Return   Facebook

The Universal House of Justice

Ridván 2012

To the Bahá’ís of the World

Dearly loved Friends,

Yüz il bundan əvvəl, Rizvan Bayramının on birinci günü günorta vaxtı həzrət Əbdül-Bəha, bir yerə toplanmış bir neçə yüz insan qarşısında fəhlə külüngünü qaldırdı və Çikaqonun şimalında, Qross Point ərazisində Məbədin tikiləcəyi torpağı qazdı. Təməlqoyma mərasimində iştirak edənlər müxtəlif köklərdən - əgər bir neçəsini sadalasaq, norveçli, hindli, fransız, yapon, iranlı, yerli amerikalı –idilər. Sanki hələ tikilməmiş Məbəd, mərasimin axşamı, hər bir bu cür bina barədə Ağanın ifadə etdiyi arzuların həyata keçməsi idi: “ki, insanlıq görüş üçün yer tapsın” və “onun açıq müqəddəslik mehrablarından bəşəriyyətin birliyinin elanı yayılsın”.

O mərasimdə Onu dinləyənlər və Onun Misirə və qərbə səyahəti zamanı Onu eşidənlər cəmiyyət, onun dəyərləri və əsas qayğıları haqqında Onun sözlərinin dərin mənaları barədə ancaq tutqun bir anlayışa malik olmalı idilər. Hətta bu gün, kimsə iddia edə bilərmi ki, Həzrət Bəhaullahın Vəhyinin meydana çıxarmalı olduğu gələcək cəmiyyət haqqında o, nə qədər uzaq və dumanlı olsa da, ancaq bir işartıdan başqa bir şey anlamışdır? Ooy heç kəs güman etməsin ki, istiqamətində ilahi təlimlərin bəşəriyyəti hərəkətə gətirdiyi sivilizasiya, hazırkı nəzmin sadəcə uyğunlaşdırılması ilə meydana çıxacaq. Qətiyyən. Qərbin Ana Məbədinin təməl daşını qoyduqdan bir neçə gün sonra həzrət Əbdül-Bəha bəyan etdi ki, “ruhani qüvvələrin üzə çıxmasının nəticələrindən biri bu olacaq ki, insan aləmi özünü yeni bir sosial formaya uyğunlaşdrıacaq, “Allahın ədaləti insanın bütün işlərində təzahür edəcək.” Həzrət Əbdül-Bəhanın, bu yüzillik bir dövrdə Bəhai icmasının təkrar-təkrar müraciət etdiyi bu sözləri və saysız-hesabsız digər bəyanları, bu günkü təşkilata malik cəmiyyətlə Onun Atasının dünyaya bəxş etdiyi heyrətamiz baxış arasında nə qədər məsafə olması barədə təsəvvürləri dərinləşdirir.

Hər bir ölkədə yaxşı niyyətli, cəmiyyətin şəraitinin yaxşılaşması üçün çalışan fərdlərin tərifəlayiq səylərinə baxmayaraq, əfsuslar, çoxlarına belə görünür ki, belə bir baxışın gerçəkləşməsinə mane olan əngəllər dəfedilməzdir. Onların ümidləri insanın təbiəti haqqında yanlış fərziyyələrə dəyib puça çıxır, o fərziyyələr ki, bu günkü yaşayışın struktur və ənənələrinə o qədər nüfuz etmişdir ki, artıq bərqərar olmuş fakt statusu əldə etmişdir. Belə görünür ki, bu fərziyyələr hər bir nurlanmış ruhun malik olduğu qeyri-adi ruhani potensial xəzinəsini nəzərə almır; bunun yerinə, onlar bəraət üçün insanlığın uğursuzluqlarına istinad edirlər və bunun nümunələri geniş yayılmış məyusluğu hər gün daha da dərinləşdirir. Beləliklə, saxta fərziyyələrin çoxqatlı pərdələri fundamental bir həqiqətin - dünyanın vəziyyəti insan ruhunun əsl təbiətini deyil, onun pozulmasını əks etdirir, - qarşısını belə tutur. Allahın hər bir Məzhərinin məqsədi bəşəriyyətin həm daxili həyatında, həm də xarici şəraitində transformasiya yaratmaqdır. Bu transformasiya isə, ilahi hökmlərlə birləşmiş, sayı getdikcə artan insanlar, kollektiv şəkildə sosial dəyişiklik prosesinə töhfə vermək üçün ruhani qabiliyyətlərini inkişaf etdirmək istədikcə, təbii olaraq baş verir. Bir əsr bundan əvvəl Ağanın qazdığı bərk torpağın sərtliyi kimi, bu zamanın üstünlük təşkil edən nəzəriyyələrinin ilk baxışda dəyişmək üçün çox sərt olması görünə bilər, lakin onlar heç şübhəsiz yox olub gedəcək, və “Allahın nemətlərinin bahar yağmuru” ilə “həqiqi anlayış çiçəkləri” təravət və gözəlliklə meydana çıxacaq.

