Return   Facebook

The Universal House of Justice

Ridván 2019

To the Bahá’ís of the World

Dearly loved Friends,

Ən Böyük Bayram sona yaxınlaşarkən, şükranlıq və gözlənti hissləri bizi alır – Həzrət Bəhaullahın Öz ardıcıllarını nail olmağa qabil etdiyi ecazkar xarüqələr üçün şükranlıq və yaxın gələcəyin nələri gətirəcəyi barədə gözlənti.

Həzrət Bəhaullahın Mövludunun iki yüz illiyinin dünya miqyasında qeyd edilməsinin verdiyi təkan o vaxtdan bəri ancaq güc yığmışdır. Bəhai icmasının sürətli inkişafı, onun artan gücü (qabiliyyəti) və daha çox üzvlərinin enerjisini istifadə etmək bacarığı onun son qlobal nailiyyətlərinin yekunundan aydın görünür. Bunlardan, icma quruculuğu fəaliyyətlərindəki yüksəliş xüsusilə seçilir. Cari Beşillik Plan Bəhai dünyasının bu fəaliyyətləri cilalamaq və sayını dəfələrlə artırmaq üçün iyirmi illik səylərinin davamıdır – lakin ən əlamətdar budur ki, Planın birinci iki il yarımı ərzində ancaq əsas fəaliyyət növlərinin sayı yarıdan çox artmışdır. Dünya icması istənilən konkret bir vaxtda, bir milyondan çox insana ruhani gerçəklikləri araşdırmaq və müvafiq addım atmaqda kömək edərək onları bu fəaliyyətlərə cəlb etmək gücü göstərmişdir. Elə həmin o qısa müddətdə də, ümid və bərəkət Mənbəyindən insanlığın getdikcə uzaq düşməsinə çox ehtiyac olan bir cavab kimi dua görüşlərinin də sayı ikiqat artmışdır. Bu irəliləyişin xüsusi perspektivi var, çünki dua görüşləri icma həyatına yeni bir ruh gətirir. Bütün yaşlardan olan insanların təlim-tərbiyəsi ilə sıx bağlı olaraq, bunlar o səylərin uca məqsədini - Allaha ibadətləri və insanlığa xidmətləri ilə fərqlənən icmaların yetişdirilməsi məqsədini gücləndirir. Bu, Bəhai fəaliyyətlərində böyük sayların iştirakının dayanıqlılığının saxlandığı və dostların icmalarının inkişafında üçüncü mərhələni keçdikləri klasterlərdəki qədər heç harda bu qədər aşkar deyil. Biz bunu görməkdən çox məmnunuq ki, böyümə prosesinin bu səviyyəyə qədər irəlilədiyyi klasterlərin sayı Planın əvvəlindən bəri iki dəfədən çox artmış və indi beş yüzün ətrafındadır.

Bu qısa icmal baş verməkdə olan transformasiyanın miqyasını lazımınca əks etdirə bilməz. Planın qalan iki ili üçün perspektiv baxışı parlaqdır. Bizim ümid etdiyimiz kimi, bilik və resurs rezervuarı olmuş klasterlərdə güclü böyümə proqramlarından öyrənilən dərslərin geniş yayılması ilə bu son ildə çox şey əldə edilmişdir. Beynəlxalq Təbliğ Mərkəzi, Müşavirlər və onların yorulmaz köməkçiləri dünyanın hər yerində dostların öyrənmədəki bu sürətlənmədən faydalana bilmələri və əldə edilən bəsirətləri öz gerçəkliklərinə tətbiq etmələrini təmin etməkdə heç nəyin qarşısında dayanmamışlar. Bunu görməkdən sevinirik ki, sayı artan klasterlərdə və onlarda olan qonşuluq və kəndlərdə, hərəkət və düşünmə-təhlillə, konkret bir nöqtədə, ətraflarında böyümə prosesini irəlilətmək üçün nələrin tələb olunduğunu aşkara çıxarmaqda olan dostlar nüvəsi meydana çıxmışdır. Onlar qüdrətli bir alət olan, vasitəsilə icmanın ruhani və maddi rifahına töhfə vermək qabiliyyətinin yüksəldiyi institutdan istifadə edirlər və hərəkət etdikcə də, onlara qoşulanların sayı artır. Təbii olaraq, yerdən asılı olaraq şərtlərin xeyli dərəcədə fərqləndiyi kimi, böyümənin də xüsusiyyətləri fərqlidir. Lakin sistematik çalışmalarla, hər kəs əldəki işə daha və daha çox töhfə verə bilər. Hər bir şərait və formatda, başqa ruhları tez və ya tədricən ruhani həssasiyyətin oyanışına aparan vacib, mənalı və ruhlandırıcı söhbətlərə cəlb etməkdə təmiz bir nəşə var. İnananın ürəyində yanan alov nə qədər parlaq olarsa, onun istisini duyanların hiss etdikləri cazibə qüvvəsi o qədər böyük olar. Həzrət Bəhaullaha məhəbbətlə yanan bir ürək üçün bənzər və yaxın ruhları axtarıb tapmaq, xidmət yoluna daxil olarkən onları təşviq etmək, təcrübə qazanarkən onları müşayiət etmək – bəlkə də bütün sevinclərdən ən böyüyü – ruhların imanlarında möhkəmlənmələrini, müstəqil şəkildə ayağa qalxmalarını və eyni səyahətdə başqalarına yardım etmələrini görməkdən daha layiqli hansı bir məşğuliyyəti təsəvvür etmək olar! Bunlar bu müvəqqəti həyatın təqdim etdiyi ən əziz anlardandır.

