The Universal House of Justice
Ridván 2008
To the Bahá’ís of the World
Dearly loved Friends,
Bütün bəşər ailəsinin müxtəlifliyini əhatə edən minlərlə insan ciddi, eyni zamanda da ruhlandırıcı bir mühitdə Yaradıcı Sözü sistematik öyrənmə prosesinə cəlb olunmuşdur. Aldıqları anlayışları fəaliyyət, analiz və məşvərət prosesi vaistəsilə həyata keçirməyə çalışdıqca, onlar özlərinin Əmrə xidmət bacarıqlarının yeni səviyyəyə qalxdığının şahidi olurlar. Hər bir insan qəlbinin öz Yaradanı ilə ünsiyyət etmək kimi atəşli arzusuna cavab olaraq dua oxumaqla başqaları ilə birləşərək, ruhani həssaslığı oyandıraraq və özünün ruhani xüsusiyyəti ilə fərqlənən bir həyat modeli formalaşdırmaqla, müxtəlif şəraitlərdə kollektiv sitayiş fəaliyyətləri həyata keçirirlər. Onlar bir-birinin evinə baş çəkərkən və ailələri, dostları və tanışlari ziyarət edərkən, ruhani mahiyyətli mövzularda məqsədyönlü müzakirələr aparır, Əmr haqqında biliklərini dərinləşdirir, Həzrət Bəhaullahın Müjdəsini bölüşür, sayı getdikcə artan insanları əzəmətli bir ruhani təşəbbüsə qoşulmağa dəvət edirlər. Dünya uşaqlarının arzularından və ruhani tərbiyəyə ehtiyacından xəbərdar olmaqla, gənc insanların cəzb olunduqları və Əmrin cəmiyyətdə köklərini möhkəmlədən mərkəzə çevrilən məşğələlərdə daha çox sayda insanları cəlb etmək üçün geniş miqyasda cəhd göstərirlər. Onlar həyatlarının həlledici mərhələsində düzgün istiqamət tutmaqda və öz enerjilərini sivilizasiyanın irəlilədilməsinə yönəltmələrində yeniyetmələrə kömək edirlər. Və böyük sayda insan resurslarından faydalanmaqla, onların getdikcə artan əksəriyyəti bəşəriyyətin həm ruhani, həm də maddi cəhətdən ehtiyaclarını ödəyəcək hər zaman qalxmaqda olan səylər dalğası vasitəsilə öz imanlarını ifadə etməyə qadirdirlər. Bu Rizvanda dünya miqyaslı Bəhai icmasının tərəqqisini müşahidə etdikcə gözlərimiz qarşısında açılan mənzərə belədir.
Bir sıra əlamətdar hadisələr zamanı biz qeyd etmişdik ki, 2021-ci ildə Bəhai dünyasını Əmrin Quruculuq Dövrünün yüzilliyinin qeyd edilməsinə aparacaq ardıcıl qlobal Planların yerinə yetirilməsinə fərdi inananın, təsisatların və icmanın fəaliyyətlərində və inkişafında əhəmiyyətli tərəqqi ilə nail olunacaq. Davamlı və fokuslanmış səylər əsrinin dörddə biri olacaq bu yolun yarısında, inkişaf etmiş bacarıqların əlamətləri açıq-aşkar hər yerdə görünür. Burada xüsusi əhəmiyyət kəsb edən məsələ Planın üç iştirakçısı arasındakı qarşılıqlı fəaliyyətdən (əməkdaşlıqdan) doğan dinamizmin artan təsiridir. Milli səviyyədən tutmuş yerli səviyyəyə qədər təsisatlar hər zamankından daha aydın bir şəkildə görürlər ki, ümümi hədəfə çatmaqda sayı getdikcə artan inananların ruhani enerjilərinin öz ifadəsini tapmasına kömək edən şəraiti necə yaratmaq olar. İcma, tərəqqiyə nail olmaq üçün getdikcə daha da çox institut vasitəsilə əlaqələndirilən fərdi səylərin kollektiv fəaliyyəti tamamladığı bir mühit kimi xidmət edir. Onun yaratdığı rezonans və fəaliyyətlərini canlandıran məqsəd birliyi bütün sosial təbəqələrdən olan və öz vaxtlarını və enerjilərini bəşərin rifahina həsr etməyə can atan insanları getdikcə genişlənən sıralarına cəlb edir. İcmanın qapılaırının istənilən həssas ruha onun buraya daxil olması və Həzrət Bəhaullahın Vəhyindən qida alması üçün geniş şəkildə açıq olması aydındır. Bu keçən il ərzində Planın üç iştirakçısı arasındakı qarşılıqlı fəaliyyətin səmərəliliyi üçün təbliğin tempinin kəskin şəkildə artmasından daha böyük bir sübut yoxdur. Dəstələrlə daxil olma prosesində doğrudan da, əhəmiyytəli irəliləyiş baş vermişdir.
