The Universal House of Justice
Ridván 2006
To the Bahá’ís of the World
Dearly loved Friends,
2006-cı ilin Rizvanı təntənə və ümidli gözləmə ruhu ilə dolu bir vaxtdır. Dünyanın hər yerində Həzrət Bəhaullahın ardıcılları indi sona yetməkdə olan Beşillik Plan ərzində əldə etdikləri böyük nailiyyətləri ilə haqlı olaraq fəxr edə bilərlər. Gələcəyə isə onlar yalnız, qətiyyətləri təcrübə ilə möhkəmlənmiş dostlara bəxş edilmiş inamla baxa bilərlər. Bütün Bəhai dünyası qarşıdan gələn beşillik təşəbbüsün miqyası, onun tələb edəcəyi fədakarlığın dərinliyi və onun əldə edəcəyi nəticələr üzərində düşünərkən həyəcanlanır. Onun bəşəriyyət üçün məqsədinin açılmasının şahidi olmaq imtiyazına malik olduğunuz üçün Həzrət Bəhaullaha minnətdarlıqla üz tutduğunuz zaman bizim dualarımız da sizin dualarınıza qoşulur.
Müşavirlər Müqəddəs Torpaqda toplandıqları zaman onlara ünvanladığımız və həmin gün də bütün Milli Ruhani Məhfillərə göndərilmiş 27 dekabr 2006-cı il Müraciətimizdə biz, 2006-cı ildən 2011-ci ilədək olan Beşillik Planın xüsusiyyətlərini ümumi şəkildə təsvir etmişdik. Dostlara və onların təsisatlarına məsləhət olunurdu ki, bu müraciəti hərtərəfli öyrənsinlər və heç şübhəsiz, onun məzmunu ilə siz yaxşı tanışsınız. İndi biz sizlərin hər birinizi bütün səylərinizi qoymağa çağırırıq ki, gələn beş il ərzində dünya üzrə ən azı 1500 klasterdə intensiv böyümə proqramı başlamaq hədəfinə müvəffəqiyyətlə nail ola biləsiniz. Müşavirlər Bəhai Dünya Mərkəzindən ayrıldıqdan sonrakı aylarda Planın başlanması üçün təməlin ölkə ardınca ölkədə belə sürətlə və sistematik şəkildə qoyulması ona edilmiş çağırışı qəbul etməsində Bəhai icmasının şövqünı şahidlik edir. Planın müfəssəl tələbatlarını burada dəqiqləşdirməyə ehtiyac olmadığı halda, sizin fərdi və kollektiv səylərinizin həyata keçiriləcəyi qlobal şərait kontekstində sizin düşünməyiniz üçün bir neçə şərh verməyi lazım hesab edirik.
Yetmiş ildən də çox bundan əvvəl Şövqi Əfəndi özünün “Həzrət Bəhaullahın Dünya Nizamı” məktublarını yazdı və bu məktublarda o, dünyada işləyən qüvvələrin dərin analizini verdi. Yalnız ona məxsus bir bəlağətlə o, Həzrət Bəhaullahın Vəhyi ilə hərəkətə gətirilmiş biri dağıdıcı, digəri isə birləşdirici olan və hər ikisinin bəşəriyyyəti Onun düşündüyü Dünya Nizamına doğru aparan iki böyük prosesi təsvir etdi. Mühafiz bizi xəbərdar edirdi ki, qurulmaqda olan “sivilizasiyanın açılmasını xarakterizə edən ağrılı zəif sürət bizi aldatmasın,” və ya tənəzzül edən zəmanənin təsisatlarının düçar olduğu xroniki xəstəliklərin dağıdıcı təsirini saxlamağa qabil olan zaman-zaman qayıdan çiçəklənmənin müvəqqəti olaraq üzə çıxması bizi çaşdırmasın.” Son onilliklər ərzində baş verən hadisələrin istiqamətinə nəzər saldıqda, o zaman onun belə dəqiqliklə analiz etdiyi proseslərin sürət aldığını görməyə bilmərik.
