Return   Facebook

The Universal House of Justice

Ridván 2016

To the Bahá’ís of the World

Dearly loved Friends,

Bayramlar Sultanınını gəlişi ilə növbəti qlobal Plana hazırlıq dövrü başa çatır: biz indi Allahın dostlarını yeni beşillik cəsarət, qətiyyət və resurs öhdəliyinə çağırırıq.

Həzrət Bəhaullahın vəfadarlarının sıraları hərəkətə hazırdır. Son aylarda dünya üzrə çağrılmış təsisat görüşləri bu əzəmətli təşəbbüsü başlatmaq üçün ardıcıl şövq siqnalları göndərmişdir. Müşavirlərin Konfransına göndərilmiş müraciətdə yer alan zəruri tələblər artıq qətiyyətli hərəkət planlarına nəql edilməkdədir. Onilliklər sürən qəhrəman səylər icmanı formalaşdırmış və bu an üçün onu möhkəmləndirərək, böyüməni bəsləməkdə ona müəyyən qədər isbat olunmuş qabiliyyət payı qazandırmışdır. Xüsusilə, son iki dekada qabiliyyət və məharətdə çoxdan gözlənilən artımı nəzərəçarpacaq dərəcədə sürətləndirmişdir.

Bu dövrdə, inkişaf edən hərəkət çərçivəsinin qəbul edilməsi, əvvəlcə sadə xidmət hərəkətlərini yüksəldərək və sonra özü də daha kompleks qabiliyyətlərin inkişafını tələb edən daha müfəssəl hərəkət modelinə gətirərək, proqressiv olaraq dostları əsas qabuliyyətləri bəsləmək və cilalamağa qabil etmişdir. Bu yolla, insan resurslarınin inkişafı və icma quruculuğu sistematik prosesi minlərlə klasterlərdə başlamışdır və onların bir çoxunda isə irəli getmişdir. Yalnız fərdi inanan, yaxud icma və ya Əmrin təsisatları diqqət mərkəzində olmamışlar; yeni Dünya Nizamının təkamülündə bir-birindən ayrılmaz üç iştirakçı İlahi Planın açılışı ilə azad olan ruhani güclərlə stimulə olunur. Onların inkişafının əlamətləri: saysız-hesabsız inananların Həzrət Bəhaullahın həyatı haqqında hekayələri bölüşməkdə və Onun Vəhyinin və bənzərsiz Əhdinin tətbiqi mənalarını müzakirə etməkdə əldə etdikləri inamda; bunun nəticəsi olaraq, Onun Əmrinə cəzb olunmuş və Onun birləşdirici baxışını yerinə yetirməyə töhfə verən sayı artan insan kontingentində; Bəhailərin və onların dostlarının icmanın lap sıravi cərgələrində xasiyyəti dəyişən və sosial mövcudluğu formalaşdıra bilən bir proses barədə təcrübələrini bəlağətli bir dillə təsvir etmək qabiliyyətində; ölkə üçün yerli olan və indi bəhai təsisatlarının və agentliklərinin üzvləri kimi icmalarının işlərini yönəldən o insanların əhəmiyyətli dərəcədə böyük sayında; Əmrin irəliləməsini dəstəkləmək üçün o qədər mühüm olan Fonda, etibarlı bir şəkildə, səxavətli və fədakarcasına verilən ianələrdə; icma quruculuğu fəaliyyətlərini dəstəkləməkdə fərdi təşəbbüsün və kollektiv hərəkətin presedentsiz çiçəklənməsində; daha çox gənc nəsillərin ruhani təlim-tərbiyəsinə meyl edərək bu işə sonsuz enerji gətirən və erkən gənclik çağında olan o qədər təmənnasız ruhların şövqündə; müntəzəm sitayiş yığıncaqları vasitəsilə icmanın ruhani xarakterinin yüksəlməsində; Bəhai administrasiyasının bütün səviyyələrində qabiliyyətdəki yüksəlişdə; proses şərtləri altında düşünmək, bilavasiə gerçəkliyi oxumaq və yaşadıqları yerlərdə resurslarını qiymətləndirmək və o əsasda planlar qurmaq üçün təsisatların, agentliklərin və fərdlərin hazırlığında; intuitiv öyrənmə halətini becərmiş, indi artıq tanış olan araşdırma, məşvərət və hərəkətin dinamikasında; ictimai-sosial fəaliyyətlə Təlimləri yerinə yetirməyin nə demək olduğunun artan anlaşılmasında; cəmiyyətdə üstünlük təşkil edən diksurslarda Bəhai baxışını təklif etmək üçün axtarılmaqda və tutulmaqda olan çoxsaylı fürsətlərdə; qlobal icmanın, bütün səylərində, Əmrə xas olan cəmiyyətqurucu gücü göstərməklə ilahi sivilizasiyanın meydana çıxmasını sürətləndirməsindən agahlığında; doğrudan da, daxili transformasiyanı bəsləmək, birlik çevrəsini genişləndirmək, xidmət meydanında başqaları ilə əməkdaşlıq etmək, özlərinin ruhani, sosial və iqtisadi inkişafları üçün məsuliyyət götürməkdə əhaliyə kömək etmək – və bütün bu cür səylərlə dünyanın yaxşılaşmasına nail olmaq üçün dostların səylərinin dinin özünün məhz məqsədini ifadə etməsi barədə onların artan anlayışlılığında getdikcə daha çox görünən olur.

