The Universal House of Justice
Ridván 2005
To the Bahá’ís of the World
Dearly loved Friends,
Quruculuq Əsrinin beşinci epoxasının başlanğıcından bəri Bəhai dünyasında baş verən irəliləyiş bizə hədsiz sevinc bəxş etmişdir. Bu nöqteyi-nəzərdən son on iki ay da istisna olmamışdır. Bəhai icması özünün sisteamtik irəliləyişini davam etdirmiş və indi, Beş İllik Planın son ilinə daxil olmaq ərəfəsində, diqqətəlayiq bir güc mövqeyində dayanmaqdadır – elə bir güc ki, dəstələrlə daxilolma prosesini irəlilətmək üçün dostların hər yerdə candan qoyduqları səylər və yaxşı düşünülmüş çalışmaları vasitəsilə əldə edilmişdir.
Baş verməkdə olan inkişafın əhəmiyyətini tam ifadə etmək iqtidarında olmasa da, statistika əldə olunan nailiyyətlərin miqyasını bir qədər təsəvvür etməyə imkan verir. Əmrin insan resursları durmadan çoxalmışdır. Bütünlükdə, dünyada 200 000 nəfər Ruhu İnstitutunun 1-ci kitabını bitirmişlər, minlərlə insan getdikcə tezliyi artan, dünyanın hər yerində keçirilən son hesablamalara görə sayı 10 mindən çox olan dərnəkləri aparmaq üçün effektiv tüterlik etmək səviyyəsinə çatmışlar. Əsas fəaliyyətlərə cəlb olunmuş axtaranların sayı artmaqda davam etmiş, bir neçə ay öncə 100 000 nəfəri ötüb keçmişdir. Eyni zamanda, təxminən, 150 klaster elə bir inkişaf səviyyəsinə qalxmışlar ki, orada intensiv böyümə proqramı ya başlanmış, ya da başlamağa hazır vəziyyətə gəlmişdir. Hər bir əsas var ki, Planın axırına doğru bu rəqəm əhəmiyyətli dərəcədə artsın.
Bu nailiyyətləri qeyd etməklə yanaşı, onları yüksəltməyə səbəb olan öyrənmədəki irəliləyişlər də etiraf olunmalıdır. Tələb olunan praktikaya lazımi diqqət yetirən intensiv institut kampaniyaları, klaster səviyyəsində böyüməni stimulyasiya etmək üçün mühüm vasitə olaraq qalmışdır. Zəruri şərtlər bu cür yarandıqca, Əmrin sistematik genişlənməsi və konsolidasiyası(möhkəmlənməsi) proqramları müvafiq surətdə işə salınmışdır. İntensiv böyümə proqramının təbiəti haqqındakı qiymətli biliklər toplanır və bu səylərin müəyyən xüsusiyyətləri indi daha yaxşı başa düşülür. Belə proqramlar hər biri bir neçə ay olan, planlaşdırmaya, genişlənməyə və konsolidasiyaya həsr olunmuş bir neçə tsikllər silsiləsini özündə birləşdirir. İnsan resursalrının inkişafı bir tsikldən digərinə keçdikdə də davam edir və genişlənmənın (təbliğin) nəinki saxlanmasına, həm də onun getdikcə artan güc toplamasına təminat yaradılır. Şübhəsiz ki, öyrəniləsi və toplanası dərslər hələ çoxdur, lakin artıq əldə edilmiş təcrübələr imkan verir ki, bu yanaşma dünyünın hər yerində ketdikcə daha çox klasterlərdə tətbiq edilsin.
Qazanılmış qələbələr həm keyfiyyət, həm də kəmiyyət baxımından, həqiqətən də, məmnunluq hissi doğurur. Bu nailiyyətlərin özülündə hər yerdə Bəhai icmalarının ruhani həyatının davamlı yüksəlişi durur. Bu ruhani canlanma müxtəlif mənşəli insanların əksər hallarda onların Həzrət Bəhaullahı bu gün üçün Allahın Zühuru kimi tanımaları və öz imanlarını etiraf etmələri ilə nəticələnən dua məclislərində, uşaq dərslərində və dərnəklərdə artan iştirakları ilə izah olunur.
