Return   Facebook

The Universal House of Justice

Ridván 2011

To the Bahá’ís of the World

Dearly loved Friends,

Bu cəlallı bayram ərəfəsində bizim gözlərimiz Həzrət Babın Uca Məqamının üzərindəki örtüyü götürülmüş qızılı günbəzinin parıltısından işıqlanır. Şövqi Əfəndinin bu Məqam üçün nəzərdə tutduğu ilahi parlaqlığa qədər bərpa olunmuş bu uca bina torpağa, dənizə və səmaya işıq saçır, gecə və gündüz köksündə mübarək cənazəsi qorunan Kəsin əzəmət və müqəddəsliyinə şəhadət verir.

Bu sevinc anları İlahi Planın açılışındakı uğurlu bir səhifənin bağlanması ilə üst-üstə düşür. Həzrət Əbdül-Bəhanın Əhd və Vəsiyyətininin qoruyucu kölgəsi altında keçən Quruculuq Əsrinin - birinci yüz ilin ancaq on ili qalır. Hazırda sona yetməkdə olan Beşillik Plandan sonra daha bir Beşillik Plan gəlir ki, onun da xüsusiyyətləri artıq bütün Bəhai düyasında intensiv öyrənmə obyekti olmuşdur. Doğrudan da, Qitə Müşavirləri Heyətlərinin Konfansına və on iki ay öncəki Rizvan Müraciətinə cavab bizi bundan da çox məmnun edə bilməzdi. Bu müraciətlərin məzmunu ilə fraqmentar tanış olmaqla kifayətlənməyərək, dostlar təkbaşına və ya qrup şəklində formal görüşlərdə və spontan keçirilən toplantılarda bu müraciətlərə dönə-dönə qayıdırlar. Onların anlayışları klasterlərində yetişdirilməkdə olan böyümə proqramlarında fəal və anlayışlı iştirakı ilə zənginləşir. Beləliklə, bütün dünya üzrə Bəhai İcması bir neçə ay ərzində onun irəli getməsinə təkan verməklə qarşıdan gələn onilliyə inamla başlaması üçün ona lazım olan çeyləri şüurlu bir şəkildə mənimsəmişdir.

Eyni vaxt ərzində, müxtəlif qitələrdə siyasi qarışıqlılıqlar və iqtisadi sarsıntıların üst-üstə gələn halları hökumətləri və xalqları silkələmişdir. Bu ölkələrdə cəmiyyətlər inqilab hüdudlarına, bir çox hallarda isə bu sərhədi aşma həddinə gətirilmişlər. Liderlər başa düşürlər ki, nə ordu, nə də var-dövlət təhlükəsizliyə təminat vermir. Harada ki, insanların arzuları yerinə yetirilməmiş qalır, orada hiddət dalğaları daha da qalxır. Həzrət Bəhaullahın Yer üzü hakimlərinə necə çoxmənalı bir nəsihət verməsini xatırlayırıq: “Sizin insanlarınız sizin sərvətinizdir. Məbada idarəçiliyinizdə Allahın hökmlərini pozasınız və himayəçilik vəzifənizi quldurlara həvalə edəsiniz.” Belə bir xəbərdarlıq lazım gəlir: insanların dəyişiklik üçün can atma səhnələri nə qədər cəlbedici olsa da, yadda saxlamaq lazmdır ki, hadisələrin gedişini manipulyasia edən maraqlar vardır. Və nə qədər ki, İlahi Təbibin yazdığı dərman qəbul edilməyib, bu əsrin bəlaları davam edəcək və getdikcə dərinləşəcək. Bu zamanın diqqətli müşahidəçisi, tutmalarla olsa da, lakin dəfedilməz bir şəkildə acınacaqlı dərəcədə qüsurlu olan dünya nizamının sürətlənmiş parçalanmasını asanlıqla görə bilər.

Bununla belə, bunun əksi olan, Mühafizin “Həzrət Bəhaullahın doğulmaqda olan Dini” ilə bağladığı və “Əmrin çox çəkmədən quracağı Yeni Dünya Nizamının müjdəçisi” kimi təsvir etdiyi konstruktiv proses də nəzərə çarpmaqdadır. Bunun dolayı təsiri cəmiyyətin yaxşılaşmasına töhfə vermək üçün can atma istəyindən qaynaqlanan, xüsusən də, gənclərdə görünən hisslərin coşub-daşmasında görünə bilər. Bu, Camal`i-Mübarəkin ardıcıllarına lütf edilmiş bir nemətdir ki, hər bir ölkədə insan ruhundan ramedilməz bir şəkildə çağlayan bu şiddətli istək, planetin müxtəlif xalqları arasında səmərəli hərəkət üçün qabiliyyət yaratmaq məqsədilə Bəhai icmasının yerinə yetirdiyi işdə özünün parlaq ifadəsini tapır. Məgər başqa bir şey bu imtiyazla müqayisə oluna bilərmi?

