə günahlandırıb: «Bu söz din imamlarının və aydın nurların sözlərinə müxalifdir, təkzibedilməz şəriətimizdə belə bir əmr və hökm yoxdur», - deyirlər. Hətta bu gündə də zavallı fanilərin ağızlarında bu kimi heç bir mənası olmayan sözlər var.

170

İndi bu rəvayətə baxınız, bütün hədislərin əvvəlcədən necə xəbər verilmiş olduğunu görünüz. «Arbain» də belə deyilir: «Bəli, Haşim övladından yeni ehkam sahibi bir kənc zühur edəcək, xalqı çağıracaq, onun dəvətinə kimsə cavab verməyəcək, düşmənlərinin çoxu din bilicilərindən olacaq və O bir xüsusa dair hökm verərkən, Ona boyun əyməyəcək: «Bu hökm din imamlarının əlimizdə olan sözlərinə ziddir...», - deyəcəklər. Zəmanəmizdə də, görürsünüz, hamı bu sözləri eyni ilə təkrar etməkdədirlər. Onlar O Həzrətin «dilədiyini edər» taxtına çıxıb «istədiyi kimi hökm edər» kürsüsündə oturduğunu ağıllarından belə keçirmirlər.

171

İdrak Onun zühurunun təbiətini qavramaz. İrfan Onun Əmrindəki böyüklüyün dərəcəsini anlamaz. Bütün sözlər onun təsdiqinə bağlıdır. Bütün şeylər Ona möhtacdır. Ondan başqa hər nə varsa, Onun buyruğu ilə yaranmışdır, Onun Əmri ilə mövcuddur. Odur Tanrı sirlərinin məzhəri! Odur görünməz Səmədani hikmətlərin açıqlayıcısı! Beləcə «Bihar-ül-Ənvar», «Avalim» və «Yənbu» kitablarında yazıldığı kimi, Məhəmməd oğlu Sadiq belə demişdir: «Elm iyirmi yeddi hərfdən ibarətdir. İndiyə qədər Peyğəmbərlərin açıqladığı bunlardan yalnız ikisidir. Heç kim bu günə qədər öyrənö bildiyi bu iki hərfin çərçivəsindən çıxa bilməz. Qaimimiz qiyam eyləyəndə yerdə qalan iyirmi beş hərfi meydana çıxaracaqdır. Baxınız, elmi iyirmi yeddi hərf olaraq təyin edir. Adəmdən Hatəmə qədər gələn Nəbilərin bunlardan ancaq iki hərfi bəyan etdiklərini və hamısını bu iki hərf ilə göndərdiklərini söyləyir. «Qaim yerdə qalan iyirmi beş hərfi açıqlaya-caqdır», - sözlərindən görün ki, Qaimin məqam və mərtəbəsi nə qədər ucadır. Onun məqamı bütün Peyğəmbərlərdən böyüg, Əmri isə bütün övliyaların dərk edilməsindən və başa düşülməsindən daha mühüm, daha ucadır. Peyğəmbərlərin, vəlilərin və seçkinlərin xəbərləri olmadığı və ya Tanrının dərkedilməz Əmri ilə saxladıqları bir zühuru bu mənfur məxluqlar öz kəm elm və idraklarının tərəzisinə qoyur və ona görə də rədd edirlər: «Yoxsa elə küman edirsən ki, onların əksəriyyəti eşidəcək və ya ağıllı-başlı fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan da daha çox zəlalətdədirlər»[114].

