Return   Facebook

The Universal House of Justice

Ridván 2010

To the Bahá’ís of the World

Dearly loved Friends,

Həzrət Bəhaullahın ardıcıllarına heyranlıq dolu bir ürəklə, məmnuniyyət hissi ilə elan edirik ki, bu ən sevincli Rizvan Bayramının açılışı ərəfəsində, yer kürəsinin hər bir qitəsində intensiv böyümə proqramlarına yeniləri əlavə olunmaqdadır ki, onların sayını bütün dünya üzrə 1500-dən yuxarı qaldırsın və Beşillik Planı hədəfinə planın sonuna bir il qalmış nail olunmasını təmin etsin. Bu heyrətamiz nailiyyət, bu parlaq bir qələbə üçün Allahın qarşısında minətdarlıqla baş əyirik. Meydanda praktiki işləmiş insanların hamısı növbəti qlobal təşəbbüsdə – müddəti beş il, silsilədə beşinci və məqsədi aydın şəkildə dəstələrlə daxilolma prosesinin irəlilədilməsi olan bir planda, üzərlərinə götürməyə dəvət olunduqları vəzifələrə hazırlaşmaları məqsədilə indi hər yerdə qurulmuş olan genişlənmə və möhkəmlənmə modelinin gücləndirilməsi üçün Onun Öz icmasına tam bir il verməklə əta etdiyi neməti dəyərləndirəcəklər.

Bu bayram zamanı dayanıb bizim ürəklərimizdə belə bir qürur və minnətdarlıq hissini doğuran şeyin nə olduğunu aydınlaşdırmaq üçün düşünərkən bizi təsirləndirən amil, onlar nə qədər əlamətdar olsa da, sizin nail olduğunuz rəqəmlərdən daha çox, bu naliyyətin şəhadət verdiyi və mədəniyyətin ən dərin səviyyəsində baş vermiş inkişaf elementlərinin kombinasiyasıdır. Bunların arasında başlıca şey dostların başqa insanlarla ruhani məsələlər barəsində söhbət etmək, Həzrət Bəhaullahın Şəxsiyyəti və Onun Vəhyi barədə rahatlıqla danışmaq qabiliyyətlərində bizim müşahidə etdiyimiz inkişafdır. Onlar yaxşı başa düşmüşlər ki, təbliğ səxavətli paylaşma həyatının əsas tələbidir.

Son müraciətlərimizdə biz yer kürəsi boyunca təbliğin tempindəki davamlı yüksəlişi müşahidə edərkən sevincimizi ifadə etmişdik. Fərdi inanan tərəfindən by təməl öhdəliyin yerinə yetirilməsi həmişə bəhai həyatının əvəzedilməz xüsusiyyəti olmuşdur və olmaqdadır. 1500 intensiv böyümə proqramının buraxılmasının aşkara çıxardığı şey inananların əsas kütləsinin hansı məhəllədə sakin olmasından asılı olmayaraq Mərhəmət Sahibinin onları həssas ruhlara yönəltməsinə hazır olmaqla öz yaxın ailə və dost çevrələrindən kənara çıxmalarında necə cəsarətli olmaları və düşünülmüş addımlar atmaladrıdır. Hətta ən təvazökar qiymətləndirmələr deyir ki, əvvəllər yad kimi baxılan insanlarla eyni anlayışa malik olmaq əsasında dostluq bağları qurmaq üçün dövri təbliğ kampaniyalarında iştirak edən on minlərlə dost vardır.

Əmrin əsas prinsiplərini aydın və birmənalı şəkildə təqdim etmək səylərində inananlar Ruhi İnstitutunun 6-cı kitabının əyani misalından xeyli dərəcədə faydalanmışlar. Harada ki, o təqdimatın əsasında duran məntiq başa düşülür və bunu formulaya çevirmək meylləri aşılır, bu, iki qəlb arasında söhbətə gətirib çıxarır – elə bir söhbət ki, əldə olunan anlayışın dərinliyi və qurulan münasibətlərin təbiəti ilə fərqlənir. Söhbətin ilkin tanışlığın çərçivəsindən çıxaraq davam etməsi və etibarlı dostluğa çevrilməsi dərəcindən asılı olaraq, bu cür birbaşa təbliğ cəhdi davamlı ruhani tranformasiya prosesi üçün katalizator ola bilər. Nə bu cür yeni tapılmış dostlarla birinci əlaqənin Bəhai icmasına daxil olmaq üçün onların dəvət olunmalarına imkan yaratması, nə də onun əsas fəaliyyətlərindən birində iştirak etmələri başlıca qayğı deyildir. Daha mühüm olanı budur ki, hər bir qəlb, lap əvvəldən və ya ondan sonra, rəsmi deklarasiyanın baş verdiyi bəşəriyyətə xidmət yoluna başlayaraq cəmiyyətin yaxşılaşdırılmasına töhfə verməkdə icmaya qoşulduqda xoş qarşılanma hiss etsin.

Bu nailiyyətin əhəmiyyəti heç də az dəyərləndirilməməlidir. Hər bir klasterdə. o zaman ki, ardıcıl faəliyyət modeli işləyir, diqqət buna verilməlidir ki, bu, iş yoldaşları və tanışlar şəbəkəsi vasitəsilə daha da genişləndirilsin və eyni zamanda, enerjinin əhalinin kiçik qruplarında toplanması da öz yerində olmaqla, bunların hər biri intensiv fəaliyyət mərkəzinə çevrilsin. Şəhər klasterində belə bir faəliyyət mərkəzi qonşuluq ola bilər; əsasən kənd xarakterinə malik olan klasterdə kiçik bir kənd bu məqsəd üçün belə bir sosial məkan ola bilər. Bu cür fəaliyyət məkanında xidmət edənlər, həm yerli adamlar, həm də ziyarətə gələnlər, öz işlərinə haqlı olaraq icma quruculuğu kimi baxa bilərlər. Onların təbliğ səylərinə “qapı-qapı” yarlığı asmaq, hətta bu praktikada ilk kontakt üçün öncədən bildiriş olmadan hansısa bir evə getmək məsələsi olsa da, bu, özünün ruhsal, sosial və intellektual inkişafı məqsədilə məsuliyyət qəbul etməsi üçün əhali arasında qabiliyyətlərin artmasına yönələn prosesə qarşı layiqli bir yanaşma olmazdı. Bu prosesi irəli aparan və yeni inananların qoşulmağa dəvət edildikləri fəaliyyətlər – icmanın ruhani xarakterini gücləndirən görüşlər; uşaqların zərif ürəklərini və ağıllarını bəsləyən dərslər; yeniyetmələrin çağlayan enerjisini yönəldən qruplar; ¬hamıya açıq, müxtəlif köklərdən olan insanların bərabər addımlarla irəliləmələrinə və təlimlərin həm fərdi, həm dəə kollektiv həyatlarında tətbiqini araşdırmağa imkan verən dərnəklər – bir müddət üçün yerli əhalidən kənar kömək vasitəsilə saxlanıla bilər. Amma gözlənilən budur ki, bu özək fəaliyyətlərin çoxaldılması tezliklə qonşuluğun və ya kəndin öz sakini tərəfindən saxlanılsın – o kişilər və qadınlar ki, öz ətraflarının maddi və ruhani cəhətdən yaxşılaşmasına can atırlar. Beləliklə, bu şəraitdə tədricən Həzrət Bəhaullahın yeni Dünya Nizamı barədə baxışı həyata keçirmək öhdəliyi götürmüş fərdlərin genişlənən nüvəsinin (çəyirdəyinin) qabiliyyətinə uyğun icma həyatı ritmi yaranmalıdır.