Biz Allaha şükürlər edirik ki, Sözünün gücü ilə siz – Onun Ən Böyük Adının icması – həqiqi anlayışın çiçəklənə biləcəyi şəraitləri yaradırsınız. Hətta Əmr naminə həbsə məruz qalanlar təsvirəgəlməz fədakarlıq və dəyanətləri ilə, bilik və hikmət sünbülçiçəklərinin xeyirxah(şəfqətli) ürəklərdə çiçəklənməsinə səbəb olurlar. Planet üzrə şövqlü insanlar Beşillik Planın şərtlərinin sistemaitk tətbiqi ilə yeni dünya qurmaq işinə cəlb olunmaqdadırlar. Planın elementləri elə yaxşı mənimsənilmişdir ki, onlara burada şərh verməyə ehtiyac duymuruq. Kərəm Sahibi Pərvərdigarın Astanasında bizim etdiyimiz dualar ona yönəlib ki, Planın irəli getməsinə töhfə verməkdə sizin hər birinizə Mələy`i-Əlanın köməyi əta edilsin. Keçən ilə ərzində sizin fədakar səylərinizə şahid olmaqla möhkəmlənən atəşli arzumuz budur ki, siz təcrübə ilə əldə etdiyiniz bilikləri qətiyyətlə tətbiq etməyinizi intensivləşdirəsiniz. İndi geri çəkilmək vaxtı deyildir; yeni günün doğuşundan çoxlarının xəbəri yoxdur. İlahi müjdəni sizdən başqa kim çatdıra bilər? Həzrət Bəhaullah Əmrə işarə edərək təsdiq edir: Allaha and olsun, bu bəsirət və inqita, baxış və coşqunluq meydanıdır, o meydan ki, Mərhəmətlinin varlıq dünyasından bütün bağlılılqarı kəsmiş rəşadətli süvarisindən başqa heç kəs orada döyüş atını çapmaz.”

Fəaliyyətdə olan Bəhai dünyasını müşahidə etdikdə perspektiv, doğrudan, çox parlaq görünür. Hər şeydən əvvəl, başqalarını Yaradanla ünsiyyətə və bəşəriyyətə xidmət etməyə dəvət etmək istəyən fərdi inananların həyatında, Zamanın Ağasının hər bir insan üçün nəzərdə tutduğu ruhani transformasiyanın əlamətlərini tapmaq olar. İstənilən bəhai icmasının, onun istər gənc, istərsə də yaşlı üzvlərinin, həmçinin, dostlarının və əməkdaşlarının ümumi rifaha xidmət etmək qabiliyyətlərini yüksəltməyə həsr olunmuş fəaliyyətlərini canlandıran ruhda ilahi təlimlər üzərində qurulan bir cəmiyyətin necə inkişaf edəcəyinin əlamətlərini görmək olar. Və irəli getmiş klasterlərdə, harada ki, Planın çərçivəsində idarə olunan fəaliyyətlər çoxdur və fəaliyyət xətləri arasında uzlaşmanın təmin olunması təxirəsalınmazdır, inkişafda olan inzibati strukturlar, Əmrin institutlarının, insanın rifahı və tərəqqisini irəlilətmək üçün bütöv bir diapazonda məsuliyyətləri addımbaaddım necə üzərinə götürəcəyi barədə, nə qədər cüzi də olsa, işartılar verir. Ona görə də, aydınlıqla görünür ki, fərdin, icmanın və təsisatların inkişafı böyük vədlər verir. Lakin bundan da əlavə, biz xüsusi bir sevinclə müşahidə edirik ki, bu agentləri bir-birinə bağlayan münasibətlər belə zərif məhəbbət və qarşılıqlı dəstəklə xarakterizə olunur.