172

O Həzrətin zamanında pərdə arxasında gizli qalan bir neçə hədisi xüsusən, gətirən işlərin zühuruna açıq-aydın dəlalət eyləyən bu yuxarıdakı hədisi, əcəba, onlar necə aydınlaşdırırlar? Bu heyrət doğuran hədislər xalq arasında elə böyük mübahisələr yaradır ki, üləmalar və fəqihlər O Həzrətin və əshabələrinin qətlinə fitva verirlər. Dünyanın bütün millətləri Ona qarşı qalxırlar. «Kafi» kitabındakı Cabirin hədisində «Fatimə lövhü»ndə qaim haqqında belə deyilir: «Onda Musanın kamalı, İsanın ziyası, Əyyubun səbri olacaq. Onun zamanında əshabələri zəlil olacaq və onların başları türklərin və deyləmilərin başları kimi hədiyyə veriləcək. Onlar öldürüləcək və yandırılacaqlar. Onlar daima dəhşət və qorxu içərisində olacaqlar. Yer onların qanı ilə boyanacaq. Qadınlarının fəryad və fəqanı göylərə qalxacaq. Mənim övliyalarım bunlardır.» Baxın, bu hədisin həyata keçməmiş bir hərfi belə qalmamışdır. Bir çox yerlərdə onların mübarək qanları töküldü. Onlar hər şəhərdə əsir alınıb, vilayət və şəhər-şəhər gəzdirildi, bəziləri odda yandırıldı. Bununla bərabər, heç kimin ağlına gəlməmişdir ki, vəd olunan Qaim özündən qabaqkı şəriət və ehkamlarla göndəriləcəksə, onda bəs bu hədislər nə üçün söylənmişdir? Və nə üçün bu dərəcədə ixtilaf və mübahisələr qalxmalıdır ki, insanlar əshabələrin öldürülməsini mütləq baş verəcək bir hadisə hesab etsinlər, bu müqəddəs ruhlara əziyyət verilməsini Tanrı rizasına çatmaq üçün bir vəsilə saysınlar?

173

Bundan başqa görün, bütün baş vermiş hadisələr və edilən zülmlər öncədən hədislərdə necə xəbər verilmişdir. «Rozeyi-Kafi»də Vahab oğlu Müaviyə onunla Əbu-Abdullah arasında olan söhbəti belə nəql edir:

Əbu-Abdullah:

—Zovranı tanıyırsanmı?

Mən:

—Canım qurban, deyilənə görə, o, Bağdaddadır.

O:

—Xeyr. Heç Rey şəhərində[115] olmusanmı?

Mən:

—Bəli, olmuşam!

O:

—Orada heyvan bazarına getmisənmi?

Mən:

—Bəli!

O:

—Yolun sağındakı qara dağı görmüsənmi? Bax, elə ora Zovradır. Orada müəyyən şəxslərin səksən oğlu öldürüləcəkdir ki, onların hər biri xəlifə olmağa layiqdir.

Mən:

Onları kim öldürəcək?

O:

Əcəm oğulları.

174

Onun əshabələrinin bundan qabaq xəbər verilən hal və aqibətləri belədir. Baxın, bu rəvayətə görə, Zovra Rey ərazisindən başqa bir şey deyil. Orada onun əshabələri təsəvvürəsığmaz işkəncələrlə öldürülmüşdür. Hədisdə deyildiyi və sizin də eşidib bildiyiniz kimi, bu müqəddəslər Əcəmilər tərəfindən şəhid edilmişdir. Sən bu barədə eşitmisən və bütün dünyaya da məlumdur. Nə üçün soxulcanabənzər bu insanlar göydə gün kimi aydın olan bu hədislər haqqında düşünüb, haqqa yönəlmir və bəzi hədislərin mənalarını anlamadıqdan haqqın zühuruna və Camalına arxa çevirir, cəhənnəmin dibinə kedirlər? Bütün bunların səbəbi əsrin üləma və fəqihlərinin haqqa arxa çevirmələridir. Bunun üçündür ki, Məhəmməd oğlu Sadiq: «O zamanın fəqihləri göy qübbəsi altında olan fəqihlərin ən pisidirlər. Fitnə onlardan çıxır və onlara da qayıdacaqdır», - demişdir.