Yüksəlmiş bu qarşılıqlı fəaliyyət çərçivəsində fərdi təşəbbüs getdikcə daha çox səmərəli our. Əvvəlki müraciətlərimizdə biz institut prosesinin fərdi inananın təşəbbüsünün gerçəkləşməsinə göstərdiyi təsir barədə danışmışdıq. Dostlar hər bir qitədə təlimləri Əmrin böyüməsi üçün tətbiq etməyi öyrənmək kimi aydın bir məqsəd üçün Yazıları öyrənməyə cəlb olunmuşlar. Əhəmiyyətli sayda insanlar indi öz icmalarının ruhani canlanması məsuliyyətini çiyinlərinə götürməkdədirlər; böyümə üçün sağlam modelə yarayan xidmət aktlarını yerinə yetirirlər. Təvazökar öyrənmə mövqeyində duraraq, Əmrə xidmət meydanında səbat göstərdikcə, onlar cəsarət və hikmətliliyi, cəhd və fərasətliliyi, coşqu və ayıqlığı, qətiyyət və Allaha ümid etmək kimi keyfiyyətləri bir-birini gücləndirmək üçün birləşdirmişlər. Həzrət Bəhaullahın Müjdəsini təqdim edərkən, onun ehkamlarını açıqlayarkən Şövqi Əfəndinin bu sözlərini çox ciddi və səmimiyyətlə qəbul etmişlər ki, onlar nə “tərəddüd etməli”, nə də “qətiyyətsiz olmalıdırlar”, müdafiə etdikləri həqiqəti nə “ çox şişirtməli”, nə də “kiçiltməlidirlər”. Onlar nə “fanatikdirlər”, nə də “son dərəcəcə liberal.” Təbliğdə rəşadətlilikləri ilə onlar öz dinləyicilərinin həssaslılıqlarının “ehtiyatlı”lıq, yoxsa “cürət” tələb etməsini, istifadə etdikləri metodlarda “dərhal hərəkətə keçmək” lazım olduğunu, yoxsa “zamanı gözləmələrini”, “birbaşa”, yoxsa “dolayısı” yol seçmələrini müəyyən etmək qabiliyyətlərini inkişaf etdirmişlər.
Təşviqedici bir cəhət kimi gördüyümüz bir şey də budur ki, bu təşəbbüs necə də intizamlıdır. İcmalar hər yerdə sistematikləşdirmədən öyrəndikləri dərsləri tədricən mənimsəyərək tətbiq edir və hazırkı Planlar silsiləsinin müəyyən etdiyi çərçivə dostların səylərinə davamlılıq və çeviklik verir. Bu çərçivə, onları heç də məhdudlaşdırmayaraq, onları fürsətləri yaxalamğa, münasibətlər qurmağa və sistematik böyümə baxışını gerçəkləşdirməyə qabil edir. Bir sözlə, bu onların kollektiv gücünü müəyyən bir formaya salır.
Bütün dünya boyunca nələrə nail olunduğuna nəzər saldqıda, ən ağır şərtlər altında olan və cəsarətlə öz ölkələrinə xidmətə qalxmış və güclərini bu məqsədin gerçəkləşməsinə yönəldən İran bəhailərinə görə ürəyimiz heyranlıq hissi ilə dolur, baxmayaraq ki, onlara verilmiş meydan çox məhduddur. Və hətta Əmrin inzibati təsisatlarına məhdudiyyətlər qoyulsa da, onlar fərdi olaraq həmvətənlərini Həzrət Bəhaullahın təlimləri ilə tanış edir, onları birbaşa Onun xilasedici müjdəsi üzərində söhbətlərə cəlb edirlər. Bu cür fəaliyyətə başladıqdan sonra onlar nəinki ziyalı insanlar tərəfindən heç vaxt görülməmiş dəstək almışlar, həm də onların təsəvvürlərini belə aşan dərəcədə həssaslıqla qarşılaşmışlar.