Yalnız bəşəriyyəti udan mənəvi böhranın dərinləşməsinə baxmaq, dağıdıcı qüvvələrin cəmiyyətin əsaslarını parçalamasının müqyasını qiymətləndirməkdə kifayət edər. Mühafizin belə aydınlıqla ayırd etdiyi eqoizmin, şübhənin, qorxunun və yalanın əlamətləri müşahidəçinin sadəcə səthi bir baxışla asanlıqla müşahidə edə biləcəyi dərəcədə geniş yayılmamışdırmı? Haqqında onun danışdığı terrorizm təhlükəsi planetin hər bir guşəsində istər gənclərin, istərsə də yaşlıların fikrini məşğul edərək beynəlxalq səhnədə təhdidedici miqyas almaqla bütün ciddiyyəti ilə görünmürmü? Şöhrətpərəstlik, maddi sərvət və ləzzət üçün sönməz tamah və onların arxasınca təlaşla qaçmaq elə güc və təsir əldə etməyibmi ki, onlar xoşbəxtlik, sədaqətlilik və məhəbbət kimi insani dəyərlər üzərində dominant olsunlar? Ailə möhkəmliyinin zəifləməsi və nigaha məsuliyyətsiz münasibət elə səviyyəyə çatmayıbmı ki, cəmiyyətin bu təməl vahidinin özünün mövcudluğunu təhlükə altına alsın? Şövqi Əfəndinin öncədən xəbərdarlıq etdiyi “insanın təbiətinin təhrif olunması, insan davranışının deqradasiyası, ictimai təsisatların korrupsiyası və çürüklüyü,” “ən pis və ən iyrənc formada” acınacaqlı şəkildə özünü göstərir.
Mühafiz bəşəriyyətin mənəvi tənəzzülü üçün ən böyük məsuliyyəti əsas etibarilə bir sosial güc kimi dinin tənəzzülünün üzərinə qoyur. “Dinin çırağının işığı tutulsa,” o bizim diqqətimizi Həzrət Bəhaullahın sözlərinə çəkir, “bunun nəticəsi qarışıqlıq və çaşqınlıq olacaq və insaf, ədalət, sakitlik və əmin-amanlığın işığı daha parlamayacaq.” Onun məktublarının yazılmasından sonrakı onilliklər dinin mənəvi təsir göstərməkdə qabiliyyətinin davamlı zəifləməsinin, həm də dini təsisatların özlərinin nalayiq davranışı üzündən kütlələrin xəyanətinin şahidi oldu. Onu yenidən canlandırmaq cəhdləri ancaq fanatizmin yüksəlməsinə səbəb olub ki, o da nəzarətdən çıxsa, insanlar arasındakı sivilizasiyalı münasibətlərin təməlini sökə bilər. Son vaxtlarda Bəhailərin İranda təqibinin güclənməsi, parlaq yandığı yerlərdə imanın alovunu söndürmək istəyən qaranlıq qüvvələrinin qətiyyətliliyinin kifayətedici bir sübutudur. Əmrin son qələbəsinə əmin olduğumuz halda, biz Əmrin keçmişdə olan düşmənnlərindən daha güclü və məkrli düşmənlərlə mübarizə aparmalı olacağı barədə Mühafizin xəbərdarlığını unutmağa cürət edə bilmərik.
