Return   Facebook

The Universal House of Justice

Ridván 2015

To the Bahá’ís of the World

Dearly loved Friends,

Möhtəşəm Rizvan bayramı yaxınlaşmaqdadır, üfüqdə İsmi-Əzəmin icmasının yetişdiyi yüksəkliklərdən isə üfüqdə parlaq perspektivlər görünməkdədir. Böyük bir məsafə qət edilmişdir: yeni böyümə proqramları meydana çıxmışdır, daha yüzlərcəsi növbəti on iki ayda yaranacaqdır, zəruri fəaliyyət modelinin hərəkətə gətirilməsi məqsədilə Beşillik Planda hədəf qoyulan 5000 klasterə çatmaq üçün müəyyən edilmiş, demək olar, hər bir klasterdə səylər artıq başladılmışdır. Mövcud proqramlar möhkəmlənməkdədir, çoxlu proqramlar isə, Allahın Sözünün klasterdə bütün sosial mənzərə boyunca, qonşuluqda və ya kənddə yayıılmasının nə demək olduğunu daha aydın göstərir. Dayanıqlı geniş miqyaslı genişlənmə və möhkəmlənməyə aparan yol daha möhkəm addımlarla gedilməkdədir ki, bu yolda rəşadətli gənclik tempi müəyyən edir. Əmrin cəmiyyətqurucu gücünün üzə çıxması yolları müxtəlif şəraitlərdə daha da aydın görünməkdədir, klasterdə böyümə prosesinin növbəti açılışını göstərən o müəyyənedici əlamətlər tədricən nəzərə çarpmaqdadır.

Bu işi yerinə yetirmək və dəstəkləmək üçün edilən çağırış Həzrət Bəhaullahın hər bir ardıcılına ünvanlanır, bu şağırış isə dünyanın bədbəxt vəziyyətinə, nə qədər insanın qurtula bilmədiyi acınacaqlı şəraitə ağrıyan hər bir ürəkdə cavab oyadacaq. Çünki, son nəticədə, məhz Planın çərçivəsində geniş bir əhatədə görülən hər bir sistematik, qətiyyətli və fədakar fəaliyyət narahat olan (laqeyd qalmayan) hər bir inananın nizamı pozulmuş cəmiyyətin sayı dəfələrlə artan xəstəliklərinə ən konstruktiv cavabıdır. Keçən il ərzində, bu daha da aydın oldu ki, müxtəlif ölkələrdə ənənəvi olaraq bir xalqı birləşdirən və bir yerdə tutan ideallar ətrafında ictimai-sosial konsensus (razılıq) müxtəlif yollarla getdikcə dağılır və tükənir. Bu daha, narazılıq və tüğyan edən hiddətdən qidalanaraq öz mənfəətini güdən, dözümsüz və zəhərli ideologiyaların müxtəlifliyinə qarşı etibarlı bir müdafiə təklif edə bilmir. Hər keçən günlə özünə inamını itirən münaqişəli bir dünya ortada ikən, bu destruktiv ehkamların tərəfdarları daha da cəsarətlənir və utanmaz olurlar. Biz Qələmi-Əlanın birmənalı mühakiməsini xatırlayırıq: “Onlar Cəhənnəm Atəşini işıq bilib ona tərəf tələsirlər” (onu işıqla səhv salırlar). Millətlərin pak niyyətli liderləri və xoşməramlı insanlar cəmiyyətdəki parçalanmaları bərpa etmək mübarizəsində tərk edilmişlər, onlar isə bu parçalanmaların yayılmasının qarşısını almaqda gücsüzdürlər. Bütün bunların təsirləri yalnız zahiri münaqişələrdə və ya nizamın çökməsində özünü göstərmir. Qonşunu qonşunün əleyhinə qaldıran və ailə bağlarını qıran etibarsızlıqda, özünü sosial diskurs kimi göstərən əksər şeylərdəki antaqonizmdə, hakimiyyət qazanmaq və sərvət toplamaq üçün insanın aşağı motivasiyalarını istifadə edən çağırışların adi hal almasında - bütün bunlarda cəmiyyəti saxlayan mənəvi qüvvənin ağır dərəcədə tükənməsinin aşkar əlamətləri vardır.

