Return   Facebook

The Universal House of Justice

Ridván 2014

To the Bahá’ís of the World

Dearly loved Friends,

İlahi Planın açılışının cari mərhələsinin başlamasından tam üç il ötmüşdür, bir öhdəlik ki, Həzrət Bəhaullahın ardıcıllarını vahid ruhani səydə birləşdirir. Allahın dostlarını onun (Planın) müəyyən olunmuş sonundan cəmisi iki il ayırır. İki əsas (mühüm) hərəkat böyümə posesini irəli aparmaqda davam edir – iştirakçıların təlim institutu kursları ardıcıllığından sabit axını və klasterlərin inkişaf kontiniiumu ilə hərəkəti – hər ikisi keçən il keçirilmiş gənclər konfanslarının doğurduğu enerji çağlaması ilə son dərəcə güclənmişdir. Böyük sayda gənc insanları xidmət meydanında səfərbər etmək üçün bəhai dünyasının genişlənmiş qabiliyyəti indi növbəti bəhrəsini verə bilər. Çünki qalan vaxt ərzində, mövcud böyümə proqramlarının möhkəmləndirilməsi və yenilərinin başladılması kimi son dərəcə mühüm vəzifə təxirəsalınmadan yerinə yetirilməsinə çağırır. İsmi-Əzəmin icmasının bu dövrün sona yetməsindən əvvəl, bu cür proqramların artıq meydana çıxdığı klasterlərə hədəfə çatmaq üçün qalan iki min klaster əlavə etmək üçün əlverişli bir mövqedədir (hər bir imkanı vardır).

Biz planetin hər tərəfindəki regionlar boyunca və müxtəlif şərait və ortamlarda (formatlarda), sayı artıq üç minə çatan klasterlərdə bu səyin ciddi-cəhdlə irəlilədilməkdə olduğunu görməkdən necə də şadıq. Çoxlu klasterlər bir mərhələdədirlər ki, o səviyyədə bir neçə sadə hərəkət xətlərinin tətbiqi ilə hərəkət qüvvəsi (sürəti, momentum) yaradılmaqdadır. Digərlərində isə, ardıcıl fəaliyyət tsikllərindən sonra Planın çərçivəsi daxilində təşəbbüs götürən fərdlərin sayı artmış və fəaliyyətin gedişi (özlülüyü) intensivləşmişdir; təcrübə vasitəsilə ruhani təlim-tərbiyə prosesinin keyfiyyəti yüksəldikcə, insanlar daha həvəslə onda iştirak etmək istəyirlər. Zaman-zaman fəaliyyətdə sakitlik (durğunluq) və yaxud qarşıda maneə ola bilər; durğunluğun səbəbləri üzərində səbr, cəsarət və mətinliklə birləşmiş araşdırıcı məşvərət qüvvə toplamağa qabil edir. Getdikcə daha çox klasterlərdə böyümə proqramı miqyas və mürəkkəblik (çoxşaxəli, kompleks olmaq) baxımından, Planın üç iştirakçısınını – fərdin, icmanın və Əmrin təsisatlarının - inkişafına uyğun olaraq artır ki, qarşılıqlı dəstəkləyici mühit yaratsın. Biz isə şadıq ki, gözlənildiyi kimi, yüzlərlə, yaxud daha çox fərdlərin min və ya daha çox insanın ruhani, dinamik və transformativ bir həyat modelinə daxil olmasına kömək etdiyi (facilitate) klasterlərin sayı artmaqdadır. Artıq lap əvvəldən bu prosesin kökündə, əlbəttə, Dünyaya Həyat Verən Kəsin irəli sürdüyü maddi və ruhani firavanlıq baxışına doğru kollektiv bir hərəkat dayanır. Ancaq bu cür böyük saylar cəlb olunanda, bütün əhalinin hərəkətı nəzərə çarpan olur (görünən olur).