Mühafizin Dünya Nizamı məktublarında belə ustalıqla yanaşdığı digər bir mövzu, dövlət idarəçiliyinin qabiliyyətsizliyi mövzusunu geniş şərh etməyə ehtiyac yoxdur. Varlı və yoxsullar arasındakı uçurumun genişlənməsi, millətlər arasındakı əsrlərlə davam edən düşmənliklərin davamlılığı, köçkünlərin artan sayı, mütəşəkkil cinayətkarlıq və zorakılığın qeyri-adi yüksəlişi, hər yerə nüfuz edən təhlükəsizlik hissi, bir sıra regionlarda adi sosial xidmətlərin yetərsizliyi, təbii sərvətlərin fikirləşmədn istismar edilməsi – bütün bunlar bəşəriyyətin xəstəliklərini yüngülləşdirmək üçün davamlı mexanizmlər yaratmaqda dünya liderlərinin qabiliyyətsizliklərinin ancaq bir neçə əlamətidir. Demək olmaz ki, səmimi səylər qoyulmamışdır, əslində isə, onilliklər keçdikcə bu səylər çoxalmışdır. Amma bu səylər, onlar nə qədər məharətli olsa da, “bu günkü cəmiyyətin tarazlığını belə kobudluqla pozmuş şərin kökünü” kəsməyə müvəffəq ola bilmir. “Hətta dünyanın iqtisadi və siyasi cəhətdən birləşməsi üçün,” Mühafiz təsdiq edirdi, “tələb olunan mexanizmin tərtib olunması aktının özü belə özlüyündə mütəşəkkil xalqların və millətlərin həyat gücünü davamlı olaraq yeyən zəhərə qarşı antidot verə bilməz.” “Bu əsrdə bəşərin birləşməsi üçün öz mahiyyətində Allahın müəyyən etdiyi mexanizmi əks etdirən və bütün şərtləri ilə onun qüsursuz effektivliyində sarsılmaz inamla birləşən, Həzrət Bəhaullahın elan etdiyi İlahi Proqramın tam qəbul edilməsindən başqa nə,” o inamla təsdiq edirdi, “əgər qarşısı alınmasa, ümidsizliyə düşən bir cəmiyyətin həyat gücünü yeyəcək daxili parçalanma güclərinin qarşısında son nəticədə dura bilər.”
Dünyada baş verən dezinteqrasiya prosesinin Şövqi Əfəndi tərəfindən verilən təsviri, doğrudan da, nüfuzedicidir. İnteqrasiya prosesi ilə bağlı olan gücləri onun hansı dəqiqiliklə analiz etməsi də eyni dərəcədə heyrətləndiricidir. O, mütəşəkkilliyi pozulmuş cəmiyyətin qarışıqlıqlarından sövq-təbiiliyi ilə baş qaldıran dünya həmrəyliyi ruhunun tədricən yayılmasından bəşərin birliyi prinsipi barədə Həzrət Bəhaullahın verdiyi konsepsiyanın dolayısı təzahürü kimi danışırdı. Onilliklər ərzində bu həmrəylik ruhu yayılmaqda davam etmişdir və bu gün də bunun təsiri bir sıra inkişaf göstəricilərində, dərin kök salmış irqi təəssübkeşlikdən imtinadan tutmuş dünya vətəndaşlığı şüurunun doğmasına, ətraf mühit barədə yüksəlmiş məsuliyyətdən başlayaraq ictimai sağlamlığı irəlilətmək səylərinə qədər, insan haqları barədə narahatlıqdan başlayaraq universal təhsilin sistematik izlənməsinə qədər, dinlərarası fəaliyyətlərin qurulmasından başlayaraq hər hansı bir sosial fəaliyyət formasına cəlb olunmuş yüz minlərlə yerli, milli və beynəlxalq təşkilatların çiçəklənməsinə qədər olan təkamül dəyişiklikliklərində aşkar görünür.