Həzrət Bəhaullahın bu gün cəmiyyətdə işləyən inteqrasiya və dezinteqrasiya qüvvələrinin fərqində olan hər bir ardıcılı, planetin hər bir yerində Əmrə qarşı həssaslığın yüksəlişi ilə dünya sistemlərinin yıxılması arasındakı asılılığı görür. Bu yəqindir ki, bəşərin iztirabları dərinləşdikcə bu cür həssaslıq yüksələcəkdir. Burada heç bir anlaşılmazlıq olmamalıdır: qalxan həssaslığa cavab vermək üçün hərəkətə gətirilmiş qabiliyyət yaratma prosesi hələ özünün erkən mərhələsindədir. Hərc-mərclikdə olan dünyanın çoxsaylı tələbləri qarşıdakı illərdə bu qabiliyyəti onun ən son həddinə qədər sınağa çəkəcəkdir. Bəşəriyyət, istər dini təəssübkeşlik, istərsə də tüğyan edən materializmin son həddinin doğurduğu zülm qüvvələri tərəfindən əzilməkdədir. Bəhailər bu bəlanın səbəblərini gorə bilirlər. “Bundan da ağır zülm nə ola bilər ki”, deyə Həzrət Bəhaullah soruşur, “bir insan həqiqəti axtarsın və Allahı tanımaq istəsin, amma bilməsin ki, haraya üz tutsun və kimdən soruşsun.” Daha itirməyə vaxt yoxdur. Fəaliyyətdə və Planın üç iştirakçısının inkişafında davamlı tərəqqiyə nail olunmalıdır.
Həzrət Əbdül-Bəha “müvəffəqiyyət və rifah” üçün “bəşərin xoşbəxtlik zirvəsi”ndən eşidilən “iki çağırışı” tərif edirdi. Bunlardan biri “sivilizasiya”nın, “maddi dünyanın tərəqqisinin” çağırışıdır. Bu “qanunlardan”, “qaydalardan”, “sənət və elmlərdən” ibarətdir ki, bəşəriyyyət onun vasitəsilə inkişaf edir. Digər çağırış isə “Allahın qəlbləri titrədən” çağırışıdır ki, bəşərin əbədi səadəti ondan asılıdır. “Bu ikinci çağırış”, həzrət Əbdül-Bəha izah edirdi, “Rəbbin göstəriş və nəsihətlərinə, parlaq işıq kimi bəşəriyyətin həqiqətlər lampasını aydınladan və işıqlandıran əxlaq səmasına məxsus olan öyüdlərə və təmənnasızlıq hisslərinə söykənir. Onun nüfuzedici qüdrəti Allahın Sözüdür.” Klastrlarınızda çalışmaqda davam etdikcə, siz getdikcə ətrafınızda olan cəmiyyətin həyatına daxil olacaq, insan fəaliyyətinin böyüyən diapazonunu əhatə etmək üçün cəlb olunduğunuz sistematik öyrənmə prosesini genişləndirmək kimi çətin vəzifə ilə üzləşəcəksiniz. Qəbul etdiyiniz yanaşmalarda, tətbiq etdiyiniz metodlarda, istifadə etdiyiniz alətlərdə siz hazırda gedən böyümə modelini xarakterizə edən uzlaşma dərəcəsini əldə etməli olacaqsınız.
Hər bir sonrakı klasterdə dayanıqlı böyümə, dünyanın insanlarına sizin xidmətinizi fərqləndirən keyfiyyətlərdən asılı olacaqdır. Sizin fikir və əməlləriniz hər hansı təəssüb izindən - bu irqi, dini, iqtisadi, milli, nəsil(tayfa), sinif və ya mədəniyyət təəssübkeşliyi olsun - elə azad olmalıdır ki, hətta yad belə sizin simanızda mehriban dost görsün. Sizin kamillik meyarınız elə yüksək, həyatınız elə təmiz və ismətli olmalıdır ki, sizin götərdiyiniz mənəvi təsir geniş ictimayyətin şüuruna nüfuz etsin. Siz təkcə Əmrin yazılarının hər bir insanı çağırdığı davranış dürüstlüyü nümayiş etdirsəniz, cəmiyyətin əsaslarını yeyən pozğunluğun, bu istər açıq, istərsə də nəzərə çarpmayan şəkildə olsun, minlərlə formasına qarşı mübarizə aparmağa qabil olacaqsınız. Siz təkcə hər bir insan varlığında şərəf və nəciblik görə bilsəniz – və bu zəngin və kasıb olmaqdan asılı deyil – siz ədalət işini müdafiə etməyə qadir olacaqsınız. Və sizin təsisatlarınızın inzibati prosesləri Bəhai məşvərəti prinsipləri ilə idarə etmək dərəcəsinə uyğun olaraq bəşərin böyük kütlələri Bəhai icmasında pənah tapa biləcəklər.
Siz irəli getdikcə, əmin olun ki, Səma Qoşunları öz qüvvələrini yürüşə yönəldir və sizin köməyinizə gəlməyə hazırdır. Bizim davamlı dualarımız sizləri saracaqdır.
- The Universal House of Justice