Bunun əksi olaraq, bütövlükdə dünyada isə müvafiq agentlərin - vətəndaş, ictimai institutlar və cəmiyyətin təsisatları - arasındakı münasibət bəşəriyyətin təbəddülatlı keçid dövrünü xarakterizə edən ixtilafı əks etdirir. Orqanik bir sistemin qarşılıqlı asılı hissələri kimi hərəkət etməkdən imtina edərək onlar hakimiyyət üstündə savaşa “qatılmışlar” ki, bunun da son nəticədə mənasızlığı üzə çıxır. Həzrət Əbdül-Bəhanın saysız Lövhlərində və söhbətlərində təsvir etdiyi cəmiyyət - harada ki, gündəlik qarşılıqlı fəaliyyətlər, çox dərəcədə isə dövlətlərin münasibətləri, bəşəriyyətin birliyi anlayışı ilə forma alır. Bu cür anlayışla dolmuş münaisbətlər bəhailər və onların dostları tərəfindən bütün dünyada kəndlərdə və qonşuluqlarda bəslənməkdədir; onlardan qarşılıqlılığın və əməkdaşlığın, razılıq və məhəbbətin gözəl rayihələri duyula bilər. Bu cür sadə şəraitlərdə cəmiyyətin məlum mübarizəsinə nəzərə çarpan alternativ meydana çıxmaqdadır. Beləliklə aydın olur ki, məsuliyyətli bir şəkildə özünüifadə axtaran fərd ümumi rifaha həsr olunmuş məşvərətlərdə düşüncəli formada iştirak edir və şəxsi fikrində inadkarlıq həvəsinə imkan vermir; səmərəli nəticəyə yönləndirilmiş koordinasiyalı hərəkət zəruriyyətini dərk edərək bəhai təsisatı, nəzarət etmək deyil, bəsləmək və təşviq etmək məqsədi güdür; öz inkişafının məsulyyətini öz üzərinə götürməli olan icma, təsisatların tərtib etdikləri planlarda bütün ürəyi ilə cəlb olunması ilə əldə olunan birlikdə, qiymətsiz bir dəyəri başa düşür. Həzrət Bəhaullahın Vəhyinin təsiri altında bu üç iştirakçı arasındakı münasibətlər yeni bir hərarət, yeni bir həyatla dolmaqdadır; birlikdə onlar bir matrisa təşkil edirlər ki, onun daxilində ilahi ilhamın möhürünü daşıyan ruhani dünya sivilizasiyası tədricən yetişir.

Vəhyin işığı insan səylərinin hər bir sferasını işıqlandırmaq təyinatına malikdir; hər bir sferada cəmiyyəti saxlayan münasibətlər yenidən qurulmalıdır; hər bir sferada dünya, insan varlıqlarının bir-birinə necə münasibət bəsələməsinin nümunəsini axtarır. Biz sizə, son vaxtlar o qədər insanın qarışdığı çaxnaşmanı yaratmaqdakı rolunu nəzərə almaqla, bəşəriyyətin iqtisadi həyatını nəzərdən keçirməyi təklif edirik, harada ki, ədalətsizliyə laqyedliklə dözümlülük göstərilir, əndazəsiz mənfəət müvəffəqiyyətin rəmzi kimi qəbul edilir. Bu cür ikrahdoğurucu münasibətlər elə dərin kök salıb ki, bu sahədə münaisbətləri idarə edən üstün standartları hər hansı bir fərdin təkbaşına dəyişə bilməsini təsəvvür etmək çətindir. Bununla belə, işlərində əyrilik və ya başqalarını iqtisadi cəhətdən istismar etmək kimi müəyyən hərəkətlər vardır ki, bəhai onlardan qaçmalıdır. İlahi nəsihətlərə sədaqətlə riayət etmək, insanın öz iqtisadi davranışı ilə bir bəhai kimi onun inancı arasında heç bir ziddiyyət olmamasını tələb edir. Əmrin insaf və ədalətliliyə aid olan prinsiplərini həyatına tətbiq etməklə tək bir fərd, dünyanın özünə meyar götürdüyü aşağı həddən çox-çox yüksək olan bir meyar tuta bilər. İnsanlıq can atmaq üçün bir həyat tərzi modeli ehtiyacından üzgündür; biz sizdən elə icmaların yetişdiirlməsini gözləyirik ki, onların fəaliyyət tərzi dünyaya ümid verəcək.