Bununla belə, Həzrət Bəhaullahın ardıcılları üçün inteqrasiya prosesinin inkişafında ən əhəmiyyətli olanları birbaşa Əmrlə əlaqəli olanlardır ki, bunların da çoxunu Mühafizin özü yetişdirmiş və onlar o sadə başlanğıcdan indi xeyli irəli getmişdir. Özünün ilk təbliğ planlarını təqdim etdiyi o kiçik möminlər nüvəciyindən bu icma, Əmrin prinsip və çağırışlarını təcəssüm etdirən yaxşı qurulmuş fəaliyyət modelləri izləyən, minlərlə yerlərdə təmsil olunan dünya miqyaslı bir icmaya çevrilmişdir. Özünün xidmət dövrünün ilk illərində onun belə ciddi-cəhdlə əsasını qoyduğu İnzibati Nəzmin təməli üzərində geniş, bir-birilə sıx əlaqəli Milli və Yerli Ruhani Məhfillər şəbəkəsi yüksəlmişdir ki, bunlar da yüz səksəndən çox ölkədə Əmrin işlərini səylə idarə edirlər. Onun, Əmrin Mühafizəsi və Təbliği üçün yaratdığı Köməkçi Heyət üzvlərinin ilk kontingentindən sahədə xidmət edən təxminən min nəfər rəşadətli xidmətçilər legionu meydana çıxmışdır ki, onlar da Beynəlxalq Təbliğ Mərkəzi tərəfindən məharətlə yönəldilən səksən bir nəfər Müşafirin rəhbərliyi altında xidmət edirlər. Dünya Ruhani Mərkəzi hüdudlarında Əmrin Dünya İnzibati Mərkəzinin inkişafı prosesi - hansı ki, bu prosesə Mühafiz bu qədər enerji sərf etmişdi - Ümumdünya Ədalət Evinin Karmel dağındakı Rezidensiyasına köçməsi və bunun ardınca Beynəlxalq Təbliş Mərkəzinin Binasının və Müqəddəs Mətnlərin Öyrənilməsi Mərkəzinin tikilib başa çatması ilə mühüm bir mərhələdən keçmiş oldu. Şövqi Əfəndi tərəfindən əlli il bundan öncə təyin olunmuş Əmin, Əmrin Əli Dr. Əli Məhəmməd Vərqanın rəhbərliyi altında Hüququllah İnstitutu davamlı inkişaf etmiş və bu tərəqqi Hüququllah üzrə beynəlxalq Heyətin, bütün bəşərə qiymətsiz xeyir-duanın mənbəyi olan bu qüdrətli Qanunun getdikcə daha geniş şəkildə tətbiq edilməsi məqsədi ilə 2005-ci ildə təyin olunması ilə nəticələnmişdir. Beynəlxalq dairələrdə Əmrin nüfuzunu yüksəltmək üçün Mühafizin səyləri, həm Əmrin maraqlarını müdafiə etmək, həm də onun universal ideyalarını bəyan etməyə qabil olan geniş xarici əlaqələr sisteminə çevrilmişdir. Nümayəndələri danışan zamanlar Beynəlxalq forumda Əmrə göstərilən ehtiram ən diqqətəlayiq nailiyyətdir. Bütün insan nəslinin müxtəlifliyini əks etdirən icmanın üzvlərinin Həzrət Bəhaullahın Əhdinə göstərdikləri sədaqət və vəfa elə bir güc xəzinəsidir ki, bənzərinə heç bir mütəşəkkil qrup iddia edə bilməz.
Mühafiz öncədən görürdü ki, Quruculuq Əsrinin sonrakı ardıcıl dövrlərində Ümumdünya Ədalət Evi Milli Ruhani Məhfillərin “birliyinin rəmzi olan, fəaliyyətləri birləşdirən və əlaqələndirən” dünya miqyaslı silsilə təşəbbüslər başladacaqdır. İndi üç ardıcıl epoxa ərzində, Bəhai icması, Ədalət Evinin başlatdığı qlobal Planların çərçivəsində səylə çalışmış və fərdin ruhani inkişafını irəlilədən və üzvlərinin kollektiv enerjisini cəmiyyətin ruhani cəhətdən canlanmasına yönəldən bir Bəhai həyat tərzinin yaradılmasına müvəffəq olmuşlar. O indi müraciəti geniş sayda həssas ruhlara çatdırmaq, onları dərinləşdirmək və qəbul etdikləri İnamın əsas prinsipləri barədə anlayışlarını dərinləşdirmək bacarığı əldə etmişlər. Bəhai İcması Bu Əmrin Banisinin elan etdiyi məşvərət prinsipinin kollektiv qərarçıxarmanın təsirli vasitəsinə çevirməyi və öz üzvlərini onun faydası barədə maarifləndirməyi öyrənmişdir. O, özünün gənc üzvlərinin ruhani və mənəvi tərbiyəsi üçün proqramlar tərtib etmiş və bunları nəinki ancaq öz uşaq və yeniyetmələrinə, habelə bu nəslin daha geniş icmasına təqdim etmişdir. Ixtiyarında olan çoxlu istedad toplusu ilə o iyirmiyə yaxın dildə olmaqla həm öz ehtiyaclarını, həm də ümumi ictimaiyyətin maraqlarını qarşılayan zəngin ədəbiyyat fondu yaratmışdır. Bu icma xeyli sosial-iqtisadi layihələri öz üzərinə götürərək cəmiyyətin işlərinə getdikcə daha çox cəlb olunmuşdur. Xüsusilə 2001-ci ildə beşinci epoxanın başlamasından bəri, icmanın sıravi sıralarını əhatə edən təlim proqramları vasitəsilə öz insan resurslarının çoxaldılmasında əhəmiyyətli addımlar atmışdır və dayanıqlı böyümə modeli qurulması üçün metod və vasitələr tapmışdır.