Bu kontekstdə həssaslıq özək fəaliyyətlərin hərəkətə gətirdiyi icma quruculuğu prosesində iştirak etməyə istəkdə özünü göstərir. İntensiv böyümə prosesinin işlədiyi klaster ardınca klasterdə qarşıdan gələn ildə dostların qarşısında duran vəzifə öz dinlərinin təməl prinsiplərini izah edərkən birbaşa metoddan istifadə edərək bir və ya çox həssas sakinlər qrupu (əhali) çərçivəsində təbliğ etmək, cəmiyyətin onların üzərinə qoyduğu (sırıdığı) apatiyanı (ruh düşkünlüyünü) atmaq istəyən insanları tapmaq və kollektiv transformasiya prosesini başlamaq üçün öz qonşuluqlarında və kəndlərində bir-birilə çiyin-çiyinə işləməkdir. Əgər bu yolla dostlar kiçik populyasiya məkanlarında icma quruculuğunun yollarını və metodlarını öyrənmək səylərində inad göstərsələr, Əmrin işlərində uzun zamanların arzusu olan universal(hamılıqla) iştirak hədəfi, biz əminik ki, dəfələrlə sürətlə irəli getməklə əldə olunan bir hədəfdir.

Bu çağırışı qarşılamaq üçün inananlar və onlara xidmət edən təsisatlar dərnəklərin aparıcıları kimi fəaliyyət göstərəcək qabiliyyətli insanların klasterdə sayını artımaqla orada institut prosesini gücləndirməli olacaqlar; çünki bu etiraf olunmalıdır ki, qonşuluqlarda və kəndlərdə canlı icma həyatı bəsləmək üçün indi açılmış və belə bir iti məqsədyönlülüklə xarakterizə olunan fürsət ancaq Bəhai mədəniyyətinin dərinləşməyə məxsus olan cəhətində son ildə baş verən mühüm inkişaf nəticəsində meydana çıxmışdır.

1995-ci ilin dekabrında bütün dünyada təlim institutları yaratmaq üçün çağırış edəndə, Əmr haqqında biliklərini dərinləşdirməkdə inananlara kömək etmək üçün Bəhai icmasında üstünlük təşkil edən model əsas etibarilə arabir keçirilən, müxtəlif müddətli və müxtəlif mövzuları işıqlandıran kurslardan və dərslərdən ibarət idi. O model qalxınmaqda olan, hələ ki, nisbətən sayca az və başlıca olaraq yer kürəsi üzrə cografi yayılmağın qayğısına qalan dünya Bəhai İcmasının ehtiyaclarını yaxşı təmin edirdi. Amma biz o zaman bunu aydın etdik ki, Yazıların öyrənilməsinə başqa bir yanaşma formalaşmalıdır, elə bir forma ki, əgər dəstələrlə daxilolma prosesi əhəmiyyətli dərəcədə irəliləməlidirsə, böyük sayda insanları fəaliyyət meydanına atılmağa sövq etsin. Bununla bağlı biz xahiş etdik ki, sürətli genişlənmə və möhkəmlənmə ilə bağlı olan çoxlu vəzifələri yerinə yetirmək üçün lazım olan bilik, baxış(anlayış) və bacarıqları verən kurslar vasitəsilə davamlı artan sayda inananlar kontingentinə Əmrə xidmətdə kömək etmək üçün təlim institutları kömək etsinlər.

Əmrin yazılarını oxumaq və Həzrət Bəhaullahın heyrətamiz Vəhyinin mənası barədə adekvat anlayış əldə etməyə çalışmaq Onun ardıcıllarının hər birinin üzərinə qoyulmuş vəzifədir. Hamıya hökm olunmuşdur ki, Onun Vəhy dəryasına dalsın və orada gizlənmiş hikmət gövhərlərindən öz qabiliyyətləri və meyllərinə müvafiq olaraq pay alsın. Bu mənada, yerli dərinləşmə dərsləri, qış və yay məktəbləri, yazılara yaxşı bələd olan fərdi inananların xüsusi mövzularda anlayışları digərləri ilə bölüşdükləri xüsusi yığıncaqlar bəhai həyatının diqqqətəlayiq xüsusiyyətləri kimi meydana çıxmışdır. Bəhai kimliyinin tərkib hissəsi kimi gündəlik oxumaq vərdişi kimi, bu forma öyrənmələr də icmanın kollektiv həyatında yer almaqda davam edəcəkdir. Lakin Vəhyin mənalarını həm fərdi inkişaf, həm də sosial tərəqqi nöqteyi-nəzərindən başa düşmək, öyrənmə və xidmət birləşəndə və eyni zamanda həyata keçiriləndə dəfələrlə artır. Burada, xidmət meydanında bilik tətbiq olunur(sınaqdan keçirilir), təcrübədən suallar meydana çıxır və anlayışın yeni səviyyəsi əldə edilir. İndi ölkələrdə bir-birinin ardınca qurulan və əsas elementləri dərnək, aparıcı və Ruhi İnstitutunun tədris proqramı olan məsafədən təlim sistemində dünya bəhai icması minlərlə, xeyr, milyonlarla insanı yazıları kiçik qruplarda, Bəhai təlimlərini gerçək həyata tətbiq etmək, Əmrin işini yeni mərhələyə: dayanıqlı geniş miqyaslı genişlənmə və möhkəmlənmə mərhələsinə aparmaq kimi aydın bir məqsədlə öyrənməyə qabil etmək gücü əldə etmişdir.

Qoy heç kəs beləliklə yaradılmış imkanları dəyərindən az qiymətləndirməsin. Passivliyi bu günkü cəmiyyətdəki qüvvələr doğurur. Əyləndirilmək arzusu getidkcə artan təsirlə və səthi emosiyalar oyatmaqda məharətli olanlar tərəfindən idarə olunmaq istəyən nəsillərin yetişdirilməsi ilə uşaqlıqdan bəslənilir. Hətta bir çox təlim-tərbiyə sistemlərində tələbələrlə elə davranılır ki, sanki onlar informasiya alıb doldurmaq üçün düzəldilmiş qabdırlar. Bəhai dünyasının düşünməyin, öyrənməyin və hərəkət etməyin bir yolunu inkişaf etdirməkdə bir-birini dəstəkləyərək və birlikdə irəliləyərək, istənilən məqamda kiminsə malik olduğu biliyə hörmətlə yanaşaraq və inananları dərinləşmiş və məlumatsız deyə kateqoriyalara bölmək meyylərindən qaçaraq bir mədəniyyət - o mədəniyyət ki, hamı özünü ümumi xidmət yolunda addımlayan görür - yetişdirməkdə müvəffəq olması qeyri-adi ölçüdə bir nailiyyətdir. Və qarşısıalınmaz hərəkatın dinamikası buradadır.