Lakin bunu bilmək bir təsəlli verir ki, bu dezinteqrasiyanın arasında insan varlıqlarında səmavi olan hər şeyin öz praktiki ifadəsini tapmasına imkan verən yeni növ kollektiv həyat formalaşmaqdadır. Biz müşahidə etmişik ki, xüsusilə intensiv təbliğin və icma quruculuğu fəaliyyətlərinin saxlanıldığı yerlərdə dostlar onların qiymətli energilərini yeyib tükətmək riski yaradan materialzm qüvvərlərindən özlərini qoruya bilmişlər. Təkcə bu deyil, onlar həm də onların vaxtlarını tələb edən çoxlu digər çağırışları da idarə etməkdə qarşılarında duran vəzifənin müqəddəsliyi və təxirəsalınmazlığı barədə baxışı itirmirlər. Əmrin ehtiyaclarına və insanlığın ümdə maraqlarına belə bir diqqət hər bir icmada tələb olunur. Böyümə proqramının qurulduğu, əvvəllər açılmamış olan klasterdə biz görürük ki, sədaqətli və öhdəliyinə sadiq bir inananın ürəyində Həzrət Bəhaullaha məhəbbətdən necə ilkin fəaliyyət canlanır. İcma sayca (ölçücə) böyüdükcə son nəticədə qurulacaq mürəkkəb bir sxemə baxmayaraq, bütün fəaliyyət bu sadə məhəbbət teli ilə başlayır. Bu həyati vacib bir sapdır ki, tsikldən tsiklə, ondan uşaqları, gəncləri və böyükləri ruhani ideyalarla tanış etmək; dua və ibadət toplantıları ilə sitayiş hisslərini bəsləmək; anlayışı aydınladan söhbətləri stimullaşdırmaq; daim artan sayda insanların həyat boyunca Yaradıcı Sözü öyrənmələrini və onu əməllərə çevirmələriin başlatmaq; başqaları ilə birlikdə xidmət qabiliyyətini inkişaf etdirmək; öyrənilənlərin tətbiqində bir-birlərini müşayiət etmək üçün səbrli və diqqətin cəmləşdiyi bir səy modeli toxunur. Sevgili dostlar, Camal`i-Əbhanın sevimliləri: Biz hər dəfə Müqəddəs Astanada hüzurda olanda sizin üçün atəşin dua edirik ki, sizin Ona olan məhəbbətiniz həyatınızı Onun Əmrinə həsr etməkdə sizə güc versin.

Klasterlərdən və onların hüdudlarında olan, icma həyatının dinamikasının böyük sayda insanları əhatə etdiyi intensiv öyrənmə mərkəzlərindən əldə edilən zəngin anlayışlar (bəsirət) xüsusi qeyd edilməyə layiqdir. Biz, yoldaşlıq və mütəvaze xidmətə əsaslanan qarşılıqlı dəstək mədəniyyətinin bu cür yerlərdə getdikcə daha çox insanları sistematik olaraq icma fəaliyyətlərinin çevrəsinə gətirilməsinə onları qabil edərək necə təbii olaraq bərqərar olmasını görməkdən məmnunuq. Doğrudan da, sayı artmaqda olan şəraitlərdə əhalinin yeni cəmiyyət barədə Həzrət Bəhaullahın baxışına doğru hərəkatı sadəcə bir heyranedici perspektiv kimi deyil, meydana çıxmaqda olan bir gerçəklik kimi görünür.

Biz sizlərdən, ətraflarında nəzərəçarpacaq tərəqqinin hələ baş verməli olacağı və dəyişiklik həsrətində olan kəslərə əlavə olaraq bir neçə söz demək istərdik. Ümidvar olun. Bu həmişə belə olmayacaq. Əmrin tarixi qeyri-əlverişli başlanğıclar, lakin məftunedici nəticələr barədə belə hekayələrlə dolu deyilmi? Nə qədər olub ki, cəmisi bir neçə inananın - gənc olsun, ya yaşlı – və ya tək bir ailənin ya da tənha bir şəxsin əməlləri, ilahi yardımla təyid alanda zahirən xoşgörülü (əlverişli) olmayan yerlərdə canlı icmaların bəslənməsində müvəffəq olmuşlar? Düşünməyin ki, sizin öz vəziyyətiniz (halınız) mahiyyətcə bundan fərqlidir. İstər tezliklə olsun, istərsə də çətinliklə qazanılmış, bir klasterdə dəyişiklik nə formula olan yanaşmadan, nə də aradabir olan fəaliyyətdən qaynaqlanır; o, hərəkət, düşünmə və məşvərət ritmində baş verir və təcrübənin meyvəsi olan planlarla irəli aparılır. Bundan başqa, Məhbuba xidmət özlüyündə, onun bilavasitə nəticələri nə olursa olsun, ruh üçün daimi olan bir sevinc mənbəyidir. Əmrin Beşiyindəki ruhani qardaş-bacılarınızın nümunəsindən də ilhamlanın, ürəklənin ki, onların konstruktiv baxışları, bir icma olaraq çeviklikləri (özlərini bərpa etmə qabiliyyəti), İlahi Sözü yaymaqda möhkəmlikləri cəmiyyətdə düşüncə və əməl səviyyəsində necə dəyişikliklər yaradır. Allah sizinlədir, sizin hər birinizlədir. Plandan qalan on iki ayda qoy hər bir icma indiki vəziyyətindən irəli gedib daha güclü bir vəziyyətə keçsin.