175

Bəyan üləma və fəqihlərindən diləyim budur ki, Müstəqas zamanında İlahi cövhərə, Rəbbani Nura, Əzəliyyət Özünə, Qeyb Məzhərlərinin başlanqıcı və sonu olan Zata qarşı durmasınlar. Öz ağıllarına, anlayışlarına və biliklərinə güvənib Tanrının sonsuz elmlərini əks etdirən O Zat ilə mübahisəyə kirişməmələrini onlara tövsiyə edirəm. Bununla bərabər, bütün bu tövsiyələrə baxmayaraq, görürük ki, insanlara rəhbərlik edən təkgöz bir adam hiddətlə bizə qarşı qalxır, hər bir şəhərdə Qüdsiyyət camalının fəaliyyətinə sədd qoyulur. O Varlıq Şahının və Məqsud Cövhərinin əshabələri dağlara və səhralara çəkilir, zalımların gözü önündən uzaqlaşmağa çalışır, kimisi də haqqa təvəkkül və böyük bir təcridlik içərisində canını fəda edir. Deyildiyi kimi, bir də görürsən ki, ibadəti və xeyirxahlığı ilə tanınmış, ona itaət göstərdiyi və əmrini icra etməyi hər kəsin ezünə borc bildiyi bir şəxs İlahi Ağacın kökü ilə mübarizəyə qalxır və var qüvvəsi ilə Əmrə qarşı çıxır. Budur bu insanların yolu!

176

Ümid edirik ki, Bəyan əhli tərbiyə edilərək, ruh havasında uçub, ruhaniyyət fəzasında sakin olalar və haqqı qeyri-haqdan ayırd edərək, həqiqət gözü ilə batili tanıyalar. Bu günlərdə qısqanclıq qoxusunun ətrafa yayıldığını seyr edirik. Elə bir qısqanclıq qoxusu ki, görünən və görünməyən bütün varlıqların Mürəbbisinə and olsun, dünyanın, belə demək mümkündürsə, qurulmağa başlamasından bu günə qədər belə bir kin, belə bir həsəd və nifrət görünməmiş və görünməyəcəkdir də! İnsafın nə olduğunu bilməyən bir neçə şəxs nifaq bayrağını qaldırmış və elliklə Mən qula qarşı müxalifətə başlamışlar. Onların hər yandan mizraqlarını və hər tərəfdən yağan oxlarını müşahidə edirik. Halbuki Mən heç bir şeylə fəxr etmədim və heç kimdən üstün olduğumu hiss etdirmədim. Hər kəslə səmimi qardaşlıq və dözümlülük çərçivəsində yoldaşlıq etdim. Fəqirlə fəqir oldum, bilicilər və ulular yanında təvazökarlıq və itaətkarlıqdan başqa bir şey göstərmədim. Bununla bərabər, O bir Tanrıya and olsun ki, (Ondan başqa Tanrı yoxdur.) Kitab əhlindən gördüyüm zülm və cəfa, dostlarımdan gördüklərimin yanında heç bir şeydir.

177

Xülasə, daha nə deyim. Əgər Kainat insaf gözü ilə baxarsa, bu sözlərin ağırlığı altında çökər. Mən - Tanrının qulu bu məmləkətə ilk gəldiyim vaxtlarda irəlidə nələr baş verəcəyini duyduğumdan vaxtında mühacirət etdim. Baş alıb fəraq çöllərinə getdim. İki il təkbaşına hicran səhralarında yaşadım. İki gözümdən çeşmələr axdı, qəlbimdən qan dənizləri zahir oldu, neçə kecə qida tapa bilmədim, olsun, bütün bu bəlalara və dalbadal gələn bu müsibətlərə rəqmən böyük bir sevinc içərisində idim. Ürəyim tam rahat idi. Axı necə də olmasın? Bir kəsin fayda və ya zərərindən, sağlığından və ya xəstəliyindən xəbərsiz idim. Özümü dinləyir və başqasını düşünmürdüm. Halbuki tanrı cəzası kəməndinin xəyaldan daha keniş, təqdir oxunun tədbirindən daha müqəddəs olduğundan qafil imişəm. Baxdım ki, Onun yazdığından qurtuluş yox, iradəsinə boyun əyməkdən başqa çarə mövcud deyildir. Tanrıya and olsun ki, bu mühacirətdən keri qayıtmaq haqqında düşünmürdüm. Bu səfərdən geri gəlib, Sevgililərə qovuşacağıma ümid etmirdim. Tənhalığa çəkilməkdə yeganə məqsədim - dostlar arasında ixtilaf baş verməsinə, əshablar arasında narahatlığa səbəb olmamaq, bir kəsin zərər çəkməsinə, qəlbin üzüntüyə düşməsinə meydan verməmək idi. Bundan başqa bir düşüncəm, bir amalım yox idi. Bununla belə hər kəs özünə görə bir fikir sahibi oldu, öz istəyinə uyğun şəkildə mühakimə yürütdü. Nəhayət, Əmr sahibindən geri dönmək hökmü gəldi. İradəsinə təslim olmağı qaçılmaz bir vəzifə bilərək dönüb geri gəldim.