Bu hərəkat, xüsusilə, yerli Məşrik-ül-Əzkarların tikilməkdə olduğu klasterlərdə aşkar görünür. Misal üçün, belə klasterlərdən biri Vanuatudadır. Tanna adasında yaşayan dostlar tikintisi planlaşdırılmış İbadət Evi barədə anlayışı yüksəltmək üçün fövqəladə səy qoymuşlar və adanın 30 000-lik əhalisnin üçdə birindən az olmayan hissəsini müxtəlif yollarla onun əhəmiyyəti barədə genişlənən söhbətə cəlb etmişlər. Bu qədər insan arasında yüksək söhbətləri saxlayıb davam etdirmək qabiliyyəti Həzrət Bəhaullahın təlimlərini illərlə paylaşmağın təcrübəsi və canlı (dinamik) təlim institutunun əhatə dairəsini genişləndirməklə cilalanmışdır. Adada iştirakçıların ruhani cəhətdən necə gücləndiklərini görən kənd başçıları tərəfindən dəstəklənərək təşviq edilən yeniyetmə qrupları xüsusilə çiçəkləyir. Onların arasında olan birlik və özünühəsr etmədən həvəslənərək bu gənc insanlar yalnız özlərindəki passivlik ətalətini (süstlüyünü) qovmamışlar, həm də, müxtəlif prakitki layihələrlə, öz icmalarının yaxşılaşdırılması naminə işləmək üçün vasitələr tapmışlar və bunun da nəticəsində, bütün yaşlardan olan insanlar, onların öz valideynləri də daxil olmaqla, konstruktiv hərəkətə sövq edilmişlər. Rəhbərlik və çətin vəziyyətlərin həll olunması üçün inananlar və geniş cəmiyyət arasında Yerli Ruhani Məhfilə müracilət etməyə qabil olma neməti etriaf edilməkdədir və öz növbəsində, Ruhani Məhfillərin qərarları da getdikcə daha da çox hikmət və həssasiyyətlə səciyyələnməkdədir. Planın hərəkət çərçivəsinin elementlərini uzlaşmış bir bütöv şəklində birləşdikdə əhaliyə təsirinin daha dərin olmasını göstərən çox şeylər vardır. Və bu davamlı genişlənmə və möhkəmlənmənin fonundadır ki, - intensiv böyümə proqramının otuzuncu tsikli yenicə yekunlaşmışdır – dostlar, adanın qalan sakinləri ilə birlikdə onların öz aralarında bir Məşrik`ül-Əzkarın , “insan ruhlarının kollektiv mərkəzi”nin ucaldılmasının nə demək olduğunu fəal bir surətdə araşdırırlar. Ənənəvi liderlərinin (rəhbərlərinin) fəal dəstəyi ilə, Tanna adasının sakinləri Məbəd üçün yüzdən çox dizayn ideyaları vermişlər ki, bu, İbadət Evinin təsəvvürləri nə dərəcədə heyran etməsini nümayiş etdirir və onun kölgəsi altında yaşayan insanların həuyatına onun göstərməli olduğu təsir barədə məftunedici perspektiv açır.

Bu ruhlandırıcı məlumatın Həzrət Bəhaullahın təlimlərinin tətbiqinin qonşuluqlarda və kəndlərdə həyat şəraitinə təsir etməkdə olduğu bir sıra qabaqcıl kalsterlərdə də analoqu vardır. Hər birində insanlar Həzrət Bəhaullahın Şəxsiyyətindən daha çox agah olmaqla, təhlil (düşünmə) və təcrübə, məşvərət və araşdırma ilə Onun Vəhyində həkk olunmuş həqiqətlər əsasında necə hərəkət etməyi elə öyrənirlər ki, ruhani yaxınlığın genişlənən dairəsi kollektiv ibadət və xidmət bağları ilə bir-birlərində daha da sıx bağlansınlar.