Eyni cür də, Bəhai Dünya Mərkəzində də yeni hadisələr baş vermişdir. Biz qərara gəlmişik ki, dünyanın hər yerində, Regional və Milli Hüququllah Əminləri Heyətinin işini yönəltmək və rəhbərlik etmək üçün Beynəlxalq Hüququllah Əminləri Heyətinin yaradılması üçün əlverişli vaxt yetişmişdir. Bu Heyət, Hüququllahın Baş Əmini, Əmrin Əli Doktor Əli Məhəmməd Vərqa ilə sıx əməkdaşlıqda fəaliyyət göstərəcək, öz vəzifələrini yerinə yetirməkdə onun bilik və məsləhətlərindən faydalana biləcəkdir. Beynəlxalq Hüququllah Əminləri Heyətinə üç üzv təyin olunmuşdur, bunlar – Salli Fu, Ramin Xadem və Qrant Kvalheymdir. Onların vəzifə müddəti sonra müəyyən ediləcəkdir. Heyətin üzvləri rezidensiyalarını Müqəddəs Torpağa köçürməyəcəklər, lakin öz funksiyalarını yerinə yetirmək üçün Dünya Mərkəzindəki Hüququllah Ofisinin xidmətlərindən istifadə edəcəklər.
Aşağı səviyyədə genişlənmə və konsolidasiyadakı uğurlardan tutmuş beynəlxalq miqyasda Bəhai təsisatlarının inkişafına qədər bütün səviyələrdə və bütün istiqamətlərdə Əmr diqqətəlayiq tərəqqi əldə etməkdədir. İcmanın böyüyən həmrəyliyinin bu ruhlandırıcı əlamətləri cəmiyyətin tənəzzülünün aşkar sübutlarının, əfsus ki, çox aydın olduğu bir vaxtla üst-üstə düşür. Düşkün dünyanın batdığı bu iflasın xüsusiyyətlərini burada nəzərdən keçirməyə ehtiyac yoxdur. Amma bu da unudulmamalıdır ki, məhz bu vəziyyətdir ki, Əmrə qarşı həssaslığı artırır və Onun təlimlərinin yayılması üçün fürsətlər yaradır.
1999-cu il, 26 noyabr müraciətimizdə biz, Əmrin Quruculuq Dövrünün birinci əsrinin son illərində Bəhai icmasını aparacaq qlobal təşəbbüslər silsiləsinə istinad etmişdik. Biz göstərmişdik ki, hər bir Plan, əsas bir məqsəd – dəstələrlə daxilolma prosesini irəlilətmək üzərində fokuslanacaqdır. Bu silsilədə birinci olan cari Beşillik Plan qısa bir müddətdən, on iki aydan sonra sona yetəcək və biz o zaman Həzrət Bəhaullahın ardıcıllarını növbəti beş illik Plana başlamağa dəvət edəcəyik. Başlanan bu dövrdə bizim dostlardan xahişimiz budur ki, Beynəlxalq Təbliğ Mərkəzinin belə cəhdlə dəstəklədiyi sistematik öyrənməni qətiyyətli fəaliyyətə (hərəkətə) keçirmək üçün bütün enerjilərini səfərbər etsinlər. Növbəti Rizvanda bundan daha da iddialı olacaq bir işin başlanması üçün qoyulan bünövrəni daha da gücləndirməkdə Planın qalan günlərinin təqdim etdiyi son dərəcə qiymətli fürsətləri heç bir Bəhai itirməməlidir. Müqəddəs Məqamlarda bizim atəşli dualarımız sizləri saracaqdır.
- The Universal House of Justice