178

Keri dönərkən şahid olduğum şeyləri hansı qələm təsvir edə bilər? İki ildir ki, düşmənlər, hamının bildiyi kimi, durmadan Mən fani qulun məhvinə var qüvvələri ilə cəhd göstərməkdədirlər. Bunun müqabilnndə bir dost görmədik ki, bizə yardım əlini uzatsın və ya hər hansı bir yolla bizi müdafiə etsin. Onların, yardım bir yana dursun, üzərimizə yağdırmadıqları hüzn və kədər yağışları qalmadı. Bütün bunlar arasında canımız əlimizdə, böyük bir itəatkarlıq içərisində durub gözləməkdəydik. Bəlkə, deyirəm, Tanrının inayəti və Sübhanın fəzli ilə anılmış bu aydın hərf öz həyatını Nöqtənin və Uca Kəlmənin yolunda fəda eyləsin. Ruhumuzdakı bu müştaqlıq olmasaydı, Ruha Əmr Edənə and olsun, bir dəqiqə belə bu şəhərdə qalmazdım. Tanrı mənim üçün yetər bir şahiddir. Sözümü: «Hamıdan, hər şeydən qüvvətli və qüdrətli olan Allahın adı ilə bitirirəm.»

179

Sevgi şərabından içib, nəfsin əmri ilə bir addım belə atmamış olanlar bu yeni Əmrə və üstün Tanrı zühuruna dəlalət eyləyən dəlil, isbat və sübutları dördüncü göydəki günəş qədər aydın müşahidə edərlər. Baxın bu xalqın Tanrı Camalına arxa çevirib, nəfsani arzulara yönəlməklərinə! Tanrının əmanət etdiyi «Səql-ül-Əkbər»in[116] ehtiva etdiyi bu aydın ayələrə, möhkəm işarələrə və eləcə də hər hansı bir izaha ehtiyacı olmayan açıq hədislərə rəqmən bunların hamısına göz yumub arxa çevirərək, anlayışlarına uyğun görmədikləri və mənalarını heç qavramadıqları bir neçə hədisdən yapışmışlar və beləliklə, Zülcəlalın dadlı şərabından və Baqi Camalın aydın, korlanmayan suyundan məhrum olmuşlar.

180

Baxın, hətta risalələrdə O Nur Cövhərinin zühur edəcəyi il belə göstərilmişdir. Bununla belə, hələ qafildirlər, hələ nəfsin cızdığı yoldan bir ləfzə belə ayrılmamışlar. Hədisdə göstərildiyi kimi, Əl-Müfazzal Sadiqdən soruşurlar: «Ey Ağam, Onun zühuru necə olacaqdır?» Sadiq cavab verir: «Altmışıncı ildə Onun Əmri görünəcək, Adı bəyan ediləcəkdir».

181

Qəribədir ki, bu qədər açıq-aydın dəlillərlə bərabər, bu insanlar haqdan uzaq düşmüşlər. Məsələn, O Tanrı Təbiətinin Özünün keçirdiyi üzüntülər, kədər, məhbusluqlar və bəlalar bundan qabaqkı hədislərdə xəbər verilmişdir. «Bihar»da oxuyuruq: «Qaimimizdə dörd Peyğəmbərin əlaməti olacaq, Musadan—qorxu və intizar, İsadan—onun əzü haqqında söylənənlər, Yusifdən—məhbusluq və inamını gizlətmək, Məhəmməddən — «Quran» kimi bir Kitabın zühuru». Zəmanəmizdə baş verən hadisələri bu qədər açıq bir ifadə ilə bildirən bu hədis bir yana atılır, kimsə buna diqqət vermir. Gələcəkdə Rəbbin dilədiyi istisna olmaqla, kiminsə ona fikir verəcəyinə inanmıram. «Həqiqətən, Allah öz dilədiyinə eşitdirəcək, lakin biz qəbirlərdə yatanları eşitməyə məcbur etməyəcəyik»[117].