İmperativ(olduqca zəruri) olan şey budur ki, dərnək səviyyəsində bəslənən təlim-tərbiyə prosesinin keyfiyyəti növbəti ildə əhəmiyyətli dərəcədə artsın ki, yerli əhalinin(sakinlərin) belə bir dinamika yaratma potensialı reallaşsın. Bu mənada aparıcı kimi xidmət edənlərin üzərinə böyük iş düşür. İnstitut kurslarında nəzərdə tutulan mühitin yaradıllması vəzifəsi onların çiynində olacaq, elə bir mühit ki, özlərinin öyrənməsində aktiv vasitə, fərdi və kollektiv transformasiyaya təsir göstərmək məqsədilə biliyin tətbiq olunması üçün davamlı səylərin əsas icraçıları olacaqlarını üzə çıxaracaq fərdlərin ruhani güclənməsinə kömək etmiş olsun. Buna nail olunmasa, klasterdə nə qədər dərnək yaradılmasından asılı olmayaraq, dəyişikliyi irəlilədəcək qüvvə yaranmayacaq.

Əgər aparıcının işi mükəmməlliyin daha və daha da yüksək dərəcələrinə çatmalıdırsa, bunu yadda saxlamaq lazımdır ki, regionda və ya ölkədə insan resurslarının inkişafının məsuliyyəti ilk növbədə təlim institutunundur. İştirakçılarının sayını artırmağa çalışaraq, institut bir struktur olaraq – institut heyətindən müxtəlif səviyyələrdəki koordinatorlara və təməl səviyyədə aparıcılara qədər, - sistemə bütövlükdə fikir verməlidir, çünki son nəticədə, dayanıqlı kəmiyyət uğurları keyfiyyətin tərəqqisindən asılı olacaq. Klaster səviyyəsində koordinator özünün aparıcı kimi xidmət edənləri müşayiət etmək səylərinə həm praktiki təcrübə, həm də dinamizm gətirməlidir. O aparıcılar üçün dövri olaraq cəhdlərinin üzərində düşünmək üçün toplantılar təşkil etməlidir. İnstitut materiallarından seçilmiş hissələrin təkrarı üçün təşkil olunmuş tədbirlər arada bir yardımçı ola bilər, o şərtlə ki, onlar davamlı təlim ehtiyacı aşılamasın. Aparıcının qabiliyyətləri, fərd hərəkət meydanına daxil olanda və kurslar ardıcıllığını keçmək və onların praktiki komponentlərinin icra edilməsi vasitəsilə cari silsilə qlobal Planların məqsədinə töhfə vermək üçün kömək edəndə tədricən inkişaf edir. Müxtəlif yaşlardan olan kişi və qadınlar aparıcıların köməyilə silsilə təlimdən keçdikcə və hər bir kursu tamamladıqca, digərləri onların gücünə və maraqlarına uyğun olaraq üzərlərinə götürdükləri xidmət fəaliyyətlərində, o xidmət fəaliyyətləri ki, sistemin özünün daimliyini saxlamaq üçün son dərəcə vacibdir- onları müşayiət etmək üçün hazır olmalıdırlar – xüsusilə də uşaq dərsləri, YQ-ları və dərnəklər üçün məsul olan koordinatorlar. Bu sistemdə həyatiliyin (həyat qabiliyyətinin) lazımi dərəcədə pulsasiya etməsini təmin etmək üçün o sonrakı on iki ay rəzində hər bir ölkədə intensiv öyrənmə obyekti olmalıdır.

Uşaqların ruhani təlim-tərbiyəsi qayğısı uzun zamanlar Bəhai icmasının mədəniyyətinin bir elementi olmuşdur, o qayğı ki, yanaşı mövcud olan iki yanaşma vermişdir. İran bəhailərinin nailiyyətlərinə əsaslanan bir yanaşma, sinifdən sinfə keçdikcə Bəhai ailələrinin uşaqlarına, böyüməkdə olan nəsillərə Əmrin tarixi bə təlimləri barədə təməl bilik vermək məqsədilə sisematik dərslər təklif etmək qabiliyyəti ilə xarakterizə olunur. Dünyanın çox yerində bu dərslərdən faydalananların sayı nisbətən az olmuşdur. Digər bir yanaşma isə geniş miqyaslı genişlənmənin baş verdiyi həm kənd, həm də şəhər tipli yerlərdə baş qaldırmışdır. Bu təcrübədə hökm sürən münasibət daha geniş idi. Hərçənd hər cür ailədən olan uşaqlar bəhai uşaq dərslərinə can atırdılar və onlar xoşluqla qarşılanırdılar, amma müxtəlif amillər ilbəil lazımi müntəzəmlik dərəcəsi ilə uşaq dərslərini keçməyə mane olurdu. İnstitut tərəfindən təlim verilmiş dostlar, hamıya açıq olan və sistematik bir əsasda uşaq dərsləri təklif etdikcə tarixi şəraitin nəticəsi olan bu ikili reallığın aradan qalxmasını görməkdən biz necə də məmnunuq.

Bu cür vədverici başlanğıc indi ciddi-cəhdlə izlənməlidir. Artıq İBP işlədiyi hər bir klasterdə hər cür kökdən olan çox ailələrdən sayı getdikcə artan uşaqların ruhani təlim-tərbiyəsini təmin edilməsini - qonşuluqlarda və kəndlərdə güc yığan icma quruculuğunun əsas şərti kimi- sistematikləşdirmək üçün səylər qoyulmalıdır. Bu tələbkar bir vəzifə olaraq, istər valideynlərin və istərsə də təsisatların tərəfindən səbr və əməkdaşlığa çağırır. Ruhi İnstitutundan artıq xahiş edilmişdir ki, 5 və ya 6 yaşından başlayaraq və 10-11 yaşınadək olan uşaqlar üçün, hazırda mövcud olan dərslərlə, həmin yaş qrupu üçün proqrama aydın şəkildə Bəhai komponenti daxil edən “İman Ruhu” və sonrakı “Müqəddəs Ruhun Gücü” kimi dərsliklər arasındakı boşluğu doldurmaq üçün müvafiq dərslər daxil olmaqla, müxtəlif səviyyələrdə uşaq dərsləri müəllimlərini hazırlanması kurslarını tamamlama planlarını sürətləndirsinlər. Bu əlavə kurslar və dərslər əldə hazır olduqca, hər bir ölkədəki təlim institutları uşaqların ruhani təlim-tərbiyəsi üçün ətrafında ikincili elementlərin təşkil oluna biləcəyi proqramın əsasını sinifbəsinif tətbiq etməli olan müəllimlər və koordinatorlar hazırlamağa qabil olacaq. Bununla bərabər, institutlar əllərindən gələni etməlidirlər ki, aparıcıları, zəruri olarsa, müxtlif yaşlardan olan uşaq dərslərində istifadə edilmək üçün hazırda mövcud olan digər müvafiq materiallarla təchiz etsinlər.