Hər şeydən daha vacib genişlənmə və möhkəmlənmə işi bir sıra digər sferalarda bəhai dünyasının öz üzərinə götürməyə çağrıldığı səyləri üçün möhkəm bünövrə qoyur. Bəhai Dünya Mərkəzində o son dərəcə qiymətli mirası - Əmrin bəşərin faydası üçün əmanət saxlanılan Müqəddəs Yazılarını - təşkil edən minlərlə Lövhlər metodik olaraq kataloqa salınır və indeksləşdirilir – bu, Yazıların həm orijinal, həm də İngilis dilində tərcümələrinin çapını sürətləndirmək üçün belə edilir. Səkkiz Məşriq `ül-Əzkarın, Allahın şanının vəsf edildiyi müqəddəs Məbədlərin tikintisi səyləri sürətlə davam edir. Milli səviyyədə İctimai Əlaqələr işi effektivliyinə görə əlamətdar irəliləyiş əldə etmiş və getdikcə sistematikləşərək, altı ay öncə Milli Ruhani Məhfillərə göndərilmiş sənədin çıxması ilə daha da təkan almışdır ki, bu sənəd son iyirmi ildə yaradılmış əhəmiyyətli təcrübədən istifadə edir və bu səylərin gələcəkdə inkişaf etdirilməsi üçün geniş əsas verir. Bu arada, Beynəlxalq Bəhai İcmasının Nyu York və Cenevrədə yerləşən Birləşmiş Millətlər ofisləri və onun Brüsseldəki ofisi kimi eynitipli iki yeni ofisi, beynəlxalq səviyyədə Afrika və Cənub-Şərqi Asiyada Əmrin baxışlarının təklif edilməsi üçün fürsətləri genişləndirərək Əddis Əbəbədə və Cakartada açılmışdır. Çox vaxt böyümənin tələblərindən hərəkətə gələrək, bir sıra Milli Məhfillər, onların ixtiyarında olan resursların düşüncəli istifadəsindəki rəhbərliklərində, öz icmalarının vəziyyəti ilə yaxından tanış olmalarında, və Milli Ofislərinin işlərinin daha da güclənməsinin təmin edilməsindəki ayıqlıqlarında görünən inzibati qabiliyyətlərini artırırlar; bu sahədə indi yığılmaqda olan dərin təsir bağışlayan biliyin sistemləşdirilməsinə olan ehtiyac, Bəhai Dünya Mərkəzində İnzibati Sistemlərin İnkişafı Ofisinin yaradılmasına gətirib çıxarmışdır. Müxtəlif cür ictimai-sosial fəaliyyətlər üzrə təşəbbüslər, Təlimlərdə həkk olunmuş hikmətin, sosial və iqtisadi vəziyyəti necə yaxşılaşdırmaqda tətbiq edilə biləcəyi barədə daha çox şeylər öyrənməyə qabil edərək, bir çox ölkələrdə dəfələrlə artmaqda davam edir; bu sahə o qədər vədvericidir ki, biz, Sosial-İqtisadi Ofisə bu Ofisin yeni inkişaf mərhələsinin başlandığını qeyd edərək yeddi üzvdən ibarət Beynəlxalq Məşvərət Şurası təsis etmişik. Bu Şuranın üç üzvü Ofisin koordinasiya komandası kimi xidmət edəcək və Müqəddəs Torpaqda sakin olacaqlar.

Beləliklə, bu Rizvanda, hələ çox işlərin görülməli olacağını görərək, çoxlarının da bunu etməyə hazır olduğunu görürük. Minlərlə klasterlərdə, qonşuluqlarda, kəndlərdə, iman və yəqinliyin, yeni həyat verici sularının toxunduğu kəslərin ruhlarını şadlandıran yeni bulaqları çağlayır. Bəzi yerlərdə bu rəvan axan bir arxdır, bəzilərində isə artıq çaydır. İndi hər hansı bir ruh üçün sahildə ləngimək vaxtı deyil – qoy hamı özünü qabaran dalğaya atsın (qovuşdursun).

 

Windows / Mac