Bu ruhani təşəbbüsü irəli aparmaq üçün perspektivlər Həzrət Babın Mövludunun iki yüz illiyinin yaxınlaşması ilə daha da həyəcanlı olur. Bundan öncəki iki yüz illik yubiley kimi, bu yubiley də sonsuz dərəcədə qiymətli bir andır. Bu bütün bəhailərə ətraflarındakı insanları Allahın Böyük Gününə, İlahi Varlığın iki Məzhərinin, dünyanın üfüqünü işıqlandıran ardıcıl Günəşlərin zühuru ilə əlamətdar olan səmavi fəzlin qeyri-adi yağışına oyatmaqda heyrətamiz fürsətlər verir. Qarşıdakı iki tsikl ərzində mümkün olanların ölçüsü iki il öncəki yubileyin təcrübəsindən hamıya məlumdur və o tədbirdə öyrənilən hər şey bu ilki Əkiz Müqəddəs Günləri üçün planlara daxil edilməlidir. İki Yüz illik Yubiley yaxınlaşarkən, biz sizin adınızdan Müqəddəs Məqamlarda tez-tez dualar edəcək, Həzrət Baba layiqli ehtiram göstərmək səylərinizin Onun öngördüyü Əmrin irəliləməsində uğurlu olması üçün dualar edəcəyik.

Quruculuq Dövrünün birinci əsrinin başa çatması iki il yarımlıq bir uzaqlıqdadır. Bu əsrin sonu Əmrin Qəhrəmanlıq Dövründə o cür fədakarlıqla qoyulmuş təməlin möhkəmləndirilməsi və genişləndirilməsi üçün mübarək səylərin yüz ilini bağlayacaqdır. O zaman Bəhai icması həmçinin, Həzrət Əbdül-Bəhanın süudunun yüzilliyini, sevgili Sərkər Ağanın cəlal səltənətində Atasına qovuşmaq üçün bu dünyanın hüdudlarını tərk etdiyi vaxtı qeyd edəcəkdir. Onun ertəsi gün baş tutan dəfni “bənzərini Fələstinin heç vaxt görmədiyi” bir hadisə idi. O gün Onun nəşi Həzrət Babın Mavzoleyindəki sərdabəyə qoyuldu. Lakin Şövqi Əfəndinin öngördüyü kimi, bu müvəqqəti bir tədbir olmalı idi. Zamanı gələndə Həzrət Əbdül-Bəhanın misilsz məqamına layiq bir Məqam tikilməli idi.

O zaman gəlmişdir. Bəhai dünyası o müqəddəs nəşi əbədi olaraq ağuşuna alacaq binanı tikməyə çağırılırlar. O, Rizvan Bağının həndəvərində, Camali-Mübarəkin qədəmləri ilə müqəddəs olmuş torpaqda tikilməlidir; Həzrət Əbdül-Bəhanın Məqamı, beləliklə, Əkka ilə Hayfadakı Müqəddəs Məqamların arasındakı qövsdə yerləşəcəkdir. Memarlıq həlli üzərində işlər gedir, qarşıdakı aylarda daha çox məlumat veriləcəkdir.

Qarşıdakı il və onun verdiyi vədlər üzərində düşünərkən indi bizi coşğun sevinc hissləri çulğalayır. Biz sizin hər birinizdən - sülh işi üçün hər bir ölkədə işləyərək Həzrət Bəhaullaha xidmət etməklə məşğul olan kəslərdən - uca missiyanızı yerinə yetirməyinizi gözləyirik.

 

Windows / Mac