182

Bilirsiniz ki, İlahiyyat Quşları və Əzəliyyət göyərçinləri iki dildə danışır. Birisi ilə onlar sözləri zahiri mənalarına görə rəmzsiz, örtüksüz və pərdəsiz ifadə edirlər. Bu cür sözlər hidayət çırağı almağa doğru yol göstərmək üçün bir Nurdur. Bunun sayəsində haqq yolu yolçuları qüdsiyyət zirvəsinə qalxar və arayıcılar əbədi vüsət səltənətinə ayaq basarlar. Zikr etdiyimiz açıq rəvayətlər, aydın ayələr bu qəbildəndir. O biri sözlər isə üstüörtülü sözlərdir. Bunlarda məqsəd şər adamların içlərində gizlətdiklərinin üzə çıxması və mahiyyətlərinin aşkar olmasıdır. Bunun üçündür ki, Məhəmməd oğlu Sadiq demişdir: «Tanrı, həqiqətən, onları sınayıb, ələkdən keçirəcəkdir». Budur Tanrı tərəzisi və Onun Məhək daşı! Tanrı öz qullarını bununla sınaqdan keçirir. Bu cür ifadələrin həqiqi mənalarını ancaq əmin qəlblər, haqq rizasını qazanmış olanlar və Tanrıdan başqa bir şey düşünməyənlər anlaya bilərlər. Bu kimi sözlərdən əldə olunan məna zahiri məna deyildir. Bunun üçün buyurulmuşdur: «Hər elmin yetmiş mənası var. Xalq arasında bunlardan ancaq biri bilinir. Qaim qiyam edəndə yerdə qalanlarını xalqa bəyan edəcək». Və yenə buyurulur: «Biz tək bir kəlmə söylər, ondan yetmiş bir məna qəsd edərik. Bu mənalardan hər birini biz izah edə bilərik».

183

Xülasə, bu xüsusları bildirməkdə məqsədimiz insanlara hərfən hələ bu aləmdə üzə çıxmayan bir neçə rəvayət və bəyanat qarşısında çaşıb qalmamaq üçün xatırlatmadır. Yaxşı olardı, belə hallarda öz çaşqınlıqlarını hədislərdə bildirilən şeylərin zühura gəlməməsi ilə deyil, özlərinin hədisləri tam dərk etməmələri ilə əsaslandırardılar. Belə ki hədislərdən anlaşıldığı kimi, din imamlarının bu sözlərdən qəsd etdikləri məna hamıya məlum deyildir. Ona görə insanlar bu müəmmalı sözlərə uyaraq Tanrı feyzlərindən özlərini məhrum etməməli, sirləri örtən pərdənin qaldırılması üçün Onun öz əhlinə müraciət edərək onların dediklərindən faydalanmalıdırlar.

184

Lakin xalq arasında elə bir həqiqət arayıcısı görünmür ki, belə qarışıq məsələlərin həlli üçün Tanrı məzhərlərindən inayət istəmiş olsun. Hamı unutqanlıq torpağının sakinləri, şər və günahkarlar zümrəsində uyanlardır. Allah onların əməllərinin əvəzini verəcək. Onlar Allahın zühuru günündə liqasını unutduqları kimi, Allah da onları unudacaqdır. Ona qarşı küfr etmiş olanlara qarşı vermiş olduğu hökm budur və eyni hökm Onun ayələrini inkar edənlər haqqında veriləcəkdir.

185

Sözümü uca Tanrının bu sözləri ilə bitirirəm: «Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, biz ona şeytanı urcah edərik və o, Şeytanın yaxın dostu olar»[118]. «Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə, güzəranı daralar.»[119]

Bundan əvvəl nazil olan elə budur!

Nə olaydı anlayaydınız ki, bu əsər, “B” və “H”[120] tərəfindən nazil olmuşdur.

Göyərçinin Sidrət-ül-Müntəhadan gələn nəğməsinə qulaq asanlar salamat olsun!

Sübhandır Ucalar Ucası Rəbbimiz!