Beynəlxalq Təbliğ Mərkəzi Beşillik Planın hədəfinə vaxtından əvvəl nail olunmasını təmin etmək üçün qoyduğu səylərə verdiyi həyati vacib impulsa görə bizim daimi minnətdarlığımızı qazanmışdır. Hər bir qitədə baş verən tərəqqini belə inadla izləyərək və Qitə Mqşavirləri ilə belə yaxından əməkdaşlıq edərək bu ümumdünya təşəbbüsünə onun gətirdiyi enerjnin dərəcəsini görmək İnzibati Nəzmə xas olan nəhəng gücün bir işartısını bizə nümayiş etdirir. Təbliğ Mərkəzi diqqətini indi eyni dərəcədə klaster səviyyəsindəki fəaliyyətlərin səmərəliliyinə aid olan suallara yönəldərkən, Bəhai uşaq dərslərinin tətbiqinə, heç şübhəsiz, xüsusi qayğı ilə yanaşacaq. Biz əminik ki, onun qarşdan gələn il müxtəlif sosial gerçəkliklərə(şəraitə) malik bir neçə klasterdə əldə edilmiş təcrübələri analiz etməsi qonşuluq və kəndlərdə bütün yaş qrupları üçün müntəzəm uşaq dərslərinin qurulmasını mümkün edən paktiki məsələlərə işıq salacaqdır.

Yeniyetmələrin ruhani güclənməsi üçün proqramın sürətlə yayılması Bəhai icmasında mədəniyyət dəyişikliyinini daha bir ifadəsidir. Qlobal meyllər bu yaş qrupunun coşqun fiziki və emosional dəyişikliklərin burulğanında batan, laqeyd (qeyri-həssas) və “özünəqapalı” bir problematik obrazını təbliğ edərəkən, Bəhai İcması – onlara münasibətdə özünün istifadə etdiyi dil və qəbul etdiyi yanaşma ilə - yeniyetmələrdə altruzm, iti ədalətlilik hissi, kainat haqqında biliklər öyrənməyə can atma və daha yaxşı bir dünya qurulmasına töhfə vermək arzusu görməklə qətiyyətlə əks tərəfə irəliləyir. Bütün dünya böyunca ölkələrdə proqramın iştirakçısı kimi yeniyetmələrin öz fikirlərini ifadə etdikləri hər bir hekayə bu baxışşın doğruluğunu təsdiq edir. Hər bir əlamət ondan xəbər verir ki, onların özünüifadə qabiliyyətlərini yüksəldərək və bütün həyatları boyu onlara xidmət edəcək mənəvi strukturları möhkəmləndirərək proqram, cəmiyyətdə işləyən konstruktiv və destructiv qüvvələri analiz etmək, bu qüvvələrin onların fikir və hərəkətlərinə göstərdiyi təsiri başa düşmək, onların ruhani qavrayışını itiləməkdə onlara kömək edən gerçəkliyi araşdırmaqda onların genişlənən şüurunu istiqamətləndirir. Onlara intellektual, ruhani və psixoloji güclərə malik olduqları bir yaşda onların nəcib bir varlıq kimi həqiqi kimliklərini onlardan çalan qüvvələrlə mübarizə aparmaq və ümumun rifahı üçün işləmək üçün lazım olan alətlər verilir.

Proqramın əsas komponentinin, mövzuları Bəhai nöqteyi-nəzərindən, lakin dini göstəriş tərzində olmadan araşdırması, bu prqoramın müxtəlif məkan və şəraitlərə daxil olub genişlənməsinə yol açmışdır. Bir çox bu cür misallarda, bu proqramı tətbiq edənlər bir sıra sual və imkanlarlra qarşılaşaraq inamla qlobal öyrənmə prosesində Müqəddəs Torpaqda Sosial və İqtisadi İnkişaf Ofisi tərəfindən izlənən və təşkil olunan sosial fəaliyyət sahəsinə daxil olurlar. İnidiyə kimi toplanmış olan bilik və təcrübə bazası artıq yer kürəsində bir neçə kasteri proqramda mindən çox yeniyetməni saxlamaq qabiliyyətinə malik olmağa yüksəltmişdir. Bu istiqamətdə irəliləməkdə başqalarına da kömək etmək üçün bu Ofis inananların müəyyən komandası ilə bütün qitələrdə sahə şəbəkələri yaradır ki, bunlar onlarla klasterlərdən olan koordinatorlara təlim verilməsi məqsədilə istifadə oluna bilər. Öz müvafiq klasterlərinə qayıtdıqda bu resurs şəxslər yenyetmə proqramının başlaya biləcəyi ruhani abı-havalı mühit yaratmağa kömək etməklə koordnatorları dəstəkləyirlər.

Bu fəaliyyət sahəsində bundan sonra da bilik toplanması, fəaliyyət modeli artıq aydın olsa da, şübhəsizdir. Məktəblərin və sivil qrupların bu proqrama olan ehtiyacını qarşılamaq üçün Bəhai icmasının bu tələbə cavab vermə dərəcəsini məhdudlaşdıran yalnız onun özünün imkanlarıdır. İntensiv Böyümə prqramlarının fokusunda olan klasterlər arasında cəmi bir neçə təsadüfi qruplardan tutmuş öyrənməni yaymaq üçün sahədən (learning site) dəstək alan və özünü bu fəaliyyətə həsr edən koordinatorun xidmətini tələb edən kifayət sayda yeniyetmələri olan klasterlərə qədər geniş diapazonda variasiya edən şəraitlər vardır. Bu qabiliyyətin bu klasterlərin bütün spektrləri üzrə artımını təmin etmək üçün biz hər biri tam vaxtlı koordinatoru olan iyirmi klasterə xidmət edəcək və cari Planın sonuna qədər işə düşəcək 32 öyrənmə sahəsinin zəruriliyini bildiririk. Bu tipli bütün başqa klasterlərdə birinci dərəcəli diqqət gələn il ərzində qrupların sayını sistematik olaraq artırmaqla bu proqramları tətbiq etmək üçün qabiliyyət yaradılmasına verilməlidir.