Məhz burada təsvir olunan qüvvələrin qarşılıqlı təsiri kontekstində dəstələrlə daxilolma prosesinin imperativ irəlilədilməsinə baxılmalıdır. İndi başlayan Beşillik Plan tələb edir ki, siz öz enerjinizi bu proses üzərində toplayasınız və onun mərkəzində duran qarşılıqlı tamamlayıcı hərəkatların sürətlənməsini təmin edəsiniz. Bu, sizin ən əsas vəzifəniz olmalıdır. Sizin səyləriniz bəhrə verdikcə və böyümənin dinamikası yeni mürəkkəblik səviyyəsinə çatdıqca, gələcək illərdə xarici əlaqələr, sosial-iqtisadi inkişaf, inzibatçılıq və Bəha qanunlarının tətbiq edilməsi kimi sahələrdə Bəhai Dünya Mərkəzinin özünün qarşılamalı olacağı çağırışlar və eyni zamanda yeni imkanlar meydana çıxacaqdır. İcmanın böyüməsi artıq zəruri etmişdir ki, 2007-ci ilin oktyabrından etibarən hər qrupda olan ziyarətçilərin sayını dörd yüzə çatdırmaq üçün tədbirlər görülsün. Daha bir sıra layihələr də vardır ki, başa çatdırılmalıdır. Bunların arasında Həzrət Bəhaullahın Məqamının ətrafındakı, həmçinin Rizvan Bağı və Məzrədəki bağların daha da genişləndirilməsi və abadlaşdırılması vardır; Beynəlxalq Arxiv Binasının bərpası; Həzrət Babın Məqamının struktur təmiri, hansı ki, işin tam ölçüsü hələ məlum deyil; Mühafizin müəyyən etdiyi kimi, son qitə Məbədi olan Çili Məbədinin tikintisi. Bu səylər irəlilədikcə, biz vaxtaşırı həm maliyyə dəstəyi, həm də xüsusi qabiliyyətlər nöqteyi-nəzərindən kömək üçün müraciət edəcəyik və diqqətdə məhz bu olacaq ki, Əmrin resursları, daha çox dərəcədə Planın tələblərinin yerinə yetirilməsinə yönəldilməlidir.
Əziz dostlar! Dezinteqrasiya qüvvələrinin miqyas və güc baxımından artması danıla bilməz. Bu da eyni dərəcədə aydındır ki, İlahi İnayətin Əi İsmi-Əzəmin icmasını qələbədən qələbəyə aparır və bu, indi say baxımından böyüməli və resurslarını artırmalıdır. Beşilik Planın kursu dəqiq müəyyən olunmuşdur. Bəşərin taleyindən xəbəri olan və tarixin hadisələrin hansı istiqamətdə getdiyini başa düşən bizlər bütün gücümüzlə necə ayağa qalxmaya bilərik və özümüzü planın məqsədinə həsr etmərik? Mühafizin “meydan hazırdır” sözləri, oların birinci Yeddiİllik Plan zamanı yazıldığı vaxtda olduğu kimi, bu gün də aktuallığını saxlamırmı? Qoy onun bu sözləri sizin qulaqlarınızda əks-səda versin: “İtirməyə vaxt yoxdur.” “Tərəddüdə yer yoxdur.” “Belə fürsət bir də ələ düşməz.” “Cəhd etmək, inadla davam etmək son və qəti qələbəni təmin etmək deməkdir.” Sizin düzgün istiqamətidə getməniz və hifziniz üçün Müqəddəs Astanada davamlı dualarımza əmin olun.
- The Universal House of Justice