Bu iş barədə daha dərin anlayış əldə etmək üçün qoy hər bir inanan, Misir və Qərbə “epoxayaradıcı səfəri”nin yüzilliyi indiki zamanda qeyd olunmaqda olan həzrət Əbdül-Bəhaya baxsın. Təlimləri O hər bir sosial məkanda: evlərdə və qəbul salonlarında, kilsələrdə və sinaqoqlarda, parklarda və ictimai meydanlarda, sərnişin vaqonlarında və okean gəmilərində, klub və cəmiyyətlərdə, məktəb və universitetlərdə yorulmadan izah edirdi. Həqiqətin müdafiəsində güzəştsiz, bununla yanaşı davranışında son dərəcə incə olmaqla O, universal ilahi prinsipləri əsrin ehtiyacları ilə əlqələndirərək onların təsirini gerçəkləşdirdi. İstisna olmadan hər kəsə - rəsmilərə, alimlərə, fəhlələrə, uşaqlara, valideynlərə, sürgün olunmuşlara, fəallara, din xadimlərinə, skeptiklərə O, məhəbbət, hikmət, rahatlıq, o anda kimn nəyə ehtiyacı vardısa, onu veriridi. Onların ruhlarını yüksəlltməklə yanaşı, O onların fərziyyələrinə meydan oxuyur, baxışlarını dəyişir, anlayışlarını genişləndirir və enerjilərini bir məcraya istiqamətləndirirdi. Sözləri və əməlləri ilə O elə bir şəfqət və səxavət nümayiş etdirirdi ki, qəlblər tamamilə dəyişirdilər. Heç kəs geri qaytarılmırdı. Bizim böyük ümidimiz budur ki, bu yüzillik yubiley dönəmində Ağanın misilsiz nailiyyətlərini tez-tez xatırlamaq Onun səmimi pərəstişkarlarını ilhamlandıracaq və onlara ruh gücü verəcəkdir. Onun nümunəsini gözünüz önünə gətirin və nəzərlərinizi ona dikin; qoy Planın məqsədlərini yerinə yetirməkdə bu sizin sövq-təbii rəhbərliyiniz olsun.

Bəhai İcmasının birinci qlobal Planının başlanğıcında Şövqi Əfəndi ardıcıl mərhələləri valehedici bir dillə təsvir edirdi ki, bu mərhələlərlə ilahi nur Siyah-çalda yandırılmış, Bağdadda vəhy çırağı ilə əhatə edilmiş, Asiya və Afrika ölkələrində yayılmış və elə bu zaman Ədirnədə və daha sonra Əkkada daha parlaq bir güclə parlamaqla dənizlərin üzərindən keçərək qalan qitələrə yönəlmiş və bununla dünyanın dövlətlərinə və asılı ərazilərinə artan şəkildə nüfuz etmişdir. Bu prosesin son hissəsini o “o işığın .... yer kürəsinin qalan ərazilərinə nüfuz etməsi” kimi təsvir edir və buna “Allahın bütün qüdrəti və cəlalı ilə parlayan müzəffər Dininin işığının bütün planeti dolduracağı və əhatə edəcəyi bir mərhələ” kimi istinad edirdi. Belə bir hədəf hələ uzaq olsa da, bu işıq artıq bir çox regionlarda güclü şəkildə yanmaqdadır. Bəzi ölkələrdə bu işıq hər bir klasterdə parlayır. O sonməz işığın ilk dəfə yandırıldığı ölkədə isə onu söndürmək istəyənlərə rəğmən, o parlaq işıq saçır. Müxtəlif ölkələrdə bu, İlahi İnayətin əli ilə bir-birinin ardınca qəlblərdə şam kimi yandrıldıqca, bütöv qonşuluqlarda və kəndlərdə alovlanır; bu, insanlar arasında bütün səviyyədə münasibət və fəaliyyətlərdə mənalı söhbətlərə işıq salır; insanların rifahını irəlilətmək üçün saysız-hesabsız təşəbbüslərə öz şüalarını saçır. Və hər bir halda bu işıq, hər biri qaranlığa qarşı bir məşəl olan sədaqətli inanandan, canlı icmadan və qayğıkeş Ruhani Məhfildən şüalanır.

Müqəddəs Astanada biz coşqunluqla dua edirik ki, sizləırin hər biriniz, sönməz od daşıyıcıları iman qığılcımını başqalarına ötürdükcə Həzrət Bəhaullahın qüdrətli təyidləri ilə əhatə olunasınız.

 

Windows / Mac