Heç bir ayrıca götürülmüş ölçü Bəhai icmasının inkişafını bütövlükdə əks etdirə bilməsə də, dünya üzrə böyümə proqramlarının qurulduğu, Əbha Gözəlliyinin bəxş etdiyi nemətlər üçün şükranlıqla, sayının 5000-i keçdiyini təsdiq etdiyimiz bir sıra klasterlərdən çox qənaət hasil etmək olar. Bu, indi Bəhai dünyasının qarşısında olan böyümə prosesinin başladığı hər bir klasterdə onu möhkəmlətmək və zənginləşən icma həyatı modelinin daha da genişləndirmək vəzifəsini götürmək üçün bir şərt olan belə geniş bir təməl idi. Tələb olunan dayanıqlı səy çox zəhmətli olacaq. Lakin nəticə son dərəcə əhəmiyyətli, hətta epoxal potensiala malikdir. Əgər müntəzəm və sürətli olarsa, kiçik addımlar keçilmiş böyük yola çevrilir. Başlanğıc dövrdə klasterdə edilməli olan irəliləyiş üzərində diqqət cəmləşdirməklə - məsələn, iki yüzillik yubileylərdən birincisindən əvvəl altı tsikldə - beşilliyin hədəflərini əlçatan səviyyəyə gətirmək üçün dostlar çox şey edəcəklər. Hər bir tsikldə irəliyə böyük addım atmaq üçün əldən tez çıxa biləcək fürsətlər, bir də qayıtmayacaq qiymətli imkanlar vardır.

Əfsus ki, geniş cəmiyyətdə, ruhun getdikcə dərinləşən xəstəliyinin əlamətləri dəfələrlə artır və pisləşir. Bu necə də təsirlidir ki, dünyanın xalqları əsl dərmana olan ehtiyac üzündən əziyyət çəkərkən və başı lovlu bir boş ümiddən digərinə üz tutarkən, siz Allahın əbədi Sözü ilə ürəkləri bağlayan aləti təmkinlə cilalayırsınız. Bu necə də təsirlidir ki, hər yerdə getdikcə şiddətlənən sərt fikirlər və müxalif maraqların arasında siz diqqətinizi birlik sığınacağı olan icmalar qurmaq üşün insanları bir yerə toplamaqda cəmləşdirmisiniz. Sizi ruhdan salmasın, amma qoy dünyanın təəssübkeşlikləri və düşmənlikləri sizin ətrafınızdakı ruhların onlara ancaq sizin təqdim edə biləcəyiniz şəfaverici məlhəmə olan ehtiyaclarını sizə xatırlatsın.

Bu, ardıcıl Beşillik Planlar silsiləsində sonuncudur. Onun bitməsi ilə İlahi Planın təkamülündə yeni faza açılacaq, Həzrət Bəhaullahın icmasını Bəhai erasının üçüncü əsrinə aparacaqdır. Qoy hər bir ölkədə Allahın dostları, bizi gözləyən daha əzəmətli vəzifə üçün ciddi-cəhdli hazırlıq olacaq qarşıdakı bu bir neçə ilin vədlərini (perspektivini) qiymətləndirsinlər. İndiki Planın geniş miqyası hər bir fərdə, onun payı nə qədər mütəvaze olsa da, bu işi dəstəkləməyə imkan verir. Əziz əməkdaşlarımız, aləmlərin Məhbubunun heyranları, biz sizdən xahiş edirik ki, İlahi Planı növbəti mühüm mərhələsinə keçirmək üçün bütün öyrəndiklərinizi, Allahın sizə verdiyi, malik olduğunuz hər bir qabiliyyət və bacarığı tətbiq etməkdə heç bir səyinizi əsirgəməyəsiniz. İlahi yardım üçün sizin özünüzün etdiyiniz atəşli dualara biz hər şeyi əhatə edən bu Əmr üçün çalışanların hamısının adından Müqəddəs Məqamlarda öz dualarımızı qoşuruq.

 

Windows / Mac