Bizim indiyə kimi qeyd etdiyimiz inkişaf – Əmri birbaşa təbliğ etmək və həyatın hər bir təbəqəsindən olan insanlarla ruhani əhəmiyyətli məsələlər üzrə məqsədyönlü müzakirələrə girişmək qabiliyyətindəki irəliləyiş, yazıları öyrənmək üçün əmələ bağlı yanaşmanın çiçəklənməsi, müntəzəm əsasda qonşulquılarda və kəndlərdə gənclərin ruhani təlim-tərbiyəsini təmin etməkdə öhdəliyin canlanması, yeniyetmələrə onların daxili potensialının inkişaf etdirmək və cəmyyətin transformasiyasına töhfə vermək kimi ikili mənəvi məqsəd aşılayan proqramın təsir dairəsinin genişlənməsi – bütün bunlar heç də kiçik olmayan ölçüdə nəticələri həqiqətən çox vədverici olan mədəniyyətin başqa bir səviyyəsində olan irəliləyişlə güclənmişdir. Kollektiv şüurda baş verən bu təkamül dostlar arasındakı söhbətlərdə rast gəlinən “müşayiət” sözünün işlədilməsinin tezliyində də görünür, o söz ki, ümumi Bəhai sözlüyünə daxil olduqca yeni bir məna kəsb edir. Bu, öyrənmənin bir iş tərzi olduğu mədəniyyətin möhkəmlənməsindən xəbər verir, o iş tərzi ki, Mühafizin Əmrin ilkin missiyası kimi bəyan etdiyi ilahi sivilizasiyanın qurulmasında məlumatlı bir iştirakı yetişdirir. Belə bir yanaşma çox vaxt insan enerjisini hökmranlıq, tamahkarlıq, günahkarlıq hissi və manipulyasiya vasitəsilə istifadə edən köhnə sosial nəzmin ruhani cəhətdən iflas etmiş və ölməkdə olan yoları ilə kəskin təzad təşkil edir.

Odur ki, dostlar arasındakı münasibətlərdəki bu inkişaf mədəniyyətdə onların qarşılıqlı fəaliyyətlərinin keyfiyyətində öz ifadəsini tapır. Öyrənmə, bir iş tərzi kimi tələb edir ki, hamı itaətkarlıq mövqeyində dursun, elə bir halət ki, insan özünü unudur, tam olaraq Allaha təvəkkül edir, Onun saxlayıcı qüdrətinə arxayın olur, dəyişməz yardımına inanır, bilir ki, yalnız O cücünü qartala, damlanı sahilsiz ümmana çevirər. Və belə bir halətdə olduqda qəlblər dayanmadan bir yerdə işləyir, öz nailiyyətlərindən daha çox başqalarının inkişafından və onlara xidmətdən sevinirlər. Buna görə də onların fikirləri həmişə bir-birinə kömək etməkdə toplanaraq Onun Əmrinə xidmətin yüksəkliklərini müəyyən edir və Onun biliyinin səmasında uçur. Çiyin-çiyinə işləyərək gənc və qoca, veteran və yeni inananlar tərəfindən genişlənən və bütün yer kürəsi boyunca açılan hazırkı fəaliyyət modelində bizim gördüyümüz mənzərə belədir.

Mədəniyyətdəki bu irəliləyiş yalnız fərdlər arasındakı münasibəytlərə təsir etmir, bunun təsiri həm də Əmrin inzibati işlərinin aparılmasında da hss olunur. Öyrənmə İcmanın iş(həyat) tərzini fərqləndirən bir xüsusiyyətə çevrildikdə, genişlənmə və möhkəmlənməyə aid qərar çıxarmanın müəyyən cəhətləri, planlaşdırma və tətbiqin yerlərdəki şəraitə uyğun olmasına qabil etməklə inananların özünə buraxılmışdır. Xüsusən də, klaster məşvərət görüşündə klaster səviyyəsində fəaliyyətə cəlb olunanlara aradabir öz cari vəziyyətləri barədə təcrübələrin və təsisatların rəhbərliyi işığında razılığa gələ bilmək və dərhal sonrakı addımları müəyyən etmək üçün toplanmalarına yer (imkan) yaradılmışdır. Klaster səviyyəsində aparıcı, uşaq dərsi müəllimi və yeniyemə qruplarının animatorlarını təchiz edən institut tərəfindən də eyni bir imkan yaradılmışdır ki, onlar da ayrı-ayrılıqda görüşsünlər və öz təcrübələri üzərində məşvərət etsinlər. KHÜ ilə birlikdə Təlim institutunun agentlikləri və ƏBK, bunların birgə qarşılıqlı fəaliyyətləri böyüməyə aid qərarların alındığı, lakin bu zaman bir qədər yüksək formallığa malik başqa bir imkan(yer) verir. Asılılıqlardan doğan bu klaster səviyyəli sistemin işi Bəhai inzibatçılığınını vacib bir cəhətini göstərir: canlı bir orqanizm kimi, Ümumdünya Ədalət Evinin rəhbərliyi altında təkamül etdikcə bunda, strukturlar və proseslər, münasibətlər və fəaliyyətlər baxımından getdikcə açılan yüksək mürəkkəblik dərəcələrini ehtiva etmə qabiliyyəti kodlaşdırılmışdır.

Əmrin təsisatlarının, yerlidən tutmuş regional, milllidən tutmuş qitə miqyasına qədər - bütün səviyyələrdə belə bir böyüyən mürəkkəbliyi getdikcə daha böyük məharətlə idarə edə bilmələri onların davamlı yetkinləşməsinin həm əlaməti, həm də zərurətidir. İnzibati strukturlar arasında təkaüml edən münasibətlər Yerli Ruhani Məhfilləri Allahın Sözünü yaymaq, inananlaın energisini səfərbər etmək, ruhsal yöndən tərbiyəedici bir mühitin yaradılması kimi məsuliyyətlərini təcrübə etməyin yeni bir mərhələsinin astanasına gətirmişdir. Öncəki müraciətlərimizdə biz izah etmişdik ki, Yerli Məhfilin yetkinliyi onun iclaslarının müntəzəmliyi və onun təkbaşına funksiyasının səmərəliliyi (operatvliyi)ilə ölçülə bilməz. Əslində onun gücü daha çox, xidmət etdiyi icmanın - həm rəsmi olaraq deklarasiya edənlərin, həm də etməyənlərin konstruktiv töhfələrini alqışlayan icmanın ruhani və sosial həyatının canlılığı ilə ölçülməlidir. Bunu görmək məmnunedicidir ki, hazırkı yanaşmalar, metodlar və alətlər (vasitələr) Yerli Ruhani Məhfillərə, hətta yeni formalaşanlara belə, vasitələr verir ki, Beşillik Planın tələblərinin yerlərdə qarşılanmasını təmin etmək üçün məsuliyyətlərini yerinə yetirsinlər. Doğrudan da, Məhfilin Planda lazımi iştirakı geniş sayda insanları əhatə etmək üçün edilən hər cəhddə mühümdür və bu da öz növbəsində onun güc və qabiliyyətinin bütün diapazonu ilə üzə çıxmasının şərtidir.