Kitabın sonu

186

PART 1

________________________________________

[1] Yasin surəsi 30

[2] Mumin surəsi 5

[3] Hud surəsi 38

[4] Nuh surəsi 26

[5] Ənkəbut 1, 2

[6] Fatir surəsi 39

[7] Hud surəsi 61

[8] Hud surəsi 62

[9] Həzrəti İbrahim Xəlilullah

[10] Mumin surəsi 28

[11] Ali-İmran surəsi 87

[12] Ali-İmran surəsi 70

[13] Ali-İmrln surəsi 71

[14] Ali-İmran surəsi 99

[15] Qibti-Fironun tayfası

[16] Sibti-Musanın tayfası

[17] Ali-İmran surəsi 7

[18] İnsan və ya Dəhr surəsi 9

[19] Maidə surəsi 114

[20] İbrahim surəsi 24

[21] Həzrəti Bəhaullahın iqtibas etdiyi bu parçanı fars caya çevirib təfsir etmişdir

[22] Luka İncili XXİ, 33

[23] Günəş Peyğəmbər

[24] Sicc - Cəhənnəm

[25] Rəhman surəsi 5

[26] Urvatil-Visxa – «MöHkəm İp», Allahın Dini

[27] Mülk surəsi 2

[28] Dəhr surəsi 5

[29] Elm-əl-yəqin - inam

[30] Eyn-əl-yəqin - həqiqət gözüylə görmək

[31] həqq-əl yəqin - həqiqəti qəbul etmək və anlamaq

[32] Ənam surəsi 91

[33] Fussilət surəsi 30

[34] Məariç surəsi 40

[35] İnfitar surəsi 1

[36] İbrahim surəsi 49

[37] Məkkə

[38] Mədinə

[39] Bəqərə surəsi 144

[40] Bəqərə surəsi 144

[41] Bəqərə surəsi 115

[42] Bəqərə surəsi 143

[43] Müddəsisir surəsi 50-51

[44] Qəsas surəsi 20

[45] Cənnətdə bulaq

[46] Baqdad

[47] Şuəra surəsi 19-21

[48] Məryəm surəsi 23

[49] Məryəm surəsi 28

[50] Vifleyem

[51] Ali-İmran surəsi 39

[52] Şeyx Əhməd Əhsai

[53] Seyid Kazım Rəşti

[54] Rəhman surəsi 29

[55] Rəhman surəsi 29

[56] Zariyat 22

[57] Rəhman surəsi 56

[58] Bəqərə surəsi 87

[59] Furqan surəsi 25

[60] Furqan surəsi 7

[61] Bəqərə surəsi 210

[62] Duxan surəsi 10

[63] Ali-İmran surəsi 119

[64] Ən uca varlıqlar

[65] Tanrıya ən yaxın bir sıra mələklər

[66] Şiələrin 6-çı imamı

[67] Əski kimyagərlərə görə çox az tanınan maddə

[68] Furqan surəsi 7

[69] Şiələrə görə axır zamanda gələcək Mehdi

[70] Həzrət Məhəmməd

[71] Yəhudilərə zidd olan tayfa

[72] Nisa surəsi 46

[73] Bəqərə surəsi 75

[74] Bəqərə surəsi 79

[75] Nur surəsi 35

[76] Tövbə surəsi 32

[77] Muminun surəsi 88

[78] Ənkəbut surəsi 51

[79] Bəqərə surəsi 176 (2)

PART 2

________________________________________

[1] Ənam surəsi 103

[2] Ali-İmran surəsi 28

[3] Mətlə - Allah tərəfindən göndərilmişlər

[4] Fussilət surəsi 53

[5] Zariyat surəsi 21

[6] Həşr surəsi 19

[7] Bəqərə surəsi 253

[8] Ə’raf surəsi 146

[9] Ənam surəsi 122

[10] Façir-pis əməl sahibi

[11] Ərəf surəsi 179

[12] Cəbrayıl

[13] Hud surəsi 7

[14] Rəd surəsi 5

[15] Qaf surəsi 15

[16] Qaf surəsi 20, 21

[17] İsra surəsi 51

[18] Əraf surəsi 178

[19] Ənam surəsi 122

[20] Saffat surəsi 1 73

[21] Tövbə surəsi 32

[22] Tövbə surəsi 32

[23] Fatnr surəsi 15

[24] Pilats, Qiyafa-hz. İsanın zamanında yəhudilərin böyük üləma və qazilərindəndirlər