Daha çox irəli getmiş icmalar başqalarını da iştiraka dəvət edən yolu bir çox formalarda gedirlər. Lakin klasterdə fəaliyyət səviyyəsindən asılı olmayaraq, məhz yerli dostlar arasında, ümumi çərçivə daxilində, öyrənmə qabiliyyətidir ki, inkişaf yolu üzrə tərəqqini bəsləyir. Bu təşəbbüsdə hər kəsin payı vardır; hər bir kəsin töhfəsi bütövün zənginləşməsinə xidmət edir. Ən dinamik klasterlər o klasterlərdir ki, icmanın malik olduğu resurslardan yaxud yerinə yetirilən fəaliyyətlərin sayindan asılı olmayaraq, orada dostlar başa düşürlər ki, onların vəzifəsi tərəqqinin baş verməsi üçün nəyin tələb olunduğunu müəyyən etməkdir – bəslənilib yetişdirilməli olan körpə qabiliyyət, əldə edilməli olan yeni bacarıq, müşayit edilməli olan kövrək səylərin təşəbbüskarları, becərilməli olan təhlil-məşvərət məkanı, koordinasiya olunmalı olan kollektiv əmək (səy) – sonra isə buna nail olmaq üçün zəruri vaxt və resursların hazırlana biləcəyi (ortaya çıxarılacağı) yaradıcı yolları tapmaq. Hər bir şəraitin özünün meydanoxuyucu suallarını ortaya qoyması faktının özü hər bir icmanı qabil edir ki, Bəhai dünyasının qalan hissəsində nə öyrənildiyindən sadəcə faydalanmasın, həm də o bilik toplusuna öz əlavəsini etsin. Bu gerçəkliyin fəqrində olmaq (onu anlamaq) mənasız (faydasız) sərt (qeyri-çevik) hərəkət formulu araşdırmasından azad edir və bu zaman müxtəlif şəraitlər altında üzə çıxan anlayışların böyümə prosesinin insanın öz ətrafında konkret bir forma almasına imkan verməklə onu canlandırır. Bu bütöv yanaşma frenetisimə və ya iradənin iflic olmasına gətirən “uğur” və “uğursuzluq” kimi dar konsepsiyalarla tamamilə təzad təşkil edir. İnqita gərəkdir. Səy tamamilə Allah xatirinə qoyulanda baş verən hər şey Ona məxsus olur və Onun adı ilə qazanılan hər bir qələbə Onu tərif etmək üçün bir fürsətə səbəb olur.

Qoyulan səylərlə ona cavab olaraq yağan yardım arasındakı münasibəti Bizim Dinimizin Yazılarında təsvir edən nə qədər məqamlar vardır: “Siz sadəcə səy etsəniz,” Lövhlərinin birində Ağa belə təminat verir, “bu yəqindir ki, bu şəfəqlər parlayacaq, bu mərhəmət buludları öz yağmurlarını yağdıracaq, bu həyatverici nəsimlər qalxacaq və əsəcək, bu şirin rayihəli müşk hər yana yayılacaq.” Müqəddəs Məqamlara tez-tez etdiyimiz ziyarətlərimizdə biz ciddi-cəhdlə sizin adınızdan Qüdrətliyə yalvarırıq ki, O sizi saxlasın və möhkəmləndirsin, ilahi təlimlərlə hələ tanış olmayanlara yetişmək və onların Əmrdə möhkəmlənmələri üçün sizin səyləriniz bolluqla xeyir-bərəkət alsın, Onun sonsuz lütflərinə sizin inamınız sarsılmaz olsun. Siz heç vaxt bizim dualarımzdan çıxmırsınız və biz daim sizin uzlaşmış vəfadarlıq hərəkətlərinizi yalvarışlarımızda xatırlayacağıq. Növbəti iki il ərzində Camal`i-Mübarəkin ardıcıllarının qarşısındakı son dərəcə vacib vəzifələr üzərində düşündükcə, Ağanın hərəkətə təsirli çağırışı ruha bir təkan kimi səslənir: “Pərdələri cırın, maneələri aradan qaldırın, həyatverici sular verin və nicat yollarını göstərin.”

 

Windows / Mac