Bizim Yerli Ruhani Məhfillərdə sonrakı bir neçə il ərzində də, şahidi olacağımıza inandığımız inkişaf strategik düşünmək və hərəkət etmək qabiliyyəti nəzərəcarpacaq dərəcədə artmış, xüsusilə də, getdikcə daha da dərindən təməldə icma quruculuğu prosesini artan dəqiqlik və effektivliklə analiz etməyi və lazım olduqca, ona yardım, resurs, təşviq və mehriban rəhbərlik verməyi öyrəndikcə Milli Ruhani Məhfillərin artan gücü ilə mümkün olacaqdır. Şəraitin tələb etdiyi ölkələrdə, onlar bir sıra inzibati funksiyalarını desentralizə edərək, yurisdiksiyaları altında olan ərazilərdə institutonal qabiliyyətlərini yüksəldərək və daha incə qarşılıqlı fəaliyyət formaları yaradaraq bir sıra məsuliyyətlərini Regional Şuralara vermişlər. Bunu demək heç də mübaliğə olmazdı ki, Milli Məhfillərin tammiqyaslı iştirakı cari Planın hədəfinə çatmaq üçün zəruri olan məhz həmin o son təkanın verilməsini təmin etmişdir və biz bu istiqamətdə, Müşavirlərlə qarşılıqlı əlaqədə onlar qarşıdan gələn mühüm və tez ötüb keçəcək aylarda növbəti beş illik plana başlamağa öz icmalarını hazırlamaq üçün qeyri-adi səylər qoyduqca, bundan sonrakı inkişafı gözləyirik.

Heç şübhəsiz, Müşavirlər təsisatının təkamülü son onillikdə Bəhai İnzibati Nəzmində baş verən ən əhəmiyyətli irəliləyişlərdən birini təşkil edir. Bu təsisat artıq, 2001-ci ilin yanvarında Beynəlxalq Təbliğ Mərkəzinin Karmel Dağında öz daimi mənzilinə yerləşməsi münasibətilə Müşavirlər və Köməkçi Heyət Üzvləri Müəqəddəs Torpada təşkil olunmuş komfransa toplaşanda öz inkişafında qeyri-adi sıçrayış etmişdi. Şübhə yoxdur ki, o hadisənin azadetdiyi enerji bu təsisatı sürətlə irəli apardı. Müşavirlərin və onların köməkçilərinin Planın irəli getməsinə göstərdikləri təsirin dərəcəsi onu göstərir ki, onlar təbliğ meydanında təbii olaraq ön yerlərini tutmuşlar. Biz əminik ki, qarşıdan gələn il İnzibati Nəzmin təsisatlarını, hər biri özünün təkamül edən funksiyaları və məsuliyyətlərinə uyğun olaraq icmanın fəaliyyət göstərməsinin səciyyəvi cəhəti olan öyrənmə halətini gücləndirməyə çalışdıqca əməkdaşlıqda bir-birinə daha da möhkəm bağlayacaq – və bu, intensiv böyümə proqramları başlatmış klasterlərdə fövqəladə zəruridir.

Həzrət Bəhaullahın Vəhyi genişdir. Bu yalnız fərd səviyyəsində deyil, həm də cəmiyyətin strukturunda dərin dəyişikliyi nəzərdə tutur. “Hər bir Vəhyin məqsədi,” Onun Özü bəyan edir, “bütün bəşərin xasiyyətində çevriliş yaratmaq deyilmi, özünü həm daxilən, həm də zahirən göstərən elə bir çevriliş ki, həm onun daxili həyatına, həm də xarici şəraitinə təsir etmiş olsun?” Bu gün yer kürəsinin hər bir guşəsində irəliləyən iş Təlimlərdə nəzərdə tutulan o şərəfli sivilizasiyanın - o sivlizasiya ki, onun qurulması sonsuz dərəcədə mürəkkəb və geniş bir təşəbbüsdür və onun nəticə verməsi üçün bəşərin əsrlərlə səy qoymasını tələb edir - nüvəsini yaratmaq üçün Bəhailərin davamlı qoyulan səylərinin ən son mərhələsinin ifadəsidir. Burada heç bir qısa yol və ya hazır düstur yoxdur. Yalnız Onun Vəhyindən qaynaqlanan anlayışları istifadə etmək üçün səy qoyulduqda, insan nəslinin toplanan biliyini istifadə etməklə, Onun Təlimlərini bəşərin həyatına ağılla tətbiq etməklə və baş qaldıran suallar üzərində məşvərət etməklə, zəruri öyrənmə baş verəcək və qabiliyyət inkişaf edəcək.

Bu uzun vədəli qabiliyyət yaratmaq prosesində Bəhai icması müəyyən fəaliyyətləri getdikcə daha çox insanlara açmaqla və bunların genişlənmə və möhkəmlənməsini dayanıqlı etməklə təbliğ sahəsindəki təcrübəsini sistematikləşdirməyə təxminən bir dekada yarım vaxt sərf etmişdir. Hər bir kəs icmanın nəvazişli qucağına qəbul edilir və Həzrət Bəhaullahın həyatverici mesajından qidalanır. Həqiqətə can atan hər bir qəlb üçün Əmrin qalasında sığınacaq tapmaqdan və Əhdin birləşdirici gücündən istifadə etməkdən daha böyük bir sevinc yoxdur. Bununla belə, hər bir insan və hər bir qrup, onların Onun ardıcılları sırasında olub-olmamasından asılı olmayaraq, qarşılarına çıxan çətinlikləri həlletməkdə onlara kömək edəcək hikmət və bilik gövhərlərindən faydalanmaqla Onun təlimlərindən ilham ala bilər. Doğrudan da, insanlığın istədiyi(insanlığı çağıran) sivilizasiya ancaq Bəhailərin səyləri ilə qurulmayacaq. Bəşərin birliyi haqqında Həzrət Bəhaullahın prinsipinin dolayı təzahürü olan dünya həmrəyliyi ruhu ilə hərəkətə gələn bir sıra qruplar və təşkilatlar bu günkü cəmiyyətin qarışıqlığı və hərcmərcliyindən baş qaldıracaq sivilizasiyaya öz töhfələrini verəcəklər. Bu hər kəsə aydın olmalıdır ki, ardıcıl qlobal planlar vasitəsilə Bəhai icmasında yaranmış güc, onun qarşısında yeni öyrənmə qapıları açmaqla sivilizsiya quruculuğunun çoxüzlü və müxtəlif cəhətlərində kömək etmək üçün onu getidkcə daha çox qadir edir.