[25] Həzrəti Bab

[26] Ə’ nam surəsi 91

[27] Hiçr surəsi 72

[28] Maidə surəsi 64

[29] Fəth surəsi 10

[30] Ənkəbut surəsi 23

[31] Bəqərə surəsi 46

[32] Bəqərə surəsn 249

[33] Kəhf surəsi 110

[34] Rəd surəsi 2

[35] İsra surəsi 44

[36] Nəbə surəsi 29

[37] Hədid surəsi 3

[38] Hüzura yetişmək

[39] Bəqərə surəsi 210

[40] Qəsəs surəsi 5

[41] Rəd surəsi 39

[42] Ali-İmran surəsi 183

[43] Ali-İmran surəsi 183

[44] Bəqərə surəsi 89

[45] Bəqərə surəsi 285

[46] Həzrəti Məhəmməd

[47] Qəmər surəsi 50

[48] Zuxruf surəsi 22

[49] Bəqərə surəsi 19

[50] Yasin surəsi 20

[51] Həzrəti əli

[52] Bəqərə surəsi 85

[53] Əhzab surəsi 40

[54] Ənam surəsi 103

[55] Fatir surəsi 45

[56] Ənbiya surəsi 23

[57] Həzrəti Məhəmməd

[58] Rəhman surəsi 39

[59] Rəhman surəsi 41

[60] Yunus surəsi 25

[61] Əham surəsi 12 7

[62] Bəqərə surəsi 136

[63] Bəqərə surəsi 253

[64] Məryəm surəsi 30

[65] Ənfal surəsn 17

[66] Fəth surəsi 10

[67] Əhzab surəsi 40

[68] Bəqərə surəsi 189

[69] İsra surəsi 85

[70] Hacı Mirzə Kərim Xan

[71] Avamın İrşadı (Avamın idarə olunması)

[72] Cəhənnəmdə bitən acı meyvəli bir ağac

[73] Günahkar

[74] Duxan surəsi 43-44

[75] Duxan surəsi 49

[76] Ən’am surəsi 59

[77] Musa Tur dağına gedərkən gec ikəndə qızıldan inək bütü qayırmışdır.

[78] Ə’raf surəsi 58

[79] Nəhl surəsi 43

[80] Ənkəbut surəsi 69

[81] Ənkəbut surəsi 69

[82] Fərsəng- 6 km-dir. (ölçü vahidi)

[83] Həzrəti Babın dəvəti başladığı 1260- cı hicri ili.

[84] Bəqərə surəsi 1

[85] Bəqərə surəsi 23

[86] Casiyə surəsi 6

[87] Casiyə surəsi 6

[88] Casiyə surəsi 7-8

[89] Casiyə surəsi 9

[90] Şuəra surəsi 187

[91] Ənfal surəsi 32

[92] Casiyə surəsi 25

[93] Ənkəbut surəsi 23

[94] Saffat surəsi 36

[95] Mu’min surəsi 34

[96] Ali-İmran surəsi 7

[97] Casiyə surəsi 23

[98] Sad surəsi 67

[99] Səba surəsi 43

[100]Səba surəsi 43

[101] Maidə surəsi 59

[102] Ənam surəsi 7

[103] Bəqərə surəsi 148

[104] Hud surəsi 27

[105] İmam Hüseyn

[106] Şuəra surəsi 227

[107] Bəqərə surösi 94

[108] Səba surəsi 13

[109] Həşr surəsi

[110] Hud surəsi 112

[111] Təkfir - kafir saymaq

[112] Qəmər surəsi 6

[113] Həzrət Əlinin «Ziyarətnamə»s i

[114] Furqan surəsi 44

[115] Qədim şəhərdir ki, Tehran onun yaxınlığında tikilmişdir

[116] Ən böyük ağırlıq «Quran»

[117] Furqan surəsi 44

[118] Zuxruf surəsi 36

[119] Taha surəsi 124

[120] Bəha

Bəhaullah

Windows / Mac