Biz Rizvan 2001-ci il Müraciətimizdə göstərmişdik ki, dəstələrlə daxilolma prosesinin kifayət qədər irəlilədiyi və milli icmaların vəziyətinin əlverişli olduğu ölkələrdə milli səviyyədə İbadət Evlərinin qurulmasını təsdiq edəcəyik və bunların yaradılması isə Əmrin Quruculuq Əsrinin Beşinci epoxasının xüsusiyyətlərindən biri olmalı idi. Son dərəcə sevinclə biz indi elan edirik ki, milli Məşrik`ul-Əzkarlar iki ölkədə tikiləcəkdir: Konqo Demokratik Respublikasında və Papua Yeni Qvineyada. Bu iki ölkədə bizim qoyduğumuz kriteriyalar tam ödənilir və onların xalqlarının cari Planlar silsiləsinin yaratdığı imkanlara cavabları çox əlamətdar olmuşdur. Hazırda Santyaqoda tikilməkdə olan son qitə Məşrik`ul-Əskarı ilə bərabər, milli İbadət Evlərinin tikintisinə başlanması Allahın Dininin cəmiyyətin `torpağına işləməsinin` daha bir məmnunedici sübutudur.

Daha bir addım da mümkündür. Həzrət Əbdül-Bəhanın “dünyanın ən vacib təsistlarından biri” kimi təsvir etdiyi Məşrik`ul-Əzkar bəhai həyatının iki mühüm, ayrılmaz cəhətlərini birləşdirir: ibadət və xidmət. Bu iki cəhətin vəhdəti Planın icma quruculuğu elementləri, xüsusilə də, dua görüşlərində öz ifadəsini tapan sitayiş ruhunun böyüməsi ilə insanlığa xidmət üçün qabiliyyət yaradan təlim-tərbiyə prosesi arasında olan uzlaşmada da əks olunur. Dünya üzrə, böyüklük və həyat gücü baxımından əhəmiyyətli dərəcədə irəli getmiş, sosial hərəkətdə (fəaliyyətdə) fəallığın nəzərə çarpdığı klasterlərdə sitayiş və xidmətin qarşılıqlı bağlılığı xüsusilə vurğulanır. Bu klasterlərdən bəziləri onlara bağlanmış regionlarda dostların yeniyetmə proqramlarını inkişaf etdirmək qabiliyyətlərini bəsləmək üçün öyrənmələrin yayılması saytı kimi seçilmişdir. Bu proqramı saxlamaq(irəli aparmaq) qabiliyyəti, bu yaxınlarda qeyd etdiyimiz kimi, həmçinin, dərnəklərin və uşaq dərslərinin də inkişafına təkan verir. Beləliklə, özünün ilkin məqsədindən əlavə olaraq öyrənmə saytı bütöv genişlənmə və möhkəmlənmə sxemini gücləndirir. Məhz bu cür klasterlərdə qarşıdan gələn illərdə, yerli Məşrik`ul-Əzkarların tikilməsini düşünmək olar. Bizim ürəklərimiz Camal`i-Qədimə minnətdarlıqla dolub-daşır və biz sevinclə sizə bildirik ki, aşağıdakı klasterlərin hər birində ilk yerli Məşrik`ul-Əzkarların ucaldılması ilə bağlı müvafiq Milli Ruhani Məhfillərlə məşvərətlərə başlayırıq: Batambanq, Kampuçiya; Bihari Şərif, Hindistan; Matunda Soy, Kenya; Norte del Kauka, Kolumbiya; Tanna, Vanuatu.

İki milli və beş yerli Məşrik`ul-Əzkarın tikintisini dəstəkləmək məqsədilə bütün bu cür layihələr üçün biz Bəhai Dünya Mərkəzində Məbədlər Fondu yaratmaq qərarına gəlmişik. Dostlar hər yerdə dəvət olunurlar ki, vəsaitlərinin imkan verdiyi qədərincə, bu fonda töhfələr versinlər.

Sevgili əməkdaşlar: Yüz il bundan əvvəl həzrət Əbdül-Bəha tərəfindən açılmış bünövrə yeri, daha yeddi ölkədə açılmalıdır və bu, o günün başlanğıcıdır ki, onda hər bir şəhərdə və kənddə, Həzrət Bəhaullahın əmrinə itaət etməklə, Rəbbə sitayiş üçün bir bina ucaldılacaqdır. Allahın Zikrinin bu Dan Yeri Nöqtələri Onun işığının şüaları ilə parlayacaq və Onun tərifinin himnlərini səsləndirəcəkdir.

 

Windows / Mac