Rizvan 2008-ci il Müraciətimizdə biz göstərmişdik ki, dostlar klaster səviyyəsində çalışdıqca, onlar getdikcə daha çox cəmiyyətin həyatına daxil olacaq və iştirak etdikləri sistematik öyrənmə prosesini insan fəaliyyətlərinin daha çox cəhətlərini əhatə etmək üçün daha da genişləndirmək çağırışı qarşısında qalacaqlar. Hər bir klasterdə, etibar (məhrəmlik) aşılayan ev şəraitində aparılan müzakirələrlə rəngarəng olan ümumi ibadət fəaliyyəti əhalinin bütün təbəqələrinə - yaşlılara, gənclərə və uşaqlara - ruhani təlim-tərbiyəverən fəaliyyətlərlə toxunduqca icma həyatının zəngin bir mənzərəsi meydana çıxır. Sosial şüur, məsələn, valideynlər arasında onların uşaqlarının arzuları və yeniyetmə qruplarının təşəbbüsü ilə yaranan xidmət layihələri barədə söhbətlər geniş yer aldıqca, təbii olaraq yüksəlir. Elə ki klasterdə insan resursları kifayət qədər çoxaldı və böyümə modeli möhkəm bərqərar oldu, onda icmanın cəmiyyətlə əlaqəsi artır və doqurdan da, artmalıdır. Planın açılmasında indiki mühüm məqamda, o zaman ki, bir çox klasterlər bu mərhələyə yaxınlaşır, bu məqsədəuyğun olardı ki, dostlar hər yerdə onların böyüyən və canlanan icmalarının cəmiyyətin maddi və ruhani tərəqqisinə verə biləcəkləri töhfələrin təbiəti üzərində düşünsünlər. Bu mənada, bir-birilə bağlı, bir-brini qarşııqlı gücləndirən fəaliyyət sahələri kontekstində düşünmək daha da səmərəli olardı: ictimai-sosial fəaliyyətə cəlb olunmaq və cəmiyyətdə ən çox gedən müzakirələrdə iştirak etmək.

Onillər ərzində Bəhai icması bu iki fəaliyyət sahəsində xeyli təcrübə qazanmışdır. Əlbəttə, çox sayda bəhailər vardır ki, öz işləri vasitəsilə bir fərd olaraq sosial fəaliyyətlərə və ictimai-sosial diskussiyalara(söhbətlərə) cəlb olunmuşlar. Əmrin təlimərindən ilhamlanan və regional və milli səviyyələrdə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları vardır ki, öz xalqlarının rifahı üçün sosial və iqtisadi inkişaf sahəsində işləyirlər. Milli Ruhani Məhfillərin qurumları ictimai rifaha kömək edən ideyaların irəliləməsinə müxtəlif yollarla töhfələr verirlər. Beynəlxalq səviyyədə, Beynəlxalq Bəhai İcmasının BMT ofisi kimi qurumlar eyni funksiyaları icra edirlər. Zəruri və arzu olunan dərəcədə, icmanın təməl səviyyəsində işləyən dostlar ətraflarında olan cəmiyyətin qayğılarını həll etməyə çalışdıqca bu təcrübədən və qabiliyyətdən istifadə edəcəklər.

Spektr kimi baxıldıqda daha düzgün təsəvvür olunan sosial fəaliyyət, fərdlər və ya dostların kiçik qrupları tərəfindən həyata keçirilməklə qısa müddətli qeyri-formal səylərdən tutmuş Bəhai ruhlu təşkilatlar tərəfindən tətbiq olunan yüksək dərəcədə mürəkkəblik və dəqiqiliklə aparılan sosial-iqtisadi inkişaf proqramlarına qədər variasiya edə bilər. Miqyas və genişliyindən asılı olmayaraq, bütün sosial fəaliyyətlər Əmrin təlimlərini və prinsiplərini əhalinin sosial və iqtisadi həyatının müəyyən aspektlərini, nə qədər kiçik olsa da, yaxşılaşdırmaq üçün tətbiq etməyə çalışır. Bu cür səylər əhalinin maddi firavanlığını, onların ruhani rifahına əlavə olaraq irəlilətmək kimi konkret müəyyən olunmuş məqsədlə fərqlənir. İndi bəşərin həyatının üfüqündə görünməkdə olan dünya sivilizasiyasının həyatın maddi və ruhani tələbatlarının dinamik uzlaşmasına mütləq nail olması Bəhai təlimlərinin mərkəzində durur. Aydındır ki, bu ideal, miqyas və təsir dairəsindən asılı olmayaraq, bəhailərin apardıqları istənilən sosial fəaliyyətin təbiətinə əsaslı təsir göstərir. Ölkələr üzrə, ola bilər, hətta klasterlər üzrə şərait dostarı çox müxtəlif yanaşmalar qəbul etməyə məcbur edərək fərqlənsə də, müəyyən təməl konsepsiyalar vardır ki, hamı diqqətdə saxlamalıdır. Bunlardan biri sosial mövcudluq üçün biliyin mərkəzi yer tutmasıdır. Cəhalət vəziyyətinin davamlı saxlanması zülmün ən ağır formasıdır; bu, bəşərin birliyi, əslində həzrət BəhaillahınVəhyinin məqsədi və aparıcı prinsipi qarşısında maneə kimi duran təəssübkeşliyin (önyarğının) çoxsaylı divarlarını möhkəmlədir. Biliklərə yiyələnmə imkanı olmaq hər bir insan varlığının haqqıdır, onun yaradılmasında, tətbiqi və yayılmasında iştirak isə çiçəklənən dünya sivilizasiyasının qurulmasında hər bir kəsin öz istedadı və qabiliyyəti müqabilində üzərinə götürməli olduğu məsuliyyətdir. Ədalət hamının iştirakını tələb edir. Beləliklə, sosial fəaliyyət hansısa bir formada mal və ya xidmət təqdim edə bilər, amma onun əsas vəzifəsi daha yaxşı dünya qurmaqda iştirak etmək üçün həmin əhalidə qabiliyyət yetişdirmək olmalıdır. Sosial dəyişiklik elə bir layihə deyil ki, onu bir qrup o biri qrupun mənafeyi üçün həyata keçirsin. Sosial fəaliyyətin mürəkkəbliyi və miqyası onu həyata keçirmək üçün o kəndin və ya qonşuluğun malik olduğu insan resurslarına müqabil olmalıdır. Ona görə də yaxşı olardı ki, kiçik miqyaslı fəaliyyətdən başlanılsın və əhalinin qabiliyyəti artıqca o da orqanik olaraq böyüsün. Əlbəttə, qabiliyyət o zaman yeni bir səviyyəyə qalxır ki, onda sosial dəyişikliyin fəal tərəfdarları (qəhrəmanları) Həzrət Bəhaullahın Vəhyinin elementlərini, elmi məlumat və metodlarla birlikdə öz sosial gerçəkliklərinə getdikcə daha yüksək səmərəliliklə tətbiq edirlər. Onlar bu gerçəkliyi - insanlara qiymətsiz dəyərə malik cəvahirat kimi baxmaq və inteqrasiya və dezintegrasiya proseslərinin ürəklərə və beyinlərə, həmçinin, sosial strukturlara göstərdiyi təsirləri nəzərə almalqa - Həzrət Bəhaullahın təliməri ilə uyğunluq əsasında oxumalıdırlar (başa düşməlidirlər).

Səmərəli sosial faəliyyət cəmiyyətin diskussiyalarında iştirakı zənginləşdirməyə xidmət edir, necə ki, müəyyən diskussiyalara cəlb olunmaqla əldə edilən anlayış və baxışlar sosial fəaliyyəti formalaşdıran konsepsiyaları aydınlaşdırmağa kömək edir. Klaster səviyyəsində, ictimai (sosial) diskussiyaya cəlb olunmaq gündəlik söhbətlərə bəhai ideyalarını daxil etmək kimi sadə bir hərəkətdən tutmuş sosial - əgər bir neçəsini sadalasaq, məsələn, iqlim dəyişikliyi və ətraf mühit, idarəçilik və insan hüquqları - qayğılar barədə mövzulara həsr olunmuş məqalələr yazılmasına və yığıncaqlara qatılmağa qədər variasiya edə bilər. Bu həmçinin, kəndlərdə və qonşuluqlarda sivil qruplar və yerli təşkilatlarla konstruktiv qarşlıqlı fəaliyyətə gətirib çıxarır.

Bununla əlaqədar, biz bir xəbərdarlıq etməyə məcburiyyət hiss edirik: Hər kəsin başa düşməsi vacidbir ki, sosial fəaliyyətdə və ictimai diskurslarda iştirak etməyin dəyəri yeni inananlar gətirmək qabiliyyəti ilə qiymətləndirilməməlidir. Bu iki fəaliyyət sahəsində qoyulan səylərin Bəhai icmasının böyüməsinə əhəmiyyətli təsir göstərə bilmə imkanı olsa da, onlar bu məqsədlərlə edilmir. Bu mənada səmimiyyət ən əsas tələbdir. (son dərəcə zəruridir, imperatvdir). Bundan başqa, Bəhai təcrübəsini həddən atıq vurğulamaqdan və ya yeniyetmələrin ruhani gücləndirilməsi proqramları kimi kövrək addımlara lazımsız diqqəti çəkməkdən qaçmaq lazımdır; ən yaxşısı onların öz tempi ilə yetkinləşməsinə buraxmaq lazımdır. Bütün hallarda şüar- təvazökarlıqdır. Öz inancları barədə şövq göstərərkən, dostlar ehtiyatlı olmaldırlar ki, öz aralarında yeri olmayan lovğalıq(qürur, triumfalizm) abı-havası yaratmasınlar, o ki qaldı başqa hallarda.

Klaster səviyyəsində indi açılmaqda olan bu yeni imkanları sizin üçün təsvir edərkən, biz heç cür xahiş etmirik ki, siz hazırkı kursunuzu dəyişəsiniz. Nə də düşünmək lazımdır ki, bu cür imkanlar, xidmətin icmanın məhdud resursları və enerjisi uğrunda genişlənmə və möhkəmlənmə ilə rəqabət aparan yeni alternativ meydanlarını təqdim edir. Növbəti il ərzində institut prosesi və oun yaratdığı fəaliyyət modeli möhkəmləndirlməkdə davam etməlidir, təbliğ isə hər bir inananın fikrində (ən) brinci yerdə durmalıdır. Cəmiyyətin həyatına vaxtı yetməmiş bundan daha artıq daxil olmaq cəhdləri edilməməlidir. Dostlar hər bir klasterdə, Planın tələblərini fəaliyyət, düşünmə, məşvrət və araşdırma və bunun nəticəsində öyrənərək yerinə yetirməkdə inadkarlıq göstərdikcə, bu təbii olaraq baş verəcəkdir. Cəmiyyətin həyatında iştirak, icmanın öz böyüməsini davam etdirməsi və həyat qabiliyyətini saxlaması gücləndikcə, genişlənəcəkdir. Bu, hazırkı ardıcıl qlobal Planları idarə edən konseptual çərçivənin elementlərindən nə dərəcədə istifadə edirsə, icmanı genişləndirmək və möhkəmlətmək səyləri ilə də o qədər uzlaşacaqdır. Və bu, insan kütlələrinin Həzrət Bəhaullahın öngördüyü çiçəklənən və əmin-amanlığın hökm sürdüyü sivilizasiyaya doğru hərəkətinə o dərəcədə kömək edəcəkdir ki, nə dərəcədə o, bu elementləri yeni öyrənmə sahələrində yaradıcılıqla istifadə edir.

Əziz Dostlar: Sevgili Ağamız bu ümidlərini necə də tez-tez ifadə edərdi ki, inananların ürəkləri bir-birinə məhəbbətlə dolub-daşsın, onlar heç bir ayrılıq səddi saxlamasılar, əksinə, bütün insanlığa bir ailə kimi baxsınlar. “Heç kəsi yad hesab etməyin,”- budur Onun nəsihəti; əksinə, bütün insanları dost bilin, zira siz nəzərlərinizi yadlığa dikəndə məhəbbət və birlik çətin əldə olunur.” Əvvəlki səhifələrdə nəzərdən keçirilən bütün nailiyyətlər, kökündə, Müqəddəs Ruhun gücü ilə əldə olunan universal məhəbbətin təzahüründən başqa bir şey deyil. Zira məgər bu Allaha məhəbbət deyilmi ki, bütün yadlıq və ayrılıq pərdələrini yandırır və ürəkləri kamil bir birlikdə birləşdirir? Bu Onun məhəbbəti deyilmi ki, sizi xidmət meydanına sövq edir və sizi hər bir kəsdə Onu tanımaq və Ona ibadət etmək potensialı görməyə qabil edir? Məgər sizi bu bilgi ruhlandırmır ki, Onun Məzhəri əzab-əziyyət həyatına bəşərə məhəbbətindən şadlıqla dözdü? Öz məqamınız çərçivəsində, İrandakı əziz bəhai qardaş və bacılarınıza baxın. Məgər onlar Allaha məhəbbətdən və Ona xidmət arzusundan doğan mətinlik nümunəsi deyillərmi? Məgər onların ən qəddar və ən acı təqibləri aşmaq qabiliyyəti dünyanın milyonlarla zülm altında olan insanlarının qalxıb, Allahın yer üzündə Mələkutunun qurulmasında qətiyyətlə içtirak etmək qabiliyyətlərindən xəbər vermirmi? Ixtilaf törədən sosial strukturların qarşısında dayanmayaraq, Həzrət Bəhaullahın müjdəsini hər bir şəhər qonşuluğunda, hər bir kənddə, yer kürəsinin hər bir guşəsində gözləyən ruhlara çatdırmaq üçün tələsin və onları Onun icmasına, İsmi-Əzəmin icmasına gətirin. Hə zaman fikrimizdə və dualarımızdasınız və biz Qüdrət Sahibinə yalvarmaqda davam edəcəyik ki, O sizi ecazkar fəzli ilə möhkəmləndirsin.

 

Windows / Mac